Qaradağda məmur özbaşınalığı vətəndaşı çilədən çıxarıb... - ŞİKAYƏT VAR
Tarix: 8-08-2015, 12:55 | Çap et
DİA.AZ "Balansinfo.az"-a istinadən xəbər verir ki, bu barədə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaşayan Üzeyir Quliyevin redaksiyamıza daxil olmuş şikayət məktubunda bəhs olunur. Müraciəti olduğu kimi təqdim edirik:
«Hörmətli redaksiya, bildirirəm ki, mən Quliyev Üzeyir Əbil oğlu Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olmuşam. Hal-hazırda ailəmlə birlikdə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdəki 11 saylı binada yaşayıram. Ailəm 7 nəfərdən ibarətdir. 80 yaşlı anam da bizimlə yaşayır, yataq xəstəsidir. Mən də ailəmə çörəkpulu qazanmaq üçün yaşadığım şəhərcikdə kənd təsərrüfatı məhsulları satmaq qərarına gəldim. Belə ki, dükan tikmək məqsədilə Müşfiqabad qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Qabil Quliyevin qəbulunda oldum. O, dükanın tikilməsi üçün bəzi sənəd və qərarın lazım olduğunu söylədi. Mən həmin sənədləri və qərarı götürüb bu ilin əvvəllərində Qabil Quliyevin yanına getdim. Kabinetinə daxil olanda Müşfiqabad qəsəbəsinin mühəndisi Asif adlı şəxs də içəridə idi. İkisi də gəlişimin səbəbini soruşdu. Gəlişimin səbəbini onlara bildirdim və Qabil müəllimə xatırlatdım ki, onun dediyi sənədləri və qərarı gətirmişəm. Hər ikisi sənədləri gözdən keçirdilər. Qeyd edim ki, sənəddə dükanın ərazisi 20 kv.metr nəzərdə tutulmuşdu. Onlar məndən dükanı harada tikəcəyimi soruşdular. Dedim ki, yaşadağım binanın baş tərəfindəki boş ərazidə. İkisi də bir ağızdan dedilər ki, Allah xeyir versin, get tik! Mən Mənzil-Kommunal İstismar Sahəsindən çıxandan 2 saat sonra Qabil müəllim məni yanına çağırdı. Kabinetində məndən soruşdu ki, 20 kv.metrlik dükan səni qane edəcəkmi? Onun nə demək istədiyini soruşdum. Qayıtdı ki, istəsən, dükanın həcmini artıra bilərik. Dedm, lap yaxşı. Dedi, onda sən hazırlaş, sabah sənə xəbər verəcəm. Ertəsi gün axşam saat 5-6 radələrində Qabil müəllim mənə zəng edib, yanına çağırdı. Mən «JEK»ə getdim. Qabil müəllim dedi ki, «səninlə kişi söhbəti edəcəm. İşini danışıb razılığını almışam, dükanın həcmini əlavə 50 kv.metr artıracaqsan. Amma dükanın 70 kv.metrlik layihəsinin təsdiqi üçün 5 min manat verəcəksən». Mən də dedim ki, gedib ailəmlə məsləhətləşib sonra şizinlə danışaram. Ailənin dolanışığını nəzərə alıb, maşınımı və həyat yoldaşımın qızıllırını sataraq 5 min manatı düzəltdim. Sonra da dükanın tikilməsi barədə sənədləri, qərarı və 5 min manatı götürüb Qabil müəllimin yanına getdim. Sənədləri və 5 min manat pulu kabinetində Qabil müəllimə verdim. O da dedi ki, «sən get arxayın tikintiyə başla, mən də dükanın 70 kv.m-lik layihəsini təsdiq etdirib gətirəcəm». Bundan sonra mən iki usta və üç fəhlə ilə dükanın tikintisinə başladım. Aradan təxminən 10 gün keçəndən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstimar Departamentinin müdir müavini Qulu adlı şəxs mənə zəng etdi. Dedi, bizə xəbər veriblər ki, sən orada nəsə tikirsən, hər nədirsə dayandır, bir-iki günə özüm gələcəm. Bir neçə gündəq sonra «Qaçqınkom»un nümayəndəsi, «JEK» rəisi Qabil müəllim və qəsəbənin mühəndisi tikinti gedən əraziyə gəldilər. Onlar öz aralarında nə söhbət etdilərsə, birdən mübahisə etməyə başladılar. «Qaçqınkom»un nümayəndəsi Qulu müəllim kiməsə zəng edib dedi ki, burada heç bir qanunsuz iş görülmür. Sonra da çıxıb getdilər. Sonradan məlum oldu ki, sən demə, Qabil müəllim məndən əlavə pul almaq məqsədilə «Qaçqınkom»a zəng edib ki, bir nəfər qəsəbədə qanunsuz dükan tikir. Halbuki Qabil Quliyevin rəis olduğu Mənzil-Kommunal İstismar Sahəsinin binası ilə mənim tikdirdiyim dükan üzbəüzdür, ara məsafəsi isə 15 metr ola, ya olmaya. Göndərdiyim fotodan da göründüyü kimi, Qabil müəllmin idarəsinin pəncərəsindən mənim tikdirdiyim dükan, dükanın pəncərəsindən isə onun möhtəşəm idarəsi görünür. Əgər mən dükanı qanunsuz tikirdimsə, Qabil müəllim hər gün gördüyü bu tikintini niyə gəlib dayandırmırdı? Üstürdən 4-5 ay keçəndən, tikinti başa çatandan, üstü örtüləndən sonra niyə etirazını bildirir? Bunu eşidəndən sonra Qabil müəllimin yanına gedib dedim ki, bu nə oyundur mənim başıma gətirirsən? O da dedi, bir az səbrli ol, bu iş böyüyüb, qoy ara sakitləşsin, işini həll edəcəm. Aradan bir müddət keçdi, lakin Qabil müəllimdən bir səs-soraq çıxmadı. Dost-tanış dedi ki, Qabil sənin savadsızlığından istifadə edərək, səni yola verir. Həqiqətən də belə oldu. Bir gün Qabil müəllim məni yanına çağırıb dedi ki, yuxarılar verdiyin 5 min manata dükanın 70 kv.metrlik layihəsini təsdiqləmir, əlavə pul istəyirlər, o pulu verməyə imkanın varmı? Dedim, yox, məndə hardadır o qədər pul? Beləcə, günü-günə sataraq Qabil Quliyev nə dükanın tikintisi ilə bağlı sənədləri, qararı və 70 kv.m-lik layihəni özümə qaytarır, nə də layihənin təsdiqi üçün məndən aldığı 5 min manatı. Ona görə də şikayitmi dərc etməyinizi və bu məsələni ictimailəşdirməyinizi sizdən xahiş edirəm. Onu da qeyd edim ki, mən məsələ ilə bağlı Qaradağ rayon prokurorluğuna, rayon Polis İdarəsinə, eləcə də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyev rəsmi şikayət ərizəsi ilə müraciət etmişəm. Müraciətimdə mənə dəyən maddi zərərin ödənilməsinə və dükanın 70 kv.m-lik layihəsi üçün Qabil Quliyevin məndən aldığı 5 min manatın geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişəm. Artıq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sözügedən şikayətimi araşdırır. Hətta Qabil Quliyevi Baş İdarəyə çağırıblar. Qaradağ rayon prokurorluğu isə şikayətimlə bağlı izahatımı da alıb. İnanıram ki, aidiyyəti qurumların köməyi ilə problem öz həllini tapacaq”.
Şikayət məktubunda adı çəkilən şəxslərin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Bu səbəbdən də qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
Bu gün, 01:11 |
|
|
|
• İrəvanın sabotaj planı: Bunun nəticələri... - NƏ ETMƏLİ?
Bu gün, 00:05 |
|
|
|
• Qəbul imtahanlarında ballar azalacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• Tarif Şurasının qərarı sənaye məhsullarını bahalaşdıracaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 22:49 |
|
|
|
• AzTV-nin keçmiş aparıcısı vəfat etdi
Dünən, 22:43 |
|
|
|
• Sülh yox, yeni savaş: Stratfor Cənubi Qafqazın gələcəyini açıqladı - 2025-ci il bizi nələrlə üz-üzə qoyacaq?
Dünən, 22:40 |
|
|
|
• Bakı şərt qoydu, Kreml 30 illik prinsipini pozdu: - Qəza ilə bağlı iki mühüm məqam
Dünən, 20:14 |
|
|
|
• Axırı Livan ermənisi çıxacaq... - İLGİNC FAKT
Dünən, 20:11 |
|
|
|
• Hökumət ziyanın yarısından niyə döndü? - Yeni vergi tənzimləməsi – keçmişə qayıdış
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə İran da qazanan tərəflər arasında yer ala bilər -ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb
Dünən, 18:11 |
|
|
|
• 2025-ci ildə dünyanı nə gözləyir? – Zirəddindən SENSASİYA
Dünən, 18:04 |
|
|
|
• “Avrora Qrup”da yeni təyinat - ƏMR
Dünən, 18:00 |
|
|
|
• Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir? - GƏLİŞMƏ
Dünən, 17:59 |
|
|
|
• Güc itirən Rusiyanın yenidən SSRİ və ona bənzər birlik qurması... qeyri-mümkündür!
Dünən, 17:53 |
|
|
|
• "BakuBus"da sürücü ilə sərnişinlər arasında İNSİDENT - VİDEO
Dünən, 17:49 |
|
|
|
• "Ter-Petrosyanın çıxışı bizə məhkəmədə lazım olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:44 |
|
|
|
• Pul qazanmaq istəyərkən 1 milyon itirən eks-məmurun oğlu imiş - FOTO
Dünən, 17:42 |
|
|
|
• 2 min 548 epizod, milyardlarla ziyan... - DETALLAR
Dünən, 17:39 |
|
|
|
• Azərbaycanda dərmanlar niyə bahadır? - ŞƏRH
Dünən, 17:34 |
|
|
|
• Eks-deputatlığa namizəd, sabiq mətbuat katibi vəfat edib - AÇIQLAMA
Dünən, 17:29 |
|
|
|
• “Azericard” şirkətində yeni təyinat olub - ƏMR
Dünən, 17:20 |
|
|
|
• Emil İsmayılov ölkədən külli miqdarda valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Aprel döyüşlərinin iştirakçısı Rusiyada vəfat etdi
Dünən, 17:13 |
|
|
|
• Naxçıvan polisinə yeni avtomobillər verilib
Dünən, 17:10 |
|
|
|
• "Əsrlərlə İrana hökm edən Türklər fars dilinə toxunmadı, indi Türk uşaqlarına Türkcə adı qadağa edirlər"
Dünən, 17:01 |
|
|
|
• Moskvadan gələn SİFARİŞ: - “Rusiya bunda maraqlıdır”
Dünən, 16:58 |
|
|
|
• Rusiya Yaxın Şərqdən çıxmaq istəmir - “Carnegie Think Tank”
Dünən, 16:53 |
|
|
|
• POZULAN ATƏŞKƏSİN SƏSİ... - əslində HARDAN GƏLİR?
Dünən, 16:49 |
|
|
|
• Vassermanın ABSURD MƏNTİQİ... - Onda inanaq ki...
Dünən, 16:46 |
|
|
|
• Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinə şərti cəza verilib - BELƏ DƏ OLUR...
Dünən, 16:44 |
|
|
|
• Çindəki təhlükəli virus Azərbaycana da çatıb? - AKTUAL
Dünən, 16:38 |
|
|
|
• Üç nəfərin 4 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLADI
Dünən, 16:33 |
|
|
|
• Petrosyanın etirafı: İrəvan artıq buna məcburdur - ŞƏRH
Dünən, 16:31 |
|
|
|
• Çörəkçi yoldaşını öldürən hakim qarşısında - MƏHKƏMƏDƏN VİDEO
Dünən, 16:26 |
|
|
|
• Sahibkarların qiymət tələsi: - “İtirən alıcı, qazanan isə şəbəkə olur”
Dünən, 16:20 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 16:17 |
|
|
|
• Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir - ÇAĞIRIŞ
Dünən, 16:16 |
|
|
|
• Ukrayna zəif deyil... AMMA... - GƏLİŞMƏ
Dünən, 16:14 |
|
|
|
• Kreml nə vaxta qədər SUSACAQ? - AKTUAL
Dünən, 16:12 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... - 30 minlik viski, nadir ov əti və 300 minlik hədiyyə...
Dünən, 16:09 |
|
|
|
• Sabiq nazirimizin qohumunu 13-cü mərtəbədən atdılar - SƏBƏB
Dünən, 16:06 |
|
|
|
• Bakıda həbsdə olan Qarabağ separatçılarının məhkəməsinin vaxtı məlum olub - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
• Bakıda əməliyyat keçirilib, altı kiloqram narkotik aşkarlanıb - VİDEO
Dünən, 16:03 |
|
|
|
• Paşinyandan rəqiblərinə “sui-qəsd” – Qərbi azərbaycanlılar və Zəngəzur məsələsi masada
Dünən, 15:39 |
|
|
|
• Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN
Dünən, 15:32 |
|
|
|
• Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... -ŞƏRH
Dünən, 15:22 |
|
|
|
• “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” – Elçin Göyçaylı DANIŞDI
Dünən, 15:16 |
|
|
|
• Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Dünən, 15:13 |
|
|
|
• “Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Dünən, 15:10 |
|
|
|
|