"Bu məsələni birdəfəlik həll etmək lazımdır" - Qulu Məhərrəmli
Tarix: 10-09-2021, 08:27 | Çap et
Sonbir həftədə ATV-nin ən məşhur aparıcıları telekanalı tərk etdiklərini açıqlayıblar. Onların arasında 20 ildən çoxdur ki, ATV-də çalışan İlkin Həsəni, Aytən Səfərova, uzun illərdir “ATV maqazin onlarla” verilişinin aparıcısı olan Afaq Gəncəli, Fərid Rəsulda var.
Aparıcılar Aytən Səfərova ilə Afaq Gəncəlinin bundan sonra “Xəzər”, İlkin Həsəni və Fərid Rəsulun isə “Space”də efirə çıxacağı gözlənilir.
Uzun illərdir ATV-nin siması olan aparıcılar doğma telekanaldan ayrılma səbəbləini tam açıqlamasalar da, onların iş yerlərindən narazı getdikləri hiss olunur. Məsələn, İlkin Həsəni televiziyadan getməsini bu cür açıqlayıb: “Çox təəssüf ki, bu kanalla yollarımızı ayırmalı olduq, yeni yayım kanalımız bu ilin oktyabrından etibarən ”Space" olacaq. Rebrendinq olunmuş, yeni loqolu, yeni heyətli, HD yayımlı, “Amaci”siz," “Zita və Gita”sız “Space”. Köhnə dostlarımızla bərabər yeni bir yola çıxırıq, bu yolda hər birimizə uğur olsun".
Aytən Səfərova isə telekanaldan ayrılma səbəbi haqda sosial şəbəkədə qeyd edib: “Altı il bu kanalda çalışmışam. Həm xəbərlər departamentində, həm radioda. Müharibə vaxtında reytinqli bir verilişə aparıcılıq etmişəm. Proqramımda nüfuzlu şəxslər qonaq olublar. Hansı işdən yapışıramsa, öz adıma uyğun edirəm və yüksək səviyyədə aparmağa çalışıram. Son vaxtlar ATV-də xəbərlər departamentinin redaktoru idim.
Noyabrın 10-na keçən gecə ölkədə radio məkanında qələbə xəbərini ilk verən spiker mən olmuşam. 106.3 və 106 FM-də eyni vaxtda bunu səsləndirdim.
Sadəcə, artıq ayrılmaq qərarına gəldim. Gəldiyim və getdiyim ATV arasında böyük fərq görürəm. Hesab edirəm ki, Aytən Səfərova başqa istiqamətə üz tutmalıdır. Kanaldan dost kimi ayrılmışam. Orada dostlarım, həmkarlarım çalışır. Hamısına uğurlar diləyirəm".
Beləliklə, ATV-nin ən məşhur aparıcılarının onu tərk etməsi xeyli müzakirə yaradıb. Məsələ ilə bağlı telekanalın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli axşam.az-a bildirib ki, aparıcılar öz istəkləri ilə işdən çıxıblar: “Hər birinin qərarına hörmətlə yanaşırıq”.
O.İbrahimli eyni zamanda qeyd edib ki, yeni mövsümlə əlaqədar ATV-də hazırlıqlar gedir: "Əlbəttə ki, ATV-də yeniliklər olacaq. Yeni mövsümdə hansı simaların efirdə olacağı ilə bağlı isə yaxın günlərdə məlumat veriləcək".
Bəs məşhur aparıcıların ATV-dən getməsi yeni mövsümün reytinqinə nə qədər təsir edə bilər? Ümumiyyətlə, ATV-nin son müddət ərzində fəaliyyəti necə dəyərləndirilir?
Mövzu ilə bağlı teletənqidçi Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “ATV ölkənin orta səviyyəli kanallarından biridir. Son dövrlər bu televiziyanın xəbərlərində müəyyən üstünlüklər nəzərə çarpırdı. Xüsusən də pandemiya dövründə televiziyanın ”Qərargah" verilişi müharibə zamanı yaxşı çalışmışdı. Ümumiyyətlə, ATV-də xəbər sistemi Vüqar Qaradağlının zamanından yaxşı qoyulub. Televiziyanın digər yükü şou proqramlarla bağlı idi. Son zamanlar isə müşahidə edirdik ki, televiziyanı xeyli sayda aparıcılar tərk edir. Düşünürəm ki, bu, təkcə ATV-nin problemi deyil. Eyni proses sabah başqa telekanalda baş verə bilir. Bu nəyin göstəricisidir? Bu, ilk növbədə münasibətlərin lazım olan səviyyədə qurulmaması ilə bağlıdır. Adətən ölkəmizdə aparıcılara, jurnalistlərə lazım olan dəyər verilmir. Tutaq ki, televiziya rəhbərliyi dəyişəndə görürük ki, birdən-birə bir neçə məşhur adam işdən çıxarılır. Yəni “rəhbər istədiyini edə bilər” tendensiyasıdır. Təəssüf ki, bu bizim telekanallarda aparıcı tendensiya kimi müşahidə olunur. Əlbəttə ki, məşhurların televiziya kanalından getməsi həmin televiziyanın imkanlarını tükədir, reytinqə birbaşa təsir edir. Çünki tamaşaçılar var ki, yalnız aparıcıya görə verilişə baxır. Lakin işdən çıxan aparıcılar yeni televiziyada özlərinə necə münasibət görürlər? Adətən məşhur aparıcılara bir televiziyadan çıxanda digər televiziyadan yaxşı əmək haqqı təklif olunur, lakin sonra proqram öz yerini tutandan sonra yenidən həmin yanaşma təkrarlanır. Bu məsələni birdəfəlik həll etmək lazımdır.
Əlbəttə ki, işdən çıxan həmin aparıcılar əgər ATV-də yetişib, orada məşhurlaşıblarsa, bu, ATV üçün çox ciddi ziyandır. Yox, əgər sonradan dəvət olunan aparıcıdırsa, itki səviyyəsi o qədər də yüksək olmur".
Qulu Məhərrəmli telekanallarda son vəziyyəti belə dəyərləndirdi: “Son vaxtlar müəyyən televiziyalarda dirçəlmə müşahidə olunur. Məsələn, ”Xəzər TV"də ciddi proseslər gedir. ATV-nin özü də nəyəsə çalışırdı və sairə. Lakin son bir ildə ATV-də yaradıcı proseslərin dayandığını görürük. Bundan sonra televiziyada nələr baş verəcək, onu deyə bilmərik. Sadəcə, arzulayardıq ki, istər aparıcı, istərsə rejissor, digər peşəkar olsun, normal əmək haqqı alıb, öz yaşayış imkanlarını yaxşılaşdıra bilsinlər. Təəssüf ki, televiziyaların heç birində, istər məşhur, istərsə də qeyri-məşhur olsun, onların heç birinin “belə bir problemlər ortaya çıxmayacaq” deyə təminatı, qarantiyası yoxdur".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01 |
|
|
|
• Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
• Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28 |
|
|
|
• "Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24 |
|
|
|
• Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21 |
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
|