Bu dəfə şikayətçi düşən vətəndaş az qala zəhərlənəcəklərini bildirir. Hər halda, bu faktın gərəkən qurumlar - xüsusən də Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırılması, qiymətləndirilməsi zəruridir. "DİA-AZ" olaraq vətəndaş gileyini təqdim edirik ki, AQTA da müdaxiləsini etsin.
Beləliklə Aişə Şirinli adlı sosial şəbəkə istifadəçisi yazır:
"Şikayətim “Ziyafət Mood” restoranındandır.
Reklama inanıb getdik...
İylənmiş toyuqdan dadsız, çox pis çolpa sacı verdilər. Toyuğun iylənmiş və qara rəngdə olduğunu bildirdik, lakin heç kim nəzərə almadı.