Bakı DYP-sində protokol maxinasiyaları - ŞİKAYƏT VAR
Tarix: 25-06-2016, 12:02 | Çap et
Hələ bir neçə il bundan əvvəl yol polisi sahəsində yaşanan ab-hava, sürücülərin üzləşdikləri olaylar, baş alıb gedən çoxsaylı qanunsuzluqlar və.s kimi problemlərin varlığı, ictimai müzakirələrə də səbəb olurdu. Hətta elə hallar da olurdu ki, yol polisi əməkdaşlarının atdıqları addımların çoxu, birbaşa geniş ictimaiyyət tərəfindən qınaq obyektinə də çevrilirdi. Müzakirə olunan məsələlərin kökündə onların sürücülərdən rüşvət tələbetmələri, heç bir əsas olmadan incitmələri, getgələ salmaları, saysız-hesabsız xoşagəlməz olaylarla üz- üzə qoymaları və.s kimi halların varlığı, bir sözlə çoxluq təşkil edirdi. Bu cür qanunsuzluqlar yol polisinin daxili aləminə o qədər sirayət etmişdi ki, yaşanan problemlərin aradan qaldırılması sanki zərurətə də çevrilmişdi. Belə bir səbəblər üzündən də, baş alıb gedən olaylar bir neçə il bundan əvvəl ölkə rəhbərinin iştirakı ilə geniş müzakirəyə çıxarıldı və bu sahədə ümumi vəziyyətin qaydaya salınması üçün, cənab Prezident tərəfindən müvafiq tapşırıqlar da verildi. Düzdür, bir müddət verilmiş tapşırıqlara uyğun addımlar atan yol polisi əməkdaşları atdıqları addımları ilə özlərini doğrultsalar da, zaman keçdikcə yenə də “Yol hərəkəti haqqında qanunlar”ı tapdaqlar altına atmağa başladılar. Məsələn, bir anlığa olsa belə Zaqatala rayonu TQİ-2 ünvanında qeydiyyatda olan Əliyev Rauf Qasım oğlunun üz-üzə qaldığı problemin varlığına diqqət yetirək. O, bir-iki gün bundan öncə “Gündəm Xəbər”ə ünvanladığı şikayət ərizəsində yazır ki, “mən 09 may 2016-cı il tarixdə səhər saat 07 radələrində “Dəmiryolu Vağzalı”na gedirdim. Çox keçmədi ki, “Ay İşığı” şadlıq sarayının yaxınlığında idarə etdikləri nəqliyyat vasitəsinin dövlət nömrə nişanı 99-YP-453 olan yol polisi əməkdaşları məni saxladılar və onlardan biri idarə etdiyim nəqliyyat vasitəsinə yaxınlaşaraq, özünü Emin adı ilə təqdim etdi. Az sonra sənədlərimi tələb edib soruşdu ki, içkilisən? Cavab olaraq bildirdim ki, dünən axşam saatlarında bir “bakal” pivə içmişəm dedikdə, yol polisi əməkdaşı “bu dəqiqə içkili olub-olmadığını alkatestrlə dəqiqləşdirərəm” dedi. Elə ki, o, alkatestri ağız nahiyəmə söykəyib “bu aparat sənin içkili olduğunu göstərir” dedi, o halda tələb etdimki icazə ver, məni içkili göstərən aparata mən də baxım, o məni necə içkili göstərə bilər. Həmin vaxt yol polisi əməkdaşı buna razlıq vermədi. Təkrar israr etdikdə, özünü Emin adı ilə təqdim edən yol polisi əməkdaşı ilə birlikdə olan digər əməkdaş “bizim bu həkim aparatımız işləmir” dedi. Bir qədər mübahisədən sonra onların hər ikisi “bizim növbəmiz başa çatıb, “smen” dəyişməlidir. Yaxşı olar ki, maşını kənara çəkib söhbətimizi edək. Həm də komandirimiz burdadır, qoy o, bizim nə barədə söhbət etməyimizdən xəbərdar ola bilməsin” dedilər. Onu da vurğulayım ki, ilk əvvəl yol polisi əməkdaşları ilə mübahisəm başlayarkən, onlar məni aldadıb ağ protokola qol da çəkdirmişdilər. Düzdür, ilk öncə edilən təklifi qəbul etdim və özünü Emin adı ilə təqdim edən yol polisi əməkdaşı ilə söhbət edərkən, onunla birlikdə olan digər yol polisi əməkdaşı, mənə məxsus nəqliyyat vasitəsini sürərək ortadan çıxdı. O zaman xəbər tutdum ki, artıq avtomobilim cərimə meydançasında idi. Belə olan halda yol polisi əməkdaşı məni Neftçilər metrosunun həndəvərində düşürüb “səhər saat 09-dan sonra BŞDYPİ-nin 12-ci otağında işdə olacağam, gəlib sənədlərini götürərsən” dedi. İlk öncə onun danışıqlarına hansısa formada inandım. Amma tam arxayın da olmayıb, həmin gün Zığ şossesində yerləşən Narkolji Dispanserə gedərək müayinədən keçdim və içkili olmadığım barədə təsdiq olunmuş həkim arayışı da aldım. Səhəri gün BŞYPİ-nin 12-ci otağında olarkən onu dəqiqləşdirə bildim ki, həmin otaqda Emin adlı şəxs işləyir, amma o, özünü Emin adı ilə təqdim edən yol polisi əməkdaşı deyil. Eyni zamanda onu da dəqiqləşdirdim ki, məni aldadaraq ağ protokola qol çəkdirən yol polisi əməkdaşları, tərtib etdikləri protokola guya içkili olmağımla bağlı cərimə də yazıblar. Hal-hazırda saxta yolla tərtib olunmuş protokola görə, yol polisi idarəsindən sənədlərimi vermirlər. Əsas onu göstərirlər ki, “400 manat cəriməni ödədikdən sonra, sürücülük vəsiqəni verə bilərik” deyirlər. Çox maraqlı və təəccüb doğuran addımlardır ki, belə bir addımları da cənab Nuşirəvan Səfərovun rəhbərliyi altında çalışan yol polisi əməkdaşları atırlar. O haqda da düşünmək olar ki, onların belə bir qanunsuzluqlara qol qoymalarına şəraiti, məhz şəhər yol polisinin rəhbərliyində duranlar yaradırlar. Çünki, bu cür qanunsuzluqlara qol qoyan əməkdaşların, deyəsən rəhbərliklərindən heç bir çəkinəcəkləri yer yoxdur. Tutaq ki, baş verən olay barədə BŞDYPİ-nin rəhbərliyi dəqiq xəbərdar oldu, o, həmin əməkdaşlara qarşı hansı tədbiri görəcək, yaxud da görəcəkmi? Düşünürük ki, yox! Çünki tam əksəriyyət də bilir ki, bu cür oyunların daha yaxşı oyunçuları, elə həmin əməkdaşlara şərait yaradanların özləridirlər. Bundan əlavə, çoxsaylı oxucularımızın diqqətinə onu da çatdırmaq istəyirik ki, bu gün “Azərbaycan” nəşriyyatında çalışan media mənsubları, şəhər yol polisi idarəsində çalışan əməkdaşların atdıqları addımlardan da zinhara gəliblər. Çünki, onlar boş ərazilər olmadığından idarə etdikləri nəqliyyat vasitələrini, əksər hallarda “Azərbaycan” nəşriyyatının ön hissəsində saxlamağa məcbur olurlar. Bu zaman BŞYPİ-nin rəhbərliyindən “mötəbər tapşırıq” alan yol polisi əməkdaşları, həmin nəqliyyat vasitələrinə elə “divan tuturlar” ki, gəl görəsən. Belə olan halda “bu yerdə maşın saxlamaq olmaz, qanunu pozmusunuz, ona görə də cərimə olunursunuz” deyən yol polisi əməkdaşlarının rəhbərliyinə o sualı vermək lazım gəlir ki, bəs “Yol hərəkəti haqqında qanunlar”ı tapdaqlar altına atan əməkdaşlarınızı niyə cəzalandırmırsınız? Odur ki, gəlin ilk əvvəl belə bir problemlərin varlığına aydınlıq gətirək, sonra isə digər mətləblərin müzakirəsinə keçək. Yoxsa,... Mövzunu diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Petrosyanın etirafı İŞİMİZƏ YARAYA BİLƏRMİ? - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Sanksiya Rusiyaya tətbiq olunur, amma... zərəri Avropa görür...
Bu gün, 00:03 |
|
|
|
• Artıq bu ərazidə də Rusiya bayrağı dalğalanır
Dünən, 23:17 |
|
|
|
• “Əlimi qaldırmağa gücüm yoxdur”
Dünən, 23:14 |
|
|
|
• Rusiya niyə döyüşlərdə zirehli texnikadan az istifadə edir? – İLGİNC SƏBƏB
Dünən, 21:40 |
|
|
|
• Kəmaləddin Heydərov onları təltif etdi - SİYAHI
Dünən, 21:37 |
|
|
|
• "Türkiyə Rusiya turistləri üçün ölkəyə giriş qaydalarını dəyişdirməyə hazırlaşır"
Dünən, 19:32 |
|
|
|
• Ramal bir vaxtlar küsülü olduğu Elzanın evində - VİDEO
Dünən, 19:27 |
|
|
|
• Biz dini icmayıq, millət deyilik: baxın, bu da sübutu! – Erməni tarixçi
Dünən, 19:24 |
|
|
|
• Bakıda idmançıların kütləvi davasına görə daha bir nəfər tutuldu - TƏFƏRRÜAT
Dünən, 19:22 |
|
|
|
• Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər
Dünən, 19:16 |
|
|
|
• "Gedəcəyəm yanına, könlümüz açılsın deyə..." - FOTO
Dünən, 18:23 |
|
|
|
• Ter-Petrosyanın açıqlaması onun cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir - AKTUAL
Dünən, 18:18 |
|
|
|
• Paşinyan “özü” ilə mesajlaşdı, bunları yazı: “Gecə saat 3-də…” - FOTO
Dünən, 18:15 |
|
|
|
• Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər
Dünən, 18:11 |
|
|
|
• Azər Baxşəliyevin ölüm səbəbi başqa imiş - AÇIQLAMA
Dünən, 17:16 |
|
|
|
• Fuad Poladovun adı bu küçəyə verildi: Sakinlərsə NARAZIDIR - BUNA GÖRƏ
Dünən, 17:13 |
|
|
|
• Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır - Kreml
Dünən, 17:09 |
|
|
|
• "Mənim ən yaxşı dostum, tərəf müqabilimdir..."
Dünən, 16:35 |
|
|
|
• Orduya əmr verildi: - Yüksək döyüş hazırlığı
Dünən, 16:33 |
|
|
|
• Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi - ŞƏRH
Dünən, 16:32 |
|
|
|
• "Ermənistan tarixi üzrə dərslik Ermənistan Respublikası nöqteyi-nəzərindən yaradılmayıb" - Paşinyan
Dünən, 16:29 |
|
|
|
• Tiran Xaçatryan nədə ittiham olunur? - DETALLAR
Dünən, 16:14 |
|
|
|
• Putini qəzəbləndirən qərar geri “oxundu” - “Bloomberg”
Dünən, 16:12 |
|
|
|
• Dünya müharibəsi Azərbaycan sərhədlərini aşdı: Bizi qarşıda nələr gözləyir? - İNCƏLƏMƏ
Dünən, 16:09 |
|
|
|
• “Heç vaxt deməzdi ki, məndə bu problem var” - VİDEO
Dünən, 16:07 |
|
|
|
• Cəmi 7 km qalıb: Müharibədə gözlənilməz dönüş - NƏ BAŞ VERİR?
Dünən, 15:35 |
|
|
|
• Maşinist Həsənovun dələduzluq əməlləri: 1800 manat maaşa fəhlə... - TƏFƏRRÜAT
Dünən, 15:32 |
|
|
|
• “Azərbaycan təyyarəsində pilotların səsləri olan qara qutu…” - Braziliya açıqladı
Dünən, 15:29 |
|
|
|
• Ziddiyyətlərin balansı: İran Azərbaycana niyə düşmən kəsilib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:24 |
|
|
|
• Qərb Rusiyanı ərəb qazı ilə “boğur” – Putinin əsas silahı əlindən alınır
Dünən, 15:21 |
|
|
|
• “Qardaşımın 3 oğlunu da öldürəcəkdim” - 2 nəfəri öldürən Ziyanın MÜƏMMALI İFADƏSİ
Dünən, 13:41 |
|
|
|
• YAP Mərkəzi Aparatı bələdiyyə seçkiləri ilə bağlı proqramını təqdim edib - FOTO
Dünən, 13:38 |
|
|
|
• "Fərqi insan idi..."
Dünən, 11:41 |
|
|
|
• 1047-ci gün: Rusiyanın itkiləri yeniləndi
Dünən, 11:00 |
|
|
|
• “Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... - Moskva “uduzmuş” vəziyyətdə olacaq
Dünən, 10:46 |
|
|
|
• Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - Saatda 150…
Dünən, 10:43 |
|
|
|
• Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? - FOTO
Dünən, 10:34 |
|
|
|
• Bakıda insident törədən idmançılar həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:32 |
|
|
|
• Vəkili erməni generalın həbsini təsdiqlədi
Dünən, 09:16 |
|
|
|
• Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb
Dünən, 09:14 |
|
|
|
• "Biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik..." - keçmiş nazir
Dünən, 09:03 |
|
|
|
• Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi
Dünən, 09:00 |
|
|
|
• Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA - "Heç kimə sirr deyil ki..."
Dünən, 08:58 |
|
|
|
• Binəva neftçinin ailəsi nə yedi... necə yedi... KİMİSƏ MARAQLANDIRMIR... - AXI NİYƏ?..
Dünən, 08:51 |
|
|
|
• Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - AÇIQLAMA
Dünən, 08:32 |
|
|
|
• Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq… - Balasanyan deyir ki...
Dünən, 08:30 |
|
|
|
• Rusiyadan getməyə məcbur qalan ortaasiyalı miqrantlar yeni problemlərlə üzləşirlər - KİV
Dünən, 07:05 |
|
|
|
• İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq? - GƏLİŞMƏ
Dünən, 07:02 |
|
|
|
• "Əliyev Putinə üstün gəlib və Kremli dalana dirəyib" - İNCƏLƏMƏ
Dünən, 06:33 |
|
|
|
|