"Sonra da tamaşaçı deyir ki, “Guya bizdə film var?”"
Tarix: 1-03-2021, 16:53 | Çap et
Tanınmış rejissor Kənan Mahmudovun (Kənan MM) Yenisabah.az-a müsahibəsi:
- Kənan bəy, bir ilə yaxındır davam edən pandemiya sizin yaradıcılığınıza necə təsir etdi?
- Əlbəttə ki, pandemiya mənə də təsir edib. Psixoloji olaraq aktyorlar problem yaşayırlar, üstəgəl maddi problemlər də var. Məsələn, bir səhnə çəkmək istəyirsən, amma kafe, restoranlar bağlıdır. Ev tapmaq istəyirsən, yoxdur. Yaxud da qucaqlaşma və ya hər hansı təmas səhnəsi çəkmək istəyirsən, amma olmaz. Cəmiyyətdə baş verən hadisələr istər-istəməz ssenariyə də təsirsiz ötüşmür, ssenarini dəyişə bilməzsən, çünki drammaturgiyaya təsir edir. Bütün bunlar nəticə etibarı ilə işin keyfiyyətinə mütləq mənfi təsir edir. - Artan pandemiya dövründə insanların özlərini emosional olaraq tükənmiş hiss edirdilər. Bu barədə sizin müşahidələriniz nə oldu?
- Düşünürəm ki, idman zallarını açmaq lazım idi. Ən azından idman zalları açıq olarsa, insanların immunitet problemi olmazdı. Fərdi şəkildə zalları açmaq olar. 10-15 nəfərdən çox zala buraxmamaq şərtilə insanlar idmanla məşğul ola bilər deyə düşünürəm. Hər halda idman zalında avtobuslardakı qədər insanlar bir-birinə yaxın olmur. Zatən normal şərtlərdə də zalda bir-birinə çox yaxın getmirlər, onlar tərli olurlar, məsafə saxlayırlar. Pandemiya tək yaradıcılığa, bu sahədə çalışan insanlara yox, ümumiyyətlə, hər kəsə pis təsir edib. İnsanların psixologiyası korlanıb. Bu yaxınlarda sosial şəbəkədə qarşıma keçmiş toylardan birinin görüntüləri çıxdı, baxdım, mənə qəribə gəldi ki, biz əvvəllər toya gedirmişik... İstər-istəməz bununla barışırsan, həyat tərzinə çevrilir, bu nə dərəcədə yaxşıdır, ya pis bilmirəm. Ondan əlavə birinci sinifə, unuversitetin birinci kursuna gedənlərə yazığım gəlir. Onlayn dərs olmaz, belə bir dünya yoxdur. Allah hamıya kömək olsun. Deyirlər, palaza bürün, elnən sürün.
- 44 günlük Qarabağ savaşında yaşananları unutmaq çox çətindir, bununla bağlı filmlər çəkməyi düşünürsünüzmü?
- Mən təbii ki, düşünürəm, amma bu mənim düşünməyimlə çəkilən bir şey deyil. Mədəniyyət Nazirliyi mənə “gəl çək” dedi, mən çəkmədim?!
- Yeni nazir təyin olunduqdan sonra sizi dəvət edib bu mövzuda nə isə müzakirə ediblərmi?
- Bu ölkədə film çəkməyə ən çox haqqı olanlardan biri də mənəm. Həm təcrübə baxımından, həm də vətənpərvərlik baxımından. Hətta ssenarimiz belə var, amma üzünə baxan da yoxdur. İlqar Fəhmi ilə mənim birgə işimdir, “Yeddi oğul, bir Vətən” adlanır. Amma kimə təqdim edək? Necə təqdim edək? Bəlkə də rəsmi olaraq müraciət edib, təqdimat etmək lazımdır. Amma bilirlər ki, bu ölkədə Kənan MM var, bir çağırsınlar, desinlər ki, nələr edə bilərsən? Fəxri ad istəmirəm, ev istəmirəm, iş görmək istəyirəm. Bu qələbədən sonra bizim pis bir şey çəkməyə haqqımız yoxdur. Yenə də ümidlə gözləyirik. Keçmiş nazirlə onsuz da yola getmirdim, heç məni orada tanıyan yox idi. İndi görək, bəlkə bizi tanıyan oldu. Yeni nazirdən ümidliyik.
- Son illər çəkilən filmlər haqqında fikirləriniz necədir? Bu layihələrin keyfiyyəti sizi qane edirmi?
- Son illər guya hansı film çəkilib, nə çəkilib ki? Çəkilən filmləri onsuz da biz görmürük ki. O çəkilənlər pul silməkdən başqa bir şey deyil. Çəkirlər, atırlar qırağa, qalır. Sonra da tamaşaçı deyir ki, “Guya bizdə film var?”. Niyə yoxdur? Sadəcə göstərmirlər. Bu filmlərin məqsədi yaradıcılıq deyil, pul silməkdir, onu da layiqli şəkildə, uğurla yerinə yetirirlər.
- Bəs yerli seriallar haqda nə düşünürsünüz?
- Seriallara gəldikdə, 10 il bundan əvvəl çəkilən seriallarla indikinin arasında yerlə-göy qədər fərq var. Məsələn “Qayıdış” serialını türklər altyazı ilə izləyirlər. Özləri səhifələrinə qoyurlar, “YouTube” kanallarında, sosial şəbəkələrdə Türkiyə-Azərbaycan bayrağı ilə paylaşırlar. Mənə qədər hansısa serialı göstərə bilərdinizmi ki, həmin seriala türklər də baxsın?
- “Qayıdış”ın çəkilişləri davam edirmi? Yeni layihələr olacaqmı?
- “Qayıdış”ın çəkilişləri bitib. Amma aprel ayının ortalarından etibarən yeni layihəyə başlayacağam. Mən uzun-uzadı serialları sevmirəm. 36 bölüm “Ləkə” serialını, 32 bölüm də “Qayıdış”ı çəkmişdim. Yeni serialım da 21 bölümdən ibarət olacaq. Hələ ki, adını açıqlamıram, aprel ayından çəkilişlər başlayacaq, yəqin ki, yeni sezondan həmin serialı ekranlarda görə biləcəksiniz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
|