“Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                 

ŞOK: “UNİBANK”IN MƏHV ETDİYİ BİR AİLƏNİN FACİƏSİ
Tarix: 17-01-2013, 09:23 | Çap et
ŞOK: “UNİBANK”IN MƏHV ETDİYİ BİR AİLƏNİN FACİƏSİ
50 FAİZ SƏLƏMİ SIRIYAN BANK CƏLİLABAD SAKİNİNƏ MÜSİBƏTLƏR YAŞADIB

Unibanka görə anam özünü öldürüb, atam isə özünə qəsd edib.

Unibank 43 min dollara qarşı 64 min pul tələb edir – 21 min dollar sələm!

Unibank əhalinin evlərini yarı qiymətinə əllərindən alır

Eşidirsənmi, Elman Rüstəmov, sənin ölkəyə doldurduğun bankirlər əhaliyə reketsayağı sayğac qoşurlar

Unibank insanların avamlığından istifadə edərək onlara min cür kombinasiyalar qurur ki, tələyə salsın və əmlakı vətəndaşların əlindən alsın...



DİA.AZ: - Redaksiyamıza daha bir kredit qurbanının faciəli hekayətini anladan şikayət məktubu daxil olub. Cəlilabad şəhəri, Tomrus küçəsi, ev 17 ünvanında yaşayan Adıgözəlova Gülşən Məktub qızı DİA.AZ-a başına gələn oyunları yazır:

“2008-ci ildə ərim Unibankdan kreditlə maşın almışdı. Mersedes markalı maşının qiyməti servisdə 35 min manat idi. Həmin maşın Unibankda girov qoyuldu, pulun 25 minini bank verdi, 10 minini isə nağd öz cibimizdən servisə ödədik. Ayda 800 manatdan 3 il müddətində bu başkəsənlərə pul ödəməliydik. Məsələ burasındadır ki, bu 25 minin əvəzinə bunlara 32 min manat pull qaytarmalıydıq, ödəyə bilməyəcəyimiz təqdirdə isə maşınımızı bank əlimizdən alacaqdı. Şərt belə qoyulmuşdu. Sağ olsun Milli Məclisdəki deputatlarımız ki, bu cür ağır şərtlərlə qan soran bankları ölkəmizə buraxıblar! Sağ olsun Elman Rüstəmov ki xalqın avamlığından istifadə edib sələmçi başkəsənlərə qanımızı içməyə imkan verib! Hətta pulun yarısını da aybaay vaxtında ödəsəydik və daha imkanımız olmasaydı ödəməyə, vəssalam, Unibank yenə də maşınımızı əlimizdən alacaqdı və ödədiyimiz artıq pulları da geri qaytarmayacaqdı! Bu necə bankçılıqdır?! Bunlar Azərbaycanı nə hesab edirlər? Amerikada nə qədər murdar sistem var hamısını gətirib doldururlar Azərbaycana! Bir də ayılmışıq ki, minlərlə, on minlərlə insanın bu yolla əmlakını əllərindən alıblar.

8 aya yaxın stabil olaraq bu banka 800 manat hər ay pul ödədik. Ailə vəziyyətimizin çətin olmasına baxmayaraq. Qoca valideynlərimin pensiyasını toplayır, qalan pulu isə ərim maşınla qazanırdı. Sonra maşın qəzaya düşdü, əzilib yararsız hala düşdü. Avariyadan sonra artıq banka pul ödəmək imkanımız məhdudlaşdı. MBASK adlı elə bu şirkətin rəhbərliyinə məxsus olan Sığorta Şirkəti bizdən 1500 sığorta üçün pul almışdı, lakin maşınımız əziləndə bir qəpik də pul vermədi. MBASK müxtəlif bəhanələr gətirərək maşını düzəltdirməkdən imtina etdi. Bizi tora salmaq üçün əllərindən gələni etdilər. Xahiş edirəm ki, müraciət etdiyim hüquq-mühafizə orqanları MBASK adlı fırıldaqçı sığorta şirkəti ilə də maraqlansınlar. Bu təşkilatın əslində nə işlə məşğul olduğu, kimlərə, nə vaxt və nə qədər sığorta ödədiyi üzə çıxarılsın. Havadan şirkət yaradıblar və milyonlar qazanırlar. Heç kimə heç nə vermirlər və yalnız yığım işinə baxırlar. Həmin sığorta şirkətinin oyunlarına son vermək, aferalarını dayandırmaq lazımdır.

Maşın əziləndən sonra bank bizdən pulu tələb etməyə başladı. Onlar bizə təzyiqlər edir, tez-tez idmançı görkəmli adamları evimizə göndərirdilər. Anam hər dəfə onların gəlişindən stress keçirirdi. Bankın işçiləri bizi məhkəməyə verməkləri ilə hədələyir, evimizi banka girov qoymağımızı istəyirdilər. Biz təzyiqlərdən, onların evimizə gəliş-gedişindən, yaratdıqları stresslərdən bezib, məcbur qalaraq təklif etdik ki, evimizi onlara girov qoyub pul götürək. Onlar bizə dedilər ki, evi girov qoyduğunuza görə sizə pul versək, onda maşından qalmış 15 min manat qalıq borcunuzu da cıxacağıq. Məcbur qalıb razılaşdıq. Bu məsələni də xahiş edirəm araşdırın. Mən evimi onlara girov qoyub pul götürrəmsə, niyə maşının pulunu çıxmalıydılar? Və yerdə qalan kiçik məbləğlə nə iş görməliydim ki, bunlara hər ay külli-miqdarda sələm ödəyim? Unibank insanların avamlığından istifadə edərək onlara min cür kombinasiyalar qurur ki, tələyə salsın və əmlakını əlindən alsın.

Daha bir maraqlı cəhət ondadır ki, Unibank satış qiyməti 75 min manat olan evimizə cəmi 43 min manat qiymət qoydu, bu da 34 min manat eləyir. Yəni məlumatınız olsun ki, Unibank əhalinin evlərini yarı qiymətinə əlindən alır. Baş Prokurorluqdan xahiş edirik ki, Unibankın ev maxinasiyaları ilə bağlı bütün talançılıq, soyğunçuluq aktlarını araşdırsın, bütün mühasibat kağızları geniş şəkildə yoxlasın. Bu gün sadə Azərbaycan vətəndaşları böyük bir cinayət cindikatı ilə üz-üzə qalıb. Dövlət öz vətəndaşlarını qorumalıdır, sələmçi reketləri yox!

Biz o vaxt evimizi rahat şəkildə 75 min manata sata bilərdik, amma bizi tələyə salıb evimizi 43 min dollara (34 min manata) girov götürdülər. Bizə isə cəmi 19 min manat verdilər, dediyim kimi 15 min manatı maşının köhnə borcuna çıxdılar. Lakin... bizə kağız verdilər ki, Unibanka nə az nə çox, 64 min dollar pul ödəməlisiniz. 43 minə qarşı 64 min! Götürdüyümüz pulun üstündə bunlara 21 min dollar sələm ödəməliydik. Təxminən 50 faiz! Eşidirsinizmi, hörmətli Azərbaycanımızın dövlət rəhbərləri, idarəçi cənabları! Unibank 50 faizlik kredit paylayır. Verdiyi 43 min dolların üstündə 21 min dollar sələm alır! Əhsən belə yaşayışa! Azərbaycan sələm sahəsində günü-gündən iri addımlarla irəliləyir! Tezliklə Bakıda Unibankın ələ keçirdiyi evlər sayəsində böyük mikrorayonlar əmələ gələcək.

Aya nə az nə çox, 1779 dollar Unibanka pul ödəməliydik. Əlbəttə ki bu Azərbaycan standartları üçün real deyil. Yəqin özünüz də bilirsiniz ki, Unibank kimi sələmçi banklar hansı oyunlardan çıxır, hansı kombinasiyaları qurur, tələlər yaradırlar ki, son nəticədə əhalinin əmlakına sahib çıxsınlar. Bütün bunlar dəfələrlə deyilib, mətbuatda yazılıb, dövlət orqanlarına çoxlu şikayətlər olunub, amma nədənsə dövlət sələm genosidini dayandırmağa tələsmir.

Elə birinci aydan bizim ödənişlə bağlı problemlərimiz yarandı. Özünüz də bilirsiniz ki, 1779 dollar heç Azərbaycanda nazirlər maaş almır. O pulu götürəndən sonra çətinliklə birinci ay 1779 dollar, sonrakı aylar 1240 dollar, 2000 dollar pul ödəmişik, lakin maraqlıdır ki, Unibank o pulları da hesaba almır, gecikdirdiyimizə görə faizə çıxır. 5000 dollarımız da belə getdi! Eşidirsənmi, Elman Rüstəmov, sənin ölkəyə doldurduğun bankirlər əhaliyə reketsayağı sayğac qoşurlar. Əlimizdə olanları son qəpiyinə kimi tutub alır, hələ özümüzü də borclu çıxardırlar. 5000 dollar ödədiyimiz pulun çekləri olduğu halda Unibankın reketləri onu da faizə çıxıblar. Deməli pullarımız havaya uçub.

Bundan sonra Unibank bizi məhkəməyə verdi. Məhkəmə bizim evdən çıxmağımız haqda qərar qəbul etdi. Bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verdim. 3 dəfə məhkəmə iclası keçirildi, lakin Unibankın işçisi həmin məhkəmə iclaslarının heç birinə gəlmədi. Xahiş edirəm bu qanun pozuntusuna da hüquqi qiymət verəsiniz. Demək belə çıxır ki, mən ağ bayraq qaldırmalı, özüm öz əllərimlə gətirib evimin açarını Unibanka təhvil verməliydim. Qanun müstəvisində olan məsələlər isə Unibankı maraqlandırmır, onlar öz imkanlarından, əlaqələrindən istifadə edərək qanunçuluğa da məhəl qoymur, acgözlüklə talana rəvac verirlər. Mənim şikayət məktublarımdan sonra Dövlət orqanlarına yazdıqları cavabda bildirirlər ki, guya mən Apellyasiya məhkəməsinə sayğısızlıq göstərmişəm, halbuki 3 dəfə iclas çağırılıb, heç birində onlar tərəfdən gəlməli olan nümayəndə iştirak etməyib. O necə olur ki, 75 min manatlıq evi əlimizdən alırlar, amma məhkəmə iclasına gəlmirlər. Xahiş edirəm ki, bu məsələyə də diqqət edəsiniz, cinayət işi açıb araşdırasınız. Unibank bu cür iyrənc metodlardan, oyunlardan istifadə edərək avam camaatın evini yıxır. Xahiş edirəm məni başa düşün, anam bu ağrı-acılara, onların təzyiqlərinə tab gətirməyib vəfat edib, atam isə özünə qəsd edib. Bu cinayətkar ünsürləri dövlətimiz cəzasız qoymamalıdır.

Apellyasiya Məhkəməsi 3 ay bizə toxunmamaq haqda qərar çıxardı ki, biz özümüzü toplayaq, ödənişləri edək. 3 aydan sonra Unibankın reketləri evimizə yenidən xaç yürüşlərinə başladılar. Milli Təhlükəsizlik Nazirliyindən xahiş edirəm ki, Unibankın Problemli Məsələlər üzrə Şöbəsinin fəaliyyətinin gizli yönlərini araşdırsın. Bu şöbələrdə işləyənlərin hərəsinin 5-10 evi, 5-10 xarici maşını var. Unibankın Problemli Məsələlər Şöbəsinin işçiləri əslində reket və soyğunçuluqla məşğul olurlar. Həmin işçilər hər 3 aydan bir evimizə təşrif buyurur, hədə-qorxu gəlir, hər dəfə 500 manat, 1000 manat alıb gedirdilər. Deyirdilər ki, bu pula 3 ay da sizin vaxtınızı uzadacayıq, elə edəcəyik ki, bank sizə toxunmasın. Üst-üstə həmin işçilərə 2500 manat pul vermişik, o pullar heç bir yerdə qeydiyyata alınmayıb. Həmin pulları Unibankın Problemli Məsələlər üzrə Şöbəsinin reket işçiləri alıb öz ciblərinə qoymuşlar. Onlar bankın ev məsələlərində həmişə bu üsullardan istifadə edir, çoxlu qanunsuz pullar qazanır, eləcə də girovda olan evi, ya maşını əldən-ələ oformit edərək özləri sahib çıxır, dəyər-dəyməzinə öz əllərinə keçirib sonradan baha qiymətə satıb varlanırlar. Camaatın taleyi bunlarçün oyuncağa çevrilib. Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovdan bu məsələlərin tam araşdırılmasını xahiş edirəm.

Hal-hazırda evimiz qanunsuz olaraq Unibankın əlindədir. Bizim razılığımız olmadan evə 2 bahalı oxrana, gözətçi qoyublar. Onlara aylıq 700 (!) manat maaş sənədləşdiriblər. Biz etiraz edib bu qiymətlə razılaşmadıq, ucuz oxrana tutulmasını istədik. Lakin dedilər ki, hər şey bizim əlimizdədir, nə qədər istəyirik o qədər də hesablayacayıq. O pulu da bizim hesabımıza yazırlar ki, siz ödəməlisiniz. Qəribədir, bizim razılığımız olmadan, bizim hesabımıza öz işçilərinə 700 manat pul yazırlar, bu yolla da çoxlu mənimsəmə ilə məşğul olurlar. Respublikanın güc strukturlarından xahiş edirik ki, bu məsələ ilə də məşğul olsunlar. Biz 1 ildir evdən çıxmışıq. İndi belə çıxır ki, bir maşının pulunu da Unibankın oxranasına ödəməliyik.
Unibankdakı reket yoldaşlar heç bir hüquqi kağız olmadan evimizə sahib çıxmaq istəyirlər, lakin alınmır. Onlar əlaqədar instansiyalardan tələb edirlər ki, qanunsuz olaraq bizi öz evimizdən qeydiyyatdan silsinlər. Xahiş edirəm ki, buna imkan verməyin. Hakimiyyətdəki tanışlarından, öz şirnikləndirici imkanlarından istifadə etməklə əhalinin evlərinə beləcə yiyələnirlər. Bir müddət nə qədər təkid etdiksə, nə evimizi satmağa qoydular, nə də özləri satdılar. Mən ailəmiz adından tələb edirəm ki, Unibanka qarşı cinayət işi açılsın, bu sələmçi təşkilatın əlində olan evimiz özümüzə qaytarılsın. Xahiş edirik ki, bizə köməklik edin və xalqı qaniçən yırtıcıların əlindən qurtarın”.

Qarşı tərəfi də dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Dünən, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Dünən, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Dünən, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru