Naxçıvanda NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR...
Tarix: 14-12-2021, 10:47 | Çap et
Xəbər verdiyimiz kimi, Naxçıvanda Polis-DTX-Ordu üçbucağı üzərində hakimiyyət quran “xan” rejimi öz taxtının laxladılmasının qarşısını almaq üçün Bakıdan – Azərbaycan Respublikası Polis Akademiyasından bölgəyə göndərilən və yerli idarəçilərin gözünə casus kimi görünən polis zabitlərini bir-bir “dənləməyə” qərar verib. Onların yerinə isə Naxçıvandakı 2 illik, adına şərti olaraq “peşə texniki polis məktəbi” dediyimiz Orta İxtisas Polis Məktəbinin məzunlarını yerləşdirir. Məlumata görə, 5 illik sərt rejimli Akademiyanı bitirib Naxçıvana göndərilən gənc polislər ən xırda bəhanələrlə sıxışdırılıb “öz ərizəsi” ilə işdən uzalaşdırılırlar. Onlardan bəziləri it saxladığına, bəziləri isə aşağılandıqlarına etiraz etdiklərinə görə ən ağır cəzalara məruz qalırlar. Təsadüfi deyil ki, son bir ildə 36 nəfər Akademiya məzunu müxtəlif bəhanələrlə Naxçıvanın polis orqanlarından qovulub. Biz də həmin gənclərin hansı basqılara məruz qaldıqları barədə əldə etdiyimiz məlumatları sizinlə bölüşməyə söz vermişdik və sözümüzə əməl edirik. Bugünkü yazımızda akademiya məzunu gənc polislərdən birinin başına gələnlərdən bəhs edəcəyik – Polis leytenantı Həsən Cəfərovdan. Ovqat.com-un Naxçıvan DİN-dəki yüksək rütbəli mənbələrdən aldığı məlumata görə, Polis Akademiyasını yüksək qiymətlərlə bitirən Cəfərov Həsən hazırda Bakıda “Bolt” taksisi sürür. Sözsüz ki, 5 il ağır məşəqqətlərlə Polis Akademiyasını bitirən bir insanın taksi sürücülüyü etməsinin özəl bir səbəbi var. Yəqin razılaşarsınız ki, bu, Cəfərov Həsənin taksi sürücülüyünü polis zabitliyindən üstün tutmasından irəli gəlmir. Bəs nədən irəli gəlir?
Gəlin, Naxçıvan DİN-dəki yüksək rütbəli mənbəmizin bizə ötürdüyü məlumatları gözdən keçirərək bu suala cavab axtaraq. Cəfərov Həsən 1995-ci ildə Şərur rayon Maxta kəndində anadan olub. 2012-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxil olub. 2017-ci ildə ayağı sındığına görə dərslərə girə bilmədiyindən məcburən Polis Akademiyasından uzaqlaşdırılıb. Zira Balonya təhsil sitemində belə bir qayda var: səbəbindən asılı olmayaraq 120 saatdan artıq dərs buraxdıqda kursdan xaric edilirsən. Həsən Cəfərov da sözügedən bədbəxt hadisə nəticəsində 5-ci kursda, məzun olmasına bir neçə ay qalmış təhsilini yarımçıq kəsir. Sağaldıqdan sonra 2018-ci ildə təhsil müəssisəsinə bərpa olunan Həsən 5-ci kursu yenidən oxumalı olur. Həsən Cəfərov 2019-cu ildə Akadimyanı müvəffəqiyyətlə başa vurub polis leytenantı rütbəsi alır və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına göndərilir. Həsən Cəfərovu Naxçıvan şəhər polis idarəsinə əməliyyat müvəkkili təyin edirlər. Həsən işə başladığı ilk gündən əzmlə və mətanətlə asayişin keşiyində dayanır. İnformasiya qaynağımız bildirir: “Səhv etmirəmsə, 2020-ci ilin təxminən yaynvar ayı idi. Naxçıvanda baş verən qanunsuzluqlardam təngə gəlmiş bir vətəndaş özünü Ali Məclisin qarşısında yandırmaq istəyəndə Həsən vaxtında ora çatıb həmin vətəndaşla profilaktiki söhbət aparıb onu fikrindən döndərmişdi. Sözsüz ki, bir intiharın qarşısını almaq xüsusi bacarıq tələb edir və ən azı bu hadisəyə görə Həsən mükafatlandırılmalı idi”. “Mükafatlandırılır” da. Amma necə?
Bildirildiyinə görə, Həsənin bu əzmi Naxçıvan DİN-də ona qarşı qıcıq yaratmaya bilməzdi və gözlənilənlər baş verir. Naxçıvan DİN-nin rəhbərliyi Həsəni "vurmaq" üçün məqam axtarmağa başlayılar və bunu tapırlar. Necəliyini, gəlin, məlum səbəblərdən adını məxfi saxlamağa məcbur olduğumuz mənbəmizin dilindən eşidək: “Naxçıvanda polisləri səhər 09:00-dan gecə 00:00-dək işlədirlər. Günlərin birində gecə 00:00-da Həsən işdən çıxıb evə gedəndə bütün gün ərzində çəkdiyi yorğunluq öz işini görür və o, sükan arxasında mürgüləyir. Nəticədə avtomobilinin qabaq tərəfdən sol təkəri yol kənarındakı balaca arxa düşür. Həsən Cəfərov iş yoldaşı, Polis Akademiyasının digər məzunu Zeynalabidin Babayevə zəng edib onu köməyə çağırır. Hər ikisi avtomobili arxdan çıxarır”. Təsəvvür edirsinizmi, iki tələbə yoldaşının bir-birinə yardımına getməsi belə, Naxçıvan DİN-də böyük cinayət hesab olunur və onların hər ikisi müxtəlif cəzalara layiq görülür. “Ertəsi gün Nazirliyin Qərargah rəisi polis polkovniki Rəşad Seyidov polislərin hər ikisini yanına çağırır. Sanki böyük cinayət törədiblərmiş kimi, zabitlərin üzərinə qışqırır. Zabitlər soruşurlar ki, axı biz nə etmişik? Rəşad Seydov deyir: “Yol nəqliyyat hadisəsi törədib bunu gizlətmisiniz?”. Həsən isə cavabında Rəşad Seyidovun diqqətinə çatdırır ki, hadisə nəticəsində ikinci bir şəxsə və ya onun əmlakına, eləcə də dövlət mülkiyyətinə zərər dəyməyib, Hətta öz avtomobilinə belə, heç nə olmayıb. Amma nə qədər desə də, sözləri Rəşad Seyidova kar etmir. Çünki Həsəni "vurmaq" istəyirdilər və əllərinə böyük bir bəhanə düşmüşdü, özü də necə bir bəhanə; üstündə bonusu da var: Zeynalabdin Babayevə də cəza verə biləcəklər” – mənbəmiz bildirir.
İddiaya görə, Naxçıvan MR DİN-nin Qərargah rəisi, polis polkovniki Rəşad Seyidov hadisə barədə dərhal nazir Fazil Ələkbərova məruzə edir. Nazir də öz hökmünü verir: Həsən Cəfərov Şərura sürgün edilsin, Zeynalabidin Babayevə isə iş yoldaşının köməyinə getdiyinə görə töhmət verilsin. Başqa sözlə, Naxçıvan MR-nın yazılmamış qanunu - “Bütün yaxşılıqlara ölüm” qanunu həyata keçirilir. Nəhayət, Naxçıvan DİN-nin basqılarına tab gətirə bilməyən Həsən Cəfərov “öz ərizəsi” ilə işdən çıxıb Bakıya gəlir. “Bolt” taksisi sürərək, 5 illik böyük əziyyətlə bitirdiyi Polis Akademiyasının ona qazandırmadığı gündəlik çörək pulunu 3 ay oxuyaraq aldığı sürücülük vəsiqəsi hesabına çıxarır. Onun dostu Zeyanalabidin isə hazırda Naxçıvan şəhər polis idarəsində Cinayət axtarış şöbəsində baş əməliyyat müvəklili işləyir. Polis kapitanıdır. Mənbəmizin iddiasına görə, onun da cəzalandırılması üçün “əsaslı səbəb” axtarılır. //OVQAT.COM//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Bu gün, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Bu gün, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Bu gün, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Bu gün, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Bu gün, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Bu gün, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Bu gün, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Bu gün, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27 |
|
|
|
• Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32 |
|
|
|
• Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27 |
|
|
|
• İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24 |
|
|
|
• Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20 |
|
|
|
• Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18 |
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
|