Petrosyanın etirafı İŞİMİZƏ YARAYA BİLƏRMİ? .....                     Sanksiya Rusiyaya tətbiq olunur, amma... .....                     Artıq bu ərazidə də Rusiya bayrağı dalğalanır .....                     “Əlimi qaldırmağa gücüm yoxdur” .....                     Rusiya niyə döyüşlərdə zirehli texnikadan az istifadə edir? .....                     Kəmaləddin Heydərov onları təltif etdi .....                     "Türkiyə Rusiya turistləri üçün ölkəyə giriş qaydalarını dəyişdirməyə hazırlaşır" .....                     Ramal bir vaxtlar küsülü olduğu Elzanın evində .....                     Biz dini icmayıq, millət deyilik: baxın, bu da sübutu! .....                     Bakıda idmançıların kütləvi davasına görə daha bir nəfər tutuldu .....                     Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər .....                     "Gedəcəyəm yanına, könlümüz açılsın deyə..." .....                     Ter-Petrosyanın açıqlaması onun cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir .....                     Paşinyan “özü” ilə mesajlaşdı, bunları yazı: “Gecə saat 3-də…” .....                     Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər .....                     Azər Baxşəliyevin ölüm səbəbi başqa imiş .....                     Fuad Poladovun adı bu küçəyə verildi: Sakinlərsə NARAZIDIR .....                     Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır .....                     "Mənim ən yaxşı dostum, tərəf müqabilimdir..." .....                     Orduya əmr verildi: .....                     Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi .....                     "Ermənistan tarixi üzrə dərslik Ermənistan Respublikası nöqteyi-nəzərindən yaradılmayıb" .....                     Tiran Xaçatryan nədə ittiham olunur? .....                     Putini qəzəbləndirən qərar geri “oxundu” .....                     Dünya müharibəsi Azərbaycan sərhədlərini aşdı: Bizi qarşıda nələr gözləyir? .....                     “Heç vaxt deməzdi ki, məndə bu problem var” .....                     Cəmi 7 km qalıb: Müharibədə gözlənilməz dönüş .....                     Maşinist Həsənovun dələduzluq əməlləri: 1800 manat maaşa fəhlə... .....                     “Azərbaycan təyyarəsində pilotların səsləri olan qara qutu…” .....                     Ziddiyyətlərin balansı: İran Azərbaycana niyə düşmən kəsilib? .....                     Qərb Rusiyanı ərəb qazı ilə “boğur” .....                     “Qardaşımın 3 oğlunu da öldürəcəkdim” .....                     YAP Mərkəzi Aparatı bələdiyyə seçkiləri ilə bağlı proqramını təqdim edib .....                     "Fərqi insan idi..." .....                     1047-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     “Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... .....                     Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi .....                     Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? .....                     Bakıda insident törədən idmançılar həbs edildi .....                     Vəkili erməni generalın həbsini təsdiqlədi .....                 

"Azər Süleymanov nəyə xidmət edir: dövlətə, xalqa, yoxsa cibinə???" - nazirə şok şikayət
Tarix: 18-06-2016, 10:22 | Çap et
"Azər Süleymanov nəyə xidmət edir: dövlətə, xalqa, yoxsa cibinə???"
Bu sözlər neçə gün əvvəl redaksiyamıza zəng edərək dərdini bizə danışan ağcabədili fermer V.Axundovun şikayət məktubundandır… V.Axundov əməkdaşımızla söhbətində olduqca maraqlı məsələlərə toxunub. Sən demə, 2 milyondan çox əhalisi olan qonaqlı-qaralı Bakıda ət və ət məhsullarının bahalığının bir səbəbi həm də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyinin fəaliyyətindəki uyğunsuzluqdur…

«Niyə rayonlarda kq-ı 5-6 manata olan ət Bakı bazarlarında 8-9, bəzən isə 10 manata satılır???»

Şikayətçi fermerin kənd təsərrüfatı naziri Heydər Əsədova ünvanlı şikayətini ixtisarla təqdim edirik (Daha geniş yazı qəzetin 21 iyun tarixli sayında dərc ediləcək):
-Cənab nazir! Əvvəlcə ondan başlayım ki, 20 ildən çoxdur maldarlıq və qoyunçuluq təsərrüfatı yaradaraq fəaliyyət göstərirəm. Dövlətdən bir manat da pul almadan… Qoy bu müraciətimi cənab kənd təsərrüfatı nazirimiz kimi Siz Heydər Əsədov oxuyasınız və agah olsun ki, ölkəmizdə bəzi sahələrdə bahalığın, məhsul qıtlığının bir səbəbi də fermerlərə lazımi köməkliyin olmamasıdır. Cənab Prezidentimiz İlham Əliyevin sərəncamları ilə hər il taxılçılara maliyyə yardımı edilir. Mənim qonşu təsərrüfatımda çalışanların güzəranından görürəm ki, bunların çoxu yerlərdə nəzəri xarakter alır, mahiyyətinə gələndə fermerin adına yardım var, özü demək olar yoxdur. Azsaylı adamlara verirlər, amma çoxlarının adına yazılır və… Bunu da qoyuram bir kənara, amma qoyunçuluq və maldarlıq təsərrüfatı yaradanlara isə heç bir kömək yoxdur. Halbuki Azərbaycanlı süfrəsinin bir tərəfində çörək durursa, digərində ət məhsulları dayanır. Biz fermerlərin yem bazası yaratması üçün də kömək lazımdır. Suyu pulla alırıq, yerlərdəki baytarlıq xidmətinin hansı səviyyədə olması da bəllidir… Baytarlar yalnız bazara halal ətimizi aparanda Forma-arayış deyilən bir sənədi verəndə yada düşürlər. Daha doğrusu, onda bizi yad edirlər.
Cənab nazir! Özüm ali təhsilli kənd təsərrüfatı mütəxəssisiyəm. Mənim şikayətim konkret olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanovun komandasının zəif fəaliyyətindən, biz fermerlərin qarşısına süni səd çəkməsindəndir. Əvvəlki rəis Sialə xanımın dövrünü xatırlayıram. Belə deyildi… Televiziyadan gördüm və sonra mətbuatdan izlədim ki, bu ilin iyunun 11-də Kənd Təsərrüfatı Nazirliyində baytarlıq xidmətinin yarıtmazlığına həsr olunmuş iclas keçirilib. İclasda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanov və onun işçiləri də var idi. Yadımdadır ki, Siz, cənab nazir, iclası açıb dövlətin aqrar sektora göstərdiyi diqqət və qayğıdan danışdınız. Hətta respublikada ərzaq bolluğunun yaradılmasında Baytarlıq Nəzarəti Xidmətinin müstəsna rolu olduğunu dediniz. Amma Sizin bu iclasınızda 5-3 tanınmış fermer də iştirak etsəydi, məlum olacaqdı ki, əksinə, ölkədə ərzaq qıtlığının, bahalığın yaradılmasında Baytarlıq Nəzarəti Xidmətinin rolu az deyil… Bunu bilmək üçün Siz nümayəndələrinizi, amma inandığınız, güvəndiyiniz adamları gecə saatlarında Bakıdakı kolxoz bazarlarına göndərin. Ət və ət məhsullarını paytaxt bazarlarına gətirən biz fermerlərin və ya nümayəndələrimizin başına açılan oyunu, pul alış-verişini, sizin laboratoriya müdirlərinin, baytar həkimlərin hansı hoqqadan çıxdığını, hər bazara aylıq haqqın necə qoyulmasını və s. görəndə, biləcəksiniz ki, Prezident cənab İlham Əliyevin və Sizin bir nazir kimi çəkdiyiniz əziyyətləri necə heçə endirirlər. Məni səmimi qəbul edin, olduğu kimi söyləməyə məcburam, bu yaxınlarda Mikrorayon bazarına ət aparmışdıq, halallıqla kəsilmiş, yetişdirilmiş heyvanlarım idi, uşağıma toy etdirirdim, dedim, niyə qazancı alverçilərin olsun, öz heyvanlarımın ətini özüm satdıracağam. Onsuz da bazarların hər birinin öz ət alverçisi var və biz də onlara təhvil veririk. Amma rayonlardakı mal-qoyun alverçiləri bizdən su qiymətinə alıb Bakıda üzərinə 25-30 faiz pul qoyub satırlar. Bu insafsızlıqdır… Və mən bazarda sizin laboratoriya müdirinin, baytar həkimin sənəd istəməsi bəhanəsi ilə əlimizdəki əti onların adamları olan alverçilərə yarı qiymətinə satdırmaq istəyini görəndə dəhşətə gəldim. Bu barədə eşitmişdim, amma öz gözlərimlə gördüm. Təsəvvür edin, bizdən tələb edirlər ki, bazara keyfiyyətsiz ət gətirilməsin, xəstəlik var və s. Deyirlər ki, arayış gətirin. Axı yerlərdəki baytar oturur başqa yerdə, mən fermer sabah iki mal satıramsa, onu hara dəvət edim, bəlkə mal-heyvanlarımızı onun idarəsinə aparmalıyıq? Hər gün Bakıya minlərlə mal, on minlərlə qoyun-quzu kəsilib daşınır. Mövcud şərait isə diqtə edir ki, hamı aparıb pulunu verib arayışını alsın. Heyvan xəstədir-sağlamdır, kim görür ki. Sonra Bakıdakı bazarların baytar həkimləri də bu tərəfdən. Əgər biz təkrarən bazarlardakıların «bığının altından keçəcəyiksə», daha o forma-arayışlar kimə lazımdır??? 8 km bazarında da eyni mənzərəni görmüşük, tanıdığım fermerlərin bildirdiyinə görə «Yaşıl Bazarda» və «Bakı Mərkəzi Bazar»da, Nəsimi bazarında da elə… Yaxşı biz dərdimizi kimə və necə deyək? Bazar işçiləri də etiraf edirlər ki, hər bazarın öz haqqı var. Hətta guya rəis Azər Süleymanov reyd keçirdir, at əti tutur və s. Bunlar onun rəis təyin edilməsinə hesablanmış görüntülərdir.
Cənab nazir! Şikayətimin əsassız olub-olmamasını araşdırmaq üçün tamamilə inandığınız bir adamı bazarlara gecələr göndərin və bundan sonra Sizə məlum olacaq ki, niyə Bakıda ət od qiymətinədir... Söylədiklərimə bir sübut: yuxarıda qeyd etdiyim iclasda, hansı ki, Siz sədrlik edirdiniz, bazarlardakı baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının fəaliyyəti barədə çıxışlar oldu, narazılıqlar dilə gətirildi. Elə həmin iclasda elan olunub ki, işdə ciddi nöqsanlara yol verdiklərinə və işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə görə 2 saylı BSEL-in müdiri Mehri Əliyeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova, 20 saylı BSEL müdiri Nüşabə Abdullayeva tutduqları vəzifədən azad edilmişdir. Bundan başqa, 9 saylı BSEL-in müdiri Almaz Bağırova, 10 saylı BSEL-in müdiri Canbaxış Vəliyevə, 17 saylı BSEL-in müdiri Saleh Arazova axırıncı xəbərdarlıq olmaqla şiddətli töhmət; 18 saylı BSEL-in müdiri Əlixan İbrahimova, 23 saylı BSEL-in müdiri Yusif İbrahimova, 24 saylı BSEL-in müdiri Süleyman Əhmədova, 5 saylı BSEL-in müdiri Ramazan Eminova töhmət verilmiş, 8 saylı BSEL-in müdiri Ramiz Əsgərova, 13 saylı BSEL-in müdiri Əbülfət Əsədova xəbərdarlıq edilmişdir. Halbuki birinci şiddətli töhmət rəis əvəzi Azər Süleymanovun özünə verilməli idi… Onun bazarlardakı işçilərinin dilindən deyilənləri eşidəndə təəssüflənməli olmuşam. Bütün bunları yoxlamaq üçün bir fermeri pilot layihəyə cəlb edin, Bakıya ət gətirsin. Görün onun başına nə oyun açılacaq, baytar həkimlər nə hoqqadan çıxacaq…
Cənab nazir, inanıram ki, biz fermerlərin il boyu çəkdiyi əziyyəti yüksək qiymətləndirirsiniz. Amma istəyirik ki, zəhmətimiz hədər getməsin, Baş Baytarlıq Xidmətinin rəis vəzifəsini müvəqqəti icra edən, rəis müavini
Azər İdris oğlu Süleymanovun yaratdığı mövcud durum dəyişsin, onda Bakı bazarlarında qiymətlər 20-30 faiz aşağı düşəcək, bizlərin də gəlirləri çox olacaq.
***
Qeyd edək ki, Azər Süleymanov birdən-birə 12.06.2014-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini təyin edilib, bundan 3 ay sonra (07.09.2015) Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis vəzifəsini icra edən (rəis müavini) vəzifəsinə təyinat alıb. Halbuki ona qədər bu Baş İdarədə (Xidmətdə) çoxsaylı daha təcrübəli işçilər var idi, niyə onlar kənarda qalıb??? Bu tələm-tələsik təyinat nədən qaynaqlanır???
Məsələyə dair rəis əvəzi A.Süleymanovun da mövqeyini öyrənməyə çalışdıq… Təəssüflər olsun ki, onun 562-76-13 iş telefonu zənglərimizə cavab vermədi… Bununla belə, şikayətçinin xahişi ilə Bakının üç bazarında gecə saatlarında baş verənləri canlı görmək üçün reyd keçirdik, araşdırma apardıq… Daha ətraflı yazı təqdim olunacaq və foto və videokadrlar çapa hazırlanır…
(Davamı var)
«Pravdainfo.org»un Araşdırması










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Petrosyanın etirafı İŞİMİZƏ YARAYA BİLƏRMİ? - AKTUAL
Bu gün, 00:06
Sanksiya Rusiyaya tətbiq olunur, amma... zərəri Avropa görür...
Bu gün, 00:03
Artıq bu ərazidə də Rusiya bayrağı dalğalanır
Dünən, 23:17
“Əlimi qaldırmağa gücüm yoxdur”
Dünən, 23:14
Rusiya niyə döyüşlərdə zirehli texnikadan az istifadə edir? – İLGİNC SƏBƏB
Dünən, 21:40
Kəmaləddin Heydərov onları təltif etdi - SİYAHI
Dünən, 21:37
"Türkiyə Rusiya turistləri üçün ölkəyə giriş qaydalarını dəyişdirməyə hazırlaşır"
Dünən, 19:32
Ramal bir vaxtlar küsülü olduğu Elzanın evində - VİDEO
Dünən, 19:27
Biz dini icmayıq, millət deyilik: baxın, bu da sübutu! – Erməni tarixçi
Dünən, 19:24
Bakıda idmançıların kütləvi davasına görə daha bir nəfər tutuldu - TƏFƏRRÜAT
Dünən, 19:22
Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər
Dünən, 19:16
"Gedəcəyəm yanına, könlümüz açılsın deyə..." - FOTO
Dünən, 18:23
Ter-Petrosyanın açıqlaması onun cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir - AKTUAL
Dünən, 18:18
Paşinyan “özü” ilə mesajlaşdı, bunları yazı: “Gecə saat 3-də…” - FOTO
Dünən, 18:15
Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər
Dünən, 18:11
Azər Baxşəliyevin ölüm səbəbi başqa imiş - AÇIQLAMA
Dünən, 17:16
Fuad Poladovun adı bu küçəyə verildi: Sakinlərsə NARAZIDIR - BUNA GÖRƏ
Dünən, 17:13
Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır - Kreml
Dünən, 17:09
"Mənim ən yaxşı dostum, tərəf müqabilimdir..."
Dünən, 16:35
Orduya əmr verildi: - Yüksək döyüş hazırlığı
Dünən, 16:33
Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi - ŞƏRH
Dünən, 16:32
"Ermənistan tarixi üzrə dərslik Ermənistan Respublikası nöqteyi-nəzərindən yaradılmayıb" - Paşinyan
Dünən, 16:29
Tiran Xaçatryan nədə ittiham olunur? - DETALLAR
Dünən, 16:14
Putini qəzəbləndirən qərar geri “oxundu” - “Bloomberg”
Dünən, 16:12
Dünya müharibəsi Azərbaycan sərhədlərini aşdı: Bizi qarşıda nələr gözləyir? - İNCƏLƏMƏ
Dünən, 16:09
“Heç vaxt deməzdi ki, məndə bu problem var” - VİDEO
Dünən, 16:07
Cəmi 7 km qalıb: Müharibədə gözlənilməz dönüş - NƏ BAŞ VERİR?
Dünən, 15:35
Maşinist Həsənovun dələduzluq əməlləri: 1800 manat maaşa fəhlə... - TƏFƏRRÜAT
Dünən, 15:32
“Azərbaycan təyyarəsində pilotların səsləri olan qara qutu…” - Braziliya açıqladı
Dünən, 15:29
Ziddiyyətlərin balansı: İran Azərbaycana niyə düşmən kəsilib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:24
Qərb Rusiyanı ərəb qazı ilə “boğur” – Putinin əsas silahı əlindən alınır
Dünən, 15:21
“Qardaşımın 3 oğlunu da öldürəcəkdim” - 2 nəfəri öldürən Ziyanın MÜƏMMALI İFADƏSİ
Dünən, 13:41
YAP Mərkəzi Aparatı bələdiyyə seçkiləri ilə bağlı proqramını təqdim edib - FOTO
Dünən, 13:38
"Fərqi insan idi..."
Dünən, 11:41
1047-ci gün: Rusiyanın itkiləri yeniləndi
Dünən, 11:00
“Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... - Moskva “uduzmuş” vəziyyətdə olacaq
Dünən, 10:46
Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - Saatda 150…
Dünən, 10:43
Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? - FOTO
Dünən, 10:34
Bakıda insident törədən idmançılar həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:32
Vəkili erməni generalın həbsini təsdiqlədi
Dünən, 09:16
Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb
Dünən, 09:14
"Biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik..." - keçmiş nazir
Dünən, 09:03
Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi
Dünən, 09:00
Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA - "Heç kimə sirr deyil ki..."
Dünən, 08:58
Binəva neftçinin ailəsi nə yedi... necə yedi... KİMİSƏ MARAQLANDIRMIR... - AXI NİYƏ?..
Dünən, 08:51
Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - AÇIQLAMA
Dünən, 08:32
Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq… - Balasanyan deyir ki...
Dünən, 08:30
Rusiyadan getməyə məcbur qalan ortaasiyalı miqrantlar yeni problemlərlə üzləşirlər - KİV
Dünən, 07:05
İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq? - GƏLİŞMƏ
Dünən, 07:02
"Əliyev Putinə üstün gəlib və Kremli dalana dirəyib" - İNCƏLƏMƏ
Dünən, 06:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru