Sahil Babayevin 3 ili: Nə və necə dəyişdi?.. - ƏVVƏLKİLƏRƏ ŞÜKÜR...
Tarix: 9-06-2021, 11:10 | Çap et
DİA.AZ: - "Artıq 3 ildir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziridir. Bu müddət ərzində sosial müdafiə sahəsində müsbət dəyişikliklər baş veribmi? Bu suala qətiyyətlə yox cavabını vermək mümkündür, çünki nə baş veribsə ya mənfiyə olub, ya da imitasiya xarakteri daşıyıb. İndi isə ötən dövr ərzində ayrı-ayrı istiqamətlər üzrə Nazirliyin fəaliyyətini nəzərdən keçirək". Bu barədə Rauf Camalov DİA.AZ-a göndərdiyi məqaləsində qeyd edir.
Müəllif daha sonra yazır: "1. Ünvanlı sosial yardım. Bu sahədə vəziyyət əvvəlki dövrlərdən də pis olub. Əgər əvvəllər kasıb insanlar bu yardımı ala bilirdilərsə, Sahil Babayevin dövründə bu faktiki olaraq mümkünsüz bir işə çevrilib. Güya elektron müraciətin tətbiqi şəffaflıq yaradıb. Əslində isə qeyd olunan mexanizmlə bu sahədəki rüşvət mərkəzləşdirilib. Yenə əvvəlki kimi yardımın 6 ayı insanlar mənimsənilir. Proses necə baş verir? Vətəndaş min bir çətinliklə sənədlərini elektron müraciətin qaydalarına uyğunlaşdırdıqdan sonra elektron qaydada müraciət edir, sənədləri sistemdən keçir. Hər şey bundan sonra başlayır. Sahil Babayev işçilərini həmin vətəndaşın evinə göndərir. Zamanında Səlim Müslümov 5 il pafosla elan edirdi ki, bəs elektronlaşma olandan sonra məmur vətəndaş əlaqəsi kəsiləcək. Əksinə oldu. Əgər əvvəllər işçilər vətəndaşlarla rüşvət məsələlərini çəkiliş kameralarının olduğu idarələrdə danışırdılarsa, indi gedib evində, küçədə daha rahatlıqla danışır. Sahil Babayev də bu mexanizmi var gücü ilə öz xeyrinə davam etdirir.
İşçi vətəndaşın evinə gedib, yardımın təyin olunmaması üçün mütləq bir qondarma bəhanə tapır və vətəndaşa imtina verilir. Bundan sonra vətəndaşa təklif olunur ki, bəs yardım almaq istəyirsənsə, sənədləri ver biz sənin adından elektron müraciət edək, buna görə yardımın 6 ayını bizə verərsən. Naəlac qalan vətəndaşın bununla razılaşmaqdan savayı bir yolu qalmır. Əvvəllər olduğu kimi Sahil Babayev hər ay bu pulları işçilərdən toplamır. Məhz buna görə güya Sahil Babayev DSMF-nin rayon şöbələrindən rüşvət toplamır fikiri səsləndirilir. Əslində isə bu belə deyil. Həmin yığılan pullar Sahil Babayevin nazirliyində daxili nəzarət şöbəsinin müdiri, rüşvət toplama işində asi olan, topdağıtmaz, baş rüşvəttoplayan Heybət İmanov tərəfindən rayonlara göndərilən yoxlamalar zamanı artıqlaması ilə toplanır. Ad olur güya korrupsiya aradan qaldırılıb, amma əksinə daha da artıb.
2. Əlilliyin təyinatı sahəsində. Bu sahədə də vəziyyət əvvəlki dövrlərdən daha da pisləşib. Faktiki olaraq insanlar əlil olduğu halda onu rəsmiləşdirə bilmirlər. Sahil Babayev süni şəkildə insanların bu hüquqlarını əllərindən alıb. Bununla özünə yuxarıların yanında xal toplamaqla məşğuldur. Əlilliyin təyinatını 40-50% aşağı salmaqla büdcədən bu sahəyə ayrılan vəsaitə qənaət etdiyini hər vəclə bildirməklə hakimiyyətə özünü bomba oğlan kimi sırıyır. Əslində isə bununla hakimiyyətə bir nömrəli təhlükə mənbəyi rolunu oynayır. Bu qədər insanı hakimiyyətdən narazı salmağının mənfi fəsadları yəqin ki, zamanı gələndə bomba kimi partlayacaq. Bax onda Sahil Babayevin hakimiyyətə ayı xidməti göstərdiyi məlum olacaq.
3. Özünəməşğulluq sahəsində. Bu sahədəki vəziyyətin nə qədər bərbad olmasından bütün insanlar xəbərdardır. Sahil Babayevin qotur inək siyasətinin iyi bütün ölkəni bürüyüb. Təsadüfi deyil ki, Səlim Müslümov ölü canlar, 6 ay, Sahil Babayev isə qotur inək ayamaları ilə xatırlanır. Yazının sonunda təqdim olunan şəkillər Nazirliyin rəsmi feys səhifəsindən götürülüb. Bunlar hələ ən yaxşıları sayılır ki, onları öz səhifələrində yerləşdiriblər. Daha bərbad olanlar barədə isə internetdə kifayət qədər informasiya və video var. Dövlətin hər bir inəyə görə ayırdığı 2500 manatın 500-600 manatını xərcləyən Sahil Babayev qotur inəklərlə insanların başını qatır. Qalan 2 min manatı isə rahatca cibinə qoyur. Beləcə təkcə bu sahədən hər ay milyonlarla manat qazanır. Yaxşı olar hakimiyyət bu sahəni müstəqil qrumlara yoxlatdırsın, onda çox şeylər ortaya çıxar.
4. İşə qəbul sahəsində. Bu sahədən bəlkə danışmağa belə dəyməz. Əgər əvvəlki nazirlərin dövründə mövcud vakansiyalar barədə Dövlət İmtahan Mərkəzinə məlumat verilib, işçilər imtahan yolu ilə işə qəbul olunurdularsa, Sahil Babayev bu sahədə də “yeniliyə” imza atıb. Əvvəlcə qohum əqrəbasını, tanışlarını, köhnə nazirlərin dövründə rüşvət işində xüsusi ad çıxaranları müqavilə ilə işə götürür, sonra isə onlar daxili müsahibə yolu ilə işə rəsmiləşdirilir. İnsaf naminə deyək ki, mini ətəkli qızların Nazirliyə işə qəbulunda Sahil Babayev böyük irəliləyişlər əldə edib.
5. Vətəndaşların qəbulu sahəsində. Bu sahədə vəziyyət daha acınacaqlıdır. İstər Fizuli Ələkbərovun, istərsə də, Səlim Müslümovun dövründə ən asan iş rəhbər şəxslərin qəbuluna düşüb, problemləri onlara danışmaq olub. O vaxt dinləyirdilər, amma problemləri həll etmirdilər. İndi isə heç dinləməyə belə lüzüm görmürlər. İndi Sahil Babayevin və nazirliyin digər vəzifəli şəxslərinin qəbuluna düşmək mümkünsüz bir işə çevrilib. İnsanlar qəbula yazılıb, aylarla onların qəbuluna düşə bilmirlər.
6. Struktur islahatları sahəsində. Bu sahədə vətəndaşların xeyrinə ola biləcək heç bir ciddi iş aparılmayıb. Yaradılan DOST mərkəzi isə Sahil Babayevin xidməti deyil, hərçənd ki, heç o da kasıb insanların yaralarını sağalda bilmir. Sahil Babayev isə hər vəclə cəmiyyətə onu öz uğuru kimi sırımağa çalışır. DOST mərkəzlərini Asan Xidmət səviyyəsində bir qurum kimi təqdim etmək istəyir. Halbuki DOST mərkəzləri olsa olsa Asan Xidmət modelinin sosial sahədəki qoludur. Burada əlavə heç bir yenilik yoxdur ki, onu da Sahil Babayevin adına yazmaq olsun. Yaxşı olar Sahil Babayev bunu anlayıb, özünün korrupsiya əməllərini DOST adı altında gizlətməyə çalışmasın. Nə vaxtsa yəqin ki, özü də bunun altını möhkəm çəkməli olacaq.
İnsanları bir sual daha çox düşündürür: Görən Sahil Babayev yetim yesirin haqq etdiyi pensiyaları dayandırmaqla Allahın qəzəbindən qorxmurmu? Yəqin ki, Allahın qəzəbinə gələcəyini özü də bilir, amma axı ortada bu yolla tikintidən milyonlar mənimsəmək imkanı var. Bəli, Sahil Babayev özünün nəfsinə uyub insanları haqq etdiyi pensiyadan məhrum edir. Heç kim təkcə hakimiyyətin xoşuna gəlsin deyə bu işə qol qoymazdı. Ortada ciddi maddi maraq var. Yəqin nə vaxtsa Heybət İmanov və Sahil Babayev də öz cəzalarını alacaqlar. Ola bilər bu cəza Səlim Müslümovun cəzasından daha ağır olsun, çünki onu kəsən yetim yesirin Allahı olacaq. Səlim Müslümov pensiya təyin etməklə korrupsiya ilə məşğul olmuşdusa, Sahil Babayev pensiyaları dayandırmaqla bu işi görür. Ona görə cəzası da inşAllah layiqincə olar.
Sahil Babayevin gördüyü bir iş var: mümkün qədər daha çox adamı saxta əlillik ittihamı ilə pensiyadan məhrum etmək və tikintiyə daha çox vəsait ayrılmasına və həmin vəsaitlərin mənimsənilməsinə nail olmaq. Hesablama Palatası bu sahədə Nazirliyi təftiş etsə dəhşətli mənzərə ortaya çıxacaqdır. Heç şübhəsiz ki, Səlim Müslümova qarşı irəli sürülən tikintidən yeyinti maddələrini Sahil Babayevə də qarşı irəli sürməyə ehtiyacın olduğu məlum olacaqdır".
Yazıda iddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Dünən, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Dünən, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Dünən, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Dünən, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Dünən, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Dünən, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Dünən, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Dünən, 10:38 |
|
|
|
|