DEPUTATIN OBYEKTİNDƏ CEYRAN FIRILDAĞI
Tarix: 11-07-2013, 10:21 | Çap et
HÜSEYNBALA MİRƏLƏMOV ÇƏPİŞ ƏTİNDƏN NECƏ CEYRAN KABABI BİŞİRTDİRİR
DİA.AZ: - Milli Məclisin deputatı, yazıçı-dramaturq və biznesmen Hüseynbala Mirələmovun çoxşaxəli fəaliyyəti yenidən ölkə mətbuatının gündəminə gətirilir. Məlum olduğu kimi Bakının girəcəyində, sahil zonasında yerləşən və H.Mirələmova məxsus olan “1001 gecə” istirahət mərkəzində hələ ötən il baş verən qanlı insidentdən sonra həm millət vəkilinin özü, həm də onun bu hadisəni törədən qardaşı oğlu Rəşad Mirələmovla bağlı kütləvi informasiya vasitələrində maraqlı məlumatlar yayımlanmaqda idi.
Məlumatlarda bildirilirdi ki, Rəşad Mirələmovun cinayətkar aləmlə əlaqəli olduğunu deyən deputat daim qardaşıoğluna dəstək verib. Hətta bundan əvvəl qətl törətdiyinə görə həbsxanaya düşən qardaşıoğlunun vaxtından azad edilməsini də Hüseynbala Mirələmov öz əlaqələri hesabına təmin edib. Məlumatlarda o da qeyd olunurdu ki, Fazil Mirələmovun 11 saylı cəzaçəkmə müəssisəsindən 7 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi də təsadüfi olmayıb. Məsələ burasındadır ki, 2010-cu il parlament seçkiləri zamanı Hüseynbala Mirələmov məhz Xətai rayonundan namizədliyini verib və oradan mandat alıb. 7 saylı həbsxana da bu ərazidə yerləşir. Seçki vaxtı Hüseynbala Mirələmov həmin cəzaçəkmə müəssisəsində məhkumların şəraitini yaxşılaşdırmaq istiqamətində bir sıra işlər görüb və buna görə də məhkumlar arasında böyük hörmət də qazanıb. Bu baxımdan deputat qardaşı oğlunu nüfuz sahibi olduğu kaloniyaya köçürüb.
Daha sonra məlumatlarda qeyd olunmuşdu ki, Rəşad Mirələmov həbsxanada olarkən kriminal aləmin nüfuz sahibləri ilə problem yaşayıb. Deputatın qardaşı oğlu məhkumlarla həbsxana rəhbərliyi arasında yaranan narazılıq səbəbindən orada yanğın törədib. Lakin bu addım həbsxananın nüfuz sahibləri ilə razılaşdırılmayıb. Bu isə kriminal qaydalara ziddidir. Xatırladaq ki, Rəşad Mirələmov “1001 gecə” istirahət kompleksində odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlu öldürüb, Imişli rayon sakini Mənsimov Səməd Ibadət oğlunu isə yaralayıb.
Lakin Hüseynbala Mirələmovun adı heç də həmişə təkcə “gurultulu” olaylarla bağlı gündəmə gəlmir. Eyni zamanda bəzi dələduzların törətdikləri xırda fırıldaqçılıq əməllərinin araşdırılması da bu deputata məxsus məkanlara aparan izlər aşkarlamağa imkan verir. Belə ki, bir müddət əvvəl ölkə mətbuatında Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov tərəfindən törətdildiyi iddia olunan bəzi qanun pozuntularına dair məlumatlar dərc olunmuşdu. Həmin məlumatlarda göstərilirdi ki, B.Nəsirovun deputat Hüseynbala Mirələmovla da müəyyən əlaqələri var. DİA.AZ-a daxil olan məlumatlara görə, təhsil sahəsindən daha çox qəssablıqla məşğul olan Balaşirin Nəsirov Lerikdə 1 kiloqramı 5 manata olan çəpiş, keçi ətini həmin H.Mirələmova məxsus istirahət “1001 gecə” istirahət mərkəzində ceyran əti adı ilə satdırır.
Digər tərəfdən isə son vaxtlar Hüseynbala Mirələmovun həm bir dramaturq, həm də millət vəkili kimi fəaliyyəti tez-tez haqlı olaraq tənqid hədəfinə çevrilməkdədir. Bu xüsusda dərc olunan məlumatlarda belə fikirlərə çox rast gəlmək olar: “Hüseynbala Mirələmovun deputatlıq fəaliyyəti "10" ballıq qiymət şkalası ilə "3" qiymət həddinə ancaq yetər. Çünki deputat kimi o, nə ölkə daxilində, nə də xaricində yaddaqalan bir iş və əməl sahibi olmayıb.” Millət vəkilinin dramaturji fəaliyyətinə gəlincə isə, bu barədə DİA.AZ-a daxil olan məlumatlarda qeyd olunur ki, ölkə mətbuatında Mirələmov yaradıcılığını təbliğ edən xüsusi qəzet var. Bu qəzetin redaksiyası da Azərbaycan Nəşriyyatının 2-ci mərtəbəsində yerləşir. Azərbaycan Nəşriyyatının dəhlizlərində isə məhz bu qəzetin redaktorunun Mirələmov yazıları üzərində işlədiyi haqqında da söz-söhbətlər gəzir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Dünən, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Dünən, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Dünən, 11:25 |
|
|
|
|