"Azərişıq" nümayəndəsinin qaranlıq niyyəti - ŞİKAYƏT VAR
Tarix: 2-08-2016, 08:21 | Çap et
DİA.AZ: - "Cəlilabad İşıq İdarəsinin müdiri Aydın Məmmədov məndən 300 manat pul istəyir". Bu sözlər Cəlilabad rayonu Ocaqlı kənd sakini Gülzar Xəlilovanın DİA.AZ-a ünvanladığı müraciətdə yer alıb. Daha sonra narazı vətəndaş yazır:
"Yazıb sizə bildirirəm ki, yaşadığım ev 2003-cü ildə tikilib. Uzun illərdir müraciət etsəm də, sağyac qoyulmayıb. Məndən sayğacın qoyulması üçün külli miqdarda pul istəyirlər. Ərim respublikanın dövlət orqanlarına şikayət məktubları yazdıqdan sonra Azərişıq ASC-dən məktub gəlib. Azərişıq ASC-nin texniki direktoru Z.M.Quliyev həmin məktubda yazır:
“Azərişıq ASC bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş və enerji təchizatı müəssisəsi ilə elektrik enerjisi istehlakçıları arasında hüquqi münasibətləri tənzimləyən “Elektrik Enerjisindən İstifadə Qaydaları”na görə texniki şərtin verilməsinə və abonent kodunun açılmasına görə ödəniş tələb olunmur. “Qaydalar”ın 7.9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir”.
Yəni ki, sayğacların quraşdırılması pulsuzdur. Çox gözəl! Bura kimi başa düşdük. Lakin... Azərişıq ASC-nin texniki direktoru Z.M.Quliyev həzrətləri məktubun ardında bunu da yazır, xahiş edirəm diqqət yetirin:
“Sifarişçinin rəsmi müraciəti əsasında hazırlanmış texniki şərtə əsasən onun elektrik qurğularının mövcud 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı naqillərindən ibarət elektrik verilişi xəttinə qoşulması, layihə-smeta sənədlərinin hazırlanması, elektrik quraşdırma işlərinin görülməsi, lazım olan dayaqlardan, naqillərdən, xətt armaturlarından, maşın-mexanizmlərdən istifadə edilməsi üçün tərtib olunmuş smetada nəzərdə tutulan dəyəri sifarişçi ödədikdən sonra “Azərişıq” ASC tərəfindən yerinə yetirilir”.
Əvvəl yazıb ki, pulsuzdur, sonra yazıb ki, yox, pulludur. Bunu necə başa düşək? Siz məni başa salın görək, bu ölkədə sayğacların quraşdırılması əvvəl-axır pulludur, ya pulsuz? Mən belə başa düşdüm ki, dövlət qanuna görə pulsuzdur, amma kimlərsə bu dövlət qanununu ayaq altına atıb tapdalayaraq pul yığırlar".
Daha sonra diaaz.space-a daxil olan müraciətdə deyilir: "Bu məktubu necə başa düşək? Bu məktub hansı dildə yazılmışdır? Bizi ələ salıblar, ya özlərini? Dövlət orqanlarından xahiş edirəm ki, bu məktubu Azərbaycan dilinə tərcümə etsinlər. Əvvəlcə yazılıb ki, dövlət qanununa əsasən pulsuzdur, altında yazılıb ki, vətəndaş
sayğaca görə pul ödəməlidir! Deməli belə çıxır ki, Nazirlər Kabinetinin qərarları Azərişıq ASC-nin vecinə də deyil. Mən bu məktub başa düşmədiyimdən məcburam onu xarici ölkə səfirliklərinə göndərəm ki, bəlkə hansı dildə yazıldığını müəyyən etsinlər və normal Azərbaycan dilinə çevirsinlər.
Cəlilabad rayon İşıq İdarəsi evimə işıq sayğacının qoyulması üçün İşçi layihəsi tərtib edib. Layihədə kabellərdən, dəmir-dümürdən tutmuş quraşdırılma xərcinə kimi 210 manat 43 qəpik pul hesablanıb və həmin xərc mənim boynuma qolulub. Hələ İşçi layihəsinə müəmmalı “Azər-Türk Bank”ın ödəniş rekvizitləri də tikilib, sayğacın 80 manata yaxın pulunu həmin bankdakı müəmmalı hesaba köçürməliyəm. Beləliklə, əhalinin acından öldüyü, yeməyə çörək tapmadığı, bank sələmi içində can verdiyi ölkədə vətəndaş sayğacın qoyulması üçün 300 manat pul verməlidir! Nə az, nə çox!
Bu İşçi layihələrini niyə bu formada qondarııblar və bu qədər avadanlıq əlavə ediblər? Mənim evimlə işıq stolbasının arası cəmi 6 metrdir. Lakin kabelləşmə getmədiyindən stolbada adi aliminium məftillərdir. Cəmi 6 metr kabel lazımdır. Bizə sayğac qoyulması üçün nə maşın mexanizmi, nə də stolba lazım deyildir. Bu qədər artıq-artuq şeyi layihə smetasına niyə yazıb doldurublar, baş açmaq olmur. Bura bir montyor, iki ədəd də ayağa geyilən kokti lazımdır ki, montyor stolbaya çıxıb məftili bağlasın. Vəssalam. Amma Cəlilabad İşıq İdarəsinin müdiri Aydın Məmmədov bizi beləcə ələ salır. Bizə göndərilmiş layihə və smeta kompüterdə yazılıb, nə peçatı var, nə də ki kiminsə qolu, imzası. Ərim bizə göndərilmiş həmin layihə və smetanı götürüb Aydın Məmmədovun qəbuluna gedib. Aydın Məmmədov deyir ki, əsas puldur, peçat boş şeydir, çıxart o 300 manatı yerindəcə ver bizə, evinə elə səhəri gün sayğac qoyum. Ərim etirazını bildirdikdə isə deyir ki, get kimə yazırsan yaz, məni bura nazir qoyub, heç kimi hərləmirəm. Biz kasıb adamıq, boğazımızdan kəsib Aydın Məmmədova həmin o 300 manatı hardan verməliyik?
Xahiş edirəm ki, Azərbaycan hökuməti evlərə sayğac qoyulmasına görə pul alınmasını qadağan etsin. Əhalinin ağır durumu nəzərə alınsın. Bu cür ağçılıq olmaz. Nazirlər Kabinetinin qərarını Aydın Məmmədova göstəririk, deyir ki, o qərarın mənə dəxli yoxdur, 300 manatı verməsəniz, sayğac qoyulmayacaq. Bu adam dövlətin qanunları belə saymır, dövlətin qərarını ayaq altına atıb tapdalayır. Xahiş edirəm ki, bu məsələlərə hüquqi qiymət verilsin".
DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
Bu gün, 01:11 |
|
|
|
• İrəvanın sabotaj planı: Bunun nəticələri... - NƏ ETMƏLİ?
Bu gün, 00:05 |
|
|
|
• Qəbul imtahanlarında ballar azalacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• Tarif Şurasının qərarı sənaye məhsullarını bahalaşdıracaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 22:49 |
|
|
|
• AzTV-nin keçmiş aparıcısı vəfat etdi
Dünən, 22:43 |
|
|
|
• Sülh yox, yeni savaş: Stratfor Cənubi Qafqazın gələcəyini açıqladı - 2025-ci il bizi nələrlə üz-üzə qoyacaq?
Dünən, 22:40 |
|
|
|
• Bakı şərt qoydu, Kreml 30 illik prinsipini pozdu: - Qəza ilə bağlı iki mühüm məqam
Dünən, 20:14 |
|
|
|
• Axırı Livan ermənisi çıxacaq... - İLGİNC FAKT
Dünən, 20:11 |
|
|
|
• Hökumət ziyanın yarısından niyə döndü? - Yeni vergi tənzimləməsi – keçmişə qayıdış
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə İran da qazanan tərəflər arasında yer ala bilər -ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb
Dünən, 18:11 |
|
|
|
• 2025-ci ildə dünyanı nə gözləyir? – Zirəddindən SENSASİYA
Dünən, 18:04 |
|
|
|
• “Avrora Qrup”da yeni təyinat - ƏMR
Dünən, 18:00 |
|
|
|
• Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir? - GƏLİŞMƏ
Dünən, 17:59 |
|
|
|
• Güc itirən Rusiyanın yenidən SSRİ və ona bənzər birlik qurması... qeyri-mümkündür!
Dünən, 17:53 |
|
|
|
• "BakuBus"da sürücü ilə sərnişinlər arasında İNSİDENT - VİDEO
Dünən, 17:49 |
|
|
|
• "Ter-Petrosyanın çıxışı bizə məhkəmədə lazım olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:44 |
|
|
|
• Pul qazanmaq istəyərkən 1 milyon itirən eks-məmurun oğlu imiş - FOTO
Dünən, 17:42 |
|
|
|
• 2 min 548 epizod, milyardlarla ziyan... - DETALLAR
Dünən, 17:39 |
|
|
|
• Azərbaycanda dərmanlar niyə bahadır? - ŞƏRH
Dünən, 17:34 |
|
|
|
• Eks-deputatlığa namizəd, sabiq mətbuat katibi vəfat edib - AÇIQLAMA
Dünən, 17:29 |
|
|
|
• “Azericard” şirkətində yeni təyinat olub - ƏMR
Dünən, 17:20 |
|
|
|
• Emil İsmayılov ölkədən külli miqdarda valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Aprel döyüşlərinin iştirakçısı Rusiyada vəfat etdi
Dünən, 17:13 |
|
|
|
• Naxçıvan polisinə yeni avtomobillər verilib
Dünən, 17:10 |
|
|
|
• "Əsrlərlə İrana hökm edən Türklər fars dilinə toxunmadı, indi Türk uşaqlarına Türkcə adı qadağa edirlər"
Dünən, 17:01 |
|
|
|
• Moskvadan gələn SİFARİŞ: - “Rusiya bunda maraqlıdır”
Dünən, 16:58 |
|
|
|
• Rusiya Yaxın Şərqdən çıxmaq istəmir - “Carnegie Think Tank”
Dünən, 16:53 |
|
|
|
• POZULAN ATƏŞKƏSİN SƏSİ... - əslində HARDAN GƏLİR?
Dünən, 16:49 |
|
|
|
• Vassermanın ABSURD MƏNTİQİ... - Onda inanaq ki...
Dünən, 16:46 |
|
|
|
• Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinə şərti cəza verilib - BELƏ DƏ OLUR...
Dünən, 16:44 |
|
|
|
• Çindəki təhlükəli virus Azərbaycana da çatıb? - AKTUAL
Dünən, 16:38 |
|
|
|
• Üç nəfərin 4 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLADI
Dünən, 16:33 |
|
|
|
• Petrosyanın etirafı: İrəvan artıq buna məcburdur - ŞƏRH
Dünən, 16:31 |
|
|
|
• Çörəkçi yoldaşını öldürən hakim qarşısında - MƏHKƏMƏDƏN VİDEO
Dünən, 16:26 |
|
|
|
• Sahibkarların qiymət tələsi: - “İtirən alıcı, qazanan isə şəbəkə olur”
Dünən, 16:20 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 16:17 |
|
|
|
• Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir - ÇAĞIRIŞ
Dünən, 16:16 |
|
|
|
• Ukrayna zəif deyil... AMMA... - GƏLİŞMƏ
Dünən, 16:14 |
|
|
|
• Kreml nə vaxta qədər SUSACAQ? - AKTUAL
Dünən, 16:12 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... - 30 minlik viski, nadir ov əti və 300 minlik hədiyyə...
Dünən, 16:09 |
|
|
|
• Sabiq nazirimizin qohumunu 13-cü mərtəbədən atdılar - SƏBƏB
Dünən, 16:06 |
|
|
|
• Bakıda həbsdə olan Qarabağ separatçılarının məhkəməsinin vaxtı məlum olub - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
• Bakıda əməliyyat keçirilib, altı kiloqram narkotik aşkarlanıb - VİDEO
Dünən, 16:03 |
|
|
|
• Paşinyandan rəqiblərinə “sui-qəsd” – Qərbi azərbaycanlılar və Zəngəzur məsələsi masada
Dünən, 15:39 |
|
|
|
• Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN
Dünən, 15:32 |
|
|
|
• Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... -ŞƏRH
Dünən, 15:22 |
|
|
|
• “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” – Elçin Göyçaylı DANIŞDI
Dünən, 15:16 |
|
|
|
• Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Dünən, 15:13 |
|
|
|
• “Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Dünən, 15:10 |
|
|
|
|