Petrosyanın etirafı İŞİMİZƏ YARAYA BİLƏRMİ? .....                     Sanksiya Rusiyaya tətbiq olunur, amma... .....                     Artıq bu ərazidə də Rusiya bayrağı dalğalanır .....                     “Əlimi qaldırmağa gücüm yoxdur” .....                     Rusiya niyə döyüşlərdə zirehli texnikadan az istifadə edir? .....                     Kəmaləddin Heydərov onları təltif etdi .....                     "Türkiyə Rusiya turistləri üçün ölkəyə giriş qaydalarını dəyişdirməyə hazırlaşır" .....                     Ramal bir vaxtlar küsülü olduğu Elzanın evində .....                     Biz dini icmayıq, millət deyilik: baxın, bu da sübutu! .....                     Bakıda idmançıların kütləvi davasına görə daha bir nəfər tutuldu .....                     Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər .....                     "Gedəcəyəm yanına, könlümüz açılsın deyə..." .....                     Ter-Petrosyanın açıqlaması onun cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir .....                     Paşinyan “özü” ilə mesajlaşdı, bunları yazı: “Gecə saat 3-də…” .....                     Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər .....                     Azər Baxşəliyevin ölüm səbəbi başqa imiş .....                     Fuad Poladovun adı bu küçəyə verildi: Sakinlərsə NARAZIDIR .....                     Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır .....                     "Mənim ən yaxşı dostum, tərəf müqabilimdir..." .....                     Orduya əmr verildi: .....                     Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi .....                     "Ermənistan tarixi üzrə dərslik Ermənistan Respublikası nöqteyi-nəzərindən yaradılmayıb" .....                     Tiran Xaçatryan nədə ittiham olunur? .....                     Putini qəzəbləndirən qərar geri “oxundu” .....                     Dünya müharibəsi Azərbaycan sərhədlərini aşdı: Bizi qarşıda nələr gözləyir? .....                     “Heç vaxt deməzdi ki, məndə bu problem var” .....                     Cəmi 7 km qalıb: Müharibədə gözlənilməz dönüş .....                     Maşinist Həsənovun dələduzluq əməlləri: 1800 manat maaşa fəhlə... .....                     “Azərbaycan təyyarəsində pilotların səsləri olan qara qutu…” .....                     Ziddiyyətlərin balansı: İran Azərbaycana niyə düşmən kəsilib? .....                     Qərb Rusiyanı ərəb qazı ilə “boğur” .....                     “Qardaşımın 3 oğlunu da öldürəcəkdim” .....                     YAP Mərkəzi Aparatı bələdiyyə seçkiləri ilə bağlı proqramını təqdim edib .....                     "Fərqi insan idi..." .....                     1047-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     “Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... .....                     Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi .....                     Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? .....                     Bakıda insident törədən idmançılar həbs edildi .....                     Vəkili erməni generalın həbsini təsdiqlədi .....                 

“Nazir deyir ki, 50 min manat pul versə, onu və oğlunu bağışlayacam” - Keçmiş nazirin cinayət əməlləri haqda sensasion faktlar
Tarix: 6-07-2016, 09:19 | Çap et
“Nazir deyir ki, 50 min manat pul versə, onu və oğlunu bağışlayacam”
Bəlli olduğu kimi, Naxçıvan Hərbi Məhkəməsində Naxçıvan Muxtar Respublikasının (MR) həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib.
“Hürriyyət”in oxucularına artıq məlumdur ki, V.Ələsgərov Naxçıvan MR-in milli təhlükəsizlik naziri vəzifəsində çalışdığı 15 il ərzində çoxsaylı cinayətlərə yol verib. Belə ki, ötən saylarımızda Naxçıvan MR Babək rayonunun Qahab kənd sakini, II qrup əlil, müharibə veteranı, təqaüddə olan müəllim Əliyev Novruz Səfər oğlunun və Naxçıvan şəhərində anadan olan, hazırda şəhərin Təbriz küçəsi ev 1, mənzil 55-də yaşayan, 10 il Ağdamda döyüş bölgəsində kəşfiyyatçı kimi fəaliyyət göstərən və bir çox əməliyyatlarda iştirak edən Ağasiyev Nizami Rəsul oğlunun redaksiyamıza müracəti ilə oxucularımızı tanış etmişdik. Qeyd etmişdik ki, Naxçıvan MR-in keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov şikayətçilər Novruz Əliyev və Nizami Ağasiyevi həbs etdirərək, onlara dəhşətli işgəncələr verdirib.
Bu arada isə “Hürriyyət”in əməkdaşı özəl mənbələrdən Vəli Ələsgərovun maliyyə maxinasiyaları ilə bağlı şok faktlar əldə edib. Məlumata əsasən, Naxçıvan MR Maliyyə Nazirliyinin apardığı yoxlama zamanı V.Ələsgərovun törətdiyi cinayət əməlini təsdiq edən çoxsaylı sübutlar aşkara çıxarılıb. Hansı ki, təqsirləndirilən şəxs Vəli Ələsgərov tərfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsi faktı istintaq müddətində dindirilən şahidlərin ifadələri və digər sənədlərlə də tam sübut edilib.
(Əvvəli ötən sayımızda)

MTN rəisinin qəzəbinə gələn sahibkar

Keçmiş nazirin cinayət əmllərinin qurbanlarından biri də fərdi sahibkar Muxtarov Tağı Mübariz oğludur. O, 2007-ci il tarixdən Naxçıvan şəhəri Atatürk küçəsi 8 ünvanında yerləşən “Gold Computers” adlı mağaza işlədib. Həmin mağazada müxtəlif markalı mobil telefon, kompüter və onların aksessuarlarının satışı ilə məşğul olub. Qeyd edək ki, T.Muxtarov hazırda həmin obyekti işlətmir, Heydər Əliyev prospekti 26 ünvanında “Alo Naxçıvan” adlı mağazada işləyir və yenə də mobil telefon, kompüter və onların aksessuarlarının satışı ilə məşğul olur.
Mənbə deyir ki, o, 2014-cü il tarixdə “Gold Computers” mağazasını işlədərkən Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin iki nəfər əməkdaşı mağazaya gəlib. Onlardan birini əvvəllər müştərisi olduğu üçün tanıyıb, digərini isə tanımayıb. MTN əməkdaşları ona “rəisimiz Elnur Quliyev deyir ki, mağazada olan telefonları və Tağını götürüb MTN-ə yanıma gətirin” – deyiblər. T.Muxtarov onlardan bunun səbəbini soruşduqda, heç bir cavab verməyiblər və “gedək orda öyrənərsən” deyiblər.

“Sən qaçaqmalçılıqla məşğul olursan...”

MTN əməkdaşları 3200 manat dəyərində 9 ədəd müxtəlif markalı mobil telefonu və bir ədəd də 1200 manat dəyərində “Toshiba İ-7” markalı kompüteri götürərək, onunla birlikdə MTN-ə - Elnur Quliyevin yanına gediblər. Tağı Muxtarovun dediyinə görə, Elnur Quliyevi də əvvəldən tanıyıb. Belə ki, bu hadisədən bir müddət öncə onun restoranlarına ratsiya sistemi qoşub.
Elnur Quliyev ona “sən qaçaqmalçılıqla məşğul olursan, bu telefonları qaçaq yolla gətirmisən” deyib. O, rəisə satdığı telefonların və digər malların heç birini özü gedib gətirmədiyini, onları Naxçıvanda Faiq adlı şəxsdən aldığını bildirib. Hətta onu da deyib ki, deyilən tarixdə ölkədən kənara çıxmadığını təsdiq etmək üçün pasportuna da baxa bilərlər.
Bundan sonra Elnur Quliyev mobil telefonları və kompüteri götürüb otaqdan çıxıb. O, 15-20 dəqiqə sonra geri qayıtsa da, mobil telefonları və komputeri özü ilə geri gətirməyib. Daha sonra onun izahatını alan E.Quliyev “bir də belə işlərlə məşğul olma” deyərək, T.Muxtarovu MTN-dən evə buraxıb.
Sahibkar bu hadisədən bir müddət sonra Elnur Quliyevə zəng edərək, telefonlarını və komputerini nə üçün qaytarmadıqlarını soruşub. O isə, həmin telefonların və kompüterin MTN tərəfindən müsadirə edildiyini vurğulayıb.
Məlumat üçün bildirək ki, MTN-nin qanunsuz olaraq müsadirə etdiyi telefon markaları bunlardan ibarət olub - 2 ədəd hər biri 420 manat dəyərində “Samsung”, 3 ədəd hər biri 300 manat dəyərində “Nokia”, 2 ədəd hər biri 450 manat dəyərində “Sony Xperiya” və 2 ədəd hər biri 280 manat dəyərində “Black Berri”.

Vəli Ələsgərov zərgəri nə üçün həbs etdirib?

Vəli Ələsgərovun MTN-ə rəhbərlik etdiyi dövrdə nazirin qanunsuz əməllərinin qurbanı olanlardan biri də Niftiyev Azər Həsən oğludur. Onun sözlərinə görə, 2006-cı ildə Naxçıvan MR MTN-nin bir nəfər əməkdaşı işlədiyi Atatürk prospektində yerləşən zərgərlik sexinə gələrək, onu özü ilə MTN-ə getməyə dəvət edib. Onlar birlikdə Vəli Ələsgərovun xidməti otağına gediblər. Orada Vəli Əlsəgərov ona “sən işlədiyin sexdə saxta üzük düzəltməklə məşğul olmusan” deyib. A.Niftiyev nazirdən nə zaman belə bir fəaliyyətlə məşğul olduğunu soruşub. Nazir Vəli Ələsgərov ona bir ədəd kişi üzüyü göstərib. Zərgər həmin üzüyə baxaraq, həqiqətən də öz əl işi olduğunu görüb və bunun nəyinin saxta olduğunu soruşub. Nazir üzüyün üzərinə həkk olunmuş oraq və çəkici əks etdirən möhürü göstərib, bu probanı vurmağın qəti qadağan olduğunu deyib.
Bundan sonra Azər Niftiyevi axşama kimi MTN-də saxlayıblar. Axşam onu MTN-ə dəvət edən qurumun əməkdaşı onun izahatını aldıb və birlikdə mağazaya gəliblər. MTN əməkdaşı orada olan nə qədər qızıl sifarişləri olubsa, hamısını yığıb özü ilə aparıb. Lakin istər mağzada axtarış aparılan zaman, istərsə də oradakı əşyaları apardıqda ona heç bir sənəd təqdim etməyib. Çıxanda isə ona “heç yerə getmə, otur evində, səni çağıracağam” deyib.

Nazir 18 min manat rüşvət istəyib...

Azər Niftiyevin sözlərinə görə, bu hadisənin səhərisi günü onu təkrar MTN-ə çağırıblar. Orada bir gün əvvəl qızılları özü ilə gətirən MTN əməkdaşının xidməti otağına gedib. MTN əməkdaşı ona bildirib ki, nazir Vəli Ələsgərovun göstərişi əsasında 18 min manat pul verməlidir. Qurumun rəsmisi əlavə edib ki, “Vəli Ələsgərov deyir ki, 18 ildir işləyir, çox istəmirəm, hər ilinə min manat versin”. Sonra isə ona hədə-qorxu gələrək, “pulu verməsən, səni həbs edəcəyik” deyib.
Bu görüşdən sonra zərgər A.Niftiyev ondan tələb edilən 18 min manat pulu Mərkəzi Poçtun yanında sözügedən MTN əməkdaşına verməyə məcbur olub.
Həmin vəsaiti ödədikdən bir gün sonra onu təkrar MTN-ə çağırıblar və qurumun tanımadığı əməkdaşı tərəfindən qızıllar ona qaytarılıb. Lakin həmin qızıllardan 3 dənə əl işi – bir təkqaş brilyant sırğa, 1 ədəd nişan, 1 ədəd də “fantaziya” üzüyü kəsir gəlib. Bu haqda MTN əməkdaşına bildirsə də, onda olan əşyaların bunlardan ibarət olduğu bildirilib. Odur ki, dediyinə görə, zərgər həmin qızıllara görə sahiblərinə toplam 1600 manat pul ödəmək məcburiyyətində qalıb.

“Səni, oğlunun qızla görüşməsi ilə bağlı çəkilmiş kassetə görə çağırmışıq...”

Yaxınları deyir ki, bu hadisədən sonra Azər Niftiyev ürəktutmasından xəstələnərək yatağa düşüb. Hadisənin üzərindən bir neçə il keçdikdən sonra - 2013-cü ildə Türkiyə Cümhuriyyətindən müalicədən qayıtdığı günün səhərisi tanımadığı 2 nəfər şəxs işlətdiyi mağazaya gələrək, ona “bizimlə MTN-nin Babək rayon şöbəsinə gedəcəksən”, deyiblər.
Səbəbini soruşanda isə, “bilmirik, gedək orda səbəbi aydına olar” deyə cavab veriblər. Bundan sonra onlar MTN-nin Babək rayon şöbəsinə gediblər. Bu zaman şöbədə ona bildirilib ki, oğlu azyaşlı qızla cinsi əlaqədə olduğu üçün çağırılıb. “Səni, oğlunun qızla görüşməsi ilə bağlı çəkilmiş kassetə görə çağırmışıq, oğlunu həbs edəcəyik” deyiblər. Sonra isə ona oğlunun azyaşlı qızla cinsi əlaqədə olması barədə videoçəkiliş göstərilib. A.Niftiyev bu çəkilişə baxdıqda oğlunun həqiqətən də ona məxsus mağazada qızla əlaqədə olduğunu görüb.

“Nazir deyir ki, 50 min manat pul versə, onu və oğlunu bağışlayacaq”

Bundan sonra MTN-nin Babək rayon şöbəsində ona “nazir Vəli Əlsəgərov deyir ki, 50 min manat pul versə, onu və oğlunu bağışlayacam, yox əgər verməsə cinayət işi başlayıb oğlunu tutacağam” deyilib. A.Niftiyev isə xərçəng xəstəsi olduğunu, müalicə üçün onsuz da çoxlu pula ehtiyacı olduğunu bildirib. Şöbədə bu haqda nazir Vəli Ələsgərova məlumat veriləcəyi və pulu nazirin istədiyi bildirilib.
Bu görüşdən qaytıqdan dərhal sonra A.Niftiyev maklerlərə təcili pul lazım oldğunu, 3 gün içərisində kim gələrsə mağazanı 50 min manata satacağını deyib. Bundan sonra mağazanı 50 min manata “Cahan”da işləyən, adını xatırlamadığı bir nəfərə satdığını deyir.
Bundan sonra MTN-nin Babək rayon şöbəsinin məsul şəxsinə zəng edən A.Niftiyev onunla Naxşıvan şəhərindəki Olimpiya İdman Kompleksinin arxasında görüşərək, pulu ona verib. Maraqlıdır ki, bu zaman həmin şəxs pulun 10 min manatını qaytarıb və “Vəli Ələsgərov deyir ki, getsin bu pulla müalicə olunsun” deyib.

(Ardı var)
Hurriyyet.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Petrosyanın etirafı İŞİMİZƏ YARAYA BİLƏRMİ? - AKTUAL
Bu gün, 00:06
Sanksiya Rusiyaya tətbiq olunur, amma... zərəri Avropa görür...
Bu gün, 00:03
Artıq bu ərazidə də Rusiya bayrağı dalğalanır
Dünən, 23:17
“Əlimi qaldırmağa gücüm yoxdur”
Dünən, 23:14
Rusiya niyə döyüşlərdə zirehli texnikadan az istifadə edir? – İLGİNC SƏBƏB
Dünən, 21:40
Kəmaləddin Heydərov onları təltif etdi - SİYAHI
Dünən, 21:37
"Türkiyə Rusiya turistləri üçün ölkəyə giriş qaydalarını dəyişdirməyə hazırlaşır"
Dünən, 19:32
Ramal bir vaxtlar küsülü olduğu Elzanın evində - VİDEO
Dünən, 19:27
Biz dini icmayıq, millət deyilik: baxın, bu da sübutu! – Erməni tarixçi
Dünən, 19:24
Bakıda idmançıların kütləvi davasına görə daha bir nəfər tutuldu - TƏFƏRRÜAT
Dünən, 19:22
Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər
Dünən, 19:16
"Gedəcəyəm yanına, könlümüz açılsın deyə..." - FOTO
Dünən, 18:23
Ter-Petrosyanın açıqlaması onun cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir - AKTUAL
Dünən, 18:18
Paşinyan “özü” ilə mesajlaşdı, bunları yazı: “Gecə saat 3-də…” - FOTO
Dünən, 18:15
Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər
Dünən, 18:11
Azər Baxşəliyevin ölüm səbəbi başqa imiş - AÇIQLAMA
Dünən, 17:16
Fuad Poladovun adı bu küçəyə verildi: Sakinlərsə NARAZIDIR - BUNA GÖRƏ
Dünən, 17:13
Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır - Kreml
Dünən, 17:09
"Mənim ən yaxşı dostum, tərəf müqabilimdir..."
Dünən, 16:35
Orduya əmr verildi: - Yüksək döyüş hazırlığı
Dünən, 16:33
Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi - ŞƏRH
Dünən, 16:32
"Ermənistan tarixi üzrə dərslik Ermənistan Respublikası nöqteyi-nəzərindən yaradılmayıb" - Paşinyan
Dünən, 16:29
Tiran Xaçatryan nədə ittiham olunur? - DETALLAR
Dünən, 16:14
Putini qəzəbləndirən qərar geri “oxundu” - “Bloomberg”
Dünən, 16:12
Dünya müharibəsi Azərbaycan sərhədlərini aşdı: Bizi qarşıda nələr gözləyir? - İNCƏLƏMƏ
Dünən, 16:09
“Heç vaxt deməzdi ki, məndə bu problem var” - VİDEO
Dünən, 16:07
Cəmi 7 km qalıb: Müharibədə gözlənilməz dönüş - NƏ BAŞ VERİR?
Dünən, 15:35
Maşinist Həsənovun dələduzluq əməlləri: 1800 manat maaşa fəhlə... - TƏFƏRRÜAT
Dünən, 15:32
“Azərbaycan təyyarəsində pilotların səsləri olan qara qutu…” - Braziliya açıqladı
Dünən, 15:29
Ziddiyyətlərin balansı: İran Azərbaycana niyə düşmən kəsilib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:24
Qərb Rusiyanı ərəb qazı ilə “boğur” – Putinin əsas silahı əlindən alınır
Dünən, 15:21
“Qardaşımın 3 oğlunu da öldürəcəkdim” - 2 nəfəri öldürən Ziyanın MÜƏMMALI İFADƏSİ
Dünən, 13:41
YAP Mərkəzi Aparatı bələdiyyə seçkiləri ilə bağlı proqramını təqdim edib - FOTO
Dünən, 13:38
"Fərqi insan idi..."
Dünən, 11:41
1047-ci gün: Rusiyanın itkiləri yeniləndi
Dünən, 11:00
“Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... - Moskva “uduzmuş” vəziyyətdə olacaq
Dünən, 10:46
Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - Saatda 150…
Dünən, 10:43
Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? - FOTO
Dünən, 10:34
Bakıda insident törədən idmançılar həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:32
Vəkili erməni generalın həbsini təsdiqlədi
Dünən, 09:16
Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb
Dünən, 09:14
"Biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik..." - keçmiş nazir
Dünən, 09:03
Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi
Dünən, 09:00
Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA - "Heç kimə sirr deyil ki..."
Dünən, 08:58
Binəva neftçinin ailəsi nə yedi... necə yedi... KİMİSƏ MARAQLANDIRMIR... - AXI NİYƏ?..
Dünən, 08:51
Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - AÇIQLAMA
Dünən, 08:32
Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq… - Balasanyan deyir ki...
Dünən, 08:30
Rusiyadan getməyə məcbur qalan ortaasiyalı miqrantlar yeni problemlərlə üzləşirlər - KİV
Dünən, 07:05
İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq? - GƏLİŞMƏ
Dünən, 07:02
"Əliyev Putinə üstün gəlib və Kremli dalana dirəyib" - İNCƏLƏMƏ
Dünən, 06:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru