Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir .....                     İrəvanın sabotaj planı: Bunun nəticələri... .....                     Qəbul imtahanlarında ballar azalacaq? .....                     Tarif Şurasının qərarı sənaye məhsullarını bahalaşdıracaq .....                     AzTV-nin keçmiş aparıcısı vəfat etdi .....                     Sülh yox, yeni savaş: Stratfor Cənubi Qafqazın gələcəyini açıqladı .....                     Bakı şərt qoydu, Kreml 30 illik prinsipini pozdu: .....                     Axırı Livan ermənisi çıxacaq... .....                     Hökumət ziyanın yarısından niyə döndü? .....                     Zəngəzur dəhlizinin açılması ilə İran da qazanan tərəflər arasında yer ala bilər .....                     Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb .....                     2025-ci ildə dünyanı nə gözləyir? .....                     “Avrora Qrup”da yeni təyinat .....                     Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir? .....                     Güc itirən Rusiyanın yenidən SSRİ və ona bənzər birlik qurması... .....                     "BakuBus"da sürücü ilə sərnişinlər arasında İNSİDENT .....                     "Ter-Petrosyanın çıxışı bizə məhkəmədə lazım olacaq" .....                     Pul qazanmaq istəyərkən 1 milyon itirən eks-məmurun oğlu imiş .....                     2 min 548 epizod, milyardlarla ziyan... .....                     Azərbaycanda dərmanlar niyə bahadır? .....                     Eks-deputatlığa namizəd, sabiq mətbuat katibi vəfat edib .....                     “Azericard” şirkətində yeni təyinat olub .....                     Emil İsmayılov ölkədən külli miqdarda valyuta çıxarıb? .....                     Aprel döyüşlərinin iştirakçısı Rusiyada vəfat etdi .....                     Naxçıvan polisinə yeni avtomobillər verilib .....                     "Əsrlərlə İrana hökm edən Türklər fars dilinə toxunmadı, .....                     Moskvadan gələn SİFARİŞ: .....                     Rusiya Yaxın Şərqdən çıxmaq istəmir .....                     POZULAN ATƏŞKƏSİN SƏSİ... .....                     Vassermanın ABSURD MƏNTİQİ... .....                     Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinə şərti cəza verilib .....                     Çindəki təhlükəli virus Azərbaycana da çatıb? .....                     Üç nəfərin 4 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsin .....                     Petrosyanın etirafı: İrəvan artıq buna məcburdur .....                     Çörəkçi yoldaşını öldürən hakim qarşısında .....                     Sahibkarların qiymət tələsi: .....                     Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb .....                     Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir .....                     Ukrayna zəif deyil... AMMA... .....                     Kreml nə vaxta qədər SUSACAQ? .....                 

Dizi bükülən Ağsunun boğaza çıxan problemləri... - İTTİHAM VAR
Tarix: 20-07-2016, 09:09 | Çap et
Dizi bükülən Ağsunun boğaza çıxan problemləri...
Ağsunun problemləri dəyişməz qalıb. Bu günə kimi qarşıya qoyulan tapşırıqlar yerinə yetirilməyib, ayrılan dövlət vəsaitləri təyinatı üzrə xərclənməyib. Bu da ölkə rəhbərliyinin əyalətlərin idarə olunması ilə bağlı konsepsiyası, apardığı statistik-analitik araşdırmalar üçün mühüm rol oynayıb. Məlum olub ki, son bir il ərzində özünü doğrultmayan icra hakimləri vəzifəsindən tədricən kənarlaşdırılsın. Son olaraq Göyçay icra başçısı haqda imzalanan fərman buna sübutdur. O baxımdan Ağsuya 9 ildir rəhbərlik edən Ənvər Seyidəliyevin də Göyçayın eks-rəhbəri Mübariz Ağayevin ardınca postunu təkr edəcəyi istisna olunmur. Bu barədə özəl qaynaqlardan “Gündəm-xəbər”ə daxil olan informasiyada qeyd olunur ki, 1950-ci ildə Ağsunun Pirhəsənli kəndindən anadan olan Seyidəliyev xeyli zamandır nazir qohumunun hesabına vəzifəsində qalmağa müvəffəq olub. 2007-ci il dekabrın 18-dən doğma rayonuna başçılıq edən Seyidəliyev əlini ağdan qaraya vurmayıb. Ağsuda olanlar da təsdiqləyər ki, rayonun sosial-iqtisadi inkişafı üçün heç bir iş görülməyib, abadlıq işləri isə icra hakimiyyəti binasının ətrafını əhatə edib. Qarşılığında isə Ağsudan gələn şikayətlər günbəgün artır; istər prezidentin elektron poçtuna, istərsə Prezident Administrasiyasına, istərsə də mətbuata ünvanlanan müraciətlərdə əhalinin problemlərindən bəhs olunur. Həm rayon, həm Ağsunun kəndlərinin sakinləri, o cümlədən sahibkarlar Seyidəliyevin və ətrafındakı məmurların özbaşınalıqlarından cana doyub. Nazir Səlim Müslümovun dayısı Seyidəliyev və ARDNŞ-ın vitse-prezidenti Mikayıl İsmayılovun qohumları camaata yaşamağa imkan vermir. Sakinlər vurğulayırlar ki, məmurların, xüsusən də, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və ARDNŞ-ın vitse-prezidenti Mikayıl İsmayılovun qohumları onların həyatını cəhənnəmə çeviriblər.
Məmurların arasında bölüşdürülən rayonda yaşamaq mümkün deyil. Ağsunun demək olar ki, bütün dövlət idarələrinin rəhbərliyi, ticarət obyektləri və torpaq sahələri bu iki məmurun şəbəkəsinin nəzarətindədir. Mikayıl İsmayılov kənd sakinlərinin maddi imkansızlığından istifadə edərək, torpaqları son qarışına qədər zəbt edib, yaxın qohumlarını “köy ağası” statusuna mindirib. Məmurlar vətəndaşlardan hətta pay torpaqlarını da zorla alırlar. Sakinlərin sözlərinə görə, rayonda icarəyə verilən bütün dükanlar, obyektlər məmurların yaxın ətrafınındır. Onlar da istədikləri qiymətə və istədikləri müddətə icarəyə verirlər, ürəkləri istədikləri vaxt da dükanı boşaltmağı tələb edirlər. Hansı kiçik dükanı belə, icarəyə götürmək istəyirsən, hamısının sahibləri bunların qohum-əqrəbası çıxır. Ona görə də sakinlər tezliklə rayona yeni icra başçısı göndəriləcəyi günü gözləyir.
Mənbənin “Gündəm-xəbər”ə dediklərinə görə, hazırda Seyidəliyevin komandasında müavinləri və köməkçisi meydan sulayır. Onun müavinləri - Rasim Novruzov, İqbal Mikayılov və köməkçisi Vüqar Atakişiyev Seyidəliyevin sahibkarlara, torpağı olan kəndlilərə qarşı təlimatlandırılmış kadrlarıdır. Ümumilikdə, Ənvər Seyidəliyevin rayon sahibkarlarına qənim kəsildiyi hər kəsə bəllidir. Daxil olan məlumatlarda bildirilir ki, rayonun icra nümayəndələri hər ay qapı-qapı düşərək obyektlərin həcmindən aslı olaraq müxtəlif məbləğdə sahibkarlardan pul tələb edirlər. Səbəbini soruşanda isə Ənvər Seyidəliyevin tapşırığı olduğu bildirilir. Bundan əlavə, aylıq pul ödəməyən sahibkarların obyektləri söküləcəyi ilə hədələnir. Ağsuda bütün sahələrdə ciddi problemlər yaşanır. Təhsil, səhiyyə və digər sahələrdə baş alıb gedən özbaşınalıq rayon sakinlərinin istismar olunmasına hesablanıb. Əhali yoxsulluq içində yaşadıqca problemlər də hər gün bir az artır. Bu isə icra başçısını qətiyyən maraqlandırmır.
Özlərinin heç bir maddi problemi olmayan və yağ-bal içində yaşayan icra başçısının qohumları rayon sakinlərini istismar etməkdən sanki həzz alırlar. Sakinlərin sözlərinə görə, rayonda işsizlik problemi daha çətin, daha acınacaqlıdır: “Təsəvvür edin, sosial yardım üçün müraciət etməyən adam tapılmır. Hamısı işsizlikdəndir. Dolana bilmirlər. Yoxsa, kim könüllü gedib, bürokratik əngəllərdən keçməyə cəhd edər? Sözsüz ki, ora da həm ədalətsiz, həm qanunsuz xidmət göstərən qurumdur. Ora gedənlər də haqqını tapa bilmir. Kimə istəyirlər, kimdən pul ala bilirlər, ona yardım verirlər. Ölkənin hər yerində olduğu kimi, Ağsu da bir qrup adamın əlindədir. Ölkə necə bir qrup adamın əlindədirsə, rayonlar da bir qrup adamın əlindədir. Rayonda qohumbazlıq, yerlibazlıq hökm sürür”. Sakinlərin sözlərinə görə, kənd təsərrüfatının ənənəvi sahələri rayonda inkişaf etdirilə bilərdi: “Heç kim bununla məşğul olmur. Ancaq bir qrup adam, rayonu talamaqla məşğuldur. Sahibkarlara verilməli olan subsidiyalar da mənimsənilir Bu, mənimsənilmə mexanizminə çevrilib. Hətta “Azqranata” zavodunda fəhlə işləmək üçün də tanış tələb olunur. Sakinlər bildirirlər ki, Ağsunun bələdiyyə torpaqlarını icra başçısı Ənvər Seyidəliyev və yaxınları qanunsuz olaraq, mənimsəyiblər: “Torpaqlar rayon sakinlərinə verilmir. Özləri alıblar və icra başçısı dəllalların vasitəsi ilə satdırır. Artıq satılmalı torpaq da qalmayıb. Hətta Şəhidlər Xiyabanının ətrafını da satıblar. Xiyabanın ətrafı evlərlə doludur. Şəhidlər Xiyabanı isə biz dəfələrlə müraciət edəndən sonra təmir edilməyə başlanıb”. Ağsu aşırımındakı restoranlara məmurlar göz dikiblər və bu obyektləri əhalinin əlindən almaq istəyirlər: “Ağsu sosial problemlərin ən çox olduğu rayondur. Ağsu dolaylarından min nəfərə yaxın adam dolanırdı, evinə çörək aparırdı. Oranı da iki-üç ildir ki, təmir adı ilə bağlayıblar. Bir neçə dəfə istəyiblər, buranı camaatın, ağsuluların əlindən alsınlar. Camaat imkan verməyib. Aksiya keçirildi. Məsələ şişirdildi, məmurlar da acığa düşüb, yolu bağladılar. Yalandan hər iki tərəfdən yazıblar ki, yol təhlükəlidir. Gələn maşınlar da İsmayıllı tərəfdən gedir. Əslində isə təhlükə yoxdur”. Sakinlər qeyd edirlər ki, son illər ərzində fəaliyyət göstərən həmin restoranlar məmurların güdazına gedərək, fəaliyyətsiz hala gəlib: “İndi nə baş verib ki..? Ağsu aşırımını da monopoliyaya götürürlər. Deyirlər ki, bu “pereval” ağsuluların əlindən çıxmalıdır. Qısası, məmurların Ağsu aşırımına gözləri düşüb. Oyun qururlar. Hətta 50-ci illərdən qalan polis postu da oradan götürülüb”. Sakinlərin dediklərinə görə, rayonda iş tapıb, işləyənlər də icra başçısının qohum-əqrəbasıdır: “İşləyənlər əsasən icra başçısının qohumlarıdır. Rayonda bütün idarələrdə işləyənlər Pirhəsənli kəndindəndir.
Ancaq Pirhəsənli kəndi yaxşı yaşayır. Bura Ağsunun Naxçıvanıdır, nazirin kəndidir. İdarə müdirləri əsasən Səlim Müslümovun qohumlarıdır. Məsələn, zibilyığan idarənin siyahısında yüzə yaxın işçi var. Ancaq cəmi 5-6 nəfər işləyir. Adları yazılanların hamısı icra başçısı Ənvər Seyidəliyevin qohumlarıdır. Adlarını yalandan yazıblar, maaş alırlar. Sosial yardım alan da yenə öz qohumlarıdır”. Bundan əlavə, Ağsu Suvarma Sistemləri İdarəsində də işlər qaydasında getmir. Səfər Məmmədovun rəhbərlik etdiyi idarədə mövcud olan neqativ hallar rayonda fermer təsərrüfatı ilə məşğul olan insanları xeyli qayğılandırır. Belə ki, idarə rayonun ərazisindəki meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanalları, kollektorlar, boru kəmərləri və bəndlərinin istismarını keyfiyyətsiz həyata keçirir. Rəisin yarıtmaz idarəçiliyi ucbatından rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması vəzifəsi yerinə yetirilmir ki, bu da məhsuldarlığa pis təsir göstərir. İdarə rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona etibar edilmiş dövlət əmlakından təyinatı üzrə istifadə etmir, həmçinin külli miqdarda dövlət vəsaitinin məqsədyönlü şəkildə xərclənməsinə şərait yaratmır. Ağsu Suvarma Sistemləri İdarəsində dövlət vəsaitlərinin “nağdlaşma” üsulu ilə mənimsənilməsinə geniş yer verilir. Belə ki, idarə əvvəlcə müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Elan olunan tenderlərdə qanunsuzluqlara yol verilir, Səfər Məmmədovla qabaqçadan sövdələşən şirkətlər kağız üzərində keçirilən müsabiqələrdən qalib çıxarılır. Suvarma təsərrüfatının ehtiyacı üçün iş və xidmətlər, mal və materiallarla təmin etmək hüququnu qazanırlar. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Səfər Məmmədovun özünə qaytarılır. Ancaq S.Məmmədov da Ə.Seyidəliyevlə hesablaşır. İddialara görə, icra başçısıma hesabat verən rəis əvəzində rayonda biznesn qurmaq üçün müəyyən imtiyazlar əldə edib. Beləliklə, Ağsuya ağalıq edənlərin özbaşına fəaliyyəti elə bir ustalıqla həyata keçirilir ki, kimsənin “tükü tərpənmir”. Sakinlərin gün-güzəranı isə göz qabağındadır. Hər halda hörmətli icra başçısı da Ağsudakı vəziyyətdən agahdır. Ümid olunur ki, tənqidlərdən sonra bir müsbət dəyişiklik olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
Bu gün, 01:11
İrəvanın sabotaj planı: Bunun nəticələri... - NƏ ETMƏLİ?
Bu gün, 00:05
Qəbul imtahanlarında ballar azalacaq? - AÇIQLAMA
Bu gün, 00:02
Tarif Şurasının qərarı sənaye məhsullarını bahalaşdıracaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 22:49
AzTV-nin keçmiş aparıcısı vəfat etdi
Dünən, 22:43
Sülh yox, yeni savaş: Stratfor Cənubi Qafqazın gələcəyini açıqladı - 2025-ci il bizi nələrlə üz-üzə qoyacaq?
Dünən, 22:40
Bakı şərt qoydu, Kreml 30 illik prinsipini pozdu: - Qəza ilə bağlı iki mühüm məqam
Dünən, 20:14
Axırı Livan ermənisi çıxacaq... - İLGİNC FAKT
Dünən, 20:11
Hökumət ziyanın yarısından niyə döndü? - Yeni vergi tənzimləməsi – keçmişə qayıdış
Dünən, 19:00
Zəngəzur dəhlizinin açılması ilə İran da qazanan tərəflər arasında yer ala bilər -ŞƏRH
Dünən, 18:58
Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb
Dünən, 18:11
2025-ci ildə dünyanı nə gözləyir? – Zirəddindən SENSASİYA
Dünən, 18:04
“Avrora Qrup”da yeni təyinat - ƏMR
Dünən, 18:00
Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir? - GƏLİŞMƏ
Dünən, 17:59
Güc itirən Rusiyanın yenidən SSRİ və ona bənzər birlik qurması... qeyri-mümkündür!
Dünən, 17:53
"BakuBus"da sürücü ilə sərnişinlər arasında İNSİDENT - VİDEO
Dünən, 17:49
"Ter-Petrosyanın çıxışı bizə məhkəmədə lazım olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:44
Pul qazanmaq istəyərkən 1 milyon itirən eks-məmurun oğlu imiş - FOTO
Dünən, 17:42
2 min 548 epizod, milyardlarla ziyan... - DETALLAR
Dünən, 17:39
Azərbaycanda dərmanlar niyə bahadır? - ŞƏRH
Dünən, 17:34
Eks-deputatlığa namizəd, sabiq mətbuat katibi vəfat edib - AÇIQLAMA
Dünən, 17:29
“Azericard” şirkətində yeni təyinat olub - ƏMR
Dünən, 17:20
Emil İsmayılov ölkədən külli miqdarda valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:17
Aprel döyüşlərinin iştirakçısı Rusiyada vəfat etdi
Dünən, 17:13
Naxçıvan polisinə yeni avtomobillər verilib
Dünən, 17:10
"Əsrlərlə İrana hökm edən Türklər fars dilinə toxunmadı, indi Türk uşaqlarına Türkcə adı qadağa edirlər"
Dünən, 17:01
Moskvadan gələn SİFARİŞ: - “Rusiya bunda maraqlıdır”
Dünən, 16:58
Rusiya Yaxın Şərqdən çıxmaq istəmir - “Carnegie Think Tank”
Dünən, 16:53
POZULAN ATƏŞKƏSİN SƏSİ... - əslində HARDAN GƏLİR?
Dünən, 16:49
Vassermanın ABSURD MƏNTİQİ... - Onda inanaq ki...
Dünən, 16:46
Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinə şərti cəza verilib - BELƏ DƏ OLUR...
Dünən, 16:44
Çindəki təhlükəli virus Azərbaycana da çatıb? - AKTUAL
Dünən, 16:38
Üç nəfərin 4 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLADI
Dünən, 16:33
Petrosyanın etirafı: İrəvan artıq buna məcburdur - ŞƏRH
Dünən, 16:31
Çörəkçi yoldaşını öldürən hakim qarşısında - MƏHKƏMƏDƏN VİDEO
Dünən, 16:26
Sahibkarların qiymət tələsi: - “İtirən alıcı, qazanan isə şəbəkə olur”
Dünən, 16:20
Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 16:17
Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir - ÇAĞIRIŞ
Dünən, 16:16
Ukrayna zəif deyil... AMMA... - GƏLİŞMƏ
Dünən, 16:14
Kreml nə vaxta qədər SUSACAQ? - AKTUAL
Dünən, 16:12
Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... - 30 minlik viski, nadir ov əti və 300 minlik hədiyyə...
Dünən, 16:09
Sabiq nazirimizin qohumunu 13-cü mərtəbədən atdılar - SƏBƏB
Dünən, 16:06
Bakıda həbsdə olan Qarabağ separatçılarının məhkəməsinin vaxtı məlum olub - TƏFƏRRÜAT
Dünən, 16:05
Bakıda əməliyyat keçirilib, altı kiloqram narkotik aşkarlanıb - VİDEO
Dünən, 16:03
Paşinyandan rəqiblərinə “sui-qəsd” – Qərbi azərbaycanlılar və Zəngəzur məsələsi masada
Dünən, 15:39
Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN
Dünən, 15:32
Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... -ŞƏRH
Dünən, 15:22
“Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” – Elçin Göyçaylı DANIŞDI
Dünən, 15:16
Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Dünən, 15:13
“Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru