Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                 

RÖVNƏQ ABDULLAYEVİN FUTBOL MANİYASI
Tarix: 24-04-2013, 11:23 | Çap et
RÖVNƏQ ABDULLAYEVİN FUTBOL MANİYASI
"AZƏRİQAZ"DA 3 QIRMIZI KART ALANA İŞ YOXDUR

“Rövnəq Abdullayev AFFA-dakı qayda-qanunu ”Azəriqaz" Istehsalat Birliyinə gətirib. Bir aya yaxındır ki, işçilərə sarı və qırmızı kartlar tətbiq olunur. Üç dəfə qırmızı kart alan işçinin işdən çıxarılacağını deyirlər", - deyə “Azəriqaz”ın işçiləri “Azadlıq”a narahatlıqlarını çatdırıblar.
Qeyd edək ki, “Azəriqaz” Istehsalat Birliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyindədir. Bu qurumun prezidenti Rövnəq Abdullayev isə eyni zamanda, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbəridir.
Işçilərin sözlərinə görə, kartların hansı halda tətbiq olunacağı haqda rəhbərlikdən onlara məlumat verilməyib: “Bununla bağlı nə təlim keçiblər, nə də məlumat kitabçaları veriblər”.
Işçilər onlar üçün normal iş şəraitinin yaradılmasını, daha sonra onlara xəbərdarlıq kartlarının tətbiq edilməsini istəyirlər: “Əmək Məcəlləsinə görə, işçi üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri yaradılmalıdır. Amma idarə rəhbərləri bu qanunu dəfələrlə pozublar. Məsələn, Bakının qaz istismar sahələrində fəhlələr üçün yuyunmaq və geyim otaqları yoxdur. Mərkəzdə bir çox qaz tənzimləmə məntəqələri yer altında olduğundan yay, qış orada işləyən operatorlar topuğuna qədər su içində işləməli olurlar. Onlar quyuları təmizlədikdən sonra yuyunmağa belə yer tapmırlar”.
Işçilərin digər narahatlığı Heydər Əliyevin ad günü münasibətilə “Azəriqaz” IB də keçirilən iməciliklə bağlıdır. Işçilər üçün vurulan elanda yazılıb: “13-20-27.04.2013-cü il və 04.05.2013-cü il tarixlərində iməciliklə əlaqədar olaraq bütün işçilər saat 10:00 və 15:00-a qədər qəza dispetçer xidmətində olsunlar”. Onlar iməcilikdə könüllü şəkildə iştirak etmək istəmədiklərini, amma məcbur edildiklərini deyiblər: “Bəzi idarələrdə həqiqətən ağac əksələr də, bir çox idarələrdə sadəcə, adi iş günü keçirib camaatı pulsuz işlədirlər”.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədriÿ Mirvari Qəhrəmanlı “Azadlıq”a deyib ki, “Azəriqaz” Istehsalat Birliyində qırmızı və sarı kartların tətbiqi əmək təhlükəsizliyinə görədir: “Xarici şirkətlərdəki kimi, bunlar da qadağalar tətbiq eləmək istəyirlər. Işçilər kartlarla bağlı maarifləndirilməyibsə, treninqlər keçməyibsə, qırmızı və sarı göstərişlərin nə olduğunu anlamırlarsa, bununla tanış olduqlarına dair hansısa sənədə qol çəkməyiblərsə, həmin vərəqələrin onlara göstərilməsi qanuna ziddir. Işçilərə xəbardar edilmədikləri halda, sarı və qırmızı vərəqələr göstərilməməlidir”.
M.Qəhrəmanlı qırmızı karta görə işçinin işdən azad edilməsini doğru saymır. O hesab edir ki, bunun üçün daxili təlimat olmalıdır.
Heydər Əliyevin ad günü münasibətilə keçirilən iməciliyə gəlincə, hüquq müdafiəçisi bunu qanunsuz hesab edir: “Dövlət Neft Şirkəti Əmək Məcəlləsinin 17-ci (məcburi əməyin qadağan edilməsi) və 107-ci (istirahət, bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasının yolverilməzliyi) maddələrini pozub. Dövlət Neft Şirkətinin tabeliyindəki idarə və müəssisələrdə çalışan bütün işçilər 5 maya qədər məcburi iməciliyə aparılır. Bu günlər üçün əməkhaqqı ödənilməyəcək. Hər şənbə günü işçiləri işdən çıxarırlar. Həmin iməcilikdə iştirak etməyənə hədə-qorxu gəlirlər. Istirahət günləri insanları iməciliyə cəlb etmək qeyri-qanunidir. Heydər Əliyev adına Neft Emalı Zavodunun işçiləri mənə müraciət ediblər ki, neçə ildir hər şənbə bizi işə çağırırlar. Əmək Məcəlləsinə görə, işəgötürən bu məsələyə görə məsuliyyət daşıyır”.
M.Qəhrəmanlı onu da qeyd edib ki, “Azəriqaz” Istehsalat Birliyində işçilərə lazımi iş şəraiti yaratmadıqlarına görə idarə rəhbərlərinin özlərinə qırmızı kart göstərmək lazımdır: “Azəriqaz”ın binasına, otaqlarına baxanda görürsən ki, bütün standartlara cavab verir. Bizdə rəis təyin olunan kimi, birinci öz şəraiti haqqında fikirləşir, işçinin şəraiti haqqında yox. Hər bir idarə müdirinin üç otağı var. Hər birinin hamam, tualeti ayrıdır. Işə təyin olunan müdir, öz xadiməsi və katibəsi ilə gəlir. Hər bir idarə müdirinin otağı prezident otağına oxşayır. Işçiyə qırmızı, sarı kart göstərən idarə rəhbərləri əvvəl işçi üçün normal şərait yaratmalıdır. Dövlət Neft Şirkətinin Təhlükəsizlik üzrə vitse-prezidenti Xoşbəxt Yusifzadə fikirləşməlidir ki, işçilər üçün sağlam iş şəraiti yaratmayan idarə rəhbərlərinə qırmızı, sarı vərəqələr göstərməlidilər. Dövlət neft sektorunda ötən il 13 ölüm hadisəsi olub. Onların arasında “Azəriqaz”ın işçisi də var. Ölüm hadisələrinə görə nəinki onlara qırmızı və sarı kart göstərilməyib, hətta bir idarə rəhbəri və ya məmur da cəzalanmayıb".
“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev isə “Azadlıq”a açıqlamasında bildirib ki, kartlar barədə bütün işçilər maarifləndirilib: “Baş direktor martda əmr verərək, kart sistemini tətbiq edib. Bu, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi normalarına riayət olunması, keyfiyyətə nəzarətin gücləndirilməsinə görə edilib. Iclaslar keçirilib, mühəndislərə məlumat verilib. Sarı və qırmızı kartlar fərqlənmə və xəbərdarlıq kartlarıdır. Onlar yanğın qaydaları təhlükəsizliyini pozan, işləyən zaman xüsusi geyim və mühafizə vasitələrindən istifadə etməyən şəxslərə tətbiq olunur. Bu, intizam tədbiri kimi tətbiq olunur. Bildiyimə görə, bu günə qədər heç kim qırmızı karta görə işdən çıxarılmayıb”.
A.Ağayev onu da qeyd edib ki, bütün işçilər üçün gigiyenik şərait yaradılıb: “Onlara şərait yaradılması ilə bağlı heç bir problem yoxdur. Kimsə hansı qaydaları pozub xəbərdarlıq alıbsa, onu başqa cür qələmə verməsin. Bütün işçilər üçün gigiyenik şərait yaradılıb, kim narazıdırsa, müraciət etsin, araşdıraq”.
Mətbuat katibi işçilərin məcburi olaraq iməciliyə göndərilməsini inkar edib. O deyib ki, bu, işçilərin öz iş yerlərinin təmizliyi üçün edilir: “Kimsə iməciliyə çıxmaq istəmirsə, müraciət eləsin”.
\ azadlıq.info \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Bu gün, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Bu gün, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Bu gün, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru