Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil .....                     Milli kimliyimizə təhlükə: .....                     “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” .....                     Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək .....                     “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” .....                     Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... .....                     Xaçmaza yeni polis rəisi təyin olunub .....                     “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” .....                     “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” .....                     Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər .....                     “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” .....                     Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı .....                     Bəşər Əsədin həyat yoldaşının .....                     MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! .....                     Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur .....                     “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” .....                     Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur .....                     Sement ixracı bu il Azərbaycana 48 milyon dollar .....                     Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi .....                     Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib .....                     "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..." .....                     Axşam.az 12 yaşında! .....                     27 il talayasan... VƏ CƏZASIZ QALASAN... .....                     “LukOyl” benzin əvəzinə su satır? .....                     Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? .....                     İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı .....                     Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... .....                     Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı .....                     ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib .....                     Rus general Bakı və İrəvana nəyin mesajını verir? .....                     Bank kart kodlarını naməlum şəxslərə verməyin .....                     `Azəriqaz` yanvarın borcunu indidən yazır? .....                     AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib .....                     Həmin direktorun diplomu saxta imiş .....                     Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR .....                     "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" .....                     Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ .....                     Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib .....                     Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... .....                     Avropa Parlamentindən Bakıya növbəti hücum .....                 

SEÇKİ SONRASININ DAHA BİR QURBANI BƏLLİ OLDU
Tarix: 22-08-2013, 12:20 | Çap et
SEÇKİ SONRASININ DAHA BİR QURBANI BƏLLİ OLDU
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Əli Həsənova qarşı tənqid və etirazlar get-gedə intensivləşir. Bəzi müşahidəçilər seçki ərəfəsində Həsənova qarşı bu artan tənqid və narazılıqları heç də təsadüfi saymırlar.

Xatırladaq ki, "Qaçqınkom" rəhbərinə qarşı sonuncu sərt etiraz srağagün yaşanıb. Belə ki, bir qrup məcburi köçkün Mirəli Qaşqay küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsindəki yolu bağlayıblar. Məlumata görə, məcburi köçkünlərin onlara verilən mənzillərin ədalətsiz şəkildə bölüşdürülməsinə etiraz edirlər.
Yol polislərinin səylərinə baxmayaraq, aksiya iştirakçıları yolu açmayıblar. "Qaçqınkom" isə bu narazılıqları həmişəki kimi haqsız sayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. O, Dövlət Neft Akademiyasının yataqxanasında yerləşən bir qrup məcburi köçkünün etiraz aksiyası keçirərək, onlara verilən mənzillərin həddən artıq kiçik olması məsələsinə münasibət bildirərkən belə qeyd edib: "Həmin binalar ən böyük kvadrat metrlərlə hesablanmış layihələrdir. Bina müasir standartlar səviyyəsində tikilib. Daimi olaraq 24 saat isti və soyuq su ilə təchiz olunub. Narazılığın heç bir əsası yoxdur".
Əli Həsənovun sözçüsü bildirib ki, evlər qanunvericilik çərçivəsində püşkatma yolu ilə verilir. "Kimsə artıq mənzil istəyir, amma mənzillər ailə tərkibinin sayına uyğun verilir. 2 nəfərə 1 otaqlı, 3-4 nəfərə 2 otaqlı, 5-6 nəfərə 3 otaqlı, 7-dən çox üzvü olan ailəyə 4 otaqlı mənzil verilir. Bunlar hamısı qanunvericiliklə tənzimlənən işlərdir. Komissiya püşkatma yolu ilə mənzilləri, binaları, mərtəbələri müəyyənləşdirir". Hazırda orada komissiyanın işlədiyini deyən mətbuat xidməti rəhbəri bildirib ki, onlara edilən müraciətlər yerindəcə araşdırılır. "Kiminsə nədənsə narazılığı varsa komissiyaya yerində müraciət edir, baxılır və qanunvericilik çərçivəsində tədbir görülür".
Bəzi ekspertlərə görə isə, qaçqın və məcburi köçkünlər üçün binaların paylanması zamanı hər dəfə oxşar narazılıqların meydana çıxması şübhələnməkdən ötrü əsas yaradır: "Axı mümkün deyil ki, hamı haqsız olsun, amma Həsənovun komitəsi haqlı. Əgər bu qədər insan hər dəfə həm binaların tikintisi zamanı korrupsiyadan bəhs edir, həm də mənzillərin paylanması zamanı ayrı-seçkiliyə yol verildiyini deyirsə, deməli, ortada həqiqətən də hansısa problem var".
Ekspertlərə görə, ən maraqlı məqamlardan biri xüsusilə seçkiyə aylar qala belə etiraz və narazılıqların intensivləşməsidir. Ölkə rəhbərliyinin indiki həssas siyasi dönəmdə vətəndaşları narazı salmamaq və onların etirazlarının sərt forma almasına yol verməmək barədə göstərişi olmasına rəğmən, "Qaçqınkom" rəhbərliyi ilə bağlı son üç ay da ard-arası kəsilməyən şikayətlər və etiraz aksiyaları Əli Həsənov üçün sonradan ciddi baş ağrısı yarada bilər. Komitə sədrinin iqtidar içində ciddi rəqiblərinin olduğuna dair KİV-dəki məlumatları xatırladan bəzi qaynaqlar seçki ərəfəsində yaşanan bu halların sonradan Əli Həsənova qarşı kompromatlara çevriləcəyinə şübhə etmir. "Həsənovun həm baş nazir müavini, həm də Komitə sədri kimi hökumətdə xüsusi ağırlığı var. Rəqibləri seçkidən sonra formalaşacaq yeni hökumətdə "Qaçqınkom" sədrinin yer almasını önləmək üçün indi bir-birini əvəz edən etiraz aksiyalarını kompromat vasitəsinə çevirə və onun "Vurulmasına" zəmin hazırlaya bilərlər. Ən azı Əli Həsənovun baş nazir müavinliyindən kənarlaşdırılmasını istəyən qüvvələr üçün hazırda "Qaçqınkom"dan artan, şiddətlənən şikayətlər və narazılıqlar mühüm əhəmiyyət kəsb edir" deyə hakimiyyətdaxili proseslər barədə məlumatlı qaynağımız öz ehtimalını irəli sürüb.
Seçkidən sonra istər baş nazirlik, istərsə də vitse-premyerlik postları uğrunda ciddi iqtidariçi mübarizə gedəcəyinə diqqət çəkən bəzi mənbələr Əli Həsənovdan fərqli olaraq baş nazirin digər iki müavini - Abid Şərifovla Elçin Əfəndiyevin karyera perspektivinin böyük ölçüdə həll edildiyini düşünürlər. "Onların hər ikisinin yeni hökumətin tərkibində yer almayacağı qətiləşib. Əli Həsənov isə hələlik müqavimət göstərir və ən azı indiki mövqelərini seçkidən sonra qorumaqda da israrlıdır. Məhz bu səbəbdən onun tez-tez etiraz hədəfinə çevrilməsi maraq doğurur. Hesab etmək olar ki, bu cür narazılıqlarla, şikayətlərlə "Qaçqınkom" rəhbərinə qarşı kompromat dosyesi zənginləşdirilir, onun hökumət daxilindəki nüfuzu zəiflədilir ki, bununla da "vurulması" xeyli asanlaşsın" deyə mənbələrdən biri proqnozunu söyləyib.
Hər halda deyilənlərin nə qədər doğru olub-olmadığını zaman göstərəcək. Amma bəri başdan qeyd etməyi unutmayaq ki, istənilən halda son bir neçə ayda davamlı şəkildə "Qaçqınkom"dan narazı qalanların Bakıda etiraz aksiyaları keçirməsinin Əli Həsənovun gələcək karyerası baxımından təsirsiz ötüşəcəyinə inanmaq çətindir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Bu gün, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Bu gün, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Bu gün, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Bu gün, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Bu gün, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Bu gün, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Bu gün, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Bu gün, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Bu gün, 15:02
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Bu gün, 15:00
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Bu gün, 14:58
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Bu gün, 13:01
MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Bu gün, 12:57
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Bu gün, 12:50
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48
Axşam.az 12 yaşında!
Bu gün, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00
Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48
Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38
`Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10
Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08
"Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06
Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59
Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52
Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44
Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18
Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07
Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06
İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58
Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52
İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49
Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru