Masallıda dövlət sənədinə qarşı cinayət xarakterli münasibət... - İlginc iddialar
Tarix: 23-07-2015, 11:17 | Çap et
Masallı rayonunda səhiyyə sisteminin ağır durumda olmasına dair yerli sakinlərdən aldığımız şikayət məktublarının ardı-arası kəsilmir. Artıq dəfələrlə qeyd olunduğu kimi, bu məktubların istisnasız olaraq hamısında rayonun səhiyyə sistemində yer almış rüşvətxorluq və korrupsiya hallarından bəhs edilir. Eləcə də bütün hallarda Masallı səhiyyəsində yaşanan çoxsaylı problemlərə görə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov ittiham olunur. Məktublardan birində oxuyuruq: “Etiraf edim ki, qəzetinizdə dərc olunan məqalələrdə mənim toxunmaq istədiyim bütün məqamlar da öz əksini tapıb. Bununla belə, bizim hər gün çəkdiyimiz ürək ağrısını siz duya biməzsiniz. Çünki biz, Masallı sakinləri Cəlil Nəzərovun özbaşınalıqlarının birbaşa qurbanlarıyıq. Bu insanın başçılığı altında bu gün rayonumuzun səhiyyə sistemi əməlli-başlı çöküb...” Daxil olan məlumatlarda daha çox diqqəti çəkən məqamlardan biri kimi RMX-da fəaliyyət göstərən tibbi komissiyanın işində yol verilən çeşidli saxtakarlıqlar qeyd oluna bilər. İddialara görə, müxtəlif arayışların verilməsi prosedurlarını əməlli-başlı kommersiya fəaliyyətinə çevirmiş baş həkim, bu işləri tam nəzarətdə saxlamaq üçün onların icrasını belə tibb sahəsi ilə heç bir əlaqəsi olmayan şəxslərə tapşırıb: “Vəziyyət hətta o yerə çatıb ki, rayonumuzda bəzi tibb müəssisələrində bu sahəyə heç bir aidiyyatı olmayan şəxslər ağalıq edirlər. Masallı sakinlərinin əksəriyyəti təsdiq edə bilər ki, Cəlil Nəzərov rayonda olmadığı vaxtlarda xəstəxananın möhürü, tibbi komissiyanın blankları və digər rəsmi sənədlər baş həkimin müavinlərinin deyil, digər mülki vətəndaşların sərəncamında olur. Həmin şəxslər isə bu zaman əsil dəllal rolunda çıxış edirlər. Həkim komissiyalarına müraciət edən xəstələr də bu dəllalların əlində girinc olublar. Cəlil həkimin öz müavinlərindən daha çox etimad göstərdiyi bu şəxslərdən Həsənli kənd sakinləri Akif, Yaşar və Yaşarın qardaşı xəstələrə qarşı daha çox özbaşınalıqları ilə seçilirlər...” Həmçinin, rayon sakinlərindən Masallı RMX-nın fəaliyyəti ilə bağlı aldığımız məktublarda çoxsaylı şikayətlər doğuran növbəti məqamlardan biri kimi dərman preparatları ilə törədilən maxinasiyaları göstərmək olar. Açıqlamalrda bildirilir ki, məhz tibb müəssisələrinə dərmanların alınması prosedurları rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biridir. Vurğulanır ki, bu əməliyyatlar zamanı çeşidli maxinasiyalara yol verilir, qaimə sənədlərində şişirdilmiş qiymətlər göstərilir. Rayonun tibb müəssisələrində Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təmin olunmalarına dair verdiyi təlimatlar da kobud şəkildə pozulur. Belə ki, xəstəxananın rəhbərliyi hətta güzəştli kateqoriyadan olan xəstələrə də pulsuz dərmanların verilməsinə icazə vermir. Buna görə də vətəndaşlar məcburiyyət qarşısında qalaraq həmin dərmanları pulla alırlar. Bu xüsusda rayondan aldığımız bir məlumatda qeyd olunur: “Dərman qıtlığına gəlincə isə, rayonda hamı bilir ki, bu qıtlıq süni şəkildə, məhz Cəlil Nəzərovun səyləri nəticəsində yaradılır. Şəkər, əsəb və digər xəstələr uzun növbələrdə öz sağlamlıqlarını daha çox itirirlər. Sanki baş həkim Masallının təkcə səhiyyə sisteminə deyil, sadə vətəndaşlarına, xüsusən də xəstələrə qənim kəsilib...” Bundan başqa, aldığımız məktublarda narazı vətəndaşlar Cəlil Nəzərovun yürütdüyü yarıtmaz kadr siyasətinin də ciddi fəsadlara yol açdığını xüsusi olraq qeyd edirlər: “Xəstəxanada ciddi kadrproblemi mövcuddur. Həkimlərin əksəriyyəti savadsızdır. Savadlı həkimlərin çoxu Cəlil Nəzərov tərəfindən işdən kənarlaşdırılıb. Bəzi hallarda xəstəliyə aid olmayan müayinə və müalicə təyin olunur ki, bu da sonda xəstənin vəziyyətinin daha da ağırlaşması ilə nəticələnir. Hətta xəstəxanaya ağır vəziyyətdə gətirilən və cərrahiyyə əməliyyatına ehtiyacı olan xəstələrin yaxınlarından müəyyən miqdarda pul tələb olunur. Əgər xəstənin imkanı normaldırsa, dərhal əməliyyata götürülür. Əks təqdirdə, heç bir həkim ona yaxın durmur...”
Materialda irəli sürülən ittihamlara qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
Bu gün, 01:11 |
|
|
|
• İrəvanın sabotaj planı: Bunun nəticələri... - NƏ ETMƏLİ?
Bu gün, 00:05 |
|
|
|
• Qəbul imtahanlarında ballar azalacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• Tarif Şurasının qərarı sənaye məhsullarını bahalaşdıracaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 22:49 |
|
|
|
• AzTV-nin keçmiş aparıcısı vəfat etdi
Dünən, 22:43 |
|
|
|
• Sülh yox, yeni savaş: Stratfor Cənubi Qafqazın gələcəyini açıqladı - 2025-ci il bizi nələrlə üz-üzə qoyacaq?
Dünən, 22:40 |
|
|
|
• Bakı şərt qoydu, Kreml 30 illik prinsipini pozdu: - Qəza ilə bağlı iki mühüm məqam
Dünən, 20:14 |
|
|
|
• Axırı Livan ermənisi çıxacaq... - İLGİNC FAKT
Dünən, 20:11 |
|
|
|
• Hökumət ziyanın yarısından niyə döndü? - Yeni vergi tənzimləməsi – keçmişə qayıdış
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə İran da qazanan tərəflər arasında yer ala bilər -ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb
Dünən, 18:11 |
|
|
|
• 2025-ci ildə dünyanı nə gözləyir? – Zirəddindən SENSASİYA
Dünən, 18:04 |
|
|
|
• “Avrora Qrup”da yeni təyinat - ƏMR
Dünən, 18:00 |
|
|
|
• Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir? - GƏLİŞMƏ
Dünən, 17:59 |
|
|
|
• Güc itirən Rusiyanın yenidən SSRİ və ona bənzər birlik qurması... qeyri-mümkündür!
Dünən, 17:53 |
|
|
|
• "BakuBus"da sürücü ilə sərnişinlər arasında İNSİDENT - VİDEO
Dünən, 17:49 |
|
|
|
• "Ter-Petrosyanın çıxışı bizə məhkəmədə lazım olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:44 |
|
|
|
• Pul qazanmaq istəyərkən 1 milyon itirən eks-məmurun oğlu imiş - FOTO
Dünən, 17:42 |
|
|
|
• 2 min 548 epizod, milyardlarla ziyan... - DETALLAR
Dünən, 17:39 |
|
|
|
• Azərbaycanda dərmanlar niyə bahadır? - ŞƏRH
Dünən, 17:34 |
|
|
|
• Eks-deputatlığa namizəd, sabiq mətbuat katibi vəfat edib - AÇIQLAMA
Dünən, 17:29 |
|
|
|
• “Azericard” şirkətində yeni təyinat olub - ƏMR
Dünən, 17:20 |
|
|
|
• Emil İsmayılov ölkədən külli miqdarda valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Aprel döyüşlərinin iştirakçısı Rusiyada vəfat etdi
Dünən, 17:13 |
|
|
|
• Naxçıvan polisinə yeni avtomobillər verilib
Dünən, 17:10 |
|
|
|
• "Əsrlərlə İrana hökm edən Türklər fars dilinə toxunmadı, indi Türk uşaqlarına Türkcə adı qadağa edirlər"
Dünən, 17:01 |
|
|
|
• Moskvadan gələn SİFARİŞ: - “Rusiya bunda maraqlıdır”
Dünən, 16:58 |
|
|
|
• Rusiya Yaxın Şərqdən çıxmaq istəmir - “Carnegie Think Tank”
Dünən, 16:53 |
|
|
|
• POZULAN ATƏŞKƏSİN SƏSİ... - əslində HARDAN GƏLİR?
Dünən, 16:49 |
|
|
|
• Vassermanın ABSURD MƏNTİQİ... - Onda inanaq ki...
Dünən, 16:46 |
|
|
|
• Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinə şərti cəza verilib - BELƏ DƏ OLUR...
Dünən, 16:44 |
|
|
|
• Çindəki təhlükəli virus Azərbaycana da çatıb? - AKTUAL
Dünən, 16:38 |
|
|
|
• Üç nəfərin 4 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLADI
Dünən, 16:33 |
|
|
|
• Petrosyanın etirafı: İrəvan artıq buna məcburdur - ŞƏRH
Dünən, 16:31 |
|
|
|
• Çörəkçi yoldaşını öldürən hakim qarşısında - MƏHKƏMƏDƏN VİDEO
Dünən, 16:26 |
|
|
|
• Sahibkarların qiymət tələsi: - “İtirən alıcı, qazanan isə şəbəkə olur”
Dünən, 16:20 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 16:17 |
|
|
|
• Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir - ÇAĞIRIŞ
Dünən, 16:16 |
|
|
|
• Ukrayna zəif deyil... AMMA... - GƏLİŞMƏ
Dünən, 16:14 |
|
|
|
• Kreml nə vaxta qədər SUSACAQ? - AKTUAL
Dünən, 16:12 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... - 30 minlik viski, nadir ov əti və 300 minlik hədiyyə...
Dünən, 16:09 |
|
|
|
• Sabiq nazirimizin qohumunu 13-cü mərtəbədən atdılar - SƏBƏB
Dünən, 16:06 |
|
|
|
• Bakıda həbsdə olan Qarabağ separatçılarının məhkəməsinin vaxtı məlum olub - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
• Bakıda əməliyyat keçirilib, altı kiloqram narkotik aşkarlanıb - VİDEO
Dünən, 16:03 |
|
|
|
• Paşinyandan rəqiblərinə “sui-qəsd” – Qərbi azərbaycanlılar və Zəngəzur məsələsi masada
Dünən, 15:39 |
|
|
|
• Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN
Dünən, 15:32 |
|
|
|
• Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... -ŞƏRH
Dünən, 15:22 |
|
|
|
• “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” – Elçin Göyçaylı DANIŞDI
Dünən, 15:16 |
|
|
|
• Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Dünən, 15:13 |
|
|
|
• “Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Dünən, 15:10 |
|
|
|
|