Bu ünvanda da rüşvət tüğyan edirmiş... - İTTİHAM
Tarix: 8-08-2018, 11:56 | Çap et
Azərbaycanda korrupsiyada adı ən çox hallanan ali təhsil ocaqlarından biri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır. Akademiyanın adını internetdə axtarışa verib yazılan məqalələrə baxmaq kifayət edir. Azerinfo.tv bildirir ki,rektor dəyişikliyi də vəziyyəti yaxşılığa doğru dəyişmədi. Əksinə vəziyyət pisləşdi.
Yeyinti
Azərbaycan Hesablama Palatasının kollegiyası 2016-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib. Auditlə əhatə edilən dövrdə akademiyada bəzi hallarda zərurət olmadığı halda eyni funksiyaları yerinə yetirən inzibati vəzifələr üzrə paralel ştatlar, xidmət sahəsi olmayan, eləcə də tədris yükü olmayan və fəaliyyət göstərməyən kafedralar üzrə ştat vahidləri saxlanılıb, bəzi hallarda mühazirə saatları düzgün olmayaraq elmi dərəcəsi olmayan müəllimlər tərəfindən tədris edilib.
Bəzi hallarda artıq əmək haqqı, mükafat, məzuniyyət və ezamiyyə xərci ödənilib, mülki hüquqi müqavilələrə əsasən ödənilmiş vəsaitdən sosial sığorta haqqı az tutulub, tələbələrin götürdüyü kreditlərə görə alt qruplarda təkrar dinləmənin nəticələri nəzərə alınmadan təqaüd müəyyən edilib.
Maliyyə hesabatları tərtib edilərkən “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın bəzi tələbləri gözlənilməyərək maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri maliyyə hesabatlarında düzgün əks etdirilməyib.
Qeyd edək ki, Akademiyanın daxilolmaları 2016-cı ildə 98,4%, 2017-ci ildə 99,6%, xərclər smetası üzrə isə kassa xərci müvafiq olaraq 99,7% və 98,8% icra edilib. Auditlə ümumilikdə 11699,9 min manat, o cümlədən 2016-cı ildə 5829,7 min manat və 2017-ci ildə 5870,2 min manat məbləğində vəsait əhatə olunub.
Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Gənclər və İdman Nazirliyinə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına göndərilib.
Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.
“Qabiliyət”ə görə rüşvət
Məlum olduğu kimi, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar da daxildir. Bu il ali təhsil müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, Teatr, kino, xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisasları V ixtisas qrupuna daxildir.
Qaydalara əsasən, V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11-illik) təhsil səviyyəsini əvvəlki illərdə bitirən abituriyentlər qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Yəni burada bilik meyarı əsas rol oynamır,əsas qabiliyyət imtahanıdır. Tələbənin idmançı olması və s. Daha çox rol oynayır. Bu isə korrupsiyanın çiçəklənməsinə yol açır.
Məlumata görə, bu gün İdman Akademiyasında rüşvət gücünə həll oluna bilməyəcək heç bir məsələ yoxdur. Xüsusilə bu yaxınlarda İdman Akademiyasında keçirilmiş qəbul imtahanları ilə bağlı çoxsaylı narazılıqlar yaranıb.
Məlumatlarda bildirilir ki, müəyyən edilmiş məbləğləri ödəmiş tələbələr hətta turnikdə bircə dəfə olsun belə çəkinmək qabiliyyətində olmasalar belə, "qabiliyyət” imtahanlarını müvəffəiyyətlə verə biliblər. Bu rektorun və müəllimlərin işinə ikiqat yarayır. Axı bu gün adicə turnikdə çəkinə bilməyən tələbə qəbul edildildən sonra sınaq imtahanlarında yenə çətinliklə üzləşir. Yəni imtahan vaxtı 5 imtahandan 4-2 idmanla bağlı olur deyə təhsilini davam etdirmək üçün yenidən rüşvət verməyə məcbur olur.
Akademiyada təhsil alan tələbələr də təsdiq edirlər ki, onların əksəriyyəti əvvəlcədən müəllimə pul verir, sonra isə yazılı formada keçirilən imtahanlarda sadəcə vərəqi qaralamaqla məşğul olaurlar. İnsaf naminə tələbələr bunu da qeyd edirlər ki, burada "qiymətlər” digər universitetlərlə müqayisədə müəyyən qədər aşağıdır. Məsələn bir semestrdə dörd imtahana görə 150 manat ödəmək kifayət edir. Mənbələr bildirir ki, akademiyada imtahanlar test üsulu ilə aparılmır. Bu da tələbənin imtahandan rüşvətlə keçməsinə imkan yaradır. Akademiyaya qəbul olmaq üçün 7-10 min manat, əgər tanışın varsa, daha az məbləğ verib qabiliyyət imtahanından keçə bilirsən. Tələbələrin sözlərinə görə, TQDK-nın test imtahanlarından keçmək mümkün olsa da, qabiliyyət imtahanında bu mümkün olmur".
Araşdırmamız davam edəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya XİN rəhbəri Ukrayna ilə danışıqların şərtini açıqlayıb
Bu gün, 08:46 |
|
|
|
• Kollecin sabiq direktoru köməkçi təyin olunub - İcra başçısı bacanağını vəzifədən azad edib
Bu gün, 08:18 |
|
|
|
• Təyyarəmiz vurulduqdan dərhal sonra Kadırovun dəhşətli əmri… - "İctimai rəyi başqa istiqamətə yönəltməyə çalışdılar..."
Bu gün, 08:14 |
|
|
|
• Rusiya da razılaşdı: Əliyevin bu şərti qəbul edilir - AKTUAL
Bu gün, 08:11 |
|
|
|
• Kadırovdan QUDURĞAN TƏHDİD: Təyyarənin vurulmasına görə məni ittiham edənləri... - Bu küçük sahibinə güvənib hürür...
Bu gün, 08:08 |
|
|
|
• Gürcüstanın yeni prezidentinin inauqurasiyası keçiriləcək - Bu gün
Bu gün, 08:04 |
|
|
|
• ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26 |
|
|
|
• Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21 |
|
|
|
• Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11 |
|
|
|
• “Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02 |
|
|
|
• Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59 |
|
|
|
• Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57 |
|
|
|
• "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55 |
|
|
|
• Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53 |
|
|
|
• Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50 |
|
|
|
• Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04 |
|
|
|
• Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02 |
|
|
|
• "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59 |
|
|
|
• “Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58 |
|
|
|
• Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55 |
|
|
|
• 4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17 |
|
|
|
• “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13 |
|
|
|
• Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08 |
|
|
|
• "Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04 |
|
|
|
• Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57 |
|
|
|
• Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53 |
|
|
|
• Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50 |
|
|
|
• Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58 |
|
|
|
• Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57 |
|
|
|
• Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54 |
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Dünən, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Dünən, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Dünən, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Dünən, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Dünən, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Dünən, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Dünən, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Dünən, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
|