“Toya getməyə ehtiyacım da yoxdur”
Tarix: 5-03-2021, 11:24 | Çap et
Tanınmış ifaçı Afət Fərmanqızı Moderator.az-ın suallarını cavablandırdı. O, bizimlə söhbətində Nizami Gəncəvinin qəzəlinə yeni mahnı hazırladığını və onu təqdim etmək üçün uyğun zamanı gözlədiyini bildirdi. - Bir neçə həftədir ki, gündəmin əsas mövzusu kimi Xatirə İslamın “Efirə çıxırıqsa bizə ödəniş edilməlidir” fikri müzakirə edilir. Siz necə düşünürsünüz? -Xatirə İslamın fikirlərinə hörmətim var. Mən efirə çıxmaq üçün telekanaldan indi deyil, çoxdan pul istəmişəm. Xatirə İslam efirə çıxmaq üçün ödəniş etmək lazım olduğunu indi səsləndirib. Mən onu 3-4 il bundan öncə, oxumağa ikinci dəfə qayıtdıqda səsləndirmişdim. Bir-iki kanal var ki, onların efirinə çıxdıqdan sonra düşündüm ki, o verilişlərdə nəinki iştirak etmək, onlardan pul almaq lazımdır. Məsələnin texniki tərəfləri var. Misal üçün həmin verilişin işıqları 80-ci illərdən qalıb. Əgər çəkim 60-65 kilo çivarındadırsa orada 80-85 kiloda görünürəm. Bəzən elə olub ki, qeyri-peşəkar aparıcılar məni verilişə dəvət edib, ancaq sual verə bilməyiblər. Vaxt itkisi olmasın deyə o verilişlərə getmirəm. Məni hansı verilişlərdə görürsünüzə həmin layihələrdə sevərək iştirak edirəm. Demək ki, həmin aparıcılara hörmətim var ki, gedirəm. Veriliş yaxşıdırsa və əgər aparıcı mənim ürəyimcə deyilsə o efirə çıxmıram. Yaxud da aparıcı yaxşıdır, verilişin mövzusu mənlik deyilsə deyirəm ki, inciməyin verilişin mövzusu mənə uyğun olduqda gələrəm. -Nizami Gəncəvinin qəzəlinə həsr etdiyiniz mahnınızın olduğunu qeyd etmişdiniz. O mahnını niyə təqdim etmədiniz? - Qeyd etmişdim və Nizami Gəncəvinin qəzəlinə hazırlanan mahnını da oxumuşam. Pandemiya daxil olandan 6 mahnı, 2 klip təqdim etmişəm. Onların da hamısına qoyulan xərcin hamısı itib-batdı. Mən də pulu əziyyətlə qazanmışam. İndi də nə mahnı ifa etsəm onunsuz da tutmayacaq. Tutaq ki, Nizaminin qəzəlinə hazırladığım mahnını indi təqdim etdim, “Youtube”-da milyonlarca baxış sayı topladı. Onun bəhrəsini görmürəmsə həmin mahnını niyə təqdim edim? Bircə onu deyə bilərəm ki, Nizaminin gözəl bir qəzəlinə Cənubi Azərbaycan musiqisi ilə hazırlanan maraqlı bir mahnım var. Zamanı gəldikdə təqdim edəcəyəm. -Hazırda karantin günləri elan olunsa da xınayaxdılar, toy məclisləri az insan sayı ilə də olsa keçirilir. Siz o məclislərdə iştirak edirsinizmi? - İstər Azərbaycanda, istərsə də Rusiyada keçirilən məclislərə dəvət alıram. Ancaq mən o məclislərdə iştirak etmirəm. Açığını desəm toya getməyə ehtiyacım da yoxdur. Hamı bilir ki, mən özüm üçün oxuyuram. Xalq sağ olsun, sayıb, hörmət edib məni xoş günlərində, məclislərində görmək üçün dəvət edir. Nə zaman pandemiya bitər, o zaman da toylara gedərəm. Amma qanundan kənar heç bir addım atmıram. -Yazar Kəramət Böyükçölə ismarıc göndərmişdiniz və müəyyən müddətdən sonra onun kitabını alaraq foto çəkdirdiniz. Hazırda münasibətiniz necədir və aldığınız kitabı oxumusunuzmu? - Açığı Kəramət Böyükçöllə indiyə qədər heç bir salamımız olmamışdı. Efirdə onun çıxışlarını dinlədikdə hər dəfə diqqətimi çəkirdi. Sosial şəbəkədə müəllifi olduğu kitabları özü satdığını və hər dəfə nə qədər kitab satdığını qeyd edirdi. Mən də zaman-zaman onun yazdığı köşələri oxuyur, bəyənirdim. Bu düşüncəyə, təfəkkürə malik olan savadlı yazarımız öz kitabını satırsa həm dəstək nöqteyi nəzərindən, həm də özünü görmək üçün onun kitabını almağa getdim. Bu həm də reklam xarakteri daşıyırdı. O, “Facebook”da çox aktivdir, ancaq “İnstagram”da yoxdur. Düşündüm ki, onunla şəkil paylaşım, onu reklam edim ki, bəlkə daha çox oxucu kitabını aldı. Kəramət Böyükçölün kitabın üçdə birini oxumuşam. Zamanı olduqca oxuyuram. Onun yazdığı köşə yazılarının hər biri bir romandır. Kərəmət Böyükçöl mənim üçün dəyərli yazıçıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
|