'Kargolux' müştərilərə problem yaradır .....                     “Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...” .....                     Kremlin duel təklifində iki məqsəd .....                     Keçmiş prezidentlərdən .....                     Paşinyan əl çəkmir .....                     O tərbiyəsizliyə sponsorluq edən kimlərdir? .....                     "İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur .....                     Qalib KOMANDAN... .....                     Azərbaycanda ilk dəfə: .....                     Bu bayramın İrəvanda qeyd olunması... .....                     Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var? .....                     Nazirlikdəki əməliyyat zamanı bu həkimlər saxlanılıb .....                     Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib .....                     Gözəlləşmək üçün həyatını riskə atanlar .....                     Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var .....                     Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi .....                     Sənubər İsgəndərli də dələduzların hədəfi olub .....                     Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı .....                     Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb .....                     İcra Hakimiyyəti 23 min manata yolka alır .....                     Ermənistan tezliklə bu əraziləri itirəcək .....                     Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib .....                     “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” .....                     Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var .....                     "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi .....                     Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir .....                     “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” .....                     Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub .....                     ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir .....                     Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb .....                     Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır .....                     Əfv və ya amnistiya olacaq? .....                     Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR .....                     Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir .....                     Baydendən növbəti əfv qərarı .....                     4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında .....                     “Xəstəliyində yanında olmadığım üçün peşmanam” .....                     “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" .....                     Vəzifəli şəxs hamamda yıxılıb öldü .....                     Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? .....                 

Şamaxı Astrofizika Rəsədxanasında NƏLƏR BAŞ VERİR? - İTTİHAM
Tarix: 25-03-2020, 11:30 | Çap et
Şamaxı Astrofizika Rəsədxanasında NƏLƏR BAŞ VERİR?
DİA.AZ: - Redaksiyamızın elektron poçtuna Aleksey Nikolayev adlı oxucumuz tərəfindən Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilovla bağlı ilginc faktların yer aldığı məlumat göndərilib. DİA.AZ-a göndərilən məqalədə deyilir:

"Biz sizə Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilovun biabırçı qərarlarını (№188 от 15.09.2016 и №202 от 04.10.2016) və 27.09.2016-cı il tarixli etiraz toplantısının protokolunu göndəririk.

Protokollardan da aydın görünür ki, bu vaxta qədər dövlətin strateji qurumu olan Şamaxı Astrofizika Rəsədxanasında yanlış qərarlar verilib və günü bu gün də eyni proses davam etməkdədir.

Şamaxı Astrofizika Rəsədxanasında NƏLƏR BAŞ VERİR?
Şamaxı Astrofizika Rəsədxanasında NƏLƏR BAŞ VERİR?
Şamaxı Astrofizika Rəsədxanasında NƏLƏR BAŞ VERİR?
Şamaxı Astrofizika Rəsədxanasında NƏLƏR BAŞ VERİR?

Bundan əlavə sizə bir neçə il əvvəl Şamaxı Astrofizika Rəsədxanasında çəkilmiş videomaterialı təqdim edirik. Xahiş edirik diqqətlə izləyin və qulaq asın:



Bütün bu faktlar və aşağıda təqdim etdiyimiz materiallar da təsdiqləyir ki, Şamaxı Astrofizika Rəsədxanası Namiq Cəlilovun rəhbərliyi altında BÖYÜK ADDIMLARLA irəliləyir. Hər halda dövlətin belə bir Elmi Mərkəzinə kimin rəhbərlik etdiyi, burada nələrin baş verdiyini bilmək, daha vacibi tədbir görülməsi ən vacibidir.

Aşağıdakı materiallarla da diqqətlə tanış olun:

Şamaxı Astrofizika Rəsədxanasında NƏLƏR BAŞ VERİR?

7. Ə.M.Xəlilov (f.f.d., aparıcı elmi işçi)
8. N.Ə.Hüseynov (f.-r.e.n., aparıcı elmi işçi)
9. Y.M.Məhərrəmov (f.f.d., aparıcı elmi işçi)
10. Ə.Ş.Baloğlanov (elmi işçi, doktorant)
11. Ş.K.İsmayılova (k.elmi işçi, dissertant)
12. G.M.Hacıyeva (baş laborant, doktorant)
13. Ü.R.Qədirova (k.elmi işçi, dissertant)
14. G.R. Bahəddinova (k.elmi işçi, dissertant)
15. Ü.Bəşirova (k.elmi işçi, dissertant)
16. A.F.Abdulkerimova (k.elmi işçi, dissertant)
17. S.F.Tağıyev (k.elmi işçi)
və başqaları.
Əvvəlcə iclasa sədr və katib seçildi. Ə.M.Xəlilov təklif etdi ki, N.Z.ismayılov iclasın sədri olsun.
Y.M.Məhərrəmov da təklif etdi ki, Ə.M.Xəlilov iclasın katibi olsun. Hər iki təklif iclasın bütün
iştirakçıları tərəfindən yekdilliklə qəbul edildi.
Iclasın sədri professor N.Z.İsmayılov iclasın gündəliyini açaraq belə çıxış etdi:
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, AMEA ŞAR-ın direktoru N.S.Cəlilovun 15 sentyabr 2016-cı il tarixli 188-
saylı əmrində ciddi bir əsas və araşdırma aparılmadan iddia edilir ki, guya ŞAR-da indiyədək
aparılmış spektral müşahidələrin işlənməsində ciddi qüsurlara yol verilmişdir, ölçmələrin səhv emal
edilməsi vurğulanır və bununla əlaqədar olaraq teleskopların fəaliyyətinin dayandırılması əmri
verilmişdir.
Bu əmrə görə vəziyyətdən çıxmaq üçün yeni öyrədici kursun yaradılması, bu kursda spektral
müşahidələr aparmaq üçün spektroskopiyanın əsasları, 2 m teleskopda müşahidələrin aparılması
qaydaları və standart ulduzların spektrinin emalı qaydaları mənimsənilməlidir. Yalnız bundan sonra
tədqiqatçıya müşahidəçi statusu verilir və ona müşahidəyə icazə verilir. Bunun üçün xüsusi hazırlıq
işləri aparılması da göstərilir. Əmrin qısa məzmunu bu qeyd etdiklərimdən ibarətdir.
Demək lazımdır ki, əmrin məzmunu haqlı olaraq müşahidəçi kollektivinin böyük
narazılığına səbəb olmuşdur. Belə ki, əmrin məzmunundan çıxır ki, indiyə qədər ŞAR-da
spektroskopiya sahəsində görülən bütün işlər səhv aparılmış və düzgün olmayan nəticələr
alınmışdır. Bununla əlaqədar dövlətin böyük miqdarda xərci hesabına işləyən teleskop
dayandırılmalıdır. Əslində isə belə bir əmrin verilməsinin heç bir əsası yoxdur, heç bir araşdırma,
tədqiqat aparmadan belə bir nəticəyə gəlməyin səbəbi anlaşılmır. Belə əmr bizi istəməyən
millətlərin əlinə düşərsə, nə baş verəcəyini təsəvvür edirsinizmi?
3
Əslində bu cür söz-söhbətin yaranmasının səbəbi onunla bağlıdır ki, əvvəllər nəzəriyyə ilə
məşğul olmuş, lakin bu sahədə heç bir ciddi uğurları olmayan f.-r.e.n. C.Əliyev eksperimental
spektroskopiya sahəsinə baş vuraraq qəti şəkildə bütün spektrlərin işlənməsi prosesində alınan
siqnalı intensivlikdə deyil, mütləq seldə verilməsini zəruri hesab edir və bu keçid üçün proqram
tərtib etdiyini iddia edir. Direktor N.S.Cəlilov da onun ŞAR Elmi Şurasında deyilmiş bu şifahi
fikirləri əsasında belə bir əmr vermişdir.
Qeyd edirik ki, hazırda müxtəlif aparıcı rəsədxanalarda spektral müşahidədən alınan
spektrlərin birbaşa mütləq selə keçirilməsi əsasən aşağı dispersiyalı və klassik birzolaqlı spektrlər
üçün həyata keçirilir (məsələn, qalaktikaların, dumanlıqların və s.). Lakin yüksək ayırdetməli və
çoxtərtibli eşelle spektroqrafların spektrlərinin mütləq selə keçirilməsi demək olar ki, həyata
keçirilmir. Bu məsələ aktual olsa da, onu praktiki olaraq həyata keçirmək texniki cəhətdən bir sıra
çətinliklərlə bağlıdır.
1. Teleskopun yustirovkası mükəmməl olmalıdır;
2. Xəyal elə ideal kiçik olmalıdır ki, yarığa düşərkən tamam simmetrik formada yarığa düşsün
(bu hazırda bizdə parktik olaraq mümkün deyil, qidirovkaya görə)
3. Fiber optik kabel üçün də 2-ci bənddəki həmin məsələ kritikdir.
4. Heç kəs zəmanət verə bilməz ki, ulduzu və standartı eyni dəqiqliklə qidirovka etmək
mümkün olacaq (çünki parlaqlıqlar müxtəlifdir, şəxsi xətalar mövcuddur).
Mən bu məsələ ilə bağlı olaraq spektroskopiya sahəsində çox tanınmış mütəxəssislərdən
sorğu verib cavablar almışam. Həmin cavablar bunlardır:
Rusiya EA XAR-da işləyən f.-r.e.d. Kloçkova Valentina belə cavab vermişdir:
Здравствуйте, Нариман.
В своей работе со спектрами высокого разрешения мы не выполняем калибровку
потоков. Как Вы правильно отмечаете в письме, это общепринятая практика. Вопрос по
поводу необходимости такой калибровки у меня возникал, но реализация этой процедуры
требует наличия спектров, полученных с широкой щелью (для исключения влияния
атмосферной дисперсии). Мы же всегда, стремясь получить высокое спектральное
разрешение, работаем по спектрам с узкой щелью, поэтому распределение энергии
восстановить не можем.
Если эту проблему кто-то рассмотрит, было бы интересно.
С уважением,
-- Валентина Клочкова.
4
Daha bir cavab ABŞ –dan prof. A.Miroşniçenkodan:
Дорогой Нариман!
По поводу метода измерения спектров. При наблюдении на щелевых или
оптоволоконных спектрографах, все изображение звезды, как правило, не попадает в щель
или на волокно. Того же нельзя гарантировать и для звезды сравнения. Нельзя гарантировать
и то, что часть переменной и звезды сравнения, попавшие в щель/волокно будут
одинаковыми.
Поэтому абсолютная энергетическая калибровка не получается, особенно на
эшельных спектрографах даже со спектральными порядками, расположенными по прямым
линиям (как, например, на обсерватории San Pedro Martir). Мы с Сергеем пробовали это
делать. Если же пытаться "провалить" и переменную звезду и звезду сравнения в
щель/волокно, то либо нужны очень хорошие изображения звезд (а таких практически не
бывает даже на высокогорье) или надо увеличивать размер щели/волокна, что приводит к
ухудшению спектрального разрешения.
Эквивалентные ширины по определению измеряются от локального континуума и
абсолютная калибровка для этого не нужна. Она нужна только для измерения абсолютных
интенсивностей линий. В этом случае лучше калибровать потоки с использованием
узкополосной фотометрии.
Толя
Bu mütəxəssislərin cavabları və eləcə də elmi ədəbiyyatlarda apardığım araşdırmalar bir
daha sübut edir ki, həmin ideyanı həyata keçirmək bir o qədər də asan iş deyil.
Bizə isə əksər hallarda bunu etməyə ehtiyac da yoxdur. Ola bilsin ki, bu ideyanı biz gələcəkdə
həyata keçirə bilərik. Amma bu o demək deyil ki, indiyə qədər aparılmış işlər yanlış olmuşdur.
Odur ki, ciddi araşdırma aparmadan direktorun belə bir əmr verməsi yumşaq desək, qeyri-ciddi,
həm də olduqca təhlükəlidir, əsassız şəkildə tədqiqatçıların işinə kölgə salır. Xahiş edirəm bu
məsələ ilə əlaqədar fikirlərinizi bildirin.
Gündəliyin 1-ci məsələsi haqqında ŞAR-da müşahidəçilər qrupunun birgə hazırladığı
müraciətin tam mətnini oxumaq üçün söz müşahidəçi Y.M.Məhərrəmova verildi.
Bu barədə aparıcı elmi işçi Y.M.Məhərrəmovun çıxışı:
Hamımıza məlumdur ki, ŞAR-ın direktoru “aparılmış araşdırmalar əsasında Rəsədxanamızın
teleskoplarında uzun illər ərzində göy cisimlərinin müşahidədən alınmış spektrlərinin düzgün
5
işlənilməməsi, fiziki parametrlərin hesablanmasında ciddi səhvlərə yol verilməsi və nəticədə elmi
məhsul kimi təqdim olunan nəticələrin ciddi qüsurlara malik olması əsasları ilə, davam edən bu
neqativ prosesin qarşısını almaq məqsədi ilə 15 Sentyabr 2016-cı il tarixində 188 saylı əmr
vermişdir.
Məlum əmrin əsaslandırılma hissəsində yazılmış “uzun illər ərzində” ifadəsi göstərir ki, bu
əmr geriyə olan müddətə istənilən qədər qeyri-məhduddur. Yəni məlum biabırçı əmr - Rəsədxana
yarandığı gündən bəri ulduzlar, qalaktikalar, planetlər və s. obyektlərin müşahidədən alınmış bütün
spektrlərinin düzgün işlənməməsi və nəticədə həmişə səhv elmi nəticə ortaya qoyulmuş olması
deməkdir. Deməli belə çıxır ki, nəinki indiki nəsil olan bütün astrofizik alimlərimiz, hətta
Azərbaycan Astronomiya elmində müşahidə işləri ilə məşhurlaşmış mərhum karifey alimlərimiz də,
sən demə spektrləri düzgün işləməyərək həmişə “səhv və ya ciddi qüsurlu” elmi nəticələr ortaya
çıxarıblarmış (?). Göründüyü kimi məlum 188 saylı əmr o qədər qeyri-ciddi və məsuliyyətsizcəsinə
yazılıb ki, ondan istənilən qədər pis biabırçı nəticələr çıxır. Lakin həmin əmrdə belə araşdırmaların
kimlər tərəfindən aparılmasından, bu işləri araşdırmalı olan hansısa ekspert komissiyasının olubolmamasından, kimlərin elmi işlərinin yoxlanmasından və eləcə də hansı ciddi elmi səhvlərin və
digər nöqsanların sübut edilərək yoxlanmasından bəhs edilməmişdir. Ona görə ki, əsilində ŞAR-da
belə araşdırmalar heç vaxt olmamışdır. Lakin fakt odur ki, hal-hazırda Azərbaycan Astronomlarının
imicinə zərbə vuran belə bir rüsvayedici əmr mövcuddur və hazırda da qüvvədədir. Bu Azərbaycan
Astronomiya elminə süni yapışdırılmış bir qara ləkədir, hətta tamamilə ləğv olunsa belə izi həmişə
qalacaqdır.
Əmrdən aydın görünür ki, bir tərəfdən ŞAR-da indiyənədək heç kimin spektrləri guya
düzgün işləyə bilməməsi və buna görə də həmişə guya səhv elmi nəticə ortaya qoyulduğu bildirilir,
digər tərəfdən isə tezliklə ŞAR-da bunun üçün öyrədici kursların keçiriləcəyi vurğulanır (?)...
Üstəlik də belə bir biabırçı əmri gizlətmək əvəzinə o, skayner edilərək internetlə bütün Rəsədxana
işçilərinə elektron variantda göndərilir (?).
Heç bir fakta, sənədə, sübuta əsaslanmayan və yalnız bir nəfər şəxsin şifahi illuziyasına və
digər şifahi dedi-qodulara əsaslanan bu biabırçı əmrdən sonra ŞAR-ın hazırki elmi əməkdaşlarının
indiki və gələcək elmi fəaliyyətləri də mümkünsüzdür. Belə ki, hər bir elmi işçi guya spektri düzgün
işləyə bilmirsə, onda onların hamısının elmi seminarlarda məruzə etməsi, elmi məqalələr yazması,
illik elmi hesabatlar hazırlaması, bu spektrlərdən alınmış nəticələrə görə müzakirə üçün elmi
ezamiyyətlərə göndərilməsi mümkün olmayan işlərdir.
Yeri gəlmişkən bildiririk ki, 02-07 oktyabr 2016-cı ildə RF-nin XAR-da təşkil olunan
Beynəlxalq Elmi Konfransa Şamaxı Astrofizika Rəsədxanasından 2 nəfər aparıcı elmi işçinin ezam
olunması və onların ezamiyyə xərclərinin ödənilməsi haqda ŞAR Elmi Şurası 08 sentyabr 2016-cı
ildə qərar qəbul etmişdir. Aydındır ki, bu şəxslər həmin konfransda özlərinin fotometrik və spektral
müşahidələrinin nəticələrinə əsaslanmış elmi işlərini orada məruzə və müzakirə edəcəklər. Lakin
əmrdən göründüyü kimi onlar guya müşahidə materiallarını düzgün işləyə bilmirlərsə və deməli
səhv elmi nəticə almış olublarsa, belə halda Elmi Şuranın qərarı ilə yol xərcləri ödənilməklə bu
şəxsləri o konfransa niyə göndərirsiniz ki ?
6
Məlum biabırçı əmr imkan verir ki, bizi istəməyən bəzi arzuolunmaz şəxslərin marağı ilə hər an
Şamaxı Astrofizika Rəsədxanasının birbaşa bağlanması hadisəsi gündəmə gətirilə bilsin. Bir halda
ki, biz özümüz heç bir fakta, sənədə, sübuta əsaslanmadan ŞAR-da indiyənədək hamının spektrləri
düzgün almadığını, spektrləri düzgün işləmədiyini, həmişə səhv və ciddi qüsurlu elmi nəticə
alınmasını rəsmi qaydada uydururuqsa, onda bizə rəqib və ya düşmən lazım deyil, özümüz
özümüzü çox tezliklə məhv edəcəyik. Bu biabırçılığın qarşısı təcili olaraq alınmalıdır.
Nəhayət əmrin sonunda əsas kimi ŞAR Elmi Şurasının 08 Sentyabr 2016-cı il tarixli
iclasının qərarı (Protokol №12) qeyd edilmişdir. Lakin o iclasda məlum biabırçı əmrin verilməsi
barədə hər hansı qərar qəbul edilməmişdir. Bu faktı ŞAR Elmi Şurasının həmin iclasda iştirak edən
üzvlərinin (Nəriman İsmayılov, Əzizə Həsənova, Canməmməd Rüstəmov, Bayram Rüstəmov,
Ədalət Ətayi və.s.) böyük çoxluğu təsdiqləyir.
Qeyd edirik ki, ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü N.Cəlilov son vaxtlar bütün elmi
tədbirlərdə və mətbuatda Şamaxı Astrofizika Rəsədxanasında indiyənədək məhz fotometrik və
spektral tədqiqatların nəticələri üzrə görülmüş böyük elmi işlərdən, yüksək nailiyyətlərdən və bu
nailiyyətlərin yüksələn templə getməsindən ağız dolusu danışmış və çoxsaylı müsahibələr
vermişdir. Bununla əlaqədar olaraq ŞAR-ın bir qrup elmi əməkdaşları respublikamızda ən yüksək
ali mükafatlara - fəxri diplomlara, fəxri fərmanlara və pul mükafatlarına layiq görülmüşlər. Elə
ŞAR-ın hazırki direktorunun özü də rəsədxanamızın bir neçə elmi əməkdaşını onların impakt
faktorlu nüfuzlu xarici elmi jurnallarda məqalələr çap etdirməsinə görə pul mükafatları ilə təltif
etmişdir. Lakin indiyədək üzümüzü ağ edən və öz dövrlərində mükafatlandırılmış olan bütün elmi
nəticələrın hamısı 15 Sentyabr 2016-cı il tarixində 188 saylı əmrlə haqsız olaraq “səhv”
adlandırılmışdır.
Əlavə edirik ki, bu biabırçılığın acı nəticəsi təkcə yuxarıda qeyd olunanlarla bitmir. Belə ki,
onu da etiraf edək ki, ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü N.Cəlilov ŞAR-a rəhbər təyin
olunduğu ilk vaxtlarda rəsədxanamızın elmini daha da yuxarıya qaldırmaq üçün perspektivli elmi
layihələr və proyektlərin hazırlanması ideyasını da irəli sürmüş və belə proyektlərin ilkin variantları
da nəzəri olaraq elə onun özü tərəfindən yaradılmışdır. O, əlavə olaraq bildirmişdir ki, belə
proyektlərin maliyyə mənbələrini tapmaq, o cümlədən AMEA rəhbərliyini bu layihələrin
perspektivliyinə inandırmaq lazımdır. İndi gəlin bir suala da cavab verək:
Məlum 188 saylı biabırçı əmrdən sonra həmin maliyyə mənbələrini tapa və ya AMEA rəhbərliyini
hansısa elmi proyektimizin perspektivli olacağına inandıra bilərikmi? Əlbəttə yox.
Buradan aşkar görünür ki, bu əmr ŞAR-da növbəti bütün elmi layihə və proyektlərin dövlətimiz
tərəfindən maliyələşdirilə bilməsinin üstündən birdəfəlik xətt çəkmiş olur. Deməli ŞAR
direktorunun məlum üzdəniraq əmri elə onun özünün də gələcək proyektlərini ölkədaxili
maliyələşmə cəhətdən qeyri-mümkün edir və bütövlükdə bu əsassız, sübutsuz və qanunsuz əmr
ŞAR-ın bütün elmi işçilərinin fəaliyyətlərinə yalnız baş aşağılığı gətirir.
Bütün bunlara cavab olaraq ŞAR-ın 1-i baş elmi işçi-professor, digər 3-ü isə aparıcı elmi
işçilər olmaqla - cəmi dörd nəfər əməkdaşı ŞAR-ın direktorunun belə qanunsuz və məsuliyyətsiz
əmrinə qarşı mülayim və nəzakətli formada yazılı şəkildə əsaslandırılmış etiraz etmişlər. Həmin
etirazların elektron surətləri elə ŞAR-ın rəhbərliyi tərəfindən müşahidəçilərə göndərilmişdir.
7
Bundan əlavə, hamımız bilməliyik ki, əvvəlcədən rəsmi qaydada heç bir araşdırma
aparmadan, fakt, sübut, dəlil olmadan – yəni hüquqi əhəmiyyətli faktlara və sənədlərə əsaslanmadan
istənilən elmi müəssisənin, o cümlədən ŞAR-ın keçmişdən bu günə qədər praktiki astrofizika ilə
məşğul olmuş bütün alimlərinin qiymətli elmi əsərlərini səhv adlandırmaq, heçə endirmək və bu
əsasda ŞAR-ın bütün elm tarixini və beləliklə Azərbaycan elmini qəsdən ləkələyib gözdən salmaq
cəhdləri vətənini, millətini sevən heç bir Azərbaycanlıya, o cümlədən azərbaycan aliminə,
azərbaycan ziyalısına yaraşmaz, hansı ki, bunlar cinayət tərkibli hərəkətlərdir.
Sonda yenidən xüsusi vurğulayırıq ki, məlum əmr ŞAR-da keçmişdən indiyənədək bütün
elmi-praktiki tədqiqatların nəticələrinin məhv edilməsinə yönəlmiş bədnam niyyətdir və bu
əvvəlcədən heç bir rəsmi ekspert komissiyası tərəfindən araşdırılmadığına, sübut edilmiş faktlara,
dəlillərə əsaslanmadığına görə həm də qanunsuz əməllərdir. Bu üzdəniraq əmr yalnız C.Əliyevin
şifahi illuziyasına və onun bədniyyət maraqlarına xidmət edir. Ona görə də ŞAR direktorunun 15
Sentyabr 2016-cı il tarixli, 188 saylı əmri təxirə salınmadan tamamilə ləğv edilməlidir.
Beləliklə, bu deyilənlərdən sonra ŞAR-ın direktoruna təklif olunur:
1. ŞAR-ın direktoru heç bir şərt qoymadan 15 Sentyabr 2016-cı il tarixli, 188 saylı əmrini
tamamilə ləğv etsin. Teleskoplarda müşahidələr bərpa olunsun.
2. Əgər həmin əmr iclasın keçirildiyi tarixdən etibarən bir həftə ərzində ləğv edilməzsə,
mərhələli şəkildə yuxarı instansiyalara müraciət olunsun.
3. Bu müraciətin bütün mətni iclasın protokoluna daxil edilir.
Y.M.Məhərrəmovdan sonra söz Ə.R.Həsənovaya verildi.
Ə.R.Həsənova (aparıcı elmi işçi, Elmi Şuranın üzvü):
Namiq m. Siz 5 nəfər elmi işçinin J.Krılovskiyə yazılan məktubunu oxumadan, məktubu
yazanların heç biri ilə söhbət etmədən belə bir məktubu Elmi Şurada bir nəfərin sözü ilə biabırçı
məktub adlandırırsınız. Yaxşı olardı ki bu sözü deməmişdən əvvəl onu yazanlardan heç olmasa biri
ilə söhbət edəydiniz. Biz artıq Həmayıl və Şəfəqlə işin yarıdan çoxunu görüb qurtarmışıq. Biz
Qalazutdinova da yazmışdıq. Onun bizə göndərdiyi “video” yeni cihazla alınmış spektrlərin
işlənməsində bizə çox kömək oldu. Başqa rəsədxanaların alimləri ilə əməkdaşlıq edilməsində heç
bir biabırçılıq yoxdur. Sizin bu əmriniz tamamilə əsassızdır. Ona görə də Sizin 15.09.2016-cı il
tarixli, 188 saylı əmrinizə etirazımı bildirir və bu əmri tamamilə ləğv etməyinizi xahiş edirik.
Əmrinizin sonunda əsas kimi ŞAR-da keçirilən 08 Sentyabr 2016-cı il tarixli ŞAR Elmi
Şurasının qərarını qeyd etmisiniz. O iclasda biz də iştirak etmişik. Elmi Şurada C.Əliyedən başqa,
aparılan elmi tədqiqat işləri haqqında heç kəsin mənfi iradını eşitmədik. Qeyd edirik ki, Biz 26 illik
dünya praktikasından keçmiş Dech20, Dech20t və Dech95 paket proqramlarında göstərilən qaydada
müşahidələr aparır, orada qeyd olunan ardıcıllıqla spektrləri işləyirik.
8
Biz uzun illərdən bəri ŞAR teleskoplarında alınmış materialları işləməkdəyik. Hər birimiz
yaxın keçmişdə ayrı-ayrı vaxtlarda spektrlərlə düzgün işləməyi RF SAO-nun əməkdaşı Abid
Rzayevdən öyrənmək üçün bütün lazımi kursları vaxtında keçmişik. Spektrləri işlədikdən sonra
alınmış nəticələri özündə əks etdirən məqalələrimiz nüfuzlu xarici jurnallarda nəşr olunmuş və hətta
bu elmi nəticələrimiz başqa xarici mütəxəssislər tərəfindən də təsdiq edilərək bəyənilmiş və
məqalələrimizə istinadlar edilmişdir.
Odur ki, əvvəlki Dech20 və Norton, Dech20t və Dech95 paket proqramlarında göstərilən
qaydada müşahidələrin hansı ardıcıllıqla alınması və onların işlənməsinə dair hər hansı mənasız
kursda iştirakdan imtina edirik. Çünki onları mükəmməl bilirk, təkrarçılığa ehtiyacımız yoxdur.
Ona görə də 15 Sentyabr 2016-cı il tarixli, 188 saylı əmrinizi təxirə salmadan ləğv
etməyinizi və teleskoplarda müşahidələrin bərpa olunmasını xahiş edirik.
Şəfəq İsmayılova (müşahidəçi, kiçik elmi işçi):
Bizim qrupumuzda, mən, Əzizə x. və Həmayıl gündüz göyünün spektrini (sky-ı) işləməyi
çox yaxşı bacarırıq. Sadəcə olaraq 28000 və 56000 ayırdetmə ilə sky-ların bütün diapazonda tam
eyniləşdirilmiş variantı bizdə olmadığına və həm də bu ilkin variantın işlənməsinə uzun vaxt lazım
olduğuna görə biz cənab Krılovskiyə internetdə məktubla müraciət etmişdik. Biz Kopernik
Universiteti ilə ŞAR arasında elmi əlaqələrlə bağlı gedən məlumatlara inanaraq elə bildik ki,
onlarda qeyd etdiyim yüksək ayırdetmələrlə sky-ların ilkin variantı ola bilər. Lakin hər şey əksinə
oldu. Yoxsa ki, məsələn əvvəlki 15000 ayırdetmə ilə olan sky-ları bizim üçün Krılovski yaxud
başqaları qurmurdu ki, hamısını indiyənədək özümüz etmişik. Namiq müəllimdən isə xahişim odur
ki, hazırda müzakirəsi gedən əmrin əsaslandırılma hissəsi dəyişdirilsin və müşahidələr bərpa
olunsun.
Ə.M.Xəlilov (aparıcı elmi işçi):
Çıxışımın əsas hissəsinə keçməzdən əvvəl J.Krılovskiyə yazılan məktuba aydınlıq gətirmək
istəyirəm. Hər bir əməkdaşın lazım gələrsə başqa rəsədxana alimlərinə müraciət etmək hüququ var.
ŞAR müşahidəçilərinin əksəriyyəti Sky-ı, yəni müqayisə spektrini eyniləşdirməyi bilirlər. Lakin
yeni cihazda alınmışların ilkin variantı üçün bu 2-aydan çox vaxt aparır. Bu həm də yorucu işdir.
Eyniləşdirilmiş müqayisə spektrinin hazır variantının başqa rəsədxanada işləyən həmkarlarımızdan
alınması üçün edilən müraciətdə heç bir biabırçılıq yoxdur. Bir də bu şəxsi məktublaşmadır. Kimə
nə dəxli var ki. Söhbət əməkdaşlıqdan, yeni texnologiyanın daha da yaxşı və qısa müddətddə
öyrənilməsindən gedirsə, bunun nəyi pisdir. C.Əliyev və ŞAR-ın direktorunun belə məktublaşmanı
biabırçılıq adlandırması onu göstərir ki, bu iki nəzəriyyəçi Sky-ın nə olduğunu bilmirlər. Sky-ın
eyniləşdirilməsinin uzun müddətə başa gəlməsindən xəbərsizdirlər. Biz yeni cihazla alınmış
spektrlərin işlənmə metodikasını öyrənmək üçün Qalazutdinova da müraciət etdik. Onun bizə
9
göndərdiyi “video”:- spektrlərin tez bir zamanda öyrənilməsində mühüm rol oynadı. Belə
yazışmaların nəyi pisdir ki. Artıq biz müqayisə spektrinin 50 % faizini eyniləşdirib qurtarmışıq.
Sonra iclasın katibi Ə.M.Xəlilov həm J.Krılovskiyə yazılan, həm də ondan gələn məktubun tam
mətnlərini oxudu. Müzakirələrdən aydın oldu ki, orada rəsədxanamızın adına xələl gətirə biləcək
heç bir qüsur yoxdur.
Ə.M.Xəlilov daha sonra çıxışına davam edərək aşağıdakıları dedi.
Ə.M.Xəlilov:
Qətiyyətlə bildiririk ki, Sizin 15 Sentyabr 2016-cı il tarixində 188 saylı əmriniz tamamilə
əsassızdır. Ona görə də Sizin 15.09.2016-cı il tarixli, 188 saylı əmrinizə etirazımızı bildirir və bu
əmri tamamilə ləğv etməyinizi xahiş edirik.
Etirazımızı aşağıdakı faktlarla, qanuni və hüquqi dəlillərlə əsaslandırırıq.
1. Elə əmrin başlanğıcında “aparılmış araşdırmalar əsasında” ifadəsini işlətmisiniz. Kim və ya
kimlər aparıb bu araşdırmaları? İndiyənədək rəsmi qaydada bu işləri araşdıracaq hansısa
ekspert komissiyası yaradılıbmı? Kimlərin elmi işləri yoxlanılıb? Hansı ciddi elmi səhvlər
və digər nöqsanlar sübut edilərək aşkarlanıb? Xatırladaq ki, bu elmi məqalələr xarici və yerli
elmi jurnallarda “Resenzent” tərəfindən müsbət rəy verildikdən sonra çapa qəbul olunub.
2. Siz əmrdə əsilində Rəsədxanamızda spektrləri düzgün işləməyi bacaran heç bir mütəxəssis
və ya ekspertin mövcud olmadığını təsdiq etmisiniz və onu hamıya şamil etmisiniz. Belə
olan halda əgər ekspert komissiya yaradılsaydı ekspertlər kimlər olacaq idi?
İndi əmrdaxili hissəyə aid: bu sahədə ekspertlər və ya mütəxəssislər kimlər olacaq ki, guya
təkmilləşdirmə kursları keçə bilsinlər?
Və yaxud Rəsədxanamızda bu sahədə kurs aparacaq ekspertləri hansı daha yüksək statuslu
ekspertlər müəyyən edəcəkdir? Yəni ekspertlik statusunu kim müəyyən edəcəkdir? Rəsədxanada
kimsəyə belə rəsmi ekspert statusu verilibmi? Kim verib, kimlərə verilib və hansı əsaslara görə?
Əmrinizin sonunda əsas kimi ŞAR-da keçirilən 08 Sentyabr 2016-cı il tarixli ŞAR Elmi Şurasının
qərarını qeyd etmisiniz.
O iclasda biz də iştirak etmişik. Elmi Şurada C.Əliyedən başqa, aparılan elmi tədqiqat işləri
haqqında heç kəsin mənfi iradını eşitmədik. Qeyd edək ki, C.Əliyev hələ bu vaxta qədər, işlədiyi 40
ildə heç bir ulduzun standart və yaxud qeyri-stasionar ulduzların istər klassik, istərsə də CCD
spektrlərini almayıb və onların obrabotkası ilə də məşğul olmayıb. Cox güman ki o, özü spektrləri
heç orta səviyyədə işləməyi bacarmır. O, nəzəriyyəçidir və onun fikirləri nəzəriyyədən başqa bir şey
deyil. Bizim işlərdə “xəta” ola bilər lakin səhv ola bilməz.
Qeyd edirik ki, Biz 26 illik dünya praktikasından keçmiş Dech20, Dech20t və Dech95 paket
proqramlarında göstərilən qaydada müşahidələr aparırır, orada qeyd olunan ardıcıllıqla spektrləri
işləyirik.
Biz uzun illərdən bəri ŞAR teleskoplarında alınmış materialları işləməkdəyik. Hər birimiz yaxın
keçmişdə ayrı-ayrı vaxtlarda spektrlərlə düzgün işləməyi RF SAO-nun əməkdaşı Abid Rzayevdən
öyrənmək üçün bütün lazımi kursları vaxtında keçmişik. Spektrləri işlədikdən sonra alınmış
nəticələri özündə əks etdirən məqalələrimiz nüfuzlu xarici jurnallarda nəşr olunmuş və hətta bu elmi
10
nəticələrimiz başqa xarici mütəxəssislər tərəfindən də təsdiq edilərək bəyənilmiş və məqalələrimizə
istinadlar edilmişdir.
Siz Rəsədxanada heç bir elmi fakta əsaslanmadan bu əmri imzalamısız.
Siz məlum əmri hamıya şamil etdiyinizə görə bundan sonra ŞAR-da heç kəsin öyrədici kurs
keçməyə və araşdırma aparmağa səlahiyyəti yoxdur. Yəni Sizin fikrinizcə guya ŞAR-da heç kəs
spektrləri işləyə bilmir, yaxud da işləyənlər də səhv işləyirlər. Bu əmrə görə 2016-cı ildə heç bir
müşahidəçi elmi işçi hesabat verə bilməz, çünki bu əmrə görə alınan spektrlər düzgün alınmayıb,
düzgün işlənməyib. Biz əvvəlki Dech20 və Norton, Dech20t və Dech95 paket proqramlarında
göstərilən qaydada müşahidələrin hansı ardıcıllıqla alınması və onların işlənməsinə dair hər hansı
mənasız kursda iştirakdan imtina edirik. Çünki onları mükəmməl bilirk, təkrarçılığa ehtiyacımız
yoxdur.
Amma Sizin məlum əmrinizdən sonra ŞAR-da hətta bunu keçməyə səlahiyyəti olan
mütəxəssis-ekspert vardırmı? Belə çıxır ki, yoxdur!
Odur ki, 15 Sentyabr 2016-cı il tarixli, 188 saylı əmriniz hər hansı bir aşkarlanmış və sübut
edilmiş fakta əsaslanmır, yalnız C.Əliyevin şəxsi maraqlarına xidmət edir. Ona görə də bu əmriniz
təcili olaraq ləğv edilməlidir. Əks halda belə qanunsuz əmriniz alternativiniz olan digər şəxslərin
xüsusi marağı əsasında daha yuxarı instansiyalara göndərilə və nəticədə burada hamının illərdən
bəri savadsız olması və ciddi səhv elmi nəticələrlə Azərbaycan elmini gözdən salma əsasları ilə
Şamaxı Astrofizika Rəsədxanası ya bağlana bilər, ya da əmrinizdə göstərdiyiniz əsaslandırmaların
yalan olması ortaya çıxdığı təqdirdə Siz cəzalandırıla bilərsiniz. Eyni zamanda ŞAR-da elmi inkişaf
və yaradıcılıq işləri aparmaq əvəzinə lazım olmadığı halda uzunmüddətli yazışmaların və
mübahisələrin əsasını qoymuş olarsız.
Təklif edirəm ki,
1. 15 sentyabr 2016-cı il tarixli, 188 nömrəli əmrin xüsusilə əsaslandırılma hissəsi ləğv
olunsun, qalan bəndlərə müvafiq düzəlişlər edilsin.
2. Əmrin müşahidələrin dayandırılmasına aid hissəsi də ləğv edilsin və 2-m teleskopun
fəaliyyəti bərpa olunsun.
N.S.Cəlilov (AMEA ŞAR-ın direktoru):
Siz J.Krılovskiyə biabırçı məktub yazmısınız və Krılovski də Faiq Musayevə məktub yazıb bizim
rəsədxanadakıları tənqid edirmiş ki, ŞAR-da müşahidəçilər bilmirlər ki, “sky” nədir? Mən də buna
və buna bənzər səbəblərə görə həmin 188 saylı əmri verdim.
Y.M.Məhərrəmov: Cənab J.Krılovskiyə 5 nəfərin adı ilə məktub mənim e-mail ünvanımdan
göndərilib və həm göndərilən, həm də gələn cavab məktubları oxundu.
İndi J.Krılovskinin dostu Faiqlə öz aralarında bizim haqqımızda etdiyi sözsöhbətlərin və yaxud qeybətlərin bizə nə dəxli var? Bu söz-söhbətlər o
cürə rüsvayçı əmrin verilməsinə əsas ola bilməz axı. Məgər ŞAR-ın
11
direktoru öz əmrlərini kimlərinsə daldada şifahi dedi-qodularına, qeybət
etmələrinə əsaslanıb verməlidirmi? Hansı ki, direktor buna əsaslandığını
bildirib.
Ə.M.Xəlilov: Bu biabırçılıqların hamısının səbəbkarı C.Əliyevdir və o, köhnə pis niyyətlərini
yenidən davam etdirmək fikrindədir.
Bu ifadələrdən sonra C.Əliyev etikadan kənara çıxdı və qismən tərbiyəsiz formada hay-küy salmağa
başladı.
İclasın sədri prof. N.İsmayılov tərəfləri sakitləşdirməyə çalışdı və əlavə etdi ki, bütün bu çirkin
oyunların səbəbkarı və həm də icraçısı həqiqətən C.Əliyevdir. O, iclasın sədri kimi C.Əliyevə söz
verməyəcəyini bildirsə də, C.Əliyev ona və əsilində etikaya tabe olmayacağını bildirdi.
N.S.Cəlilov:
Daha sonra ŞAR-ın direktoru 15 sentyabr 2016-cı il tarixli, 188 saylı əmrdə, xüsusilə də onun
əsaslandırılma hissəsində doğrudan da səhv ifadələrdən istifadə etdiyini etiraf etdi və bu səhvini
düzəldəcəyini və ən nəhayət həmin əmri ya dəyişdirəcəyini, ya da tamamilə ləğv edəcəyini iclas
iştirakçılarına bildirdi. Amma ŞAR-ın direktoru eyni zamanda xüsusilə də gənclər üçün ŞAR-ın 2
metrlik teleskopunda 2016-cı ildə yenicə quraşdırılmış müasir texnologiya və ondan istifadə
qaydaları ilə bağlı öyrədici kursların keçirilməsinin vacibliyini də əlavə etdi.
C.Əliyev (aparıcı elmi işçi): “məlum əmrin ləğvindən və ya onun dəyişdirilməsindən söhbət gedə
bilməz”
N.S.Cəlilov: Cəsarət dayan da bir, bu momentdə alovun üstünə su tökmək əvəzinə, sən əksinə onun
üstünə benzin tökürsən.
C.Əliyev: mən bu “sürünü” hələ də başa sala bilməmişəm ki, bütün spektrləri işləyərkən selə
keçmək lazımdır.
Bu anda iclasın sədri N.Z.İsmayılov təhqiramiz sözlər işlədən C.Əliyevi etikalı və ədəbli
olmağa dəvət etdi.
Bayram N.Rüstəmov: (f.-r.e.n., Şöbə müdiri, Elmi Şuranın üzvü)
Müzakirə olunan məsələ ilə əlaqədar ilk olaraq onu qeyd etmək istəyirəm ki, istənilən halda
teleskoplarda müşahidələr davam etdirilməlidir, teleskop müşahidəçilərin üzünə bağlanmamalıdır.
ŞAR-da fəaliyyət göstərən ulduz teleskopları və onlarda istifadə olunan müşahidə qurğuları və eləcə
də müşahidə materiallarının emalı üçün istifadə olunan metodika müasir müşahidə astrofizikasının
aktual problemlərini qoyub həll etmək üçün tam yetərlidir. İstənilən eksperiment, xüsusən də
12
astrofiziki eksperimentlər – səma cisimlərinin müşahidəsi, çox ağır və yorucu bir prosesdir. Müasir
standartlara cavab verən müşahidə prosesinin təşkili və alınmış rəqəmsal müşahidə materialının
müasir proqram paketləri vasitəsilə kompüter emalı müşahidəçıdən çox yüksək peşəkar hazırlıq və
vərdiş tələb edir.
Müşahidə prosesinin düzgün aparılmaması və ya müşahidə materialının düzgün emal
olunmaması nəticəsində ulduzların təyin olunmuş fundamental fiziki parametrlərinin dürüstlüyünün
şübhə doğurması başqa bir söhbətin mövzusudur və hər bir müşahidəçiyə fərdi yanaşma tələb edir.
Səs vermə yolu ilə kimin düzgün kimin isə səhv işlədiyini müəyyən etmək olmaz. Eləcə də qrup
şəklində kimlərinsə düz kimlərinsə səhv olduğunu demək olmaz. İstənilən metodika tam
avtomatlaşmadığına görə insan faktoru önəmlidir. Eyni bir metodika ilə düz və səhv nəticə almaq
olar. Peşəkarlıq məsələsi var. Mən belə hesab edirəm ki, bu tipli məsələlər iclaslarda yox, elmi
seminarlarda və tədqiqat laboratoriyalarında müzakirə olunmalıldır. Hər bir müşahidəçi öz işini
müdafiyə etməyi bacarmalıdır. Müşahidə prosesində tədqiq olunan obyektlə yanaşı bir qayda olaraq
standart ulduzun spektri alınır. Fiziki parametrləri ədəbiyyatda məlum olan bu standart ulduzların
spektrini işləyib tədqiq etdiyi obyektdən aldığı nəticələrin dürüstlüyünü nümayiş etdirmək olar. Bu
rəqəmsal materialı istənilən adamın işləyib yoxlaması üçün şərait yaratmaq olar.
Selə keçmək məsələsinə gəldikdə isə, bu məsələ ilə əlaqədar prof. N.İsmayılovun müraciətində
qeyd etdiyi çətinliklərlə qismən razıyam. Prinsipcə X.Mikayılovun Kanberra spektri misalında
nümayiş etdirdiyi metodika ilə eselle spektrlərində də hər bir tərtib üçün bu işi görmək olar. Amma
mən də belə hesab edirəm ki, selə keçməmək nəticələrin səhv olması anlamına gəlmir. Bu
tədqiqatın məqsədi ilə bağlı məsələdir.
Aparıcı elmi işçi Y.Məhərrəmovun səsləndirdiyi çıxışda bu gün müzakirə olunan məsələ
fonunda mənim Rusiya EA XAR-da keçiriləcək konfransa müşahidə ilə bağlı elmi işimi məruzə
etmək üçün ezam olunmağımın məqsədəuyğunluğu barədə məsələ qaldırdı. Bununla əlaqədar
bildirmək istəyirəm ki, bu işdə istifadə olunan müşahidə materialının alınması və işlənməsi bu
məqalənin əsas müəllifi kimi – 1998-ci ildən bu günə kimi ulduz teleskoplarında istifadə olunan
spektroqrafların yaradıcısı və ya quraşdırıcısı, teleskopların və müşahidə prosesinin mükəmməl
bilicisi f.ü.f.d. Xıdır Mikayılov tərəfindən aparılıb. O çoxsaylı seminarlarda və eləcə də ayri-ayri
müşahidəçilərlə fərdi söhbətlərində aldığı müşahidə materiallarının və onlardan alınan nəticələrin
dürüstlüyünü nümayiş etdirib. Rəsədxana tarixində ilk dəfə olaraq bu tipli qurğularda qalaktikanın
spektrini aldı və onun işlənmə metodikasını Moskva Dövlət Universitetindən gəlmiş nüfuzlu
alimlərə nümayiş etdirdi. Onların reaksiyası hamımızın yadındadır.Həmin müşahidə materialının
daxil olduğu məqalə reytinqi kifayət qədər yüksək olan MNRAS jurnalında dərc olundu. Nəhayət
sonuncu Elmi Şuranın iclasında Kanberra spektroqrafında alınmış spektrin tam işlənmə
metodikasını nümayiş etdirdi.
13
Caməmməd N.Rüstəmov: (f.-r.e.n., Şöbə müdiri, Elmi Şuranın üzvü)
Xahiş edirəm hamımız nəzərə alaq ki, Azərbaycanda cəmi 30 astronom var və bir
astronomun yetişməsinə 20 ildən çox vaxt gedir. Bu günkü iclasda yaxşı olardı ki, onlara hörmət
olunsun. Əgər biz astronomlar bir-birimizlə dil tapmasaq bu azərbaycanda astronomiyanın məhvi
deməkdir. Çox təəssüf ki, məsələ sivil qaydada həll yolundan çıxıb. Lakin hələ gec deyil. Yaxşı olar
ki, bu mübahisəli məsələni həll etmək üçün müşahidəçilərdən ibarət işçi qrupu yaradılsın, bu işçi
qrup məsələni araşdırsın və bu araşdırmalar nəticəsində son qərar verilsin. Əgər hər hansı
parametrin (məsələn, ekvivalent enin) dəyişməsi öyrənilirsə, selə keçməyə ehtiyac yoxdur. Şüa
sürətinin ölçülməsində də selə keçməyə ehtiyac yoxdur. Bundan əlavə, cihaz öyrənilməlidir.
Gənclərin Eşele spektroqrafının xarakteristikası, işləmə prinsipi haqqında məlumatları da olmalıdır.
N.Hüseynov (aparıcı elmi işçi):
Məlum olduğu kimi uzun illər ŞAR-da zəif obyektlərin spektrini almaq mümkün
olmadığından mən qalaktikaların fotometriyası ilə məşğul olmuşam. Fotometriyada standart
ulduzun və müqayisə ulduzunun olması vacibdir. Ona görə də, ulduzların spektrini alarkən mütəq
spektrofotometriyası (enerjinin dalğa uzunluğuna görə paylanması) öyrənilmiş standart ulduzun
çəkilməsi məsələsinə aydınlıq gətirmək üçün Sizlərin diqqətinə bir məsələni çatdırmaq istəyirəm.
Biz də, sizin kimi 2015-ci ildə alınmış spektrlərdə qalaktikaların spektrini çəkərkən standart ulduz
kimi qalaktikanın yanında olan fotometrik standart ulduzun spektrini alırdıq. Ancaq 2016-cı ilin
fevral ayında qalaktikanın spektrini alıb Moskvaya göndərdikdə, bizim həmkarlarımız bizə qəti
şəkildə bildirdilər ki, standart ulduz kimi, mütləq spektroskopiyası aparılmış məlum ulduzu standart
kimi götürmək lazımdır. Biz hazırda müşahidəsini apardığımız bütün qalaktikalar üçün belə standart
ulduzlar seçmişik və müşahidə zamanı onları standart ulduz kimi mütləq çəkirik.
Qeyd edirəm ki, həm 2 metrlik, həm də 60 sm –lik teleskoplarda texniki problemlər
mövcuddur. Məsələn 60 sm-lik teleskop üçün: Teleskop müxtəlif istiqamətlərə yönəldikdə real
koordinatla teleskopda olan sürüşmə eyni olmur. Bundan başqa, teleskopun bəzi vəziyyətlərində α
üzrə aparması normal deyil. Bu isə böyük ekspozisiyalarda xəyalın təhrif olunmasına (xəyal
uzunsov olur) gətirib çıxarır. Bu sadalanan problemlər aradan qaldırılmalıdır və bu məsələdə
müdiriyyətin verdiyi qərarı dəstəkləyirəm.
Ancaq bütün bunlara baxmayaraq, müşahidələrin dayandırılmasını düzgün hesab etmirəm.
Alınan müşahidə materialı tək bu gün üçün deyil, gələcəkdə də həm bizim, həm də gələcək
nəsillərin işinə yaraya bilir. Bunun astronomiyada belə olmasını əsaslandırmağa hesab edirəm ki,
ehtiyac yoxdur. Əslində mən bu gün bura müşahidə vaxtı istəmək üçün gəlmişdim. Məlumunuz
olduğu kimi, biz 2016-cı ilin fevral ayından spektral sinfini dramatik şəkildə dəyişmiş NGC 2617
Seyfert qalaktikasının Dünyanın və bizim bir neçə teleskoplarında, o cümlədən süni peyklər vasitəsi
ilə bütün spektral diapozonda (rentgendən infraqırmızı oblasta qədər) monitorinqinə qoşulmuşuq.
Məlum olduğu kimi, bir sıra yaxşı nəticələr alınıb və həmin işlərə beynəlxalq səviyyədə istinadlar
14
da var. Mən bu gün istəyirdim ki, bu obyektlərin müşahidəsi üçün şərait yaradılmasını xahiş edim.
Bir daha qeyd edim ki, müşahidələrin dayandırılmasını düzgün addım hesab etmirəm.
Teleskoplarda olan texniki qüsurları gündüz vaxtı da aradan qaldırmaq olar və gecələr müşahidələri
davam etdirmək lazımdır. Bu məsələlər də ümumi razılığa gəlmək lazımdır.
Daha bir məsələni qeyd edim ki, eşele spektroqrafında alınmış spektrlər barədə bir söz deyə
bilmərəm, ancaq kanbera da alınmış spektrlər normaldır və bu barədə DECH proqramının yaradıcısı
Q.Qalazutdinovun fikirlərini də əsas kimi qəbul etmək olar. Qalazutdinov və Artamanov bizim
kanbera spektroqrafında alınmış spektrlərdən birini işləmişlər və yeganə iradları müqayisə
spektrinin obyektin spektrinə yaxın olması və Arqonun qırmızı oblastda çox güclü olması olmuşdur.
Təklif edirəm ki, müşahidələr bərpa olunsun. Mən məzuniyyətdəyəm və maraqlıdır ki, bu
yazışmalar bütün müşahidəçilərə göndərilsə də mənə göndərilməyb. Ona görə də, mən hamının bu
məsələyə hazırlıqlı şəkildə gəlməsini və hamının vərəqdə nə isə hazırlayıb oxumasının şahidi
oldum. Mən isə bir az məlumatsız olduğumdan, əslində əmrlə də doğru-dürüst tanışlığım
olmadığından, mənə çatan informasiyaya görə teleskoplarda müşahidələr müvəqqəti olaraq
dayandırılır. Mən bunu düzgün hesab etmirəm.
N.Z.İsmayılov: Namiq müəllim Sizə təklif edirik ki, bu əmri ləğv edəsiniz, buna nə deyirsiniz ?
ŞAR-ın direktoru da razılıq əlaməti formasında başını yelləyərək əmri ləğv
edəcəyinə işarə vurdu. Lakin bunu görən C.Əliyev yenidən alovlu danışmağa və
replikalarla ədəbsizliyini biruzə verməkdə davam edirdi.
Gündəlikdəki 1-ci məsələyə dair
Qərar:
Beləliklə, gündəliyin 1-ci məsələsi geniş təhlillərdən və onun rəsədxananın imicinə vuracağı
zərbələrdən, habelə onun tam əsassız olması ilə bağlı ətraflı müzakirələr aparıldıqdan sonra
bu əmrin ləğv edilməsi (xüsusilə də əsaslandırılma hissəsinin və 1-ci bəndinin ləğvi) və
teleskopların fəaliyyətinin bərpa edilərək müşahidələrin aparılması məsələsi səsə qoyuldu və
yekdilliklə qəbul edildi.
Gündəlikdəki 2-ci məsələ:
Əmrin əsassızlığına dair edilmiş etirazlara ŞAR direktorunun müşahidə ilə məşğul olan
əməkdaşlara müraciətinın müzakirəsi və buna dair təkliflər;
Beləliklə, gündəliyin 2-ci məsələsi müzakirəyə çıxarıldı. ŞAR direktorunun əmri ilə bağlı
edilmiş etirazlara ŞAR direktorunun cavabı və o cavabdakı əsassız fikirlər və yalanlar müzakirə
15
olundu. Bununla əlaqədar iclasın iştirakçısı Ə.R.Həsənova ətraflı çıxış etdi. O bildirdi ki, əmrdə
uzun illər ərzində indiyədək elmi işçilərin spektrləri guya düzgün işləyə bilməməsi və parametrlərin
indiyədək guya səhv hesablanması yazıldığı halda direktorun cavabında isə bu ittihamdan yayınılıb
və bütün nöqsanlar eşelle spektroqrafının üstünə atılıb. Əsilində bunun da əvvəlcədən ekspert
araşdırması aparılmalı və sübutu olmalı idi. Yəni bunlar da şifahi sozlər şəklində uydurmadır və heç
bir sübut edilmiş fakta, ekspert rəylərinə əsaslanmır. Eyni zamanda cavabda yazılanların hamısı
əmrdə göstərilmiş əsassız ittihamlara ziddir. Belə ki, onlar tamamilə başqa-başqa məsələlərdir.
Ə.R.Həsənova eyni zamanda qeyd etdi ki, yaxşı bəs həmin cihazlar guya səhv işləyirsə, və selin
toplanmasında güclü təhrif olunma varsa, onda məlum 188 saylı əmrin imzalandığı 15 Sentyabr
2016-cı il tarixindən sonra niyə A.Rzayevi müşahidələrə buraxmışdınız? Belə ki, RF, XAR-dan
gəlmiş A.Rzayev bu əmrin verildiyi tarixdən sonra ŞAR-ın 2 metrlik teleskopunda guya səhv
işləyən cihazla spektral müşahidələr aparmış və aldığı materialları da götürüb getmişdir. Nə oldu o,
müşahidə edəndə səhvlər, təhrifolmalar olmadı, amma biz müşahidə edəndə aparatlar səhv işləyir?
Beləliklə, Ə.R.Həsənova da öz fikirlərini real faktlarla əsaslandırıb həm direktorun əmrinin, həm də
edilmiş etirazlara direktorun cavabının yanlış olduğunu qeyd etdi və məlum 188 saylı əmrin
tamamilə ləğv edilməsinin zəruriliyini bildirdi.
Gündəlikdəki 2-ci məsələyə dair
Qərar:
Nəhayət gündəliyin 2-ci məsələsinin əmrdə yazılanlarla uyğun gəlmədiyi, onun da
sübutsuz olması geniş müzakirə edildikdən sonra səsə qoyuldu və qərara gəlindi ki, bu məsələ
də tam əsassızdır və faktlara, ekspert rəylərinə söykənmir.
Gündəlikdəki 3-cü məsələ:
ŞAR-da R=28000 və R=56000 olan yüksək ayırdetməli yeni spektroqrafın vasitəsi ilə alınmış
spektrlərin tədqiqi üçün tədqiqat qrupunun yaradılması barədə.
Daha sonra gündəliyin 3-cü məsələsinin müzakirəsi başlandı. İclasın sədri N.İsmayılov
ŞAR-ın 2 metrlik teleskopunda yenicə quraşdırılmış aparaturanın özünün tədqiqi barəsində bir
tədqqiqat qrupunun yaradılmasını təklif etdi. Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi".

DİA.AZ olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
'Kargolux' müştərilərə problem yaradır - VƏTƏNDAŞ BU ŞİRKƏTDƏN ŞİKAYƏTÇİDİR...
Bu gün, 01:39
“Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:34
Kremlin duel təklifində iki məqsəd - Avropa reaksiya verəcək, ABŞ isə...
Bu gün, 01:31
Keçmiş prezidentlərdən Paşinyanın debat çağırışına CAVAB
Bu gün, 01:26
Paşinyan əl çəkmir - Köçəryan və Sərkisyana yeni müraciət
Bu gün, 01:23
O tərbiyəsizliyə sponsorluq edən kimlərdir? - FOTO
Bu gün, 01:19
"İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur - TƏRKİBİNDƏN 2 ŞİRKƏT AYRILIR
Bu gün, 00:05
Qalib KOMANDAN... - Bu gün onun doğum günüdür...
Bu gün, 00:04
Azərbaycanda ilk dəfə: - ŞİRKƏTİN BORCU SATIŞA ÇIXARILDI
Bu gün, 00:02
Bu bayramın İrəvanda qeyd olunması... - Sübhani
Dünən, 23:36
Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var? - NƏ BAŞ VERİR?
Dünən, 23:11
Nazirlikdəki əməliyyat zamanı bu həkimlər saxlanılıb - ADLARI
Dünən, 23:01
Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib
Dünən, 22:58
Gözəlləşmək üçün həyatını riskə atanlar - Bəziləri 10-15 dəfə əməliyyat etdirir…
Dünən, 22:55
Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var - TƏFƏRRÜAT
Dünən, 22:49
Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi - FOTO
Dünən, 22:18
Sənubər İsgəndərli də dələduzların hədəfi olub - FOTO
Dünən, 22:05
Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı - KİV
Dünən, 22:01
Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb - onlardan biri...
Dünən, 22:00
İcra Hakimiyyəti 23 min manata yolka alır
Dünən, 20:29
Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Dünən, 20:25
Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Dünən, 20:21
“Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Dünən, 19:31
Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 19:25
"Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Dünən, 19:02
Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
“Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Dünən, 18:58
Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Dünən, 18:24
ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Dünən, 18:21
Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Dünən, 18:16
Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Dünən, 18:14
Əfv və ya amnistiya olacaq? - AKTUAL
Dünən, 18:11
Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Dünən, 18:10
Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Dünən, 17:55
Baydendən növbəti əfv qərarı
Dünən, 17:51
4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Dünən, 17:47
“Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Dünən, 17:45
“Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Dünən, 17:38
Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Dünən, 17:35
Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Dünən, 17:26
Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Dünən, 17:19
Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Dünən, 17:14
Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Dünən, 17:11
Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Dünən, 17:04
Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Dünən, 16:59
Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Dünən, 16:58
Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Dünən, 16:57
Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Dünən, 16:52
Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Dünən, 16:47
“Benzində su olmur axı...” - İddialara cavab
Dünən, 16:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru