Gənc nazir bunları bilsə, yaxşıdır... - İLGİNC İDDİA
Tarix: 9-10-2021, 09:19 | Çap et
Aylardır ki, müdirsiz qalan Abşeron Təhsil şöbəsinə rəhbərlik etmək üçün müxtəlif şəxslər hərəkətə keçiblər. Yaxın-uzaq əlaqələrindən istifadə edərək müdir olmaq istəyənlər arasında Abşeron təhsilində “silinməz izləri” olan bir nəfər xüsusilə fərqlənir. Rayon təhsil işçilərinin “qorxulu yuxusu” olan Sevil Əliyevanın bu posta iddiaçı olması məktəb direktorları və müəllimlər arasında əməlli-başlı təlaşa səbəb olub. Çünki onlar Sevil Əliyevanın şöbədə metodistliyindən o qədər zülm yaşayıblar ki, onun müdir olandan sonra yaşananları heç təsəvvür belə etmək istəmirlər. Necə deyərlər, görünən dağa bəldədçi lazım deyil. Öncə ondan başlayaq ki, S.Əliyevanı bu vəzifəyə təsdiq etdirmək istəyən şəxs hələ də Azərbaycan təhsilinə “məhəbbəti” ölməyən Məhəbbət Vəliyevadır. Öz kadrlarını direktor təyin etdirməklə paytaxtın təhsil sistemini tamamilə nəzarətdə saxlayan bu xanım görünür indi də Abşeron təhsilini gözaltı edib. Onun bütün “kriteriyalarına” cavab verən S.Əliyevanın təyinatı üçün hərəkətə keçən M.Vəliyeva istəyini reallaşdıra bilsə Abşeronda təhsil tragikomediyasının yaşanacağı şübhəsizdir. Kimdir Sevil Əliyeva və onun Abşeron təhsilində silinməyən izləri hansılardır? Bircə gün də olsun müəllim kimi əlinə jurnal alıb sinifə girməyən, uşaq baxçasında musiqi dərnək rəhbəri olan S.Əliyeva birdən birə Abşeron Təhsil Şöbəsində ibtidai siniflər üzrə metodist vəzifəsinə gətirilir. Pedaqogikadan heç bir xəbəri olmayan bu şəxsin metodist kimi əməllərinə baxdıqda onun məhz hansı keyfiyyətlərinə görə metodist təyin olunduğu aydın olur. S.Əliyevanın hər hansı məktəbə gəlişi kollektiv üçün mütləq qanqaraçılıq və yağmalama ilə başa çatırdı. Düşünməyin ki, o tədris prosesində hər hansı nöqsanlar tapar və aradan qaldırılması üçün çaılaşardı. Əsla. S.Əliyevanın metodist kimi “ xüsusi metodlarına” nəzər yetirdikdə sadəcə dəhşətə gəlirsən. Belə birisinin təhsil şöbəsində necə at oynatdığına heç cür haqq qazandırmaq olmur. Təsəvvür edin ki, sinif jurnallarını yoxlayan S.Əliyeva jurnala yazılan həftə arası günləri qaralayaraq bazar və bayram günlərinə uyğun gələn tarixlər yazmaqla “ÇP” çıxardır və bu yolla direktorları və müəllimlərin gününü göy əskiyə bükürdü. Yaxud şagirdlərin şəxsi işlərini yoxlayarkən müxtəlif sənədlər yoxa çıxırdı. Yenə də məktəb rəhbərliyi, sinif rəhbərləri günahlarını yumalı olurdular. Sonradan yoxa çıxan sənədlər məhz S.Əliyevanın kabinetindən tapılardı. Metodist olduğu zamanlar birinci siniflərə qəbul zamanı S.Əliyevanın kabinetinin önündə həmiş uzun növbələr yaranıb. Çünki bu proses sırf onun nəzarətində olub və toplanan vəsait onun kassasında cəmləşir. İndi düşünün ki, belə bir xarakterə, metoda malik olan birisi Təhsil Şöbəsinə müdir gəlmək arzusundadır. Metodist olarkən jurnalları qaralayan birisinin müdir olandan sonra bütün rayon təhsilinin üstündən qara xətt çəkəcəyi şübhəsizdir.Verilən məlumatlarda bildirilir ki, S.Əliyeva zamanında Abşeron təhsil şöbəsinə rəhbərlik etmiş Nadir Ağayevin, Kamran müəllimin dövründə onların “görən gözü, vuran əli” olub. Mənbə bildirir ki, Kamran müəllimin müdirliyi dövründə Abşeron məktəblərində hər müəllimdən 100 manat yığılmasına isə şəxsən rəhbərlik edib. Hal-hazırda həm də Güzdək məktəbində direktor vəzifəsini icra edən S.Əliyeva eyni əməllərini burda da davam etdirir. Məktəbdə el diliylə desək “ölü canlar” saxlamaqla hər ay dövlətin bir xeyli vəsaitini ələ keçirən S.Əliyeva rəhbərlik etdiyi kollektivdə də ciddi narazılıqlar formalaşdırıb. Məktəbdə ingilis dili müəlliməsi Bahar Nəcəfovanın, texnologiya müəlliməsi Sevda Əmirovanın adına hər ay maaş yazılsa da onları görən olmayıb. Texniki işçilər arasında da ən azı 2-3 nəfər belə kartı direktorda olan əməkdaş var. Gördüyünüz kimi heç bir pedaqoji əxlaqa, qanuna sığmayan əməllər sahibi olan birisi indi də bütöv bir rayon təhsilinə rəhbərlik etmək üçün hərəkətə keçib. Onu bu işdə dəstəkləyən isə vəzifədən uzaqlaşdırılsa da təhsil sistemindən əl çəkməyən, müxtəlif intriqalar, metodlarla öz mövqelərini qoruyub saxlayan M.Vəliyevadır. M.Vəliyevanın kadrlarının əməlləri barəsində mediada kifayət qədər məlumatlar verilir. İndi isə məktəbləri ələ keçirməklə kifayətlənməyən xanım Vəliyeva Abşeron təhsilini nəzarətə götürməyə can atır. Bu dəfəki namizədi isə Abşeron təhsili üçün real təhlükədir. Vəliyeva-Əliyeva ittifaqı baş tutarsa Abşeronda nələrin olacağını sadəcə təsəvvür etmək istəmirsən. Yəqin ki, Təhsil nazirliyi Abşeron təhsilini iki nəfərin bitməz-tükənməz ambisiyalarına qurban verməz. Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Bu gün, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Bu gün, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Bu gün, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Bu gün, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Bu gün, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Bu gün, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Bu gün, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Bu gün, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Bu gün, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Bu gün, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Bu gün, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Bu gün, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Bu gün, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Bu gün, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
|