Dəfn üçün yer belə verilmir, aktrisa anası ilə bir qəbirdə dəfn olunur...
Tarix: 10-12-2020, 16:23 | Çap et
Kulis.az aktrisa Lütfiyyə Səfərova haqqında maraqlı faktları təqdim edir.
Əslən Şuşadan olan Lütfiyyə Şamil qızı Səfərova 1942- ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ailənin tək övladı olub. Atasını çox tez itirib. Mətbəədə işləyən anasına dayaq olmaq üçün Lütfiyyə xanımın qayğısını bibisi çəkib.
Lütfiyyə Səfərova əvvəlcə Asəf Zeynallı adına musiqi kollecinin vokal şöbəsində, sonra isə Xarici Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. Sonralar Lütfiyyə Səfərovanın teatra olan həvəsi onun taleyini ömürlük Musiqili Komediya Teatrına bağlayıb.
Aktrisanın sənət karyerası hələ II kursda oxuyarkən “Səndən mənə yar olmaz” musiqili komediyasında oynadığı Təranə obrazı ilə başlayıb. Rəngarəng rollarla düz 44 il səhnəyə çıxıb. Son illərdə də maraqlı rolları ilə yadda qalıb. 2004-2005-ci illərdə “Volqalı canan”, “92 dəqiqə gülüş”, “Bankir adaxlı”, “Talelər qovuşanda” tamaşalarında rol alıb.
Aktrisa bir qədər gec ailə qurub. Teatrda işləyən Rasim Dadaşzadə adlı şəxslə ailə quran aktrisanın Azər və Samir adlı iki oğlu dünyaya gəlib. Lütfiyyə xanım Samiri həmişə özü ilə qastrollara aparırmış. Bir müddət sonra aktrisa həyat yoldaşı ilə yollarını ayırır, övladlarını təkbaşına böyüdür. Rasim Dadaşzadə ondan sonra iki dəfə evlənir. Boşanmalarına baxmayaraq, Lütfiyyə xanım keçmiş qayınanası ilə qayınatasının qeydinə qalırmış.
Opera səsinə malik olması da aktrisanın tez bir zamanda şöhrət qazanmasına səbəb olub. 60-cı illərin əvvəllərində Musiqili Komediya Teatrında vokalçı aktrisalar azlıq təşkil edirdi. Məhz belə bir zamanda Lütfiyyə Səfərovanın teatra gəlişi truppanın gücləməsinə səbəb olub.
Musiqili Komediya Teatrında “Məşədi İbad”da Gülnaz, “Gözün aydın”da Leyla, “Özümüz bilərik”də Lalə, “Ev bizim, sirr bizim”də Çiçək, “Ulduz”da Ulduz, “Sevindik qız axtarır”da Nazik, “Qaynana”da Afət, “Nənəmin şahlıq quşu”nda Nazlı, “Məmmədəli kurorta gedir”də Xurşud, “Arşın mal alan”da Asya, “Milyonçunun dilənçi oğlu”nda qonşu qız, “Olmadı elə, oldu belə”də Gülnar obrazları ilə tamaşaçıların rəğbətini qazanıb.
1965- ci ildə isə o, Kreml Teatrı tərəfindən dəvət alsa da, ölkəsini və yaxınlarını atıb getməyə ürək etmir. Lakin, sonralar ona qarşı olan diqqətsizliyə dözməyib deyir:
“İncinin qiymətini zamanında verməkdə acizlik göstərdilər”.
Sənət dostları deyir ki, Lütfiyyə xanım ömrünün sonuna qədər ümidlə nə vaxtsa ona da fəxri ad veriləcəyi günü gözləyib. Şan-şöhrət naminə yox, qədir-qiymət üçün istəyib bu adı. Çox təəssüf ki, aktrisa haqqı olan qiyməti ala bilməyib.
“Şirbalanın ilk məhəbbəti” adlı tamaşada Nazlı obrazı ilə yadda qalan Lütfiyyə Səfərova birotaqlı mənzildə oğlu, qızı və gəlini ilə birgə yaşayıb. O, 65 yaşı tamam olarkən verdiyi müsahibəsində deyib:
“65 yaşım tamam olacaq. Hələ heç bir fəxri adla təltif olunmamışam. Heç prezident təqaüdü də almıram. Bu gün-sabah həyatdan köçəcəm, hələ də mənimlə maraqlanan yoxdur. Aldığım maaşı ancaq dərmanlarım üçün xərcləyirəm. Hərdən teatra getmək üçün yol puluna ehtiyacım yaranır. Sıxıntılarımı evdə gizlətməyə çalışıram. Çünki ailə üzvlərimin də qazancı ürəkaçan deyil”.
Aktrisaya qarşı diqqətsizlik o həddə çatıb ki, 44 illik səhnə fəaliyyətindən sonra ömrünün ahıl çağlarında vaxtilə canını fəda etdiyi teatrın qardirobunda işləməli olub. Bir müddət sonra Lütfiyyə Səfərova tamamilə teatrdan və səhnədən uzaqlaşıb, evinə qapanıb.
Lakin elə səhnədən ayrıldığı gündən, aldığı psixoloji zərbənin təsirindən yatağa düşüb. Ömrünün son üç ayında onun yanında Emeliya Xələfbəyova adlı qohumundan başqa kimsə olmayıb. Lütfiyyə Səfərovanın əsəblərinin pozulmasının digər səbəbləri isə şəxsi həyatındakı uğursuzluqlarla bağlı idi. Oğlanlarının hər ikisinin ailələrinin dağılması, böyük oğlunun ölkə xaricinə köçməsi və orada əcnəbi qadınla evlənməsi Lütfiyyə xanımın xiffətini artırıb.
Emeliya xanım deyir ki, aktrisa yatağa düşəndən sonra tamamilə unuduldu:
“Son günlərində o, artıq yaddaşını itirmişdi. Lütfiyyənin səmimi dost münasibəti göstərdiyi, qayğısına qaldığı sənət yoldaşları da onu yada salmadılar. O, boyda teatr kollektivindən yalnız hərdənbir Atabala Səfərov, Kubra Əliyeva, Novruz Qartal, Hacıbaba Bağırovun yoldaşı Arzu xanım onu yoxlamağa gəlirdilər”.
Uzun sürən xəstəlikdən sonra aktrisa 2010-cu il martın 1-də 68 yaşında dünyasını dəyişir. Onun dəfn mərasiminə nazirlikdən, teatrın məsul şəxslərindən heç kim gəlmir. Ölümü heç kimi maraqlandırmır. Dəfn üçün yer belə verilmir. Aktrisa anası ilə bir qəbirdə dəfn olunur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51 |
|
|
|
• Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49 |
|
|
|
• “Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Dünən, 15:48 |
|
|
|
• Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Dünən, 15:40 |
|
|
|
• “MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Dünən, 15:38 |
|
|
|
• Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Dünən, 15:29 |
|
|
|
• Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Dünən, 15:27 |
|
|
|
• Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Dünən, 15:18 |
|
|
|
• Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Dünən, 15:16 |
|
|
|
|