"HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" .....                     Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı .....                     "Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı .....                     Dezinformasiya ilə necə mübarizə aparaq? .....                     Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ .....                     İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... .....                     Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? .....                     "İçim parça parçadır" .....                     "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." .....                     Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür .....                     Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? .....                     Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür .....                     Trampın Ukrayna ilə bağlı PLANI VAR .....                     Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... .....                     Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb .....                     "Əməliyat etdirməyə gücümüz çatmır..." .....                     “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” .....                     Minimüharibə olacaq: ya məcburi, ya da… .....                     "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" .....                     Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil .....                     Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                     "Bizdə nə qədər problem olsa da... .....                     Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                 

İki qurum arasında süqut edən səhiyyə sistemimiz... - FAKTLAR
Tarix: 2-12-2020, 10:37 | Çap et
İki qurum arasında süqut edən səhiyyə sistemimiz...
Covid19 pandemiyası Azərbaycan səhiyyəsinin hansı “virus”a yoluxduğunu günbəgün bizə dərimizdə hiss etdirməkdədir.
Anaxeber.info-nun verdiyi məlumata görə, əhali gözəgörünməz düşmən olan mikrobla mübarizə apardığı vaxtda iki qurum arasında qalıb.
Vətəndaşların etibarlı, güvənəcəyi səhiyyə xidməti olmadığı üçün hər ağızdan bir hava eşidir. Belə desək, millət Allahın ümidinə buraxılıb.
Çünki çoxdan nüfuzunu itirmiş Səhiyyə Nazirliyi ilə yeni bəlaya çevrilmiş TƏBİB vətəndaşların başına elə oyun açırlar ki, hər gün çətinləşən vəziyyət daha da qəlizləşir.
Əslində monolit və vahid bir tibb mərkəzi fəaliyyət göstərməliydi, insanlar Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında qalmamalıydılar.
Bu, çoxşaxəli mövzudur və problemlər bir deyil, beş deyil, xirtədəyə qədərdir; əvvəla, Səhiyyə Nazirliyi irinləmiş, çiban kimi partlaması yetişmiş qurumdur.
Onun ya demontajı reallaşmalıdır, yəni ləğv olunmalıdır, ya da yeni nazir təyin olunmalı, qarşısında hədəflər qoyulmalı, nazirliyin tibb sektorunda funksionallığı artırılmalıdır.
Hazırkı nazir Oqtay Şirəliyevlə isə bu işlər heç cür mümkün deyil. Ona görə nazirliyin səlahiyyətləri tamamilə TƏBİB-ə tabe olunmalıdır, sədr Ramin Bayramlıdan real fəaliyyət tələb olunmalıdır.
Lakin deyilənlərin heç biri olmadığı üçün əhali Şirəliyevlə Bayramlının rəhbərlik etdiyi iki yarıtmaz orqanı arasında dəhşətli bir məşəqqət çəkir.
Birincisi, bir çox regionlarda xəstəxanalar TƏBİB-in tabeliyinə keçirilsə də, sözügedən qurum tərəfindən onların fəaliyyəti yaxşılaşdırılmayıb.
Və nəinki TƏBİB xəstəxanalarla maraqlanmır, ümumiyyətlə, rayonlarda baş həkimlər köhnə “üsul”larla işləyir, onlara heç bir nəzarət mexanizmi tətbiq olunmur, sanki yiyəsizlikdir.
Tibb işçiləri və yaxud pasientlər bilmirlər ki, şikayətlərini Səhiyyə Nazirliyinə, yoxsa TƏBİB-ə çatdırsınlar. Bu dərəcədə xaotik vəziyyət!
Məsələn, tibb işçiləri və həkimlər sertifikasiya imtahanı verirlər. İmtahanı götürən nazirlikdir, xəstəxanalar isə TƏBİB-ə bağlıdır.
Bu da nəticədə tibb xidməti göstərənlərin işində qarmaqarışıqlığa, sahibsizliyə, böyük intizamsızlığa gətirib çıxarıb. Əlavə olaraq deyək ki, hər hansı problem yarandıqda nazirliklə TƏBİB bir-birinin üstünə atır.
Eyni zamanda TƏBİB tabeliyində olan xəstəxanalarda rüşvətin yığışdırılmasında heç bir addım atmayıb, irəliləyişə nail olmayıb.
Digər bürokratik əngəl sənədlərin, arayışların alınmasındadır. Bu məsələdə də hər iki qurum əhalinin nifrətini, qəzəbini qazanıb.
Əslində TƏBİB-in tabeliyində olan xəstəxanalarda tibbi sığorta xidməti tətbiq edilməliydi. Amma bu da olmayıb. Ona görə bu qurum özünü doğrultmur.
Anaxeber.info məlumat verir ki, bir ilə yaxındır pandemiya şəraitində yaşayan əhaliyə göstərilən xidmətlərin keyfiyyəti bərbaddır.
Son vaxtlarda yoluxmanın artması səbəbindən tibbi ləvazimatlara tələbatın çoxalması ciddi çatışmazlığa da səbəb olub.
Xəstəxanalarda oksigen balonlarının təminatında, pereparatların verilməsində probemlər meydana gəlib. Bu prosesdə Səhiyyə Nazirliyi tamamilə ofsayd vəziyyətində saxlanılıb, heç bir iştirakı yoxdur.
TƏBİB isə demək olar ki, virus aşkarlanan xəstələri palatalara yerləşdirməkdən imtina etməyə başlayıb. Hazırda testi pozitiv çıxanlar kütləvi şəkildə evdə müalicəyə göndərilirlər.
Bu isə nəzarətsizlik, vətəndaşı yardımsız şəraitdə qoymaqdır. Çünki ərazi üzrə poliklinikaların işçiləri evlərə ya getmir, ya da çox baha qiymətə sistem vururlar, xəstələr heç bir dərmanla təmin olunmurlar.
Taleyin ümidinə buraxılan xəstələr özü-özünü müaliə etməyə məcbur qalır. Nəticədə aralarında məsuliyyətsiz xəstələr olur ki, icazə olmadığı halda yaşayış yerini tərk edirlər.
Onlara isə ciddi bir təsiri olmayan “Arbidol” dərmanı tövsiyə olunur və TƏBİB tərəfindən heç bir köməklik göstərilmir, başdı-başına buraxılır.
Habelə, bu günlərdə guya koronavirusun dərmanı olduğu deyilən “Selen L” məhsulunun saxta olması iddiası meydana çıxıb.
“Selen” məhsullarının Azərbaycandakı rəsmi distributoru “Vita” Şirkətlər Qrupunun nümayəndəsi bildirib ki, onlar Azərbaycana “Selen L” adda məhsulu gətirmirlər.
Sitat: “Bizim TƏBİB-ə verdiyimiz məhsulun adı “Selen”dir və 110 mikroqramdır. Burada isə kimsə “L” hərfini əlavə edib və eyni dizayn, eyni loqo ilə gətirib verib, guya fərqli məhsuldur”.
Göründüyü kimi, nəticə etibarı ilə bugünkü acınacaqlı vəziyyət hökm sürür: yoluxma artır, TƏBİB yalnız ağır vəziyyətdə olan covid19 xəstələrinə çarpayılar ayırır, evlərdə müalicə düzgün getmir, virusa tutulanların yaxınları yoluxur, minlərlə imkansız ailələr borc-xərc edərək iynə-dərmanla sağ qalmağa çalışırlar.
Bütün bunlar ölkədə kabusa çevrilən Səhiyyə Nazirliyi ilə TƏBİB-in pərakəndə, sistemsiz, xaotik fəaliyyətlərinin nəticəsidir.
Səhiyyə Nazirliyi kimi nəhəng strukturun kənara atılması və epidemiya ilə mübarizə kimi çox ağır, məsul bir işin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində yenicə yaradılmış publik hüququ şəxsə həvalə olunması Azərbaycanın müasir tarixinin ən uğursuz qərarlarından biridir.
Səhiyyə Nazirliyi çox bərbad idarə olunsa belə belə durumlarda ən azından necə davranmaq, hansı minimal tədbirləri görmək lazım olduğunu, məsələnin metodologiyasını bu nazirlikdə, onun strukturlarında bilənlər var.
Təsəvvür edin, TƏBİB sədri heç prezident tərəfindən də təyin olunmur. O, agentlik nəzdindəki publik hüquqi şəxsin sədri bütöv xalqın sağlamlığına, virusla mübarizə işinin təşkilinə cavabdeh şəxs kimi müəyyənləşdirilib.
Anaxeber.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" - Xamenei İranın proksi qüvvələrindən imtina etdi
Bu gün, 06:19
Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı - Rəsmən xəstədirlər...
Bu gün, 06:17
"Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:12
Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43
İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36
Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39
"İçim parça parçadır"
Dünən, 22:34
"Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37
Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35
Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33
Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28
Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57
Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55
Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22
"Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19
“Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04
Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39
"Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37
Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Dünən, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Dünən, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Dünən, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Dünən, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Dünən, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Dünən, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Dünən, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Dünən, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Dünən, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Dünən, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
21-12-2024, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
21-12-2024, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
21-12-2024, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
21-12-2024, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
21-12-2024, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
21-12-2024, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
21-12-2024, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
21-12-2024, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
21-12-2024, 17:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru