İSMƏT ABBASOVUN "SAĞ ƏLİ" HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ
Tarix: 25-10-2013, 12:36 | Çap et
"Aqrolizinq" ASC-nin İmişli rayon "Aqroservis" filialında yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. Baş Prokurorluqdan verilən məlumata görə, iş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icraatındadır.
Cəmiyyətin İmişli rayon filialının müdiri Razi Talıbzadənin 835.5 min manat dəyərində mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla mənimsəməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə həbs edilib.
"Aqrolizinq"dəki korrupsiyanın dərin kökləri
Qeyd edək ki, "Aqrolizinq" Azərbaycanın ən çox korrupsiyalaşmış qurumlarından hesab olunur. Bu səhmdar cəmiyyətə ayrılan dövlət vəsaitlərini bir çox hallarda təyinatı üzrə xərcləmədiyi və ya xərclərin şişirdildiyi çoxdan məlum olan, iqtisadçı ekspertlər və mediada ciddi müzakirə edilən məqamlardandır. Hətta iş o yerə çatdı ki, bu ilin fevralında prezident İlham Əliyevin yanında keçirilən müşavirədə ölkə başçısı kənd təsərrüfatı ilə bağlı məsələlərə də xüsusi toxundu və bu zaman fermerlərə qarşı yol verilən bəzi qanunazidd əməllərlə bağlı çıxış elədi. Ölkə başçısı bu məsələ ilə bağlı olduqca kəskin xəbərdarlıqlar etdi. Bildirdi ki, bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Bu da onu göstərirdi ki, Əli Bayramovun rəhbərlik etdiyi səhmdar cəmiyyətdə korrupsiyanın səviyyəsi elə bir həddə çatıb ki, artıq dövlət rəhbəri də məsələyə münasibət bildirməli olub. Ona görə də indi Əli Bayramovun səhmdar cəmiyyətinin hansısa filial müdirinin az qala 1 milyon dollarlıq mənimsədə ittiham edilməsi təəccüb doğurmur. Amma maraq doğuran başqa məqamlar var.
Onlar "qurban"lardır?
Əvvəla, hansısa filial direktoru bu qədər vəsaiti təkbaşına mənimsəyə bilərdimi? Mənimsəmədən "Aqrolizinq"in daha yuxarı rəhbər şəxslərinə "pay" çatmadığı təqdirdə bu qədər iri həcmli vəsaiti ələ keçirməyə kim cəsarət edə bilər? İkinci: əgər "Aqrolizinq"in adi bir filialında 835 min manatlıq yeyinti mümkündürsə, o zaman səhmdar cəmiyyətin rəhbərliyi səviyyəsində dövlət büdcəsindən ayrılan on milyonlarla manatın taleyindən şübhələnməyə əsas yaranır. Xüsusən də Əli Bayramovun şəxsi sərvəti haqqında KİV-də davamlı səslənən faktlar, onun hətta fotoları belə mətbuata çıxan bəzi bahalı mülkləri barədə bilgilər həmin şübhələri qüvvətləndirir. Ümumiyyətlə isə bəzi müşahidəçilərə görə, adıçəkilən səhmdar cəmiyyətin həbs edilən hər hansı aşağı ranqlı əməkdaşı olsa-olsa, "qurban"dır. Onlar səhmdar cəmiyyətin ən üst rəhbərliyi səviyyəsindəki korrupsiya əməliyyatlarının bir parçasına çevrilir, son nəticədə özləri "ilişir", rəhbərlik isə sudan quru çıxmağı bacarır. Amma o da istisna olunmur ki, artıq elə bir vəziyyət yaransın, "Aqrolizinq"in rəhbəri Əli Bayramovun özünün də aşkarlanan korrupsiya əməliyyatlarına görə istintaqa cəlb edilməsi reallaşsın.
Filial rəhbərlərinin fərqli taleyi
"Aqrolizinq"in filial rəhbərlərinin səhmdar cəmiyyət daxilindəki korrupsiya zəncirinin sadəcə, bir həlqəsi olmasını təsdiqləyən başqa nüanslar da var. Məsələn, bir müddət əvvəl Əli Bayramovun rəhbərlik etdiyi qurumun Saatlı rayon filialının müdiri də korrupsiya səbəbi ilə çətin vəziyyətdə qalıb, həmin filialda yetərincə ciddi mənimsəmə faktları aşkarlanıb, amma hansısa yollarla bu faktlar ört-basdır edilib, Saatlı filialının rəhbəri isə Sabirabad filialının rəhbərliyinə "transfer" edilib. Bu da onu göstərir ki, "Aqrolizinq" rəhbərliyi mümkün olduğu qədər yeyintidə iştirak edən yerli əməkdaşlarını qoruyur, amma bəzən də bu mümkün olmur. Hansı ki, biz belə bir halı İmişli filialının rəhbərinin timsalında müşahidə edirik.
Bəs ekspertlər nə deyir?
"Aqrolizinq"in korrupsiyalaşmasına dair müstəqil iqtisadçı ekspertlərin rəyi də birmənalıdır. Məsələn, ölkənin kənd təsərrüfatı üzrə tanınmış mütəxəssislərindən Vahid Məhərrəmovun adıçəkilən səhmdar cəmiyyətlə bağlı bir müddət əvvəlki açıqlamalarını heç bir şərhsiz diqqətinizə çatdırırıq: ""Aqrolizinq"in fəaliyyətində şəffaflıq yoxdur. Bu qurum öz fəaliyyəti ilə bağlı hesabat vermir. "Aqrolizinq" 2005-ci ildən üzübəri xarici ölkələrdən gübrə alır. Amma onlar ölkənin gübrəyə tələbatının 4-5 faizini güclə ödəyə bilər. Səhmdar Cəmiyyət bu gübrələrin heç də hamısını kənd təsərrüfatı istehsalçılarına vermir. Bəzi fermerlər hətta onlara məcburi satılan gübrələrin istifadə müddətinin keçdiyindən şikayətlənib. Bəzi fermerlər, eləcə də bələdiyyələr bu gübrələri alsalar belə, onları istifadə etmədən tullamaq məcburiyyətində qalıblar. Üstəlik, "Aqrolizinq"in aldığı texnika və avadanlıqların əksəriyyəti köhnə, SSRİ dövründən qalmadır, həm də çox baha satılır. Ona görə də təklif edərdim ki, müvafiq dövlət orqanlarının nümayəndələri ilə yanaşı, müstəqil ekspertlərdən ibarət komissiya yaradılsın və bu komissiya gübrələrin keyfiyyətinin yoxlanılması ilə məşğul olsun. Düşünürəm ki, "Aqrolizinq" ASC-nin fəaliyyəti ciddi araşdırılmalıdır. Əgər maxinasiya və korrupsiya hallarına yol verilibsə, dərhal cinayət işinə başlanılmalıdır. Aqrar sektorun, xüsusilə də heyvandarılığın ləng inkişafında bu qurumun günahı çoxdur. Bu cəmiyyət artıq özünü doğrultmayıb. Cavabdehlik olmadığından bu qurum ləğv olunmalıdır". Nəticə: Mətbuatın yazdıqlarında qeyri-peşəkarlıq axtaran "Aqrolizinq" rəhbərliyinin yuxarıdakı mütəxəssis rəyinə reaksiyasının necə olduğu bizə çox maraqlıdır. Hər halda onları da hansısa mətbu orqan qərəzli şəkildə yazmır, aqrar sektorla bağlı ölkənin tanınmış ekspertlərindən biri deyir. Və bu deyilənlərdən də Əli Bayramovun rəhbərlik etdiyi qurumda vəziyyətin şəffaflıq, hesabatlılıq və səmərəlilik baxımından nə qədər acınacaqlı olduğu təkzibedilməz arqumentlərlə ortaya çıxır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Bu gün, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Bu gün, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Bu gün, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Bu gün, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Bu gün, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Bu gün, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Bu gün, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Bu gün, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Bu gün, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Bu gün, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Bu gün, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Bu gün, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Bu gün, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Bu gün, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
|