5 kəndin sakinləri Vasif Talıbova niyə müraciət etdi? - ŞİKAYƏT
Tarix: 27-02-2017, 08:31 | Çap et
Naxçıvanda içməli suların ekoloji çirklənməyə məruz qalması haqqında Hurriyyet.org bir neçə dəfə yazı dərc edib. Mütəxəxsislərin və aidiyyəti qurumun bu məsələ ilə bağlı mövqeyi, problemi aradan qaldırmaq üçün hansı tədbirlər görülə biləcəyi haqqında məlumatlar verilib. Mütəxəssis rəyi əsasında Babək rayonunun Cəhri, Kəngərli rayonunun Xok, Şahtaxtı və Qıvraq kəndlərindəki kəhrizlərdə çirklənmələr getdiyini və bu suların içilməsinin təhlükəli olduğunu yazmışdıq. Bundan sonra adı çəkilən rayonların icra hakimiyyətlərinin iştirakı ilə su mənbələrinə baxış keçirilməsi,AMEA Naxçıvan bölməsinin Təbii Ehtiyatlar Hidrogeologiya və mineral sular laboratoriyasına bir sıra mənbələrdən su nümunələrinin götürülməsi haqqında da məlumatlar vermişdik. AMEA Naxçıvan bölməsindən Hurriyyet.org-a bildirilmişdi ki, Babək rayonunun ərazisində yerləşən bir sıra mənbələrdən su nümunələri gətirilib. Bura Qaraçuq çeşməsi, Cəhri çeşməsi I və II, Tumbul çeşməsi I və II, Sirab mineral su yatağının 9 və 12 saylı quyusu, Sirab su anbarı, Bulqan kanal suyu, Zeynəddin, Kültəpə, Məmməd Rza-Dizə artezian suları, Vayxır su anbarından götürülən su nümunələri daxildir. Redaksiyamıza bu günlərdə verilən məlumata görə, Babək rayonu Cəhri kəndi Məşədi Abbas kəhrizinin ilkin mənbəyindən su nümunəsi götürülüb və aparılan analizin nəticəsi bu olub ki, bu kəhrizin suyu müalicəvi süfrə suyudur. Əvvəlki yazılarımızda bu mövzu ilə əlaqədar Hurriyyet.org-a danışan Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri Əli Həsənov demişdi ki, Babək rayonunun Payız və Cəhri kəndlərindən keçən Cəhri çayına hər iki kəndin çirkab suları axıdılır. Məşədi Abbas və Çimən kəhrizləri isə həmin çayaltı yatağa vurulmuş kəhrizlər olduğuna görə, onlarda çirklənmələr gedir. Mütəxəssi demişdi ki, belə kəhrizlərin mühafizəsinə mütləq ehtiyac var. Kənd sakinləri isə Məşədi Abbas bulağının gözündən yox, evlərə paylanan hissəsindən su nümunələrinin götürülməsini arzulayırlar. Əli Həsənovla təkrar söhbətimizdə də alim kənd sakinlərini bu istəkdə haqlı saydı: “Məşədi Abbas kəhrizi təmiz sudu, çınqıldan, qumdan süzülür, 1960-65-ci bu illərdə xəndəklər qazılıb bu kəhrizin ətrafı da örtülüb. Doğrudur, bir hissəsi vaxtilə açıq idi, biz məsələ qaldırdıq, o hissə də örtüldü. O suyun qorxusu yoxdur, yüngül sudur, içməlidir, təmizdir, minerallaşması aşağıdır”. Mütəxəssis dedi ki, o kəhrizdən ki, evlərə su xətləri çəkilir, orada turba qırıla bilər, möhkəm bərkidilməz, su çəkiləndə oğurluq çəkilər, tam qaynaq olunmaz və sair bu halda içməli sulara kənardan çirkli sular qarışar: “Ona görə də su nümunəsi lap axırdan götürülməlidir. Əlbəttə Naxçıvanda bütün sular çıxdığı mənbədə təmizdi və içmək üçün yararlıdır. Amma bir az axdıqdan sonra ekoloji problem oradan yaranır. Suyun mənbə hissəsində heç bir problem olmaz. Məsələn, biz deyirik kür çayı Gürcüstan, Araz Ermənistan tərəfindən çirkləndirilir. Bəs Türkiyə niyə deyilmir? Çünki mənbəyi Türkiyə olan bu sular tərtəmiz olur, çirkləndirlilmir. Çay mənbədə yox, mənsəbə girəndə çirklənməyə məruz qalır. Ona görə də hesab edirəm ki, Məşədi Abbas kəhrizinin hansı hissəsində ekoloji çirklənməyə məruz qalır, o hissədən nümunə götürülüb, analiz olunmalı və müvafiq tədbir görülməlidir, eləcə də adı çəkilən, ekoloji çirklənmə gedən digər su mənbələrində bu prosedur aparılmalıdır”. Məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinə, MR-nın Səhiyyə Nazirliyinə, Sanitar Epidemiologiya Mərkəzinə müraciət etmək istədik. Lakin təəssüf ki, blokada şəraitində yaşayan Muxtar Respublika həm də informasiya blokadasındadır. İnternet üzərindən araşdırmamızdan məlum oldu ki, MR-nın dövlət qurumlarının saytlarında telefon əlaqələri üçün nömrələr yazılmayıb, yalnız elektron müraciət üçün yer qoyulub. Elektron müraciətlərə isə cavab verilmir. Odur ki, biz yuxarıda adı çəkilən, ekoloji çirklənməyə məruz qalan su mənbələri ilə əlaqədar sakinlərin müraciətini “Hürriyyət” qəzeti və Hurriyyet.org vasitəsilə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova ünvanlayırıq: “Cənab Vasif Talıbov, suyumuza çirkab qarışır, bizi suyla zəhərləyirlər, dadımıza çatın, amanımıza yetişin”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43 |
|
|
|
• Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40 |
|
|
|
• Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35 |
|
|
|
• Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32 |
|
|
|
• Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02 |
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33 |
|
|
|
• Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31 |
|
|
|
• Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22 |
|
|
|
• DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21 |
|
|
|
• Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03 |
|
|
|
• Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55 |
|
|
|
• ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Dünən, 16:46 |
|
|
|
• Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Dünən, 16:42 |
|
|
|
• Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Dünən, 16:41 |
|
|
|
• "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Dünən, 16:39 |
|
|
|
• "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Dünən, 16:30 |
|
|
|
• Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Dünən, 16:29 |
|
|
|
• Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Dünən, 16:26 |
|
|
|
• ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Dünən, 16:23 |
|
|
|
• Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Dünən, 16:12 |
|
|
|
• Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Dünən, 16:10 |
|
|
|
• "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Dünən, 15:53 |
|
|
|
• Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Dünən, 15:50 |
|
|
|
• Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Dünən, 15:48 |
|
|
|
• “Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Dünən, 15:46 |
|
|
|
• Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Dünən, 15:42 |
|
|
|
• Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Dünən, 15:37 |
|
|
|
|