"Aprel ayının 3-dən növbə dəyişə bilmirik..." - GİLEY
Tarix: 6-04-2024, 09:21 |
Çap et
"28-May" NQÇİ- nin işçilərinin gedişi-gəlişi ilə bağlı problemləri yaranıb. diaaz.space bildirir ki, bu barədə neftçilər adından edilən müraciəttdə deyilir.
Müraciətdə daha sonra bildirilir: "Aprel ayının üçündən növbə dəyişə bilmirik. Problemlər üst üstə yığılır. İşə gedə bilmədiyimizə görə növbəti günün işə gedənləri də yığılır və problem böyüyür.
Bu da əmək haqqı artımı deyil ki... Bizi işə gedib-gəlmək üçün nəqliyyat ilə təmin etməlidirlər, amma nə olsun... İndi də rəhbərliyin başı AFFA-ya qarışıb, neftçinin problemləri yox, futbol maraqları önə çəkilib.
Cənab Prezident minimum əmək haqlarını qaldırdı və siz bunu səhv başa düşüb özünüzün və ətrafınızdakı rəhbərlərin əmək haqlarını qaldırdınız! İnfilyasiyanı nəzərə almırsınız neçə ildir.... Heç olmasa bizim həyatımız ilə oynamayın. Helikopterləri normallaşdırın. Normal şəkildə işimizə gedək.
Biz rəhbərliyə xittab edirik buradan... Ayın 3-dən gedə bilmirik iş yerimizə. Çox güman ki, bu gecikməyə görə sizin artırmadığınız əmək haqqımızı az alacağıq. Siz o pul ilə bir ay dolana bilərsinizmi? Gərək bir neçə neftçi tələf olsun ondan sonra tədbir görəsiniz?"