ELDAR HƏSƏNOVUN KİTABINI BELƏ BAĞLAYIRLAR
Tarix: 10-09-2013, 14:51 |
Çap et
KEÇMİŞ BAŞ PROKUROR «DİMDİYİNDƏN İLİŞİB»
DİA.AZ: - Bu günlərdə adı dövlət çevrilişi qalmaqalında hallandırılan Azərbaycanın bir sıra Şərqi Avropa ölkələrindəki səfiri, ölkənin keçmiş baş prokuroru Eldar Həsənovla bağlı yeni məlumatlar əldə etmişik.
Hökumətdəki mənbələrdən DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, Eldar Həsənovun yaxın günlərdə diplomatik səlahiyyətləri ləğv ediləcək və onun səfir statusu əlindən alınacaq. Mənbəmiz bildirir ki, bu günlərdə mətbuatda açıqlanan faktlar üzrə aparılan müvafiq hüquqi araşdırmalar ilkin bəhrəsini verib:
«Araşdırmalardan aydın olur ki, Eldar Həsənov həqiqətən də müəyyən qüvvələrlə separat münasibətlərə gedərək, bu seçki ilində ölkə daxilində çaxnaşmaların yaradılmasına, həmçinin hakimiyyətin dəyişdirilməsinə yönəlik təhrikedici fəaliyyətdə bulunub.
Hətta aydın olub ki, bu ilin əvvəllərində keçmiş baş prokurorun yaxın adamlarından biri hətta müxalifətdə təmsil olunan bir siyasi partiya lideri ilə əlaqəyə girərək onunla Eldar Həsənovun adından danışmış,i eyni zamanda seçkilər ərəfəsində ortaq hərəkət təklifindən bulunmuşdur.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində müəyyən olunub ki, Eldar Həsənova aid olan Bakıdakı bir neçə obyekt hətta sözügedən qüvvələrə qərargah kimi təklif də olunub».
Mənbəmizin iddialarına görə, çox ciddi faktlar üzərə Eldar Həsənovun çox qaranlıq fəaliyyətdə iştirakı təsbit olunduğundan onunla bağlı qısa müddət ərzində tədbirin görülməsi planlaşdırılır.