"Səhnəyə ilk addımlarımı “Vətən” mahnısı ilə atmışdım"
Tarix: 2-12-2020, 08:55 | Çap et
Gənclik illərimizin ən çox sevilən, dinlənilən ifaçılarından idi İzzət Bağırov. Özünün ampulası, ifa tərzi ilə tamaşaçıların qəlbində yer tutmağı bacaran sənətçilərdəndir.
Moderator.az-ın bu dəfəki qonağı illərin sənətçisi İzzət Bağırovdur.
- Bu tarixi qələbəmizi necə qarşıladınız?
- Qarabağ əzəldən Azərbaycana məxsus olub. Mənfur düşmənimiz torpaqlarımızı işğal etdikdə bilirdik ki, biz əvvəl axır öz torpaqlarımıza qayıdacağıq. 30 ildən sonra Qarabağımıza qovuşduq. Əlbəttə ki, biz ədalətin hər zaman qələbə çalacağına inanırdıq. Bilirdik ki, gec-tez bu torpaqların sahibi evinə, yurduna qayıdacaq. 30 il düşmənin bizə çəkdirdiyi əzab dolu illər geridə qaldı. Rəşadətli ordumuz 44 gün ərzində bir daha sübut etdi ki, Azərbaycan öz torpaqlarını almaq iqtidarındadır. Bu qalibiyyət hər birimizi sevindirdi. Çox şükür ki, bu günü görmək bizə qismət oldu. Hamımız bir nəfər kimi bu qələbənin sevincini yaşayırıq.
Bu gün Laçın düşməndən azad olunub. Laçının azadlığı ilə Qarabağ bütövləndi. Laçınla Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün hamımızın bir nəfər kimi ürəyi Qarabağda döyünür. Ali Baş Komandanımız İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözü özünü tam şəkildə doğrultdu.
- II Qarabağ müharibəsində əldə olunan qələbə bundan sonra yaradıcılığınıza necə təsir edəcək? Musiqi repertuarınızda qələbə ruhlu mahnılara yer ayıracaqsınızmı?
- Mənim repertuarımda hər zaman vətənpərvər ruhda yazılan mahnılar yer alıb. 30 il bundan qabaq “7-17” telemüsabiqəsində iştirak etməmişdən qabaq şou aləminə Vüqar Camalzadənin “Vətən” qrupu ilə qatılmışdım. Qrupumuzun ilk mahnısı da “Ey vətən” adlanırdı. Səhnəyə ilk addımlarımı “Vətən” mahnısı ilə atmışdım. Repertuarımda hər zaman vətənpərvər ruhda yazılan mahnılar yer alıb. Özümün də yazdığım 3 mahnı var ki, onlardan birini Almaxanım Əhmədli ifa edib. Belə ki, onun ifasında səslənən “Azərbaycan Türkiyə” mahnısının musiqisi mənə aiddir. Sözügedən mahnıya klip də çəkilib. Bundan başqa yeni mahnılarım da var. “Sevgilimin adı vətəndir” adlanan mahnı buna misaldır. Ümmiyyətlə repertuarımdakı son musiqilər özümə aiddir. Yəni hansısa bəstəkardan vətənpərvər ruhda yazılmış mahnı almamışam.
- Hər birimizin Qarabağ işğaldan azad olunarsa etmək istədiyimiz niyyətlərimiz olub. Bəs siz nə əhd etmişdiniz?
- Hazırda işğaldan azad olunmuş torpaqlarda möhkəmləndirilmə, quruculuq, abadlıq işləri aparılır. Torpaqlarımız minalardan təmizlənir. Burada ermənilər daşı daş üstündə qoymayıblar. Ancaq bu torpaqlarda abadlaşdırılma işləri aparılacaq və yenidən yaşayış bərpa olunacaq. Bir neçə il ərzindən həmin ərazilərdə bərpa işləri bitdikdən sonra yəqin ki, mən də digər sənətçilərlə Qarabağa səfər edərik. Bu günə qədər saysız solo konsertlər vermişəm. İnşallah, sağlıq olsun Qarabağda da konsert proqramı ilə çıxış etmək istəyirəm. Böyük ehtimal ki, torpaqlarımızda abadlıq işləri bitdikdən sonra orada böyük musiqi festivalları, tədbirlər olacaq. Biz də bütün sənətçilərlə birlikdə o konsertlərdə iştirak edəcəyik.
- İfaçılıqla yanaşı aktyor kimi də fəaliyyətləriniz olub. Sizi daha çox sevgi filmlərinin qəhrəmanı kimi görmüşük. Tarixi və qəhrəman ruhlu filmlərdə özünüzü görmürsünüzmü?
- Bilirsiniz ki, mən özüm də filmlər çəkirəm və bir neçə filmin müəllifiyəm. Belə ki, həmin filmlərin ssneari müəllifi də özüməm. Çox istərdim ki, vətənpərvər ruhda filmlər çəkim. Eyni zamanda filmlərimizi Qarabağda çəkək. Ən çox da Tuqay meşəsində, Həkəri çayında kliplərimin olmasını arzu edərdim. İnşallah ki, o da olar. Film də olmasa hansısa mahnıllarımızda, kliplərimizdə o gözəlliyi göstərərik.
- Sizcə bu qələbədən sonra muisiqilərimizdə dəyişikliyə ehtiyac varmı?
- Fərq etməz ki, qələbədən sonra musiqilərimizdə dəyişiklik olsun. Musiqilərimizdə dəyişiklik çoxdan olmalı idi. Bəzi şeylər var ki, onlar Azərbaycan musiqinə yaddır. Hətta bu yad musiqilər efirlərdə, radiolarda səslənir, tamaşaçılara təqdim olunur. Yəni onlar bizim musiqilərimiz deyil. Dəyişikliyin isə nə müharibəyə, nə də qələbəyə aidiyyatı yoxdur. Bu dəyişiklik çoxdan olmalı idi.
Sentyabr ayından isə demək olar ki, bütün sənətçilərin repertuarında vətənpərvər ruhda yazılmış mahnıların şahidi olduq. Onların təqdimatında televiziyalarımızın da böyük rolu oldu. Hətta onu da qeyd edim ki, “Azərbaycan” mahnımın klipini də MTV kanalı çəkdi. O klipə 1 manat da pul xərcləmədim. Həmin klipi kanal özü öz öhdəsinə götürdü və nümayiş etdirdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53 |
|
|
|
|