DAHA BİR MƏMUR CƏZALANDIRILIR
Tarix: 12-01-2012, 14:53 | Çap et
ANTİKORRUPSİYA DALĞASI YENİDƏN GÜNDƏMƏ GƏTİRİLƏ BİLƏR
DİA.AZ: - Keçən ilin fevral ayından etibarən hakim komanda korrupsiyaya qarşı mübarizə apardığını bəyan edərək bir sıra tədbirlərə imza atdı. Əslində daha çox xırda məmurların «vurulması» ilə müşayiət olunan bu prosesin kampaniya olduğunu vurğulayan ekspertlər sonradan haqlı çıxmış oldular. Halbuki bu barədə danışan iqtidar nümayəndələri antikorrupsiya dalğasının kampaniya yox, siyasət olduğunu iddia etməkdə idilər.
Hər halda, bir rayonun hərbi komissarı vəzifəsindən yuxarı qalxa bilməyən cəza mexanizminin sonradan ümumiyyətlə dayandırılması, iqtidar təmsilçilərinin haqsız olduğunu təsdiqləmiş oldu. Əli Kərimlinin təbirincə desək, qısa müddət içində məmurlar hətta rüşvət pəhrizindən belə ayrıldılar. Rəsmi dövlət rüsumlarını öz idarəsinin internet səhifəsinə yerləşdirməsi faktından öyünə-öyünə danışan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev başda olmaqla bütün gömrük çalışanları yenə də əvvəlki qaydada rüşvət almağa başladılar. Eləcə də yol polisinin əməkdaşları rüşvətə yenidən qayıtdılar, bu dəfə daha sərt qanunlarla, hüquqi baza dəstəyi ilə. Təhsil və səhiyyə işçilərini isə ümumiyyətlə, hətta antikorrupsiya şousu boyunca belə rüşvətdən qoparmaq mümkün olmadı. Beləcə, hakimiyyət daha bir dönəmi geridə buraxmış oldu.
Amma buna rəğmən yenə də ara-sıra «havaya atılan güllələrin» səsi eşidilməkdədir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hesabatlarından da aydın olur ki, yaxalanan yenə də bir-iki xırda məmurdur. Yenə də daha çox kosmetikaya güc verilir. Hər halda, bu gün qəzetlər Qusardakı istirahət mərkəzlərinin inşası üçün həyata keçirilən işlərdəki yeyintilərdən, Lənkəranda 4800 manata sənədləşdirilmiş torpağın real olaraq 200 min manata satılmasından və digə bu kii çılpaq faktlardan yazdığı şəraitdə KMİ kimi nüfuzlu bir qurum xırda ranqlı çinovniklərin «buynuzunu qoparırsa», deməli, prosesdə şou elementləri daha prioritet mövqedədir.
«Dünya» İnformasiya Agentliyi redaksiyasının əldə etdiyi məlumatlardan isə aydın olur ki, amma yenə də hakimiyyət korrupsiya ilə mübarizə konusunda öz mövqeyində qalmağı qət edib və hətta ikinci güclü dalğanın da start götürmə ehtimalları var. Bu barədə redaksiyamızı bilgiləndirən Prezident Administrasiyasındakı mənbələrimiz iddia edir ki, gələn ay - həm də korrupsiyaya qarşı mübarizəyə start verilməsinin ildönümü ərəfəsində çox yüksək ranqlı məmurlardan - hazırda nazir müavini postunu tutan şəxslərdən birinin həbsi planlaşdırılır.
Onun kimliyi barədə əlavə məlumat verməyən mənbəmiz yalnız onu söylədi ki, həmin nazir müavini ilə əlaqədə böyük yeyintidə ittiham olunan daha bir neçə məmurun da qolları qandallanacaq: «Əldə çox ciddi faktlar var. Hələlik müvafiq araşdırmalar aparılır və bu araşdırmalar bitdikdən sonra konkret addımlar atılacaq».
Mövzu diqqətimizdədir…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34 |
|
|
|
• “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25 |
|
|
|
• Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16 |
|
|
|
• İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14 |
|
|
|
• Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06 |
|
|
|
• Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05 |
|
|
|
• “Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00 |
|
|
|
• DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00 |
|
|
|
• Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42 |
|
|
|
• Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39 |
|
|
|
• Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30 |
|
|
|
• Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27 |
|
|
|
• Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24 |
|
|
|
• Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23 |
|
|
|
• Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18 |
|
|
|
• Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16 |
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00 |
|
|
|
• Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55 |
|
|
|
• AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53 |
|
|
|
• 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10 |
|
|
|
• İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58 |
|
|
|
• "Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11 |
|
|
|
• Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07 |
|
|
|
• Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03 |
|
|
|
• Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01 |
|
|
|
• Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56 |
|
|
|
• "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51 |
|
|
|
• Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49 |
|
|
|
• “Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42 |
|
|
|
• KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33 |
|
|
|
|