"3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                     “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” .....                     Göygöldə məktəblilər arasında mübahisə .....                     “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir .....                     İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? .....                     Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir .....                     Bacısını bıçaqlayan qardaş hakim qarşısında .....                     Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır .....                     Moskvadakı erməni biznesmenlər narahatdır .....                     Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir .....                     Baydenin erməni MİRASI .....                     Hafiz Hacıyev yaddaşını itirib? .....                     Xırdalanda dözülməz vəziyyət .....                     Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur .....                     Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini .....                     Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb .....                     Çox hörmətli başçı nəyə və kimə arxalanır?! .....                     26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi .....                     Naxçıvanda dövlət qurumu adını dəyişir .....                     Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib .....                     Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? .....                     Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI .....                     Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? .....                     Pezeşkian sabah Tacikistana səfər edəcək .....                     Valeh Əhmədova bu kanalda vəzifə verildi .....                     Nahid Bağırov onunla bağlı .....                     Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... .....                     AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb .....                     Bakının son tələbi masaya qoyuldu: .....                     Tramp niyə Qrelandiyanı almağa can atır? .....                     Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı .....                 

Qazaxıstandan Bakıya uzanan 698 min dollarlıq qalmaqallı məhkəmə - "Mən öz dövlətimə, Sizin böyük ədalətinizə hər zaman inanmışam"
Tarix: 20-12-2018, 11:01 | Çap et
Qazaxıstandan Bakıya uzanan 698 min dollarlıq qalmaqallı məhkəmə
Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşı Rəhimli Vüsalə Mahmud qızı pozulmuş hüquqları ilə bağlı Ölkə Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova və Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə müraciət etdi

Qanunların aliliyinin hər kəs üçün bərabər səviyyədə təmin edilməsi dövlətin təməl prinsiplərindən biridir. Məhkəmələrin, hüquq-mühafizə orqanlarının əsas vəzifəsi vətəndaşların hüquqlarının təmin olunmasına yardımçı olmaqdır. Təəssüf ki, bəzən qanunların aliliyini qorumalı olan qurumlar özləri onu pozurlar.

Rubrika.az saytı vasitəsilə ölkə prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən Rəhimli Vüsalə də hüquqlarının pozulmasından, məhkəmənin bir "qoluzorlunun" sifarişi ilə ona və ailə üzvülərinə qarşı qərəzli, heç bir əsası olmayan qərar çıxarmasından şikayətçidir.

Hörmətli Prezident!

Sizə, hüquqları öz vətənində məhkəmə orqanları tərəfindən kobud sürətdə pozulan, xaricdə yaşayan Azərbaycan vətəndaşı kimi müraciət etməyə məcburam. Belə ki, mənə, həyat yoldaşım Sakin Ağayevə və onun qızı Avropa vətəndaşı Dilarə Ağayevaya qarşı İbrahimov Fikrət Vəli oğlu tərəfindən ərazi üzrə bizə heç bir aidiyyatı olmayan Bakı şəhəri Pirallahı rayon Məhkəməsində pul vəsaitinin tutulması barədə mülki qaydada əsassız vəsatət qaldırılmış və hakim Əkrəm Sabir oğlu Qəhrəmanovun sədirliyi ilə, bizim iştirakımız təmin olunmadan işə baxılaraq qarşı tərəfin xeyrinə bizdən birgə qaydada 698000 ABŞ dollar pul vəsaitinin tutulmasına dair qanunsuz 2(094)-396 /2017 nömrəli, 26.07.18-ci il tarixli qətnamə qəbul edilmişdir. Məhkəmə prosesi bərəsində bizə heç bir bildiriş verilməmiş və məhkəmə İddiaçı tərəfindən tərtib olunaraq birtərəfli qaydada imzalanan «müqaviləyə» hüquqi sənəd kimi istinad edilərək heç bir məntiqə sığmayan absurd Qətnamə çixarmışdır. F.V.İbrahimovun fırıldağçılığı Qazaxstan Respublikası Məhkəmələrində açıq məhkəmə çəkişməsində sübuta yetirilmiş və əksinə, məhz onun bizə borcu olduğuna dair müvafiq Qətnamə qəbul edilmişdir. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bütün bu qanunsuzluqlara və saxtakarlıqlara baxmayaraq yuxarı məhkəmə instansiyalarnda da bu biabırçı və ölkəmiz adına ləkə gətirən qətnamə öz qüvvəsində saxlanılmışdır.

Qazaxıstandan Bakıya uzanan 698 min dollarlıq qalmaqallı məhkəmə

Həyat yoldaşım Ağayev Sakin tərəfindən konstitutsiya hüquqlarımızın bərpa edilməsi ilə bağlı AR Konstutsiya Məhkəməsinə şikayət ərizəsi vermişdir. Şikayət ərizəmizdə konstitutsiya hüquqlarımızın dəfələrlə pozulması faktları öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin instansiyasında şikayət ərizəmiz hələ 03 oktayabr 2018-ci il tarixində icraata qəbul olunmasına baxmayaraq bu günə qədər bu işə dair hələ də yekun qərar qəbul edilməmişdir.

Şikayət məktubunda qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qərar verməlidir. Təəssüf ki, kobud saxtakarlıq və qanun pozuntusuna yol verməklə bizə qarşı qanunsuz qətnamələr çıxarılmış və bu qanunsuzluqda da bilvasitə məhkəmələr iştirak etmişdir.”

Bəlkə də buna inanmaq mümkün deyil, amma o məhkəməyə ofşor şirkətə dair boş müqavilə blankı, yəni bizim imzamız, möhürümüz olmayan və heç bir əhəmiyyət kəsb etməyən müqavilə blankı təqdim etmiş, məhkəmə isə bizim məhkəmə baxışında iştirakımızı təmin etməyərək qərəzli, birtərəfli qaydada, qeyri-obyektiv qətnamə çıxarmışdır. Hüquqi şəxslər arasında münasibətlər Azərbaycan Respublikası qanunvericiliyinə əsasən inzibati-iqtisadi məhkəmələrdə həll olunur. Buna baxmayaraq, kobud qanun pozuntusuna yol verilmiş və işə Bakı şəhəri Pirallahı rayon Məhkəməsində baxılmışdır”- deyə şikayət məktubunda bildirilir.

Qazaxıstandan Bakıya uzanan 698 min dollarlıq qalmaqallı məhkəmə

Özü də “Müqavilədə” hüquqi şəxslər arasında olan münasibətdən, yəni hüquqi ünvanı xaricdə olan xarici hüquqi şəxslərdən bəhs edilsə də, işə ümumi məhkəmə baxmışdır. Hüquqi şəxslər arasında olan çəkişməyə baxan Pirallahı rayon Məhkəməsi fiziki səxslərə qarşı Qətnamə çıxarmışdır.

Bakı şəhəri Pirallahı rayon Məhkəməsi cavabdehlərin heç birinə bildiriş göndərməmiş və guya cavabdehlərdən birinə göndərdiyi bildiriş isə ona 19.06.2017-də təqdim edilmişdir. Halbuki, Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi arayışda həmin şəxsin respublikaya ancaq 24.06.2017-ci ildə daxil olduğu göstərilmişdir. Bu isə açıq-aşkar saxtakarlıqdır.

Bütün bu saxtakarlıqlarla müşayiət olunan Pirallahı rayon Məhkəməsinin Qətnaməsindən tərəfimizdən qanunvericiliyə uyğun səkildə apellyasiya şikayəti verilmişdir. “Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər E.Q.Nəbiyev (sədirlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.N.İmanov) maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan qətnamə çıxarmış və 29 yanvar 2018-ci il tarixdə həmin qətnamə ilə Pirallahı rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.

“Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Buna baxmayaraq Bakı şəhər Apellyasiya Məhkəməsi qanunun bu tələblərinə riayət etməmiş, həqiqətin aşkara çıxarılması, iş materiallarında olan sübutların tədqiqi, iş materiallarında olan ziddiyyətlərin aradan qaldırılması məqsədilə, o cümlədən cavabdeh şəxslərin izahatlarının alınması istiqamətində heç bir hərəkət etməmiş, qanunsuz və əsassız olan Pirallahı rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdır.

Şikayət məktubunda bildirilir ki, “Mülki işə Pirallahı rayon Məhkəməsi tərəfindən baxılması ərazi aidiyyati prinsipinin pozulması ilə müşayiət olunmuşdur. Belə ki, məhkəmədə iştirak edən iddiaçı və cavabdehlərin heç biri Pirallahı rayonunda pasport qeydiyyatında deyil. “İddiaçıya cavabdehin telefon nömrəsini verdiyi üçün” cavabdeh kimi cəlb edilmiş Novruzov Abuzər Novruz oğluna qarşı isə iddiaçı tərəfindən heç bir tələb yönəldilməmiş, məhkəmə iclasında iştirak etməmiş, qətnamədə həmin şəxsin yalnız adı qeyd edilmişdir. Sırf bu səbəbdən şəxsin cavabdeh qismində işə cəlb edilməsi absurddur. Digər tərəfdən Azərbaycan Respublikası DİN-n BPQMİ-nin MAPS şöbəsindən alınan rəsmi arayışa əsasən Novruzov Abuzər Novruz oğlunun da Pirallahı rayonunda pasport qeydiyyatında olmadığı aşkarlanmışdır. Buna baxmayaraq Pirallahı rayon Məhkəməsinin işə baxan hakimi işə qərəzli şəkildə yanaşaraq və tərəfkeşlik nümayiş etdirərək heç bir hüquqi əsası olmayan qətnamə qəbul etmişdir.”

Qazaxıstandan Bakıya uzanan 698 min dollarlıq qalmaqallı məhkəmə

Bu saxta məhkəmə qətnaməsi artıq icraya yönəldilmiş və bunun nəticəsində Qazaxıstanda iş adamı kimi tanınan həyat yoldaşımın «borclu» qismində respublika ərazisindən çıxmasına məhdudiyyət qoyulmuşdur.

Rəhimli Vüsalə qeyd edir ki, “İddiaçı İbrahimov Fikrət Vəli oğlu cavabdehlər Rəhimli Vüsalə Mahmud qızı və ya onun ailə üzvləri arasında “metal məhsulunun alqı-satqısına” dair heç bir müqavilə mövcud olmamış və iddiaçı tərəfindən cavabdehlərə olmayan müqavilə üzrə heç bir ödəniş həyata keçirilməmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçı məhkəməyə iddia tələbini əsaslandıra biləcək heç bir sübut təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən həmin “sənədlər” mötəbər sübut olaraq qiymətləndirilmişdir. Bu isə öz növbəsində məhkəmənin maddi hüquq normalarından xəbərsiz olmasını və ya bilərəkdən iş materiallarının dəqiq araşdırmamasını və ya göz ardı etməsini sübut edir ki, bu hal da bizdə təəccüb və təəssüf hissi doğurur.

İş materiallarına əlavə edilmiş 698.000 ABŞ dolları məbləğində pul vəsaitinin İbrahimov Fikrət Vəli oğlu tərəfindən guya onun qohumlarından birisinə verilməsinə dair kağız parçasına məhkəmə tərəfindən hüquqi qiymət verilməsi və kimin tərəfindən imzalanması məlum olmayan, qanunvericilikə nəzərdə tutulmuş qaydada təsdiqlənməyən, həmçinin Azərbaycan dilinə tərcümə edilməyən “sənədin” mötəbər sübut olaraq qiymətləndirilməsi və həmin kağız parçasına əsaslanaraq yuxarıda göstərilən məbləğdə pul vəsaitinin cavabdehlər Rəhimli Vüsalə Mahmud qızı və onun ailə üzvlərindən tutulması barədə qətnamənin qəbul edilməsi də məhkəmə tərəfindən qanunilik, obyektivlik prinsiplərinin pozulmasını və qətnamənin heç bir hüquqi əsas olmadan qəbul edilməsini bir daha sübut edir.

Xatırladaq ki, Rəhimli Vüsalə və həyat yoldaşı Ağayev Sakin Qazaxıstan Respublikasında biznes fəaliyyəti ilə məşğul olurlar. “Fəaliyyətimiz dövründə qanunlara hörmətlə yanaşmış, dövlət səviyyəsində müraciət olunan bütün işlərdə daim Azərbaycan Respublikasının mənafeyini əsas tutmuş, problemlərin həllində Azərbaycan diasporasının fəal üzvləri kimi köməyimizi əsirgəməmişik. Qazaxıstan Respublikasında təsis edilmiş müəssisənin təsis payının 50%-nin Azərbaycan Respublikası vətəndaşı İbrahimov Fikrət Vəli oğluna satılması nəticəsində bu şəxsin mənə borcu yaranmış və o, borcunu ödəyəcəyini söz versə də, ödənişdən müxtəlif bəhanələrlə yayınmışdır. Qazaxıstan Respublikası Məhkəməsi İbrahimov Fikrət Vəli oğlundan sözügedən borcun tutulub mənə ödənməsi barədə qətnamə çıxardıqdan sonra bu şəxs müxtəlif saxtakarlıqlara əl ataraq Bakı şəhəri Pirallahı rayon Məhkəməsində mənə və ailə üzvülərimə qarşı qanunsuz qətnamə çıxarılmasına nail olmuşdur. Məhkəmə prosesində Qazaxıstan Respublikasında İbrahimov Fikrət Vəli oğluna qarşı çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə heç bir əhəmiyyət verilməyib. Bu qətnamə ilə məhz İbrahimov Fikrət Vəli oğlunun borclu olduğu, ən əsası isə Azərbaycan məhkəmələrində istinad edilən saxta müqavilənin mövcud olmadığı müəyyən edilmişdir. Ölkələrimiz arasında məhkəmə sənədlərinin tanınmasına dair müvafiq müqavilə mövcudluğunu nəzərə alaraq Qazaxstan məhkəməsinin qətnaməsinin tanınması üçün qanunvericiliyə uyğun şəkildə Azərbancan Ali Məhkəməsinə müraciət olunmuşdur.Muraciətimizə baxiş 21dekabr 2018-ci il tarixinə təyin olunmuşdur.

Rəhimli Vusalə dövlət başçısı cənab İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyərək, pozulmuş hüquqlarının bərpasına yardım etmələrini xahiş edir.

“ Cənab Prezident! Siz hər zaman ölkəmizdə qanunların aliliyinin təmin olunmasına şərait yaratmış, vətəndaşların hüquqlarının qorunmasına çalışmısınız. Mən və ailə üzvlərim qurama, heç bir hüquqi əsası olmayan bir iddia ilə üz-üzə qalmışıq. Təəssüf ki, məhkəmələrimiz də haqsız olan tərəfin mövqeyini müdafiə etməklə bizi çətin vəziyyətdə qoyub! Ədalət mühakiməsinə inamın itməsi yaxşı hal deyil. Bu məsələnin araşdırılmasının vacibliyinin diqqətə alınmasına ümid edir və sizdən kömək gözləyirəm. İnanıram ki, siz ədalətin bərqərar olunmasına, bizim pozulmuş hüquqlarımızın bərpasına kömək edəcəksiniz. Çünki məhkəmə qərarları dövlətin adından verilir. Amma məhkəmə dövlətin özü deyil. Dövlət və onun qarantı dövlət başçısıdır!

Mən öz dövlətimə, Sizin böyük ədalətinizə hər zaman inanmışam. Bütün bu qanunsuzluqlara son qoyulması üçün səlahiyyətlərinizdən istifadə edərək, işin ədalətli araşdırılması üçün aidiyyatı orqanlara tapşırıq verecəyinizə böyük ümid bəsləyirəm“.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Bu gün, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Bu gün, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Bu gün, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Bu gün, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Bu gün, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Bu gün, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Bu gün, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Bu gün, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Bu gün, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Bu gün, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Bu gün, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Bu gün, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Bu gün, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Bu gün, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Bu gün, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Bu gün, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Bu gün, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Bu gün, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Bu gün, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Bu gün, 17:04
Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Bu gün, 17:01
Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Bu gün, 16:59
Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Bu gün, 16:55
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Bu gün, 16:48
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Bu gün, 16:44
Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Bu gün, 16:42
26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 16:36
Naxçıvanda dövlət qurumu adını dəyişir
Bu gün, 16:29
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Bu gün, 16:17
Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 16:15
Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Bu gün, 16:11
Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 16:05
Pezeşkian sabah Tacikistana səfər edəcək
Bu gün, 16:01
Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Bu gün, 15:50
Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Bu gün, 15:48
Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44
AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28
“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17
Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06
Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05
Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55
Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40
Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30
Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru