SAATLIDA ÖZBAŞINALIQ
Tarix: 26-02-2013, 10:47 | Çap et
VETERANIN YERİ 800 MANATA NECƏ SATILDI?Saatlı peşə liseyinə pedaqogikadan tamamilə uzaq olan, ixtisasca “KamAz" sürücüsünün direktor təyin edilməsi barədə dəfələrllə yazılmışdır. Bu rüsvayçılığın getdikçə ciddi narazılığa səbəb olduğunu və sabiq direktorun verdiyini çıxarmaq üçün peşə liseyini söküb satdığını görən müəllim və ustalar iş yerlərinin tədricən "əridiyini" görüb etiraz səslərini qaldırdılar. Nəhayət, Təhsil Nazirliyi bu "qeyri-adi nadir tapıntı" olan direktoru başqa birisi ilə əvəzlədi.
Dünən bir qrup müəllim tərəfindən redaksiyamıza göndərilmiş şikayət məktubunu aşağıda ixtisarla təqdim edirik:
“Hörmətli redaksiya! Xahiş edirik səsimizi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çatdırın!
Bildiririk ki, kollecə təzə təyin olunmuş durektor İsmayıl Hüseynov da tamahkarlıqda, saxtakarlıqda və puldan ötrü hər şeyi qurban verməyə hazır olan bir adam kimi rayonda çoxdan ad qazanmışdı. Bu gün Saatlı rayonunun əksər məktəblərində savadsız, bacarıqsız ibtidai sinif müəllimi kimi tanınan müəllimlərin hamısı İsmayıl Hüseynovun "istehsalıdır". Bir vaxtlar Gəncə Məişət Kollecinin Saatlı rayonunda ibtidai təhsil metodikası filialını açıb həmin filiala direktorluq edən İ.Hüseynova başa saldılar ki, Məişət Kolleci hara, ibtidai sinif müəllimi hara? 5-6 il sonra İ.Hüseynov Şirvan şəhərindəki Kollecin biri ilə əlaqəyə girib rayonda başqa bir filial açdı. Halbuki hər hansı bir Kollecin və ya Universitetin rayonlarda filialını açmaq qanunla qadağan edilib. Xülasə, İsmayıl müəllimin səxavəti hesabına bu gün Saatlı rayonunda olan ibtidai sinif müəllimi respublikanın heç bir rayonunda yoxdur.
“İsmayıl Hüseynov bizi bir-bir yanına çağıraraq dedi ki, rayonun abadlığı üçün rayon icra hakimiyyətinin başçısı məndən 5 min manat pul alıb, mən nə qədər yanacaq satsam da, bu pulu çıxara bilmərəm. Ona görə də hərəniz adama 50 manatdan verməlisiniz"
İ.Hüseynov ötən il Saatlı peşə liseyinə direktor təyin olunub. Sabiq direktor bu liseyi elə bir günə qoyub ki, İsmayıl müəllim üçün satmağa bir şey qalmayıb. Yeni direktor ilk gündən liseyin sürücülük kursunda təhsil alan tələbələrə maşın sürmək üçün ayrılmış yanacağı satdırmağa başlayıb. Bu məqsədlə ayrılmış 4 ton yanacaq liseyə daxil olmadan satılıb və bu alver yenə də davam edir. Sonra isə biz müəllimləri bir - bir yanına çağıraraq deyir ki, rayonun abadlığı üçün rayon icra hakimiyyətinin başçısı məndən 5 min manat pul alıb. Mən nə qədər yanacaq satsam da, bu pulu çıxara bilmirəm. Ona görə də hərəniz adama 50 manatdan verməlisiniz. Heç bir müəllim buna razı olmadı və pul vermədik. Çünki dedik ki, bu, İsmayıl müəllimin uydurmasıdır. Çünki bu adam rüşvət toplamağa o qədər öyrənib ki, indi də başçının adından istifadə edir. Rayonda abadlıq işlərinin aparılması üçün dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. İsmayıl müəllim isə pul toplamaq naminə dövlətin bu siyasətini heçə endirmək istəyir. O, pul qazanmaq üçün yollar axtarıb və nəhayət, tapıb. O, bu dəfə məktəbdə 25 ilə yaxın usta işləyən, ixtisaslı, təhsilli, ən başlıcası isə Qarabağ müharibəsi veteranı olan Gülnyaz Hüseynovu heç bir əsas göstərmədən işdən azad etdi. Onun yerinə isə təhsili və ixtisası olmayan bir nəfəri götürdü. Təbii ki, elə- belə yox, 800 manat pul aldı, yəni "şirinlik" almaqla. İsmayıl müəllimi yaxından tanıyanlar yaxşı bilirlər ki, onun üçün Qarabağdan, torpaqdan, Vətəndən, xalqdan, millətdən və müharibə veteranından da əziz puldur, pul. Qarabağ müharibəsi veteranı G.Hüseynov direktordan onu işdən azad etməsinin səbəbini soruşduqda dedi ki, bəs başçının məndən abadlıq adı ilə aldığı 5 min manatı haradan çıxarım? Darıxma, səni liseyin odundoğrayanı qoyacağam. Bu ştatın əmək haqqısının çox az, özü də müvəqqəti, özünün də böyük ailə sahibi olduğunu deyən G.Hüseynov, həm də Qarabağ müharibəsi veteranı, ixtisaslı, təhsilli, təcrübəli olduğunu da xatırladıb. İsmayıl müəllim isə bütün bunların ona aidiyyəti olmadığını bildirərək üz - gözünü turşudaraq deyib ki, istəyirsən işlə, istəmirsən xoş getdin. Açıq şəkildə deyib ki, pulun varsa giriş, yoxundursa-sürüş. İndi neçə vaxtdır ki, Qarabağ müharibəsi veteranı qalıb boynubükük. İsmayıl müəllim isə "satmağa" yeni usta axtarır. Ümid edirik ki, onun "Qarabağ müharibəsi veteranı alveri"nin qarşısı Saatlı Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyi, həmçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən alınacaq, Qarabağ müharibəsi veteranı Gülniyaz Hüseynovun pozulmuş hüquqları da bərpa olunacaq. Direktor isə layiqli cəsasını alacaq".
***
Hər halda, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də "Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında"kı yekun nitqindən bəzi məqamları xatırlatmağı vacib bilirik. Ölkə başçısı deyib: "Əlbəttə ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcək. Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik".
Bizcə, əlavə şərhə heç bir ehtiyac yoxdur.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. \ tezadlar.az \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "ƏDV dələduzluğu" ilə bağlı məhkəmə başlayır: 1,2 milyonluq mənimsəmə - TƏFƏRRÜAT
Bu gün, 17:10 |
|
|
|
• "Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir" - deputat
Bu gün, 17:07 |
|
|
|
• "Onlar özlərini Türkiyənin bir parçası kimi görürlər... - Bunu da daimi etmək lazımdır"
Bu gün, 17:06 |
|
|
|
• "Bir qram olsun Yeni il ab-havası yoxdur, cammatın üzü gülmür"
Bu gün, 16:56 |
|
|
|
• Ramşteyn formatında Ukrayna üzrə növbəti görüş yanvarın 9-da keçiriləcək - “RBK Ukrayna”
Bu gün, 16:53 |
|
|
|
• Adı "Forbes" siyahısında olan milyonçu Bakıda hakim qarşısına çıxarılacaq - TƏFƏRRÜAT
Bu gün, 16:51 |
|
|
|
• Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Bu gün, 16:49 |
|
|
|
• Polşa Aİ Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çalışacaq
Bu gün, 16:46 |
|
|
|
• Ermənistan bu halda yox ola bilər – İrəvanda narahatlıq artdı
Bu gün, 15:47 |
|
|
|
• "İranın rəsmi mövqeyi Azərbaycanın maraqlarına uyğun kimi görünür" - Akif Nağı BELƏ HESAB EDİR...
Bu gün, 15:45 |
|
|
|
• Erməni türkoloq Türkiyənin uğurunu etibarsızlaşdırmağa çalışır - ŞƏRH
Bu gün, 15:43 |
|
|
|
• “Tesla” avtomobillərinin istehsalı azaldı
Bu gün, 15:40 |
|
|
|
• İrəvanda təlaş: “3-4 ay vaxtımız qalıb...” – Bakı daha “xilas kəməri” atmayacaq
Bu gün, 15:35 |
|
|
|
• Çin Pakistan-Əfqanıstan toqquşmasından NİYƏ NARAHATDIR? - İNCƏLƏMƏ
Bu gün, 15:32 |
|
|
|
• Xameneyi nəyi və niyə inkar edir – İki ciddi fakt
Bu gün, 14:02 |
|
|
|
• Azərbaycanda barama istehsalı niyə azalıb? - ARAŞDIRMA
Bu gün, 14:00 |
|
|
|
• Bu məktəblilər dərsə SABAH GEDƏCƏK - DİQQƏT!
Bu gün, 13:58 |
|
|
|
• Günü gündən artan PROBLEMLİ KREDİTLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 13:49 |
|
|
|
• Mikayıl Cabbarova neftçilərin əməkhaqqısı ilə bağlı ÇAĞIRIŞ! - "Xahiş edirəm, bir gecə də..."
Bu gün, 13:45 |
|
|
|
• Slovakiya Rusiya qazının Avropaya nəqlini dayandıran Ukraynaya qarşı cavab tədbirləri hazırlayır
Bu gün, 13:15 |
|
|
|
• Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü VERİLƏCƏK
Bu gün, 13:14 |
|
|
|
• Rusiyada "Şaxta baba" iş adamını odlu silahla qətlə yetirib - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
• PKK iflas ərəfəsində: - ya tərksilah, ya tam məhv
Bu gün, 12:58 |
|
|
|
• Elə bil bu ölkədə COP29 olmayıb... - BU NƏDİ BELƏ?..
Bu gün, 12:54 |
|
|
|
• 2025-ci ildə nələr olacaq? - "Yeni Nostradamus"
Bu gün, 12:34 |
|
|
|
• “Qarabağ” 900 min avroya hücumçu alır? - Qazaxıstan mətbuatı
Bu gün, 12:23 |
|
|
|
• Covid haqqında proqnoz verən ektrasens danışdı: - "3-cü Dünya Müharibəsi ilin ortasında başlaya bilər"
Bu gün, 12:19 |
|
|
|
• "Azəriqaz" abonent uçotu sistemlərində yeni tariflərin tətbiqinə start verib
Bu gün, 12:03 |
|
|
|
• Almaniya və Fransanın XİN rəhbərləri Dəməşqə gediblər
Bu gün, 12:00 |
|
|
|
• "POS-terminal yoxdur", "POS-terminal işləmir" kimi cavablar verən - OBYEKTLƏR CƏRİMƏLƏNƏCƏK
Bu gün, 11:50 |
|
|
|
• Vaşinqton Bakı və İrəvanla əməkdaşlığa hazırdır - Departamentdən AÇIQLAMA
Bu gün, 11:43 |
|
|
|
• Tovuzda Sosial – İqtisadi Kollecin müəllimləri Həmkarlar İttifaqı “papka komitənin” üzvüdürlər - İTTİHAM VAR...
Bu gün, 11:41 |
|
|
|
• Tanınmış meyxanaçı qiymət artımına görə GÖZAYDINLIĞI VERDİ - FOTO
Bu gün, 11:32 |
|
|
|
• Ermənistanın dövlət büdcəsində pul yoxdur – Sərkisyan
Bu gün, 11:28 |
|
|
|
• Moldovadan Ermənistana qadağa - "Yanvarın 9-dək..."
Bu gün, 11:26 |
|
|
|
• Qarabağ Qazisi... veteran atası ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 11:23 |
|
|
|
• "Vicdansız cəmiyyətdən vicdanlı insanlar çıxmaz" - ÇAĞIRIŞ
Bu gün, 11:11 |
|
|
|
• Suriyada Bəşər Əsədi tərifləyən materiallar dərsliklərdən çıxarılır
Bu gün, 11:04 |
|
|
|
• Cənubi Koreya polisi Yun Sok Yolu həbs edə bilməyib - “Yonhap”
Bu gün, 11:00 |
|
|
|
• Bakının "mavi qaz strategiyası": tərəfdaşlar artır - İNCƏLƏMƏ
Bu gün, 10:59 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti gələn həftə başa çatır
Bu gün, 10:58 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hansı vəzifə və funksiyaları vardır? - AÇIQLAMA
Bu gün, 10:56 |
|
|
|
• Amili üzr istəməlidir... - Başqa cür ola da bilməz...
Bu gün, 10:50 |
|
|
|
• Azərbaycanda plastik cərrahlara vaxt QOYULDU - Yoxsa işləyə bilməyəcəklər
Bu gün, 10:47 |
|
|
|
• Dövlət Duması falçıların mediadan rədd edilməsini təklif edir - KİV
Bu gün, 10:44 |
|
|
|
• "İndi yazacam ki, gözəgörünməzə şükür eləmək lazımdır..." - Tarif Şurası üçün tərif şurası...
Bu gün, 10:31 |
|
|
|
• Azər Baxşəliyevin son durumu NECƏDİR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 10:26 |
|
|
|
• Pezeşkian da Amilinin İPİNİ YIĞA BİLMİR... - "Cəza verilməzsə..."
Bu gün, 10:21 |
|
|
|
• Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb
Bu gün, 10:19 |
|
|
|
• ABŞ Yaponiyaya 3,64 milyard dollarlıq raket satışını təsdiqləyib - Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi
Bu gün, 10:10 |
|
|
|
|