"Heç bir güzəştdən söhbət gedə bilməz" .....                     Daha 24 cənazə Azərbaycana gətirilir .....                     Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi .....                     Azərbaycanda polis generalı təqaüdə göndərilib .....                     Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib .....                     Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub .....                     AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb .....                     Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib .....                     Zelenski İlham Əliyevə zəng edib .....                     Təzyiqlərin heç bir nəticəsi olmayacaq .....                     Paşinyan niyə keçmişə qayıdır? .....                     “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? .....                     Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı .....                     Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: .....                     Bakıda yumurtanın qiyməti artıb? .....                     Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA .....                     “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” .....                     "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" .....                     "Düzgün qərar kimi dəyərləndirmək olar" .....                     Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək .....                     Nazirlik bu işə görə Harvard Universitetinə .....                     Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib .....                     Təyyarə yerə 100 metr qalmış… .....                     Belarus Prezidenti 20 nəfəri əfv edib .....                     Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? .....                     Paşinyan-Lukaşenko “savaşı” dərinləşir .....                     Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı .....                     Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ .....                     “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” .....                     Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək .....                     İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil .....                     "Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." .....                     Həlak olan pilot millimizin üzvünün atası imiş .....                     Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı .....                     BAKI RUSİYAYA NOTA VERMƏKDƏ YUBANIRMI? .....                     “Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq .....                     İşğalçının qarşısında geri addım? .....                     Robert Köçəryan tərəfdarlarını topladı .....                     Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər .....                     Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... .....                 

Eldar Mahmudovun hər yerdə adamı var imiş: Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda belə... - İTTİHAM VAR
Tarix: 17-11-2015, 09:09 | Çap et
Eldar Mahmudovun hər yerdə adamı var imiş: Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda belə...
Prezident cənab İlham Əliyevin sahibkarlara qayğı və diqqət göstərilməsi, onların əsassız yoxlanılmasına son verilməsi barədə göstəriş və sərancamı nəinki sahibkarların, hətta bütün insanların ürəyincədir. Məlum olduğu kimi, istər kiçik, istərsə də böyük sahibkarlıq subyektləri yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayırlar. Məhz bu səbəbdən cənab prezident sahibkarlığın inkişaf etdirilməsini vacib faktor kimi ortaya qoymuşdur.
Ancaq çox təəssüf ki, yerlərdə prezidentin sərəncamına biganə yanaşan kiçik “padşah”lar da yox deyil. Kabinetini vətən, çevrəsini isə xalq sayan belə “padşah”lar hər fürsətdə çalışırlar ki, xalqın və dövlətin deyil, öz mənafelərini ön plana çəksinlər. Nəticədə isə, zərbə sadə insanlara, o cümlədən sahibkarlara, sonda dövlətimizin iqtisadi qüdrətinə dəyir.

Qaçqın və köçkün mənafeyinə bürünən fond rəhbəri...

Bildiyimiz kimi, məcburi köçkün və qaçqınlar arasında da sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar var. Yurdunu, ev-eşiyini itirmiş belə insanların, bəlkə də bu işlərə daha çox haqqı var. Elə ona görə də ulu öndər Heydər Əliyev məcburi köçkünlərin mənzil və iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə Nazirlər Kabineti yanında “Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu”nun yaradılması haqqında hələ 1999-cu ildə sərəncam imzalayıb. Bu fond ayrı-ayrı podratçı təşkilatlarla işləyərək, qaçqınlar üçün yataqxanaların təmiri, onlara məişət avadanlıqlarının alınması, yol çəkilişi və s. işləri yerinə yetirirlər. Belə podratçı təşkilatlardan biri də 2012-ci ilə qədər Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə sıx əməkdaşlıq etmiş Kəlbəcər köçkünü, “Sakit” MMC-nin rəhbəri Rəhman Zülfüqarovdur. Bəs niyə məhz 2012-ci ilə qədər? «…Çünki 2012-ci ildən bu fonda “Burda mənəm, Bağdadda kor Xəlifə” prinsipi ilə işləyən Fərhad Təhməzov rəhbərlik etməyə başlayıb. Elə o vaxtdan da bir köçkün sahibkar olaraq mən Rəhman Zülfüqarovun qara günləri başlayıb», deyə cənab Prezidentdən kömək istəyən şikayətçi yana-yana danışır…

«Fərhad Təhməzov Eldar Mahmudovun ən yaxın adamlarından idi…»

…Elə «Təzadlar» vasitəsilə ölkə prezidenti cənab İlham Əliyevə, Baş prokuror cənab Zakir Qaralova və milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevə etdiyi müraciətdə Rəhman Zülfüqarov rastlaşdığı korrupsiya faktlarından söhbət açır. Şikayətçinin rəsmi məktubundan və «Təzadlar»a geniş müsahibəsindən bəlli olur ki, Fondun sədri Fərhad Təhməzovu “Sakit” MMC-nin rəhbəri Rəhman Zülfüqarovun düz işləməsi, hər qəpiyinin qədrinin bilməsi, verilən tapşırıqları vicdanla və keyfiyyətlə yerinə yetirməsi təbii ki, qane etmirdi. Məhz bu səbəbdən fondun sədri təyin olunan kimi, R.Zülfüqarov bütün layihələrdən kənarda qalır. Axı F.Təhməzova biri beşə çevirə bilən MMC rəhbərləri lazım idi ki, qaz vurub, qazan doldura bilsinlər. Qaçqınlar yaşayan yataqxanaların misal üçün, bir manatlıq təmiri beş manat olmalı, məişət avadanlıqları isə birə beş qiymətə sənədləşdirilməli idi. Buna görə də R.Zülfüqarov kimi qanuna riayət edənlər, dövlətin pulunu göz bəbəyi kimi qoruyanlar F.Təhməzova lazım deyildi. Dəfələrlə R. Zülfüqarov bu fondda baş verən korrupsiya faktları barədə aidiyyəti təşkilatlara məktublar göndərib. Nəhayət, R. Zülfüqarov qərara gəlib ki, bu fondda baş verən neqativ hallar barədə dövlət başçısına və aidiyyəti güc strukturlarına qəzetimiz vasitəsi ilə müraciət etsin. Biz də Kəlbəcərdən məcburi köçkün olan və Goranboy rayonu, Veysli kəndi ərazisində salınmış Yeni qəsəbə, ev 37-də məskunlaşmış, 18 ildir YAP-ın fəal üzvi olan Rəhman Lətif oğlu Zülfüqarovun müraciətini olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Respublikanın baş prokuroru cənab Z.Qaralova!
Milli təhlükəsizlik nazirinin birinci müavini cənab M.Quliyevə!
Surəti: “Təzadlar” qəzeti redaksiyasına!
Hörmətli cənab Prezident!
Nəzərinizə çatdırıram ki, mən 18 ildir ki, YAP-ın üzvüyəm. Hələ Siz Neft Şirkətinin vitse-prezidenti işləyəndə mən “İlhamçı” gənclər təşkilatını yaratmışdım. 1999-2001-ci illərdə bu təşkilatla apardığım təbliğat və təşviqat işləri nəticəsində nəinki öz qohum-əqrabamı, həmçinin onlarla gəncin YAP-ın sıralarına daxil olmasını təmin etmişəm. Öz vəsaitim hesabına Goranboyda idman kompleksi tikdirmişdim ki, orada “İlhamçı” gənclər təşkilatı vasitəsi ilə futbol və digər idman yarışları təşkil edək. Bu da gənclərin YAP-a üzv olmasına stimul olurdu. Mən həmişə ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan ruhlanmış və gənclərin dövlət quruculuğunda iştirakı və vətənpərvərlik ruhunda böyüməsində böyük səylə çalışmışam. Ulu öndərin məcburi köçkün və qaçqınlara göstərdiyi diqqət və qayğı həmişə bizlərin ürəyindən olub və bizlərin doğma yurda qayıdacağına böyük inam yaradıb.
Hörmətli cənab Prezident!
Siz ulu öndərin layiqli varisi kimi həmişə biz qaçqın və köçkünləri diqqətdə saxlamısınız. Hətta onların mənzil və iş şəraitinin yaxşılaşdırılması üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu adlı qrumun yaranması üçün sərəncam vermisiniz ki, bu da biz məcburi köçkünlərə göstərilən qayğıdır. Elə bundan ruhlanaraq mən də, sahibklarlıq fəaliyyəti ilə məşğul olub, öz məcburi köçkün soydaşlarıma fayda vermək məqsədi ilə “Sakit” MMC-ni yaratdım. Bu MMC ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi tenderlərdə iştirak edərək, bir çox tikinti və təmir işlərini yerinə yetirmişəm. Bu MMC-də ən azından 20-30 məcburi köçkün ailəsinə çörək pulu qazanırdı. Lakin 2012-ci ildə fondun sədri Ayaz Orucov dəyişildi və onun yerinə Fərhad Təhməzov təyin edildi. F.Təhməzovun gəlişi ilə bu sahədə xeyli təcrübəsi olan MMC-lər layihələrdən kənarda qaldı. Maraqlısı bir də odur ki, hər hansı layihəni yerinə yetirmək üçün aşağı qiymətlə iş görə biləcək MMC-lər yox, əksinə, daha çox şişirdilmiş qiymətlərlə iş təklif edən MMC-lər tenderin qalibi olurdular. Bütün bunlar isə təbii ki, F.Təhməzovun sayəsində baş verirdi. Çünki özünə yaxın olan MMC rəhbərləri ilə korrupsiyaya yol verərək, dövlətin pullarını mənimsəyirdilər. Məsələn, köçkünlər üçün Bakıda, Sumqayıtda, Mingəçevirdə, Gəncədə təmir olunan yataqxanaların qiymətləri 4-5 dəfə artıq şişirdilirdi.

«Fərhad Təhməzov elə bild bu fonda qaçqın və məcburi köçkünlərin pullarını mənimsəmək üçün gəlib»

Əgər lazımi komissiya təşkil edilərsə, həmin komissiya üzvlərinə mən konkret sənədlər və faktlarla bunarı sübut etməyə həmişə hazıram. Çünki bu işlərdə iştirakım olub, şahidəm.
Hörmətli cənab Prezident!
F.Təhməzovun korrupsiya əməllərinin sayı ölçüyə gəlməzdir. Bu insan, sanki fonda qaçqın və məcburi köçkünlərin pullarını mənimsəmək üçün gəlib. Təmir olunmuş yataqxanalarda məcburi köçkünlər üçün alınan televizorlar, soyuducular və digər məişət avadanlıqları öz qiymətlərindən 3-4 dəfə artıq qiymətə sənədləşdirilib. Bunları da istənilən yerdə sübut etməyə hazıram və sənədləri təqdim edə bilərəm… Bu yeyinti hallarını təbii ki, F.Təhməzov tenderdə həmişə qalib elan etdirdiyi özünə yaxın 5-6 MMC vasitəsi ilə həyata keçirir. O, təzə işə başlayanda mən də daxil olmaqla bütün MMC rəhbərlərini yığıb bildirdi ki, kim son il ərzində 30 min manatlıq iş görməsi haqqında sənəd ortaya qoysa, onunla işlərimizi davam etdirəcəyik. Mən isə son ildə 85 min manatlıq işlərin görülməsi barədə sənədləri F.Təhməzova təqdim etdim. Lakin buna baxmayaraq, layihələrdən kənarda qaldım. Tenderdə isə heç bir manatlıq iş görməyən və heç kəs tərəfindən tanınmayan, yalnız adı olub özü olmayan, F.Təhməzovun öz yaxınlarına aid MMC-lər qalib elan olunurdu. Onların da işləri necə gördüyü barədə artıq yuxarıda məlumat verdim. Əlavə olaraq onu da qeyd edim ki, Baş Prokurorluq tərəfindən yaradılacaq komissiya qoy araşdırsın ki, görək F.Təhməzova yaxın olan bu MMC rəhbərləri 3 aydan bir bahalı “CİP” maşınlarını hansı pullarla alaraq, dəyişirlər?
Hörmətli cənab Prezident!
Siz vətəndaşlara həmişə qayğı göstərərək göstəriş vermisiniz ki, hər bir məmur xalqa xidmət etməlidir. Amma çox təəssüf ki, F.Təhməzov kimi məmur xalqa yox, öz cibinə xidmət edir. Yəni qəsdən məcburi köçkünləri prezidentdən və dövlətdən narazı salmağa çalışır. Ancaq bütün məcburi köçkünlər F.Təhməzovun kimə və nəyə qulluq etdiyini yaxşı bilirlər. Ona görə özləri də etiraf edirlər ki, F.Təhməzov kimilər köçkünlərlə prezidentin arasına girə bilməz. Necə deyərlər, ətlə dırnağın arasına girən iylənib çıxar. Ancaq F.Təhməzovun əməlləri təkcə köçkünlərə qarşı olmayıb, o, həm də dövlətə və prezidentə qarşı fəaliyyət göstərib.
Hörmətli cənab Prezident!
Bunları deməkdə mənim əlimdə əsasım var. Bildiyimiz kimi MTN-nin sabiq naziri Eldar Mahmudov dövlətə qarşı çıxdığına görə, sahibkarların başına min bir oyun açdığı üçün Sizin qətiyyətiniz sayəsində işindən kənarlaşdırıldı. Hazırda da məlum olduğu kimi Eldar Mahmudova bağlı olan insanların çoxsaylı cinayət işlərinin üstü açılmaqdadır. Məlumat üçün bildirirəm ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri Fərhad Təhməzov da Eldar Mahmudova yaxın olan məmurlardan biri olub. F.Təhməzovun əsas fəaliyyəti Eldar Mahmudovun yanına gələn qonaqların müxtəlif bahalı otellərdə yerləşdirməsi olub. Yaxın ətrafın hamısına məlum idi ki, F.Təhməzov MTN-lə işləyir və Eldar Mahmudova yaxın adamların sırasındadır. Sübut üçün F.Təhməzovun Cəbrayıl rayonundan məcburi köçkün olan tələbə yoldaşını (adını lazımı yerdə açıqlayacağam), Aqrar Tikinti İdarəsində işləyən dostlarını dəvət edib sorğu-sual etsələr, hər şey aydın olacaq. Dostları dəfələrlə bildiriblər ki, F.Təhməzov E.Mahmudovun ən yaxın adamıdır və onunla ehtiyatlı olmaq lazımdır. Hazırda MTN-də Eldar Mahmudova dəstək verib, dövlətin əleyhinə iş görən və sahibkarların başına min bir oyun açan insanların bir-bir ifşa edilməsi prosesi gedir. Amma MTN-dən kənarda E.Mahmudovla iş birliyi quran F.Təhməzov kimi insanların bəziləri hələ ki, diqqətdən kənarda qalıb. İnanırıq ki, gec-tez növbə ona da çatacaq və məcburi köçkünlərin ah-naləsi yerdə qalmayacaq. Çünki onların adına yazılan avadanlıqların qiymətlərini birə beş qiymətə şişirdərək yığdığı pullarla şox böyük sərvət sahibi olub. Özünə məxsus marşrut avtobusları var ki, onu qaynı idarə edir. Çoxsaylı maşınları, bir neçə obyektləri, tikinti üzrə MMC-ləri və s. necə əldə edib?
Hörmətli cənab Prezident!
Bildiyimiz kimi Əmək Məcəlləsinin 78-ci maddəsində göstərilir ki, bir iş yeri ixtisara düşərsə, bu zaman işçinin şəhid ailəsi olması, uşaqlarının orta məktəbdə təhsil alması, məcburi köçkün və qaçqın statusu daşıması əsas verir ki, həmin işçi ixtisara düşməsin, yaxud başqa iş təklif olunsun. F.Təhməzov əmək məcəlləsinin bu bəndini də bir çox qanunlar kimi ayaq altına salaraq tapdayıb. Çünki mən həm məcburi köçkünəm, həm də övladlarım orta məktəb şagirdləridirlər. F.Təhməzovun hikkəsinin qurbanı olduğumdan, neçə illərdir ailə və uşaqlarıma çörək pulu qazana bilmirəm. Bu isə mənə ağır dərd verir və artıq xəstəlik tapmışam.
Hörmətli cənab Prezident!
İnanıram ki, mənim göstərdiyim bu faktlar diqqətinizə səbəb olacaq və araşdırılması üçün Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə aidiyyəti komissiyanın yaradılması üçün müvafiq göstəriş verəcəksiniz. Komissiyanın işinə isə hərtərəfli kömək etməyə və bu müraciətdə F.Təhməzov barədə göstərə bilmədiklərimi də sənədlər və sübutlar əsasında təqdim etməyə hazıram.
Əvvəlcədən Sizə dərin təşəkkürümü bildirirəm!

Fərhad Təhməzov «Təzadlar»ın sorğusuna cavab vermək əvəzinə…

Qarşı tərəfin mövqeyini öyrənmək, bizə təqdim olunmuş sənədlərə aydınlıq gətirmək üçün Fərhad Təhməzovla bir həftədir əlaqə saxlayırıq… Onun mobil telefonuna 3 gün ərzində mütəmadi olaraq zəng etdik, lakin telefonu açmadı. Eyni zamanda F.Təhməzovun 012 431 82 11 nömrəli iş telefonuna da zəng etdik. Katibə Səbinə xanım hər dəfə bildirdi ki, F.Təhməzov rayondadır, gələndə əlaqə saxlayacaq. Sonradan öyrəndik ki, Təhməzov Bakıdadır… Yazı çapa gedən anda bir daha Səbinə xanıma zəng etdik. O, bizi F.Təhməzovun köməkçisi Azər Salmanovla calaşdırdı. Şikayətin mahiyyətini dinləyən A.Salmanov bildirdi ki, həqiqətən də şikayətdə və mütləq məsələni F.Təhməzova çatdırıb, münasibət öyrənəcək, bizə deyəcək. Çox təəssüf ki, bizə münasibət bildirmək istəməyən F.Təhməzov adını çəkmək istəmədiyimiz bir neçə dövlət qurumlarına müraciət edərək yazının dərcinin dayandırılmasına təsir göstərməyi xahiş edib. Bizimlə əlaqə saxlayan həmin qurumların hörmətli nümayəndələrinə vəziyyəti izahlayanda ki, bunlar cənab Prezidentin son çıxışlarına dəstəkdir, biz vicdanımızın səsi ilə hərəkət edirik, bizimlə razılaşıblar… Buna baxmayaraq, yenə də əks tərəf kimi F.Təhməzovun mövqeyini dərc etməyə hazırıq.
Şikayətçi Rəhman Zülfüqarovun F.Təhməzovun korrupsiya əməlləri barədə konkret sənədlər və sübutlarla dolu ikinci müraciətini növbəti yazıda təqdim edəcəyik. Müvafiq sənədlər isə Baş Prokurorluqda MTN-lə bağlı yaradılmış komissiyaya göndəriləcək.
(Davamı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Bu gün, 19:04
Daha 24 cənazə Azərbaycana gətirilir
Bu gün, 18:57
Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Bu gün, 18:53
Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Bu gün, 18:50
Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Bu gün, 18:00
Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Bu gün, 17:59
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Bu gün, 17:58
Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Bu gün, 17:57
Zelenski İlham Əliyevə zəng edib
Bu gün, 17:54
Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Bu gün, 14:02
Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Bu gün, 14:00
“Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Bu gün, 12:05
Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Bu gün, 12:03
Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Bu gün, 12:01
Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Bu gün, 11:59
Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Bu gün, 11:57
“Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:56
"Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:41
"Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Bu gün, 11:39
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Bu gün, 11:38
Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Bu gün, 11:32
Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Bu gün, 11:29
Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Bu gün, 11:27
Belarus Prezidenti 20 nəfəri əfv edib
Bu gün, 11:24
Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Bu gün, 11:21
Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Bu gün, 11:18
Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Bu gün, 11:15
Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Bu gün, 11:02
“Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57
Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Bu gün, 10:56
İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Bu gün, 10:54
"Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." - Tanınmış ekspertdən ilginc açıqlamalar
Bu gün, 10:52
Həlak olan pilot millimizin üzvünün atası imiş - FOTO
Bu gün, 10:44
Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı - VİDEO
Bu gün, 10:42
BAKI RUSİYAYA NOTA VERMƏKDƏ YUBANIRMI? - Əgər sükut davam edərsə...
Bu gün, 10:36
“Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq - Natiq Cəfərli
Bu gün, 10:31
İşğalçının qarşısında geri addım? - NƏ BAŞ VERİR?
Bu gün, 10:28
Robert Köçəryan tərəfdarlarını topladı - KİV
Bu gün, 10:17
Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər - Fransa portalı
Bu gün, 10:12
Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... - Burada 8 mindən çox insan yaşayır...
Bu gün, 10:02
“Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT!
Bu gün, 09:52
Proses pozulur: Ermənistan bundan imtina etdi - GƏLİŞMƏ
Bu gün, 09:48
Moskvadan Bakı və İrəvana “sürpriz” təklif - NƏ BAŞ VERİR?
Bu gün, 09:46
326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! - TƏFƏRRÜAT
Bu gün, 09:45
Kazan hava limanı fəaliyyətini dayandırıb - KİV
Bu gün, 09:41
Azərbaycanın sülh şərti yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 09:40
Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka
Bu gün, 09:38
Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bu gün, 09:37
Paşinyanın “xəstə” siyasəti - ŞƏRH
Bu gün, 09:35
`166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... - GİLEY
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru