"ÇAKIR" HƏLƏ Kİ “KARXANALAR KRALI” ADINI QORUYUR
Tarix: 19-07-2013, 13:16 | Çap et
DÖVLƏT MÜDAXİLƏ EDƏCƏK
DİA.AZ: - Qaradağın “Çakır” ləqəbli icra başçısı Süleyman Mikayılovun adı dəfələrlə yerli sahibkarlara qarşı müxtəlif olaylarda hallandırılıb. Elə sonuncu dəfə Lökbatandakı bazarın özəlləşdirilməsi zamanı yol verilən qanunsuzluqlar nəticəsində onlarla sahibkarın haqqının yeyilməsi faktı üzə çıxmışdı. Indi isə “Çakır” daş karxanalarının qəniminə çevrilib. DİA.AZ bildirir ki, əslində bu ittiham heç də yeni deyil.
Buna qədər də Süleyman Mikayılov Qaradağ rayonu ərazisindəki karxanalarla bağlı müxtəlif oyunlarda iştirakçı idi. Hətta bu karxana davalarında ölənlər belə olmuşdu. Bu işə dəfələrlə hüquq-mühafizə orqanları da qarışsa da, “kimin pulu çoxdur, o da qazanar” prinsipi” yenə də özünü göstərdiyindən Süleyman Mikayılov “karxanalar kralı” adını hər dəfəsində qorumağa müvəffəq olub.
«Şəxsi mülküm olan «Gülbaxt» daş karxanasında polislərin hücumuna məruz qalmışam. Döyüblər, sol gözümü də tapançanın arxası ilə vurub çıxarıblar». Bunları isə dünənki mətbuata müharibə veteranı, sahibkar Maşallah Cəbiyev deyib. Onun bildirdiyinə görə, bir neçə il əvvəl Qaradağda karxana alıb. Karxananı lazım olan avadanlıqlarla təchiz edib, fəhlə götürüb işə başlayanda, rayonun icra başçısı Süleyman Mikayılov karxananı ondan istəyib.
«Razılaşmadım. Gələn adamlarına da dedim, başçı mənimlə şərik karxana alıb ki, indi ona bağışlayım? Sonra başçı xəbər göndərdi ki, bir nazirlik haradasa böyük tikinti aparır, ona görə də daş karxanasını müvəqqəti həmin nazirliyə vermək lazımdır. Mən də razılaşıb karxanada işləri dayandırdım. 2-3 ay ötdü, gördüm ki, karxananı qaytarmaq fikrində deyillər. Araşdıranda məlum oldu ki, Süleyman Mikayılov məni aldadıbmış. Karxananı özü işlədirmiş».
Sahibkar deyir ki, icra başçısı ilə onun arasında karxana ətrafında mübahisələr də bundan sonra başlayıb: «Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov dəfələrlə üstümə adam göndərdi ki, karxananı ona verim. Razılaşmadım. Öz işçilərimi və texnikalarımızı karxanaya gətirdik, orada işləyən fəhlələri uzaqlaşdırıb özümüz işə başladıq. Elə 2-3 gün idi ki, işə başlamışdıq, işığı kəsdilər. Belə səbəb gətirdilər ki, guya aylıq işıqpulunu qaldırıb 1040 manat ediblər. Buna da razılaşdım. Karxananın işıqlarını birləşdirdilər. Daha bir neçə gün də iş davam etdi».
Sahibkarın dediyinə görə, 2011-ci ilin avqust ayının 22-də karxanada ara qarışıb:
«Qəflətən 6 maşın polisgeyimli silahlılar karxanaya hücum çəkdilər. Məndən işi dayandırmağı və karxananı boşaltmağı tələb etdilər. Aramızda mübahisə düşdü, bir polis işçisi tapançanın arxası ilə gözümə, bir başqası isə avtomat qundağı ilə boynumun ardına zərbələr ilişdirdi. Sol gözüm töküldü. Şərikimin də gözünü tökdülər, mənim də. Fəhlələrlə qarışıq bizi öz maşınlarına doldurub polisə apardılar. Məni polisin həyətində başqa maşına mindirib xəstəxanaya apardılar. Gözümdən əməliyyat olundum. Məni çox döymüşdülər, vəziyyətim ağır olduğuna görə 2 ay xəstəxanada yatdım. Oktyabr ayında xəstəxanadan çıxandan karxanaya yaxın düşə bilmirəm. İndiyə qədər də Süleyman Mikayılovun nəzarətindədir».
Maşallah Cəbiyev karxanaya olan hücuma və əmlakının əlindən alınmasına görə prokurorluq orqanlarına şikayət etsə də, iki ildir ki, bir cavab ala bilmir.
Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov bildirib ki, Maşallah Cəbiyevin ərizəsi Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırılıb. Ötən il martın 31-də müstəntiqin qərarı ilə cinayət işi başlanması rədd edilib. Maşallah Cəbiyevin Baş Prokurorluğa yazdığı şikayətdən sonra araşdırmanın Bakı şəhər Prokurorluğunda davam etməsinə göstəriş verilib. İdarə rəisi söz verib ki, araşdırmanın gedişinə nəzarət olunur və şikayət üzrə obyektiv qərar qəbul ediləcək. Qaradağ rayon İcra Hakimiyyəti isə «Gülbaxt» daş karxanasının hazırda kimin nəzarətində olması barədə sualları cavabsız qoyub.
DİA.AZ-a bu barədə daxil olan son məlumatlardan isə aydın olur ki, artıq karxana qalmaqallarının dəfələrlə gündəmi məşğul etməsi səbəbindən bu sahə ilə bağlı dövlətin müdaxiləsi gözlənilir. Bu barədə danışan qaynaq iddia edir ki, yaxın günlərdə Qaradağ rayonundakı daş karxanalarının taleyinə aydınlıq gətiriləcək:
«Məlumdur ki, həmin karxanaların hamısı dövlətindir və dövlət tərəfindən sadəcə olaraq ayrı-ayrı vətəndaşlara icarəyə verilib. Bu icarədarların bəzilərinin 1 illik, bəzilərinin isə 30-40 illik karxanalar üzərində hüquqları var».
Mənbə iddia edir ki, buna görə də, dövlət hələ də icarə hüququ olan bütün sahibkarlarla danışaraq, onlara müafiq təzminat ödədikdən sonra icarə müqavilələrini ləğv edib, bir dövlət şirkətini yaradıb, həmin istehsal sahəsini dövlət nəzarətinə keçirməyi düşünür. Buna qədərsə…
Təbii ki, buna qədərsə Qaradağdakı daş karxanaları ilə bağlı qalmaqallar davam edəcək. Süleyman Mikayılova gəlincə isə o da əlindəki imkanlardan istifadə edib pulunu qazanmağındadır. Ona isə kimsə «gözün üstündə qaşın var» demir. Hətta düşmən kimi gördüyü şəxslərin gözünü çıxartsa belə…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 'Kargolux' müştərilərə problem yaradır - VƏTƏNDAŞ BU ŞİRKƏTDƏN ŞİKAYƏTÇİDİR...
Bu gün, 01:39 |
|
|
|
• “Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:34 |
|
|
|
• Kremlin duel təklifində iki məqsəd - Avropa reaksiya verəcək, ABŞ isə...
Bu gün, 01:31 |
|
|
|
• Keçmiş prezidentlərdən Paşinyanın debat çağırışına CAVAB
Bu gün, 01:26 |
|
|
|
• Paşinyan əl çəkmir - Köçəryan və Sərkisyana yeni müraciət
Bu gün, 01:23 |
|
|
|
• O tərbiyəsizliyə sponsorluq edən kimlərdir? - FOTO
Bu gün, 01:19 |
|
|
|
• "İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur - TƏRKİBİNDƏN 2 ŞİRKƏT AYRILIR
Bu gün, 00:05 |
|
|
|
• Qalib KOMANDAN... - Bu gün onun doğum günüdür...
Bu gün, 00:04 |
|
|
|
• Azərbaycanda ilk dəfə: - ŞİRKƏTİN BORCU SATIŞA ÇIXARILDI
Bu gün, 00:02 |
|
|
|
• Bu bayramın İrəvanda qeyd olunması... - Sübhani
Dünən, 23:36 |
|
|
|
• Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var? - NƏ BAŞ VERİR?
Dünən, 23:11 |
|
|
|
• Nazirlikdəki əməliyyat zamanı bu həkimlər saxlanılıb - ADLARI
Dünən, 23:01 |
|
|
|
• Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib
Dünən, 22:58 |
|
|
|
• Gözəlləşmək üçün həyatını riskə atanlar - Bəziləri 10-15 dəfə əməliyyat etdirir…
Dünən, 22:55 |
|
|
|
• Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var - TƏFƏRRÜAT
Dünən, 22:49 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi - FOTO
Dünən, 22:18 |
|
|
|
• Sənubər İsgəndərli də dələduzların hədəfi olub - FOTO
Dünən, 22:05 |
|
|
|
• Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı - KİV
Dünən, 22:01 |
|
|
|
• Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb - onlardan biri...
Dünən, 22:00 |
|
|
|
• İcra Hakimiyyəti 23 min manata yolka alır
Dünən, 20:29 |
|
|
|
• Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Dünən, 20:25 |
|
|
|
• Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Dünən, 20:21 |
|
|
|
• “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Dünən, 19:31 |
|
|
|
• Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 19:25 |
|
|
|
• "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Dünən, 19:02 |
|
|
|
• Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Dünən, 18:58 |
|
|
|
• Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Dünən, 18:24 |
|
|
|
• ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Dünən, 18:21 |
|
|
|
• Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Dünən, 18:16 |
|
|
|
• Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Dünən, 18:14 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Dünən, 18:10 |
|
|
|
• Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Dünən, 17:55 |
|
|
|
• Baydendən növbəti əfv qərarı
Dünən, 17:51 |
|
|
|
• 4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Dünən, 17:47 |
|
|
|
• “Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Dünən, 17:45 |
|
|
|
• “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Dünən, 17:38 |
|
|
|
• Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Dünən, 17:26 |
|
|
|
• Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Dünən, 17:19 |
|
|
|
• Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Dünən, 17:14 |
|
|
|
• Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Dünən, 17:11 |
|
|
|
• Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Dünən, 17:04 |
|
|
|
• Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Dünən, 16:59 |
|
|
|
• Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Dünən, 16:58 |
|
|
|
• Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Dünən, 16:57 |
|
|
|
• Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Dünən, 16:52 |
|
|
|
• Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Dünən, 16:47 |
|
|
|
• “Benzində su olmur axı...” - İddialara cavab
Dünən, 16:39 |
|
|
|
|