Lisenziyasız stomatoloji kabinetlər virus mənbəyidir – DƏHŞƏTLİ FAKTLAR
Tarix: 15-07-2016, 09:45 | Çap et
Ölkədə lisenziyasız stomatoloji kabinetlərin təhlükəli fəaliyyətini əks etdirən çoxsaylı yazılarımız yəqin ki, oxucuların yadındadır. Bu barədə zaman-zaman jurnalist araşdırmaları aparılaraq əlaqədar səlahiyyətli orqanların nəzərinə çatdırılıb. Təəssüf ki, indiyədək nə Səhiyyə Nazirliyi, nə də digər əlaqədar təşkilatlar tərəfindən ciddi və təsirli tədbirlər görülməyib. Baxmayaraq ki, Səhiyyə Nazirliyi sistemində demək olar ki, hər il özəl tibbi fəaliyyətin vəziyyəti ilə bağlı yoxlamalar aparılır, ortada konkret və kəsərli nəticələrrin olmadığından bu yoxlamaları formal adlandırmaq zorundayıq. Ən azı ona görə ki, paytaxt Bakının küçələrində az qala addımbaşı meydan sulayan lisenziyasız stomatoloji kabinetlər heç nə olmayıbmış kimi öz işində, qazanc əldə etməyindədir. Düçünürük ki, səhiyyə naziri Oqtay Şirəliyev "aşıq gördüyünü çağırar" deyib bu biabırçılıqlara şahidliyini əsirgəməsəydi bəlkə də narahatlığa heç bir əsas olmayacaqdı. Təbii ki. bu narahatlıq tək jurnalist təşəbbüskarlığından irəli gəlməyib. Hələ bir müddət əvvəl ölkənin tanınmış həkimləri məsələ ilə əlaqədar həyəcan təbili çalaraq cəmiyyətimizi addımbaşı izləyən təhlükə barədə xəbərdarlıqlarını etmişdilər. Gundelik-baku.com xəbər verir ki, lisenziyasız stomatoloji kabinetlərini virus ocaqları kimi xarakterizə edənlərdən biri də Səhiyyə Nazirliyinin baş mütəxəssisi, tibb elmləri namizədi, Respublika Stomatoloji Mərkəzinin baş həkimi tanınmış stomatoloq Kamran Aslanovdur. Kamran həkimin hələ ötən ilin əvvəllərində mətbuatda dərc olunan açıqlamaları hamı kimi bizim də ürəyimizcə oldu. Düçündük ki, əhalinin sağlamlığının qeydinə qalan belə təcrübəli mütəxəssislərimiz nə yaxşı ki, mövqelərini ortaya qoymaqdan çəkinmir,paytaxtda və ətraf qəsəbələrdə qanunsuz fəaliyyət göstərən əksər stomatoloji kabinetlərdəki dəhşətli antisanitariya və infeksiogen şərait barədə açıq fikir söyləyir. Bu mənada Respublika Stomatoloji Mərkəzinin baş həkimi Kamran Aslanovla həmfikir olduğumuzu hörmətli həkimin nəzərinə çatdırmağı da vacib bilirik. Bununla belə baş həkimin işdə və əməldə sərgilədiyi fərqli mövqelərin də səbəblərini anlamağa çalışırıq. Qeyd edək ki, sözügedən açıqlamada baş mütəxəssis təhlükəli virusların yayılması təhlükəsinin qarşısının alınması üçün ərazi sanitar epidemioloji stanasiyaları ayıq-sayıq olmağa, lisenziyasız fəaliyyət göstərən stomotoloji kabinetlərin fəaliyyətini dərhal dayandırmağa çağıraraq qeyd etmişdi ki, "belə stomotoloji kabinetlər virus ocaqlarıdır". Həkim stomatoloq məsləhət görmüşdü ki, vətəndaşlar lisenziyası olmayan stomatoloji kabinetlərin fəaliyyətindən yararlanmasınlar. Stomotoloji kabinetə girərkən Səhiyyə Nazirliyinin lisenziyasını tələb etsinlər. Sitat, "əslində bu lisenziya stomotoloji kabinetdə görünən yerdə divardan vurulmalıdır ki, xəstənin narahatçılığına əsas qalmasın. Hansı stomatoloji kabinetdə bu lisenziya vurulmayıbsa, xəstələr bilməlidirlər ki, orada həyat və sağlamlıq üçün təhlükəli olan QİCS, Hepatitin müxtəlif növlərinə yoluxa bilərlər. Çünki belə kabinetlərdə alətlərin steril olduğuna heç bir qurum zəmanət vermir”. Görürsünüzmü, necə xeyirxah və humanist bir çağırış səsləndirib hörmətli baş həkim. Etiraf edək ki. Kamran Aslanovu şəxsən tanımasaq da onun barəsində ölkəmizin tanınmış ziyalılarının, elm və mədəniyyət xadimlərinin dilindən həmişə xoş sözlər eşitmişik. Bu baxımdan baş həkimin çağırışlarında şəxsi maraq axtarmaq fikrindən uzağıq. Lakin Kamran həkimin rəhbərlik etdiyi stomatoloji mərkəzin fəaliyyəti ilə bağlı narazılıqlar fonunda oxucu qarşısında biz də məsələyə aydınlıq gətirmək məcburiyyətində qalmışıq. Belə ki, vaxtilə ölkədə analoqu olmayan Mərkəzin xidmətindən bu gün də istifadə edənlər burada qiymətlərin hədsiz dərəcədə yüksək olmasından narazılığını gizlətmir. Dişlərini müalicə etdirənlər üçün təklif olunan kassadankənar ödənişlərin kəllə-çarxa çıxdığı da bildirilir. Mərkəzdə dişin birini qəbzsiz-filansız 20-25 manata çəkdirməli olan şəxs bir daha bu stomatoloji mərkəzə ayaq basarmı? Virusa yoluxma riski ilə üzləşsə də gedib 5 manata diş çəkdirər. Axı maddi dolanışığın çətin olduğu bir zamanda belə bahalıqla rastlaşan xəstələr üçün qiymət amili əsas rol oynayır. Kamran Aslanovun lisenziyasız özəl stomatoloji kabinetlərə qarşı mücadiləsini heç bir vəchlə Respublika Stomatoloji Mərkəzində yaranmış "müştəri" qıtlğı ilə əlaqələndirmək fikrində deyilik. Buna da çalışmırıq. Lakin çalışırıq ki,lisenziyasız işləyən diş kabinetlərindəki dəhşətli mənzərələr barədə əhalini məlumatlandıran hörmətli Kamran həkimin rəhbərlik etdiyi Mərkəzdə qiymət artımının hansı obyektiv səbəblərlə bağlı olduğunu anlayaq. Bizcə, bu məsələdə səhiyyə naziri Oqtay Şirəliyevdən kəsərli tədbir gözləmək sadəlövhlük olardı. Ona görə də əhalini tək çağırışlarla vürus mənbəyi hesab olunan diş kabinetlərindən yayındırmağın mümkünsüzlüyünü düşünürük. Bunun yeganə yolunu isə qanuni fəaliyyət göstərən özəl stomatoloji mərkəzlərdə xidmət haqlarının aşağı salınmasında görürük. Bu mənada belə qənaətdəyik ki, peşəkar stomatoloq təşkilatları tərəfindən ölkədə birgə fəaliyyət planı hazırlanması və həyata keçirilməsi problemin həllini xeyli asanlaşdıra bilərdi. Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
Bu gün, 01:11 |
|
|
|
• İrəvanın sabotaj planı: Bunun nəticələri... - NƏ ETMƏLİ?
Bu gün, 00:05 |
|
|
|
• Qəbul imtahanlarında ballar azalacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• Tarif Şurasının qərarı sənaye məhsullarını bahalaşdıracaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 22:49 |
|
|
|
• AzTV-nin keçmiş aparıcısı vəfat etdi
Dünən, 22:43 |
|
|
|
• Sülh yox, yeni savaş: Stratfor Cənubi Qafqazın gələcəyini açıqladı - 2025-ci il bizi nələrlə üz-üzə qoyacaq?
Dünən, 22:40 |
|
|
|
• Bakı şərt qoydu, Kreml 30 illik prinsipini pozdu: - Qəza ilə bağlı iki mühüm məqam
Dünən, 20:14 |
|
|
|
• Axırı Livan ermənisi çıxacaq... - İLGİNC FAKT
Dünən, 20:11 |
|
|
|
• Hökumət ziyanın yarısından niyə döndü? - Yeni vergi tənzimləməsi – keçmişə qayıdış
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə İran da qazanan tərəflər arasında yer ala bilər -ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb
Dünən, 18:11 |
|
|
|
• 2025-ci ildə dünyanı nə gözləyir? – Zirəddindən SENSASİYA
Dünən, 18:04 |
|
|
|
• “Avrora Qrup”da yeni təyinat - ƏMR
Dünən, 18:00 |
|
|
|
• Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir? - GƏLİŞMƏ
Dünən, 17:59 |
|
|
|
• Güc itirən Rusiyanın yenidən SSRİ və ona bənzər birlik qurması... qeyri-mümkündür!
Dünən, 17:53 |
|
|
|
• "BakuBus"da sürücü ilə sərnişinlər arasında İNSİDENT - VİDEO
Dünən, 17:49 |
|
|
|
• "Ter-Petrosyanın çıxışı bizə məhkəmədə lazım olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:44 |
|
|
|
• Pul qazanmaq istəyərkən 1 milyon itirən eks-məmurun oğlu imiş - FOTO
Dünən, 17:42 |
|
|
|
• 2 min 548 epizod, milyardlarla ziyan... - DETALLAR
Dünən, 17:39 |
|
|
|
• Azərbaycanda dərmanlar niyə bahadır? - ŞƏRH
Dünən, 17:34 |
|
|
|
• Eks-deputatlığa namizəd, sabiq mətbuat katibi vəfat edib - AÇIQLAMA
Dünən, 17:29 |
|
|
|
• “Azericard” şirkətində yeni təyinat olub - ƏMR
Dünən, 17:20 |
|
|
|
• Emil İsmayılov ölkədən külli miqdarda valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Aprel döyüşlərinin iştirakçısı Rusiyada vəfat etdi
Dünən, 17:13 |
|
|
|
• Naxçıvan polisinə yeni avtomobillər verilib
Dünən, 17:10 |
|
|
|
• "Əsrlərlə İrana hökm edən Türklər fars dilinə toxunmadı, indi Türk uşaqlarına Türkcə adı qadağa edirlər"
Dünən, 17:01 |
|
|
|
• Moskvadan gələn SİFARİŞ: - “Rusiya bunda maraqlıdır”
Dünən, 16:58 |
|
|
|
• Rusiya Yaxın Şərqdən çıxmaq istəmir - “Carnegie Think Tank”
Dünən, 16:53 |
|
|
|
• POZULAN ATƏŞKƏSİN SƏSİ... - əslində HARDAN GƏLİR?
Dünən, 16:49 |
|
|
|
• Vassermanın ABSURD MƏNTİQİ... - Onda inanaq ki...
Dünən, 16:46 |
|
|
|
• Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinə şərti cəza verilib - BELƏ DƏ OLUR...
Dünən, 16:44 |
|
|
|
• Çindəki təhlükəli virus Azərbaycana da çatıb? - AKTUAL
Dünən, 16:38 |
|
|
|
• Üç nəfərin 4 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLADI
Dünən, 16:33 |
|
|
|
• Petrosyanın etirafı: İrəvan artıq buna məcburdur - ŞƏRH
Dünən, 16:31 |
|
|
|
• Çörəkçi yoldaşını öldürən hakim qarşısında - MƏHKƏMƏDƏN VİDEO
Dünən, 16:26 |
|
|
|
• Sahibkarların qiymət tələsi: - “İtirən alıcı, qazanan isə şəbəkə olur”
Dünən, 16:20 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 16:17 |
|
|
|
• Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir - ÇAĞIRIŞ
Dünən, 16:16 |
|
|
|
• Ukrayna zəif deyil... AMMA... - GƏLİŞMƏ
Dünən, 16:14 |
|
|
|
• Kreml nə vaxta qədər SUSACAQ? - AKTUAL
Dünən, 16:12 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... - 30 minlik viski, nadir ov əti və 300 minlik hədiyyə...
Dünən, 16:09 |
|
|
|
• Sabiq nazirimizin qohumunu 13-cü mərtəbədən atdılar - SƏBƏB
Dünən, 16:06 |
|
|
|
• Bakıda həbsdə olan Qarabağ separatçılarının məhkəməsinin vaxtı məlum olub - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
• Bakıda əməliyyat keçirilib, altı kiloqram narkotik aşkarlanıb - VİDEO
Dünən, 16:03 |
|
|
|
• Paşinyandan rəqiblərinə “sui-qəsd” – Qərbi azərbaycanlılar və Zəngəzur məsələsi masada
Dünən, 15:39 |
|
|
|
• Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN
Dünən, 15:32 |
|
|
|
• Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... -ŞƏRH
Dünən, 15:22 |
|
|
|
• “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” – Elçin Göyçaylı DANIŞDI
Dünən, 15:16 |
|
|
|
• Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Dünən, 15:13 |
|
|
|
• “Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Dünən, 15:10 |
|
|
|
|