Azərbaycanda oliqarx məmurların gizli qazanc ünvanı... - Hər bir bahalı otelin arxasında bir iri məmur dayanır
Tarix: 16-07-2015, 10:35 | Çap et
Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bir sıra məsələlərlə yanaşı, Azərbaycandakı otellərdə qiymətlərin baha olmasından da narazılığını bildirib. Dövlət rəhbəri qiymətlərin aşağı salınması üçün ciddi tapşırıqlar verib.
"İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada var. İndi Bakıda otellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan otellərin qiyməti niyə bahadır?", - İlham Əliyev bildirib. Onun sözlərinə görə, bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir: "Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir. Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar". Lakin, İlham Əliyevin bildirdiyinə görə, üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. Ölkə başçısının sözlərinə görə, o qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər, budur reallıq: "Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər". Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov Azərbaycanda qiymətlərin həddindən artıq şişirdildiyini və bu şişirtmədə vergi orqanlarının da əlinin olduğunu deyir. Onun sözlərinə görə, ölkə prezidentinin çıxışından göründüyü kimi otellərdəki qiymətlərin yüksək olmasının səbəbləri haqqında dəqiq informasiyaya malikdir. Ekspert deyir ki, zaman-zaman mütəxəssislər ölkəmizdəki otel qiymətlərinin bazar tərəfindən deyil, müxtəlif orqanların (vergi, hüquq mühafizə və s) təsiri nəticəsində formalaşdığını vurğulayırlar: “Rəsmi məlumatlara görə, ölkəmizdəki mehmanxana və bu tipli gecələmə yerlərindəki çarpayıların sayı 35 mindən çoxdur. Bu çarpayıların illik tutumu 13 milyona yaxın rəqəm edir. Amma Statistika Komitəsinin illik məlumatına nəzər salsaq, bu gecələmələrin sayının 10 dəfədən də az olduğunu görə bilərik. Belə mənzərə yaranır ki, Azərbaycanda otel biznesi rentabelli deyil və bura investisiya qoyulmasına dəymir. Amma, praktikada bunun əksinin şahidi oluruq. Məlum olduğu kimi ölkə üzrə hər il 30-40 yeni otel istifadəyə verilir. Buradan belə nəticəyə gəlmək olur ki, otellər nəinki qiymətləri şişirtməklə məşğuldur, eyni zamanda gəlirləri kütləvi surətdə gizlədirlər. Bunu isə vergi orqanları ilə razılaşdırılmadan həyata keçirmək mümkün deyil. Prezident də bu informasiyaya əsaslanaraq vergi orqanlarına ciddi xəbərdarlıq etdi”. Azərbaycanda iki-üç ulduzlu otəllərin qıtlığından danışan ekspert deyir ki, otel biznesi ilə məşğul olanlar daha yüksək ulduz almağa meyillidirlər. Çünki 5 ulduzlu otelin vergisi ilə 1-2 ulduzlu otelin ödədiyi vergi eynidir. Halbuki 1-3 ulduzlu otellərin ödədiyi vergi, 4-5 ulduzlu otelin ödədiyi vergidən az olmalıdır. Belə olarsa heç də hamı yüksək ulduz almağa iddialı olmaz: “Fikrimcə, beynəlxalq təcrübədən istifadə edərək otel biznesinə differensiyallaşdırılmış vergi tətbiq edilməlidir. Bu qayda lisenziya üçün rüsümlara da tətbiq edilməlidir. Başa düşmək çətindir ki, nəyə görə 5 ulduzlu otel və 1-2 ulduzlu otel lisenziya üçün eyni rüsumu ödəməlidir. Əgər xərclər eynidirsə, niyə ağaşı ulduza iddia etsinlər ki?”. Azərbaycanın otel qiymətləri ilə qonşu ölkələrdəki vəziyyəti müqayisə edən B. Bilalovun dediyinə görə, Azərbaycanda otel qiymətləri Gürcüstanla müqayisədə 30-50 faiz bahadır. İranla müqayisədə isə bu rəqəm 100%-dən çoxdur. Turizim mütəxəssisi deyir ki, qardaş Türkiyə ilə müqayisə etdikdə Azərbaycandakı otel qiymətləri 20-40% daha bahadır. İqtisadi və Sosial İnnovasiyalar institutunun rəhbəri, millət vəkili Əli Məsimli isə otellərdə xidmətin aşağı, qiymətlərin isə bahalığından şikayət edir: “Azərbaycanın turizm üçün çox unikal imkanları var. Son illər bu imkanlardan istifadə istiqamətində xeyli iş görülüb. Bununla belə hələ görüləsi işlər çoxdur. Turizm obyektlərinin xeyli hissəsində xidmətin keyfiyyəti aşağı, qiymətlər isə çox yüksəkdir. Son vaxtlar aviabiletlərin qiymətlərinin də artması Azərbaycana turist axınına mane olan amillərdən birinə çevrilib. Eyni zamanda Azərbaycanda aztəminatlı təbəqənin istirahət etməsi üçün şərait yaradılmalıdır. Bundan ötrü Prezidentin qaldırdığı məsələlərin həlli sürətləndirilməli, qiymətlər aşağı salınmalı, iki və üçulduzlu otellər tikilməlidir”. Adının çəkilməsini istəməyən iqtisadçı ekspert isə ölkədəki lüks otellərin bir sıra iri məmurların nəzarətində olduğunu deyib. Onun sözlərinə görə Bakıda və ölkənin digər yerlərində fəaliyyət göstərən belə otellərin qeyri-rəsmi sahibləri arasında nazirlər, nazir müavinləri, icra başçıları, komitə sədrləri, prokurorluq və hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutanlar, millət vəkilləri və s. var. “Belədə otel qiymətlərinin həddən artıq baha olmasının gerçək səbəbkarlarının kim olduğunu bilmək çətin deyil. Oliqarxlar hər işdə olduğu kimi, otelçilikdə də mütləq söz sahibidirlər və istədikləri qiyməti diqtə edirlər. Ümumiyyətlə, bu sahədə şəffaflıq yox dərəcəsindədir. Şübhələr var ki, otellər real gəlirlərini gizlədirlər. Onların qazancları rəsmi statistikada milyonlarla ifadə olunsa da, istisna deyil ki, Azərbaycanda otelçilik sahəsində real dövriyyə milyard manata çatır” - deyə həmsöhbətimiz bildirib. Ekspertin sözlərinə görə, otelçilikdəki qiymət və xidmət özbaşınalığını aradan qaldırmağa onların arxasında dayanan iri məmurlara lazımi, hüquqi “qulaqburması” verməkdən başlamaq lazımdır. Əks halda sözügedən sahədə hər hansı müsbət dəyişiklikdən danışmaq çətin məsələdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
Bu gün, 01:11 |
|
|
|
• İrəvanın sabotaj planı: Bunun nəticələri... - NƏ ETMƏLİ?
Bu gün, 00:05 |
|
|
|
• Qəbul imtahanlarında ballar azalacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• Tarif Şurasının qərarı sənaye məhsullarını bahalaşdıracaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 22:49 |
|
|
|
• AzTV-nin keçmiş aparıcısı vəfat etdi
Dünən, 22:43 |
|
|
|
• Sülh yox, yeni savaş: Stratfor Cənubi Qafqazın gələcəyini açıqladı - 2025-ci il bizi nələrlə üz-üzə qoyacaq?
Dünən, 22:40 |
|
|
|
• Bakı şərt qoydu, Kreml 30 illik prinsipini pozdu: - Qəza ilə bağlı iki mühüm məqam
Dünən, 20:14 |
|
|
|
• Axırı Livan ermənisi çıxacaq... - İLGİNC FAKT
Dünən, 20:11 |
|
|
|
• Hökumət ziyanın yarısından niyə döndü? - Yeni vergi tənzimləməsi – keçmişə qayıdış
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə İran da qazanan tərəflər arasında yer ala bilər -ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb
Dünən, 18:11 |
|
|
|
• 2025-ci ildə dünyanı nə gözləyir? – Zirəddindən SENSASİYA
Dünən, 18:04 |
|
|
|
• “Avrora Qrup”da yeni təyinat - ƏMR
Dünən, 18:00 |
|
|
|
• Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir? - GƏLİŞMƏ
Dünən, 17:59 |
|
|
|
• Güc itirən Rusiyanın yenidən SSRİ və ona bənzər birlik qurması... qeyri-mümkündür!
Dünən, 17:53 |
|
|
|
• "BakuBus"da sürücü ilə sərnişinlər arasında İNSİDENT - VİDEO
Dünən, 17:49 |
|
|
|
• "Ter-Petrosyanın çıxışı bizə məhkəmədə lazım olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:44 |
|
|
|
• Pul qazanmaq istəyərkən 1 milyon itirən eks-məmurun oğlu imiş - FOTO
Dünən, 17:42 |
|
|
|
• 2 min 548 epizod, milyardlarla ziyan... - DETALLAR
Dünən, 17:39 |
|
|
|
• Azərbaycanda dərmanlar niyə bahadır? - ŞƏRH
Dünən, 17:34 |
|
|
|
• Eks-deputatlığa namizəd, sabiq mətbuat katibi vəfat edib - AÇIQLAMA
Dünən, 17:29 |
|
|
|
• “Azericard” şirkətində yeni təyinat olub - ƏMR
Dünən, 17:20 |
|
|
|
• Emil İsmayılov ölkədən külli miqdarda valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Aprel döyüşlərinin iştirakçısı Rusiyada vəfat etdi
Dünən, 17:13 |
|
|
|
• Naxçıvan polisinə yeni avtomobillər verilib
Dünən, 17:10 |
|
|
|
• "Əsrlərlə İrana hökm edən Türklər fars dilinə toxunmadı, indi Türk uşaqlarına Türkcə adı qadağa edirlər"
Dünən, 17:01 |
|
|
|
• Moskvadan gələn SİFARİŞ: - “Rusiya bunda maraqlıdır”
Dünən, 16:58 |
|
|
|
• Rusiya Yaxın Şərqdən çıxmaq istəmir - “Carnegie Think Tank”
Dünən, 16:53 |
|
|
|
• POZULAN ATƏŞKƏSİN SƏSİ... - əslində HARDAN GƏLİR?
Dünən, 16:49 |
|
|
|
• Vassermanın ABSURD MƏNTİQİ... - Onda inanaq ki...
Dünən, 16:46 |
|
|
|
• Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinə şərti cəza verilib - BELƏ DƏ OLUR...
Dünən, 16:44 |
|
|
|
• Çindəki təhlükəli virus Azərbaycana da çatıb? - AKTUAL
Dünən, 16:38 |
|
|
|
• Üç nəfərin 4 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLADI
Dünən, 16:33 |
|
|
|
• Petrosyanın etirafı: İrəvan artıq buna məcburdur - ŞƏRH
Dünən, 16:31 |
|
|
|
• Çörəkçi yoldaşını öldürən hakim qarşısında - MƏHKƏMƏDƏN VİDEO
Dünən, 16:26 |
|
|
|
• Sahibkarların qiymət tələsi: - “İtirən alıcı, qazanan isə şəbəkə olur”
Dünən, 16:20 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 16:17 |
|
|
|
• Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir - ÇAĞIRIŞ
Dünən, 16:16 |
|
|
|
• Ukrayna zəif deyil... AMMA... - GƏLİŞMƏ
Dünən, 16:14 |
|
|
|
• Kreml nə vaxta qədər SUSACAQ? - AKTUAL
Dünən, 16:12 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... - 30 minlik viski, nadir ov əti və 300 minlik hədiyyə...
Dünən, 16:09 |
|
|
|
• Sabiq nazirimizin qohumunu 13-cü mərtəbədən atdılar - SƏBƏB
Dünən, 16:06 |
|
|
|
• Bakıda həbsdə olan Qarabağ separatçılarının məhkəməsinin vaxtı məlum olub - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
• Bakıda əməliyyat keçirilib, altı kiloqram narkotik aşkarlanıb - VİDEO
Dünən, 16:03 |
|
|
|
• Paşinyandan rəqiblərinə “sui-qəsd” – Qərbi azərbaycanlılar və Zəngəzur məsələsi masada
Dünən, 15:39 |
|
|
|
• Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN
Dünən, 15:32 |
|
|
|
• Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... -ŞƏRH
Dünən, 15:22 |
|
|
|
• “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” – Elçin Göyçaylı DANIŞDI
Dünən, 15:16 |
|
|
|
• Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Dünən, 15:13 |
|
|
|
• “Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Dünən, 15:10 |
|
|
|
|