Rafil Hüseynovla bağlı PREZİDENTƏ MÜRACİƏT OLUNDU - İLGİNC İDDİALAR...
Tarix: 6-10-2021, 11:05 | Çap et
Jurnalist Cavid Şirəliyev Masallı rayonunun sosial-iqtisadi problemləri barədə Prezident İlham Əliyevə müraciət edib. Bu barədə onun özü GundemXeber.Az-ın redaksiyasına məlumat verib.
O, müraciətində yazıb ki, 2019 -cu ildə Rafil Hüseynov Masallı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsindən azad olunanda bilirsiniz sakinlər nə qədər sevinirdi? Həmin vaxt hər kəsin üzündə təbbəssüm var idi. O günü insanlar xüsusi təmtəraqla qeyd edirdilər. İnanın ki, onun gedişi münasibəti ilə hətta qurbanlar da kəsilirdi. Rayon sakinləri böyükdən kiçiyə hər kəs "Allah cənab Prezidentin canını sağ eləsin, onu qorusun, bizi belə şərəfsizin zülmündən xilas etdi",- deyə bir- birlərinə gözaydınlığı verirdilər. Sirr deyil ki, Rafil Hüseynovun icra başçısı olduğu müddətdə Masallı rayonunun sosial-iqtisadi problemləri daha dərinləşdi. Deyilənlərə görə o, fəaliyyəti dövründə rayonun sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitləri dədə malı kimi mənimsədi. Rafil Hüseynovun bu və digər qanunsuz əməl və hərəkətləri barədə ölkə mətbuatında, sosial şəbəkələrdə kifayət qədər materiallar yayımlandı. Prezident Adminstrasiyasına çoxsaylı ərizə və şikayətlər göndərildi. Ancaq onu himayə edənlər bütün proseslərin qarşısını ala bildilər. Rafil Hüseynov icra başçısı kimi Masallı rayonunda heç də yaxşı imic qazana bilmədi. Bu da arzuolunan hal deyil. İnanıram ki, o, elə Ağcəbədi rayonunda da yaramaz əməllərini davam etdirir.. "Kor burda, ya Bağdadda” nə fərqi var ki?. Cavid Şirəliyev daha sonra qeyd edir ki, Rafil Hüseynovla Şahin Məmmədovun yeri dəyişdi. Onlar bir-birini əvəzlədi. Ancaq başqa heç nə dəyişmədi: “köhnə hamam, köhnə tas”… Axı nə vaxt olub ki, toplananların yerini dəyişəndə cəm dəyişsin? Açığı, bəziləri Şahin Məmmədovun Rafil Hüseynovla müqayisədə daha yaxşı olacağına, rayonun sosial-iqtisadi problemlərinin həlli istiqamətində konkret addımlar atacağına ümidli idilər. Cavid Şirəliyev əlavə edir ki, Şahin Məmmədovun Ağcəbədi rayonundakı fəaliyyətinə azdan-çoxdan bələd olan bir jurnalist kimi ondan müsbət gözləntim yox idi və onun yaxşı işlər görəcəyinə inanmırdım. Atalar yaxşı deyib ki, görünən kəndə bələdçi lazım deyil. Ölkə mətbuatından və sosial şəbəkələrdən onun da rüşvətxor və dövlət vəsaitlərini həzm-rabedən keçirən icra başçılarından biri olduğunu bilirdim. Şahin Məmmədov korrupsioner olmasaydı, milyonlara və külli miqdarda daşınmaz əmlaklara necə sahib ola bilərdi? “Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun yarıtmaz fəaliyyəti rayonda ciddi sosial-iqtisadi problemlər yaradıb. İşsizlik pik həddə çatıb. Rayonun gəncləri günlərini çayxanalarda keçirirlər. Məhz bunun nəticəsidir ki, gənclər arasında kriminal mühitə maraq artıb. Hətta, belə bir məlumat da var ki, imkansızlıqdan ailələr dağılır. Qadınlar əxlaqsızlığa meyl göstərirlər. Buna inkişaf demək olarmı? Cənab Prezident, dəqiq bilmirəm Sizə necə məlumat verilir, amma Masallı rayonunda insanlar yaşamır, sürünür. Ölkə mətbuatında və sosial şəbəkələrdə yayılan məlumatlara görə, rayonun abadlaşması üçün daşı daş üstə qoymayan Şahin Məmmədov qonşu Gürcüstanda dəyəri milyon dollarla müqayisə olunan obyektlər tikdirir. Bu hələ son yayılan məlumatdır. Məlumat icra başçısı tərəfindən təkzib olunmayıb. Necə təkzib edə bilər ki? Axı belə bir deyim var: "Od olmayan yerdən tüstü çıxmaz". Əslində hökumət səviyyəsində Şahin Məmmədova sual verilməli idi ki, bu nə məlumatdı, sənin başçısı olduğun rayonda insanların yaşayışı, ümumi vəziyyət bərbad olduğu halda, səndə bu qədər pul-para hardandır və.s?. Cnab Prezident, Siz, demək olar ki, hər çıxışınızda rüşvətxor və korrupsioner məmurları kəskin tənqid edirsiniz. Onlara düz yola qayıtmalarını, normal işləmələrini tapşırırsız. Təəssüf ki, Şahin Məmmədov kimilər bu deyilənləri eşitməzlikdən gəlir, sözləri qulaqardına vururlar. O zaman belə çıxır ki, məmurların gönü qalındır?! Eşitdiklərimə əsasən deyə bilərəm ki, Masallı rayonu da Şahin Məmmədovun rəhbərliyi altında rüşvət və korrupsiya yuvasına çevrilib. Deyək ki, Şahin Məmmədov icra hakimiyyətinin başçısı kimi rüşvətxordur, dövlət vəsaitlərini mənimsəyəndir. Rayonun vəzifəli şəxsləri onun qulbeçələridir. Onun hətta səhv sözünə hamı "amin" deyir və.s Bəs rayonun iki deputatı da var axı. Bu qədər problemlər varkən, onlar hardadır, niyə susurlar? Deputatlar nə işlə məşğuldurlar? Niyə ağızlarına su alıb oturublar? Onların fəaliyyəti niyə görünmür? Yoxsa, deputatlar da icra başçısından qorxurlar?! Son bir ildə deputatların əsas fəaliyyəti şəhid qəbirlərinin kölgəsində baş girləməkdən ibarət olub. Rayonda iş adamlarından və deputatlardan formalaşmış bir qrup var ki, onlar Şahin Məmmədovun cinayət xarakterli əməl və hərəkətlərini xeyirxahlıq nümunəsi kimi təbliğ etdirirlər." Cavid Şirəliyev həmçinin Prezident İlham Əliyevə yazır ki, Şahin Məmmədov gah Sizin dostunuz və sinif yoldaşınız olduğunu deyir, gah da özünü Zeynal Nağdəliyevin "kadr"ı kimi təqdim edir. Bunun çörəyi daşdan çıxan sıravi vətəndaşa aidiyyatı varmı?! Ac-yalavac ailələr Şahin Məmmədovun mənasız sözləri ilə qidalanmalıdırlar? Digər tərəfdən, bəlkə də o, rayonda baş verə biləcək narazılığın qarşısını almaq üçün belə bir ifadəni cəmiyyətə ötürür?! "Kurtlar Vadisi Pusu" serialındakı bir epizod ibrətamizdir. Serialın baş qəhrəmanı Polat Alemdarın Turan Kaçgarla dialoqunda dediyi "bi almanlarla gəziyosun, bi amerikalılarla, bi israillilerle... Sənin baban kim?" ifadəsini Şahin Məmmədova da aid etmək olar. Bizim üçün də çox maraqlıdır, Şahin Məmmədov kimin adamıdır, onun "babası" kimdir? Buna "dur, biraz ağıllı ol, özünü toparla" deyən tapılacaqmı? Bir də Şahin Məmmədovun kimin adamı olmasının nə önəmi var axı? Əsas məsələ budur ki, Şahin Məmmədov və onun kimilər vəzifə borclarını ləyaqətlə icra etsinlər. Cavid Şirəliyev yazır ki, cənab Prezident, mən, bu müraciətin hərtərəfli və obyektiv araşdırşlacağına tam şübhə ilə yanaşıram. Çünki, bütün rəhbər şəxslərin olduğu kimi Şahin Məmmədovun da Prezident Adminstrasiyasındakı "krişa"ları dərhal müraciəti ya gizlədəcəklər, ya da onu baxılması üçün Masallı rayin İcra Hakimiyyətinin aparatına göndərəcəklər. Elə buna görə də Şahin Məmmədovun və digər iribuynuzlu məmurların əməl və hərəkətlərindən doğru-dürüst məlumatınız yoxdur. Şahin Məmmədov toxunulmaz olduğunu, hər nə olursa olsun, kimsə ona "gözün üstə qaşın var" deməyəcəyini düşünüb, rayonda özbaşınalıqlar, haqsızlıqlar və qanunsuzluqlar edir. Jurnalist kimi peşə borcumdur ki, gördüklərimi və bildiklərimi yazım. Şahin Məmmədovun qanunsuz əməl və hərəkətləri barədə müraciətlərim davamlı olacaq. Yuxarıda qeyd etdiyim kimi, ola bilər ki, onu himayə edənlər müraciətlərin qarşısını alsınlar. Bu mümkün haldır. Ancaq mən yenə də müraciətlərin bilavasitə Sizə çatması üçün bütün güc və imkanlarımı səfərbər edəcəm. Belə olan halda bütün məsuliyyət Przident Adminstrasiyasında vətəndaşların ərizə və şikayətlərinə məsul olan şəxslərin üzərinə düşəcək. Şahin Məmmədovla və onun kimi talançı məmurlara bağlı şikayətlərin araşdırılması, həmçinin onların barəsində hüquqi tədbirlərin həyata keçirilməsi artıq zərurətə çevrilib"-deyə jurnalist Cavid Şirəliyev bildirib.
GundemXeber.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Bu gün, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Bu gün, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Bu gün, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Bu gün, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Bu gün, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Bu gün, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Bu gün, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Bu gün, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Bu gün, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Bu gün, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Bu gün, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Bu gün, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Bu gün, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Bu gün, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
|