Bayram günlərində hotellərinqiyməti fantastik həddə .....                     Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! .....                     İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... .....                     4 milyon manat necə ələ keçirilib? .....                     Güzəştli şərtlərlə yaranan pensiya hüququ... .....                     İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... .....                     Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI .....                     Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... .....                     Azərbaycanda aktyor vəfat edib .....                     Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır .....                     Zaur Hüseynov niyə işdən çıxarıldı? .....                     İllər öncə sənətə gəlsə də... .....                     Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” .....                     Qərb Moskvaya qarşı bu “silahı” işə salır .....                     Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə .....                     Məktəblərdə istilik problemi varmı? .....                     Suriyanın “açarı” kimdədir? .....                     MİDA hamını BOĞAZA YIĞIB... .....                     "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - .....                     'Expargo' karqoları BELƏ GECİKDİRİR .....                     Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi .....                     Azərbaycanda 24 illik şirkət .....                     Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb .....                     ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi .....                     Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, .....                     Paşinyanın “təkliflər oyunu" .....                     Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək .....                     ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: .....                     Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib .....                     Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir .....                     Sülh müqaviləsi şübhə altında .....                     Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu .....                     Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? .....                     "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri .....                     Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi .....                     Zəngəzur dəhlizi olmayacaqsa, .....                     "Yelo Bank"ın kritik maliyyə hesabatları .....                     Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... .....                     Azərbaycan Qətərə yeni səfir .....                 

CEYHUN QUBADOVUN QATİLİ KİMİN ARXASINDA GİZLƏNİR
Tarix: 14-01-2013, 08:11 | Çap et
CEYHUN QUBADOVUN QATİLİ KİMİN ARXASINDA GİZLƏNİR
VAQİF AXUNDOV ÇƏTİRİ DƏLİNSƏ, VÜSAL BABAYEVİN QOLLARI QANDALLANAR

DİA.AZ: - Daşkəsəndəki hərbi hissələrin birində dünyasını dəyişən əsgərimiz Ceyhun Zaman oğlu Qubadovun nəşi üzərində qurulan siyasi oyunlar elə qızışıb ki, artıq bu məsələdə gerçək suçlunun kimliyi ilə bağlı həqiqətlərin ortaya çıxmasına kimsə maraq göstərmir. Əsas hədəf kimi seçilən müdafiə naziri Səfər Əbiyevə qarşı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin şövqlə yürüməsi fonunda hətta əsas günahkarlardan biri kimi diqqətə gələn mərhum əsgərimizin komandanı - Şəmkir korpusunun komandiri Rövşən Əkbərovun az qala günahını etiraf edən açıqlamaları belə məsələni mahiyyətindən yayındıra bilmədi. Bu isə o demək idi ki, baş verən hadisədə daha çox siyasi maraqlar güdüldüyündən gerçəyin ortaya çıxarılması kifayət qədər çətin olacaq.

Bunu həm də mərhum əsgərimiz Ceyhun Qubadovu hərbi xidmətə göndərə Abşeron rayon hərbi komissarının kimliyi də ortaya çıxarmaqdadır. Bu gün faktlar da təsdiqləyir ki, Ceyhun Qubadov əslində hərbi ximətə yararsız olub. Onda ürək çatışmamazlığının olmasını nəzərə almayan Abşeron rayon hərbi komissarlığı bu haqda rəy belə vermədiyindən onu dağlıq ərazidə hərbi xidmətə göndəriblər. Halbuki Ceyhun Qubadov kimi əsgərləri orduda saxlamırlar.

Amma maləsəf, bura Azərbaycandır və bu Azərbaycanda pulu olmayan xəstə çağırışçılar belə pulu sağlamların əvəzindən hərbi xidmətə göndərilirlər. DİA.AZ-a bu barədə danışan mənbə iddia edir ki, baş vermiş faciə ilə əlaqədar aparılan ilkin istintaq hərəkətləri zamanı da Ceyhun Qubadovun məhz ürək çatışmamazlığından dünyasını dəyişdiyi sübuta yetirilib. Qeyd edək ki, əsgərimizin döyülərək öldürülməsi faktı ilkindən inkar olunub. Hətta onu döysələr belə, mərhum əsgərimizin sifətinə aldığı yumruq və yaxud da təpik zərbələrindən keçinmədiyi faktdır. Fakt həm də odur ki, Ceyhun Qubadov hərbi xidmətə yararlı deyildi.

Amma bu həqiqətin ictimaiyyətdən gizli saxlanılacağı indidən aydındır. Çünki bu həqiqətin indidən ört-basdır edilməsinə şahidlik etməkdəyik. Diqqət yetirin, əsgərimizin ölümünü bu həddə şişirdirlər, amma kimsə onun hansı hərbi komissarlıqdaq yola salınmasına, onun səhhəti baxımından əsgərliyə uycun olub-olmamasına diqqət yetirmir. Bu isə birmənalı olaraq baş verənlərin bəlli bir nöqtədən məqsədli şəkildə idarə olunmasının sübutu kimi qəbul olunmalıdır.

Mənbəmiz bildirir ki, əslində Ceyhun Qubadova görə ilk olaraq cavab verməli şəxs məhz Abşeron rayonunun hərbi komissarıdır: «Kimdir bu adam? Dəfələrlə onun adı xəstə çağırışçıların hərbi xidmətə qanunsuz olaraq göndərilməsi yönündə çəkilsə də, kimsə Vüsal Babayev adlı bu şəxsə «gözün üstündə qaşın var» deyə bilmir. Doğrudur, bu barədə mətbuatda yazılar yazılsa da, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun doğmaca bacısı oğlu olan Vüsal Babayevə kimsə, hətta hərbi komissarlıqların yeni üst qurumuna rəhbərlik edən Arzu Rəhimovun özü belə bu adamın əlində aciz qalıb».

Onu da xatırladaq ki, zaman-zaman Vüsal Babayevin adı qalmaqallı əsgər ölümlərində hallanıb. Məsələn, keçən ilin fevral ayının 10-da 1993-cü il təvəllüdlü əsgər İsmayıl Novruzov fevralın 10-da Müdafiə Nazirliyinin hərbi hospitalında xəstəlikdən dünyasını dəyişdi. Qeyd edək ki, İsmayıl Novruzov keçən ilin yanvarında Abşeron Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Əsgərin hansı xəstəlikdən ölməsi barədə məlumat verilməsə də onun Vüsal Babayevin hərbi komissarlığı tərəfindən hərbi xidmətə «sağlam» adı altında yola saldığı, əslində İsmayıl Novruzovda əvvəldən xəstəliyin olması tam olaraq təsdiqləndi. Bu barədə Müdafiə Nazirliyinin susması isə təbii ki, general Vaqif Axundovun nüfuz dairəsinin təzahürü kimi qəbul olundu.

Məhz buk imi nədənlər Vüsal Babayevin durdurulmasını önləməkdədir. O isə oğullarımızı bir-birinin ardından açıq ölümə yollayır. Hər halda, həkim nəzarəti altında olmalı olan gənclərimizi bu gün çətinliklərlə dolu hərbi xidmətə göndərilməsinin başqa bir izahı və təqdimatı ola bilməz.

Təbii ki, bu məsələdə Vüsal Babayev öz suçunu kifayət qədər dərk edir. Belə olmasaydı, o, Ceyhun Qubadovun yas mərasiminə təkbaşına getməyə cəsarət edərdi. Mənbəmiz bildirir ki, hətta bu qədər də cəsarəti olmayan Vüsal Babayev təziyyə mərasiminə YAP-çı deputat Aydın Mirzəzadə ilə gedib ki, bu yolla da o, mərhum əsgərimijzin yaxınlarının gözlənilən hücumlarından qorunmaq istəyib. Hətta mənbəmiz bildirir ki, Vüsal Babayev yas mərasiminə mülki formada gedib ki, əlavə olaraq diqqətləri cəlb etməsin.

Bəli, bu gün hər kəs Ceyhun Qubadovun qatilini axtarır. Amma qatilin kimliyi hamıya məlumdur. Burada nə siyasətə, nə də hansısa əlahiddə canfəşanlığa ehtiyac yoxdur. Sadəcə olaraq, Vaqif Axundovun yaratdığı çətirin dəlinməsi yetərlidir…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07
Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06
İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58
Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52
İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49
Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30
Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27
Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32
Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27
İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24
Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06
MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59
'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55
Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51
Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02
ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24
Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00
Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00
Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26
Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23
Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19
Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17
Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14
"Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00
Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58
"Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42
Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37
Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34
Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32
Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29
“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17
Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13
Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12
Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06
AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru