ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                     Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq .....                     Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... .....                     Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? .....                     Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur .....                     Ermənistana qarşı .....                     Estoniyada hərbi təlimlər başlayır .....                     İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... .....                     Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? .....                     Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb .....                     Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir .....                     Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... .....                     Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək .....                     Müharibə dayandırıla bilərdi, amma Blinken... .....                     Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... .....                     Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib .....                     Əməkdar artist Mövsüm Hüseynov vəfat edib .....                     “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...” .....                     İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... .....                     Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər .....                     “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” .....                     Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib .....                     Saxta məhsul... saxta endirim... VƏ... .....                     Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb .....                     Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... .....                     Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq .....                     Qulağı kar adama sübut edirlər ki, eşidirsən... .....                     NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... .....                     Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... .....                     “TikTok” ABŞ-a qayıtdı .....                     Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər .....                 

"Müğənnilərin yaradıcılıqlarının sıfıra enməsinin səbəbkarlarından biri özləridirsə..."
Tarix: 18-02-2021, 08:53 | Çap et
"Müğənnilərin yaradıcılıqlarının sıfıra enməsinin səbəbkarlarından biri özləridirsə..."
Bəstəkar Cavanşir Quliyev... Bu adı eşidən kimi öncə gözümüzün önünə məşhur “Əsgər marşı”, “Aman ayrılıq”, “Hər şey gözəldir həyatda”, “Bura vətəndir!”, “Azərbaycan-Türkiyə” mahnıları gəlir. Azərbaycanın Əməkdar incəsənət xadimi Cavanşir Quliyev artıq 15 ildən çoxdur ki, Şimali Kipr Türk Respublikasında yaşayır və orada Yakın Doğu Universitetinin Səhnə Sənətləri fakültəsinin professorudur. Bir neçə ay öncə 70 illik yubileyi tamam olan məşhur bəstəkarın yaradıcılığında hansı yeniliklər var? Toylarsız qalan müğənnilərin yaradıcılıqlarının tamamilə sıfıra enməsi, pandemiyanın, müharibənin Azərbaycan musiqi mədəniyyətinə təsiri, bu və digər məsələlərlə bağlı Cavanşir Quliyev “Yeni Müsavat”a danışıb:

- 2005-ci ildə Kiprə gəldiyim vaxtdan bu günə qədər dayanmadan çalışıram. 2006-cı ildə “Oğuznamə”, 2010-cu ildə “Nuhun Tufanı”, 2015-ci ildə Türkiyə mövzusu əsasında “Kızılırmak” baletlərini, 2016-cı ildə Türkiyənin böyük şairlərindən biri olan Necip Fazıla həsr olunan eyni adlı oratoriyasını, 2020-ci ildə isə “Müşfiq Ağıları” oratoriyasını yazdım. Bir neçə gün öncə isə “Anzak Koyu” oratoriyasını bitirdim. Nədir Anzak Koyu? Çanaqqalada dəniz qırağı olan bir yerdir. Birinci Dünya müharibəsində İngiltərə Avstraliya və Yeni Zelandiyadan gəncləri aldadaraq gətirmiş, Türkiyəyə qarşı vuruşdurmuşdu. Gənclər heç bilmirdilər ki, qarşılarındakı rəqib kimdir, kimə qarşı vuruşurlar. Müharibə zamanı onların bir qismi öldü və həmin yerdə dəfn olundu. Müharibədən sonra Atatürk onların analarına məktub yazdı və bildirdi ki, “narahat olmayın, sizin övladlarınız burada dəfn olunub və onlar artıq bizim övladlarımızdır. Lazım olan hörməti, sayğını göstərəcəyik”. Beləliklə, Türkiyə bu günə qədər onlara qarşı öz hörmət və sayğısını göstərir, onların məzarını qoruyur. Çünki bilir ki, həmin gənclərin heç bir günahı yox idi. Bu hadisə ilə bağlı Türkiyənin məşhur ssenaristi və prodüseri Sabah Durunun bir librettosu əlimə keçdi. Beləliklə, onun librettosu əsasında bu əsəri yazdım və təxminən 15 gün əvvəl bitirdim.

- Qarabağ zəfəri ilə bağlı da mövzuya müraciət edəcəksinizmi?

- Qarabağ müharibəsi başlayandan bu mövzudan heç vaxt çıxmamışam ki. Bu mövzuda müxtəlif səpkidə, xarakterdə sayca çoxlu əsərlərim var. Onların arasında lirik xiffət dolu, gərgin əsərlər də, marşvari əsərlər də var. Hətta Qarabağ mövzusunda olan tamaşalara musiqilər yazmışam. Yəni bu mövzunu heç vaxt unutmamışam. Görünür, bundan sonra da uzun illər bu mövzuya müraciət edəcəm.

Təbii ki, mən hələ savaşı bitmiş hesab etmirəm. Düşünürəm ki, Xankəndində bayrağımız dalğalananda bəlkə o zaman savaş bitmiş olacaq. İnşallah ki, bu belə də olacaq. Madam ki, qonşularımız belədir, onlar heç zaman öz mənfur istəklərindən əl çəkməyəcək. Ona görə də biz hər zaman hazır olmalıyıq. Savaş, müharibə mövzusu və bu mövzu ilə aşılanan əsərlərin yaradılması daim olmalıdır. Yəni bu mövzu yaradıcı adamların diqqətindən kənarda qalmamalıdır.

Savaş başlayandan bəri internet resurslarından xeyli sayda insan mənə yazıb, məndən yeni əsərlər gözlədiklərini bildirirlər. Təbii ki, mən o insanları anlayıram, biz yazmalıyıq, bu bizim borcumuzdur. Lakin sənətkar aparat deyil ki, düyməsini basan kimi, ortaya nəsə çıxsın. Əlbəttə ki, bunu etmək olar, amma onun keyfiyyəti necə olacaq, bunu dəqiq demək olmur. Ona görə də düşünürəm ki, bu mövzu bir qədər zaman tələb edir. Həm də hələlik məni silkələyən, “tutan” bir mətnlə rastlaşmamışam. İnsanlar düşünür ki, mövzu köhnələr deyə oturub, tələsik yazsınlar. Lakin bu belə bir mövzudur ki, köhnəlmir, ona görə də ona tələsmək lazım deyil.

- 90-cı illərdə yazdığınız “Əsgər marşı” hər iki Qarabağ müharibəsi zamanı dillər əzbəri, şedevr oldu. Yenə də bu cür marş və mahnılar olacaqmı?

- Mən təbii ki, istərdim, lakin yuxarıda qeyd etdiyim ki, bu bir qədər də Allahın işidir. Sən yazmağını yaz, gerisi Allahın işidir (gülümsəyir). Çalışacam ki, olsun. Lakin heç kəs deyə bilməz ki, əsər yazacam və bu mütləq dahi olacaq. Lakin yazacam və müəyyən ideyalar da var.

- Gözləyirdik ki, müharibə ərəfəsində və yaxud zəfərdən sonra bəstəkarlarımız “Əsgər marşı” və digər məşhur mahnılar kimi qəlbləri fəth edəcək, uzun illər yadda qalacaq mahnılar yazacaq. Amma hələ də yoxdur. Sizcə, niyə?

- Bu sualın cavabını heç kim bilmir. “Əsgər marşı”na gəldikdə, bununla bağlı məndən tez-tez soruşular ki, “necə oldu yazdın, necə oldu ki, bu məşhurluq qazandı, onun içərisində nə var ki, 30 ildir sevilir, mexanizmi, sirri nədir?” Hər dəfə də eyni cavab verirəm ki, vallah, heç bir sirr yoxdur. Diqqət etsəniz görərsiniz ki, bu çox sadə marşdır. Onu istəyərək, sevərək, içimdən gələrək yazmışdım... Bir dəfə təsadüfən bir telekanalın işçilərinin dəvəti ilə Qarabağa - Şuşaya, Laçına getdim. Orada yeni yaranan ordumuzu, top-tüfəngimizi, tanklarımızı gördüm, ürəyim qübar etdi ki, deyəsən, yavaş-yavaş ordumuz yaranmağa başlayır. Bu, mənə çox təsir etmişdi. Geri dönəndə, gülləbaranın altında bir zabit həmin marşın mətnini mənə verdi. Həmin vaxt heç soruşmadım ki, şeirin sözləri kimindir, elə bilirdim ki, özünündür. Beləliklə, mətni qoydum cibimə, gəldim Bakıya. Yaşadığım hisslər məni rahat buraxmadı və nəhayət, cibimdən həmin vərəqi çıxardıb, marş yazdım, özü də çox qısa bir müddətə, cəmi yarım saata. Burada heç bir sirr yoxdur. Sirr odur ki, mən onu yazmağı çox istədim və qarşılığında heç bir maddiyyat, şan-şöhrət gözləmirdim. Düşünürəm ki, yazılan əsərlərin çoxu o qədər də səmimi olaraq yazılmayıb. Əslində bir çoxu “Cavanşir yazdı, mən qaldım” niyyəti ilə yazılıb, “qonşu edibsə, mən də edim” deyə. Səmimiyyət, əminlik olmasa, göyə çıxsan belə əsərin keyfiyyəti olmur. Dünya mədəniyyətinin tarixi bunu göstərir. Ona görə də, görünür, indi də insanlar özlərini yazmağa məcbur hesab edir yazırlar, amma ortaya bir şey çıxmır.

- Son illərdə sanki bəstəkarların özləri də ağır, sanballı əsərlər yazmağa maraqlı deyil. Ya da ki, yazılan əsərlərin təbliğatı güclü deyil, biz görə bilmirik.

- Əlbəttə ki, böyük əsərlər yazılır. Lakin qeyd etdiyiniz kimi, üzə çıxmır. Çünki burada təbliğat idarələrinin yanlışı var. Azərbaycanda böyük musiqi əsərlərini təbliğ edən idarələr çox deyil. Bizdə opera teatrı, filarmoniya və televiziya var, əsasən də AzTV. Çünki orkestr və xor Aztv-dədir, digər kanallarda yoxdur.

Ümumiyyətlə, əsərlərin təbliğatı məsələsi bizim ağrılı yerimizdir. İllər əvvəl hələ Bakıda olarkən də, Kıprısa gələndə də deyirdim ki, bizim telekanallarda, radiolarda, başqa idarələrdə musiqi təbliğatı ilə bağlı işə yoldan ötənləri götürürlər. Bu adamlar, sadəcə, musiqini sevən, dinləyən adamlardır, onlar peşəkar deyillər. Ona görə də onların gördüyü iş, indiki efir gözünüzün qabağındadır. Bundan artığını da onlardan gözləmək mümkün deyil, çünki onların bilik və bacarıqları yoxdur. Niyyətlərinin pis olduğunu demirəm, sadəcə, musiqi bilikləri yoxdur. Musiqi sənəti həm də bilik də tələb edir.

- Kənardan baxanda Azərbaycan musiqisi, onun inkişafı necə görünür?

- Son 15-20 ildə Azərbaycanda yaranan musiqilərdə kənardan gələn musiqilərin təsiri normadan çoxdur. Təbii ki, dünyada gedən inkişafdan yararlanmaq lazımdır. Lakin bunun dozası, həddi var. Azərbaycan musiqisində azərbaycanlılıq azalır. Hərdən dinləyib düşünürsən ki, əcəba, bunu yazan azərbaycanlıdırmı? Bəstəkar məgər “Qaragilə”ni, “Sona bülbüllər”i, bu kimi minlərlə gözəl musiqi parçalarını eşitməyibmi? Haradasa laboratoriyada böyüdüblər bunu, yazdığı musiqi nədir? Bəlkə də yazdığı musiqi öz-özlüyündə pis deyil, lakin Azərbaycana heç bir aidiyyəti yoxdur. Çox təəssüf ki, bu cür əsərlərin sayı normadan artıqdır. Bunu mən inkişaf deyil, reqress, yəni geriyə addım hesab edirəm. Azərbaycanda Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Xan Şüşinski, Müslüm Maqomayev var idi. Bəs indi kim var? Cavabını siz özünüz müqayisə edib görəcəksiniz.

- Professoru olduğunuz universitetdə Azərbaycanın da klassik əsərlərinə müraciət edilirmi? Tələbələr bizim musiqini necə tanıyırlar?

- Desəm ki, burada bizi bizdən daha çox sevirlər, bəlkə də inanmayacaqsınız. Buradakı, eləcə də Türkiyə universitetlərinin filologiya, ədəbiyyat fakültəsində əruzla bağlı bir dərslik var. Bir dəfə baxıb gördüm ki, ən çox şeir nümunəsi Füzulidəndir. Onların Füzulini bu qədər sevməklərinə heyran oldum.

Mən səhnə sənətləri fakültəsinin dekanıyam. Bildiyiniz kimi, səhnə sənətlərində, opera, balet də teatr da var. 15 ildir ki, burada musiqi dərslərində tələbələrə “Arşın mal alan” operettasından musiqi parçalarını, ariyaları, mahnıları öyrədirəm. Bəzən maraqlı səhnələrlə qarşılaşıram, məsələn, günorta vaxtı, universitetin kafesinə daxil olanda görürəm ki, sağdan-soldan “Arşın mal alan”dan parçalar oxuyurlar, bəzən zarafatla sözlərini dəyişirlər və sairə. Yəni çox sevirlər.

Sizə bir şey deyim, Azərbaycanda populyar olmayan mahnılarımız burada populyardır. Bu o deməkdir ki, buradakı dinləyici əsl keyfiyyəti bilir. Məsələn, Cahangir Cahangirovun “Ay qız” mahnısı. Əli Səliminin “Ayrılıq” mahnısı, Ələkbər Tağıyevin “Sən gəlməz oldun” kimi mahnıları sevirlər.

- İllər öncə sizin mahnılarınızı ən çox Aygün Kazımovanın ifasında eşidirdik. İndi daha çox hansı müğənnilərlə işləyirsiniz?

- İndi də Aygün Kazımovayla işləyirəm. Lakin bu, Bakıda yaşadığım müddətdə olduğu kimi intensiv şəkildə deyil. Çünki bəzi detallara görə mütləqdir ki, özüm orada olum. Beləliklə, say baxımdan az olsa da yenə də Aygün Kazımovayla, ara-sıra başqa müğənnilərlə də işləyirəm. Lakin qeyd etdiyim kimi, əvvəlki kim intensiv deyil. Burada əsasən ağırlığı böyük, klassik əsərlərə verdim. Düşünürəm ki, doğru da etmişəm. Əslində gəncliyimdə də özümü mahnılar deyil, böyük əsərlərə hazırlayırdım. Lakin vaxt etibarı ilə bunu tam həyata keçirə bilmirdim.

- Pandemiya bir daha sübut etdi ki, Azərbaycan müğənnilərinin böyük əksəriyyəti, bəlkə də hamısı toylar üçün oxuyub, yaradırlarmış. Toylarsız yaradıcılıq da, yaşayış da sıfıra enir.

- Bizim böyük xanəndələrimizdən biri olan Cabbar Qaryağdı oğlu ömür boyu toylardan çıxmırdı. Eləcə də Xan Şuşinski də toylarda oxuyub. Hətta qadın xanəndələrimiz olub ki, toylara gedib. Bütün xanəndələrimiz, müğənnilərimiz, o cümlədən Gülağa Məmmədovdan tutmuş Akif İslamzadəyə qədər əksər müğənnilər toylara gedib. Bu, Azərbaycan musiqi mədəniyyətinin xüsusiyyətlərindən biridir. Bu təkcə bizdə belə deyil. Türkiyədə, Avropada da musiqiçilər toylara, qonaqlıqlara gedirlər, ifa edirlər. Yəni adamlar bununla çörək pulu qazanırlar. Adama deyə bilmərik ki, sən niyə çörək pulu qazanırsan. Ona görə də toyu bəhanə edib, müğənniləri tənqid etmək doğru deyil. Müğənniləri yalnız özlərinin yanlışlarına görə tənqid etmək lazımdır.

Musiqisiz toy olarmı? Beləliklə, hesab edirəm ki, toy Azərbaycan mədəniyyətinin ən böyük göstəricilərindən biridir. Musiqişünaslar Azərbaycan toyları haqda dissertasiyalar yazır. Toy olayını, hadisəsini bu səviyyəyə endirmək doğru deyil. Toy gözəl hadisədir, həm insanın həyatında, həm də sənətdə. Azərbaycan toylarında bir çox xalq mahnıları, musiqimizin özəllikləri yaranıb, bunu unutmaq olmaz.

Digər məsələ, müğənnilərin yaradıcılıqlarının sıfıra enməsinin səbəbkarlarından biri özləridirsə, digəri efirlər, musiqi redaktorlarıdır.

- Bugünlərdə siz də vaksin olundunuz. Özünüzü necə hiss edirsiniz, bu prosesi necə keçirdiniz?

- Heç nə hiss etmədim. Hətta zarafat etdim ki, bəlkə mənə su vurdular? Yəni heç bir yan təsirləri olmadı.

- 70 illik yubileyiniz pandemiya dövrünə təsadüf etdi. Bəlkə də bu səbəbdən təmtəraqlı qeyd etmədiniz. Bəs bundan sonra yubiley hazırlığı olacaqmı?

- Əlbəttə, hər doğum günümü hər il ailəm, dostlarım qeyd edir. Yubiley isə cəmiyyət üçündür. Bunu isə dövlət edir, yəni bu günə qədər biz belə görmüşük. Mənimlə bağlı isə Azərbaycan dövləti heç nə etmədi və düşünürəm ki, bundan sonra etmək fikrində də deyil... Bu, pandemiya məsələsi deyil. Əlbəttə ki, pandemiya var, həyatımızı çətinləşdirir. Lakin dərslər onlayn keçir, prezidentlər də onlayın müşavirələr keçirir, eləcə də onlayn yubileylər olur. Sadəcə, mənimlə iş görməkdə insanlar ehtiyat edir. Niyə ehtiyat etdiyini isə siz daha yaxşı bilirsiniz...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50
Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49
Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48
Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25
Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19
Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18
Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39
“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32
İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23
Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16
“Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02
Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00
Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43
Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38
Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35
Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru