“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” .....                     Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər .....                     “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” .....                     Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı .....                     Bəşər Əsədin həyat yoldaşının .....                     MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! .....                     Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur .....                     “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” .....                     Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur .....                     Sement ixracı bu il Azərbaycana 48 milyon dollar .....                     Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi .....                     Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib .....                     "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..." .....                     Axşam.az 12 yaşında! .....                     27 il talayasan... VƏ CƏZASIZ QALASAN... .....                     “LukOyl” benzin əvəzinə su satır? .....                     Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? .....                     İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı .....                     Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... .....                     Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı .....                     ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib .....                     Rus general Bakı və İrəvana nəyin mesajını verir? .....                     Bank kart kodlarını naməlum şəxslərə verməyin .....                     `Azəriqaz` yanvarın borcunu indidən yazır? .....                     AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib .....                     Həmin direktorun diplomu saxta imiş .....                     Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR .....                     "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" .....                     Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ .....                     Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib .....                     Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... .....                     Avropa Parlamentindən Bakıya növbəti hücum .....                     Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq .....                     Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR .....                     Bayram günlərində hotellərinqiyməti fantastik həddə .....                     Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! .....                     İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... .....                     4 milyon manat necə ələ keçirilib? .....                     Güzəştli şərtlərlə yaranan pensiya hüququ... .....                     İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... .....                 

Şabranın belə bir KƏNDİ DƏ VAR... - Başçı bilmir... dövlət ki bilir!
Tarix: 30-10-2021, 10:33 | Çap et
Şabranın belə bir KƏNDİ DƏ VAR...
Şabranın dağ kəndlərindən olan Qazbabalı sakinləri sosial problemlərlə yaşayır. Kənd camaatı deyir ki, içməli sı qıtlığından əziyyət çəkirlər. Küçələr dağılmış vəziyyətdədir. Məktəblilər dördüncü sinifdən sonra təhsilsiz qalır. İşsizlik yüksək səviyyədədir.

“Axşama qədər su növbəsində dayanırıq”

Qazbabalıda son aylar içməli su qıtlığı problemlərin hamısının önünə keçib. Kənd camaatı bir bulağın ümidinə qalıb. Burada damcı ilə yığılan suyu qablara doldururlar. Kənd sakini Nəzakət Əliyeva deyir ki, əslində, problem lap çoxdan var:

“Bütün kənd gözünü bu suya dikib. Burada da su yoxdu. Axşama qədər növbədə dayanırıq. Qab-qacağı bura yığıb, gözləyirik. Su tapa bilmirik. Damcı-damcı gəlir. Özümüz də su tapmırıq, heyvanlara da verə bilmirik. Hələ indi bulaq başında az adam görürsüz. O qədər adam olur ki burada… Əksər hallarda hamıya su çatmır. Toyuq-cücəyə də su vermək lazımdı. Deyirdilər ki, meşədə artezian quyusu qazacaqlar. Amma eləmədilər. Gəlib çıxan olmadı”.

Dürdanə Əliyeva danışır ki, bəzən qaranlıq düşənə qədər su gözləmək lazım gəlir: “Ağaclarımız quruyub gedir. Adicə göyərti də əkə bilmirik”.

Bu yerdə Nəzakət Əliyeva əlavə edir ki, “adamın ağaclara yazığı gəlir”.

İradə Nağıyeva yayda susuzluqdan daha çox əziyyət çəkdiklərini bildirir.

Bulaq başına yenicə gələn Könül Heydərova bura qədər xeyli yol qət etdiyini deyir:

“Kəndin o biri başından gəlirəm bulağa. Saatlarla burda gözləyirəm. Heç bilmirəm ki, evə nə vaxt gedib çıxacam. Kənddə başqa su götürəcək yer yoxdu”.

“Uşaqlar oxumaq istəyir, məktəb yoxdur”

Prezidentin 2 fevral 2018-ci il tarixli sərəncamı əsasında Qazbabalıda 20 şagirdlik modul tipli ibtidai məktəb quraşdırılıb. Yəni kənddə uşaqlar yalnız ibtidai təhsil ala bilir. Dördüncü sinifdən sonra qonşu Əmirxanlı kəndinə getmək lazım gəlir. İctimai nəqliyyat olmadığından, uşaqların əksəriyyəti təhsildən imtina etmək məcburiyyətində qalır.

“Gedə bilmirlər. Kor olub qalır uşaqlarımız. Mən qız uşağını iki-üç kilometr piyada göndərə bilmərəm. Necə göndərim? Qabağına vəhşi heyvan çıxsa, necə olacaq?! Uşaqlarımız dördüncü sinifdən tökülüb qalır kənddə. Mənim evdə 4 nəvəm məktəbə gedə bilmir. Hamısı da oxumaq istəyir. Kənddə kifayət qədər uşaq var. Doqquzillik eləsinlər, heç olmasa. Onuncu sinif üçün nəsə fikirləşərik. Böyüyərlər, özlərini idarə eləyə bilərlər. Balaca uşaqları uzaq yola necə buraxım? Neçə dəfə canavar çıxıb kəndin uşaqlarının qabağına…”, – Nəzakət Əliyevanın sözləridir.

Dürdanə Əliyeva da o fikirdədir ki, uşaqlara 9 illik təhsil imkanı yaradıla bilərdi: “Gərək məktəb quraşdırılanda bunu nəzərə alardılar. Dördüncü sinifdən sonra uşaqlar oturur evdə. Əmirxanlı yolunda duman, yağış, canavar olur. Kənddə nə qədər uşaq görürsüz ha, əksəriyyəti məktəbsiz qalıb”.

Sonradan şikayətçilərə qoşulan Yasəmən Əliyeva deyir ki, məktəbə getməli olan 7 nəvəsi var, amma bekar qalıblar:

“Qonşu kəndə gedənə qədər qarşılarına hər cür heyvan çıxır. Özü də çayı keçib getməlidilər”.

“Kəndin böyüyü olmalıdır”

Qazbabalı küçələrində avtomobillə hərəkət etmək mümkün deyil. Yalnız nimdaş “Niva”ların, traktorların yolu geridə qoymaq şansı var. Payızda yağışlar başlayanda kənd camaatı tamamilə evinə qapılmalı olur. Palçıqlı küçələr keçilməz görünür.

Nəzakət Əliyeva deyir ki, Qazbabalıda çox çətin şərtlərlə yaşayırlar:

“Adicə sosial yardım vermirlər camaata. Kənddə gördüyünüz adamların əksəriyyəti cəmi 4 il təhsil görüb. Yəni problem lap çoxdanındı. Təhsil ala bilmirlər, buna görə iş də tapılmır. Nə vaxta qədər belə davam edəcək?! İndi hansı zamandı ki, uşaqlar 4 il təhsil alsın?!”

Yasəmən Əliyeva kəndin rəhbərinin olmadığını bildirir: “Yoxsa çox problemi həll eləmək olar. Kəndin böyüyü olsa, belə vəziyyət yaranmaz. Kəndə baxan yoxdu”.

İcra hakimiyyəti nə deyir?

Şabran Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən Meydan TV-yə bildirilib ki, Qazbabalıdakı problemlərdən yalnız kənd yollarının düzəldilməsinə ümid etmək olar:

“Həmin kənddən icra hakimiyyətinə ən çox su ilə bağlı müraciət olunur. Biz içməli su ilə bağlı vəziyyəti “Azərsu”ya çatdırırıq. Söhbət təkcə Qazbabalıdan getmir. Məsələn, Leyti kəndində vəziyyət daha acınacaqlıdır. Çünki qonşu kəndlərlə məsafə böyükdür. Artezian, subartezian quyularının vurulması cənab prezidentin sərəncamı ilə həyata keçirilir, Prezident Administrasiyasında siyahı tutulur. “Azərsu” quyuları vuranda kəndlərdə əhalinin çoxluğunu, problemin miqyasını nəzərə alır. Şabranda Prezident Administrasiyasına iki kəndin adı verilib. Qazbabalının adı nə vaxtsa ora düşsə, onda artezian quyusu vurulacaq. Yollarla bağlı bələdiyyə sədrinə tapşırıq vermişik. Yəqin ki, o işlə məşğul olacaq. Modul tipli məktəbdə yalnız ibtidai təhsilin verilməsinə gəlincə, ola bilər ki, Təhsil Nazirliyi şagird sayını nəzərə alıb. Elə məktəblər var, hətta ləğv olunmalıdır. Çünki say olduqca azdır. Biz infrastruktur layihələrinə xüsusi diqqət ayırırıq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Bu gün, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Bu gün, 15:02
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Bu gün, 15:00
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Bu gün, 14:58
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Bu gün, 13:01
MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Bu gün, 12:57
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Bu gün, 12:50
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48
Axşam.az 12 yaşında!
Bu gün, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00
Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48
Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38
`Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10
Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08
"Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06
Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59
Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52
Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44
Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18
Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07
Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06
İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58
Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52
İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49
Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30
Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27
Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32
Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27
İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24
Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru