ARTUR RƏSİZADƏ VƏZİFƏ BAŞINDA SAXLANILDI
Tarix: 22-10-2013, 12:11 |
Çap et
BAŞ NAZİR POSTUNDA YENİLİK OLMADI: MİLLİ MƏCLİSİN QƏRARIDİA.AZ: - Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə baş nazir haqqında təqdimat göndərib.
DİA.AZ bildirir ki, Milli Məclisin sədri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda bildirib ki, dövlət başçısı baş nazir vəzifəsinə yenidən Artur Tahir oğlu Rasizədənin təqdimatını verib.
Milli Məclis 112 nəfər lehinə, 2 nəfər əleyhinə olmnaqla, A. Rəsizadəni baş nazir postuna təsdiqləyib.
O.Əsədov çıxışında bildirib ki, oktyabrın 9-da ölkədə keçirilən seçkilərdə Azərbaycan xalqı öz inkişafına, gələcəyinə səs verdi, İlham Əliyevi prezident seçdi.
Spiker vurğulayıb ki, andiçmə mərasiminin Milli Məclisdə keçirilməsi dövlət başçısının ölkənin qanunverici orqanına verdiyi qiymətdən xəbər verir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalamışdır.
Prezident Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq qərara alıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.