670 min insan Rusiyadan geri göndərilə bilər .....                     Bu gün məktəblərdə qış tətili başa çatır .....                     "Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                 

“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Tarix: Dünən, 20:29 | Çap et
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də,
Politoloq, ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı aktual məsələlərlə bağlı Musavat.com-a geniş müsahibə verib.

Ermənistan rəhbərliyinin son davranışlarından tutmuş, Türkiyə-Azərbaycan münasibətlərinin perspektivlərinədək bir çox suallarımıza ilginc cavabları təqdim edirik.

- Qafar bəy, Nikol Paşinyanın son brifinqdə dedikləri sizdə hansı qənaəti yaradır, Ermənistanın məqsədi nədir?

- Nikol Paşinyanın 4 saatdan artıq sürən mətbuat konfransını izlədim. Məndə çoxdan bəri belə qənaət var ki, Ermənistanın baş naziri hər dəfə çıxış edəndə orijinal görünmək istəyir, “xoruz səsi eşitməmiş məsələlər” ortaya ataraq gündəmi dəyişdirə bilir. Bəzən elə məsələlərdən danışır ki, onlar erməni cəmiyyətini maraqlandırmasa da, yeni müzakirələrin açılmasına səbəb olur. Paşinyan qəliblənmiş ictimai-siyasi proseslərə yeni yanaşma gətirir.

Bəzən mənasız fərziyyələrin içərisinə “daxil edilən” ciddi mövzuları gündəm etməklə diqqəti əsas məsələlərdən yayındırmağa çalışır, buna nail olur, siyasi arenaya sürdüyü problemlərlə bağlı fərqli yanaşmanın ortaya çıxmasına səbəb olur. “Gerçək Ermənistan”, qondarma “erməni soyqırımı”, Ermənistanın atributları, tarixi hadisələrə münasibət və s. məsələlərdə Paşinyan sərt tənqid olunsa da, cəmiyyəti silkələyə bilib. Bəzən danışdıqlarında özü-özünü təkzib etməsi də qəbul ediləndir, bu cür ritorika hədəfə çatmaq üçündür və siyasi mübarizədə məqbul fəaliyyət kimi qəbul olunur.

Paşinyanın 4 saatdan çox davam edən mətbuat konfransında açıq göründü ki, bu gün onu düşündürən 2026-cı ildə keçiriləcək seçkilərdə qalib gəlməyin təməllərini yaratmaqdır. O, bunu uğurla edə bilir. Amma onun özündən asılı olmayan səbəblərdən və durumlardan da istifadə etməyə çalışır ki, siyasi hakimiyyətini davam etdirə bilsin. Əlbəttə, Paşinyan hər kəlməsi, hər ifadəsinin ciddi müzakirə mövzusu olmasını şəxsən istəyir. Çünki reklamın yaxşısı və pisi olur. O analitiklər haqlıdırlar ki, hakimiyyətini davam etdirməsi üçün Paşinyana Azərbaycanla sülh sazişi lazımdır deyirlər.

Türkiyə ilə sərhədlərin açılması, diplomatik münasibətlərin normallaşması prosesi irəli getməlidir. 2025-ci ildə bunu edə bilməsə, Paşinyan siyasi ömrünü başa vura bilər, onu və komandasını nələrin gözlədiyi isə məlumdur. Qarşıdakı aylarda bunun üçün çalışacağının da anonsu verildi.

Paşinyan brifinqdə çox şeylərdən bəhs etdi. Xüsusi olaraq qondarma “erməni soyqırımı” məsələsindən danışarkən yenə konkret idi. Nikol Paşinyan bir neçə dəfə qondarma “erməni soyqırımı” məsələsindən danışıb və onu müzakirə etməklə bu ideologiyaya yeni çalar vermək istəmişdi. Paşinyan jurnalistin bununla bağlı sualına cavab verərkən deyib ki, “erməni soyqırımı” məsələsi ilə bağlı “kimsə onun başına silah dayamayıb”. Eləcə də 44 günlük savaşda mühasirədə olan erməni ordusunu xilas etmək üçün 9 noyabr 2020-ci il sənədinə imza atarkən kimsə onun “başına silah dayamayıb”. Gerçəkdən də erməni cəmiyyəti, Paşinyanın özü də qarışıq anlamalıdır ki, Azərbaycan və Türkiyəyə bu anlamsız ittihamlarla Ermənistan nə əldə edə bilər? Paşinyan da yaxşı bilir ki, “erməni soyqırımı” uydurulmuş tezisdir və SSRİ də, Qərb dövlətləri də Türkiyəyə siyasi basqılar üçün bu vasitədən istifadə ediblər.

Türkiyə o qədərmi sadəlövh dövlətdir ki, ermənilərin diasporasının və hətta onların havadarlarının basqısı ilə tarixdə olmayan bir şeyi qəbul etsin. 1939-cu ilə qədər heç danışılmayan və 50-ci illərdə gündəmə siyasi məqsədlərlə, konkret şəkildə Paşinyanın dediyi kimi, SSRİ-nin Türkiyəyə qarşı start verdiyi bu məsələ heç Qərbin də gündəmində olmayıb. Keçən il Ermənistanda 1915-ci ildə “soyqırıma məruz qalanlarla” bağlı yetərli dəlillərin yoxluğu da ortaya çıxdı, “öldürülənlərin” siyahısının olmaması ilə bağlı müzakirələr də göstərdi ki, bu, açıq bir böhtandan ibarət olub. Nəinki SSRİ-də, bu məsələdən ara-sıra bəhs edilən xarici ölkələrin heç birində, heç bir erməni quruluşunda tutarlı dəlil olmamışdı. Ona görə də ermənilər uydurma yolu tutdular. 30-dan çox ölkənin parlamentlərində qəbul olunan qanun layihələrində Osmanlı dövlətini “soyqırımda” suçlayacaq əsaslı dəlili yoxdur, saxta ittihamlardan ibarət müddəalardır və bu səbəbdən onun beynəlxalq hüquqi keçərliliyi mövcud deyil.

Bu ideologiya artıq iflas həddindədir, Ermənistan dövlətinin gələcəyi üçün zərərli tendensiyaları özü ilə birlikdə gətirir. Paşinyan bunu bilir, erməni diasporunun “gerçək Ermənistana” zərərlərini məhdudlaşdırmağa və qonşularla normal münasibətlərin qurulmasına çalışır, bu yolla da özünə gələcək siyasi həyatı üçün yeni dividendlər qazandırmaq istəyir.

- Ermənistanın baş naziri Zəngəzur dəhlizindən sərbəst keçidə etiraz etmədiklərini desə də, Azərbaycandan da eyni güzəştlərin edilməsinə eyham vurur. Sizcə, buna gedilə bilərmi? Naxçıvanı 30 ildən artıqdır blokadada saxlayan İrəvana Bakının cavabı sizcə, necə olacaq?

- O, bu gün “Zəngəzur çıxılmazı”nda ilişib qalıb. Son brifinqdə də nala-mıxa vurmağa başladı və belə bir təəssürat yarandı ki, 2020-ci il 9 noyabr üçtərəfli bəyannaməsinin 9-cu bəndində nəzərdə tutulan Azərbaycandan Azərbaycana (Naxçıvana) maneəsiz keçidin olmaması durumunda həmin yolun İran ərazisində ehtimal olunan variantla müqayisə edərkən deyir ki, bu məsələdə problem yoxdur, İranın təklif etdiyi variantı biz də təklif edirik. “Maneəsiz keçid” elə Azərbaycan ərazisindən keçəcək bütün kommunikasiyalara aiddir. Ortaya atdığı və heç kəs tərəfindən ciddiyə alınmayan “sülh kəsişməsi” elə bunu nəzərdə tutur, İran variantındakı şərtlər Ermənistan üçün də məqbuldur, deyir. Bu fikri ona görə deyir ki, Azərbaycanın yeni seçim edəcəyindən qorxur.

Paşinyanın bu çıxışından sonra erməni mütəxəssislər, onun təbliğatçıları həmin koridordan, tranzit gəlirlərindən və Ermənistanın buradan 4-5 milyarda qədər gəlir götürəcəyindən bəhs etməyə başlayıblar. Ermənistan tərəfdən müəyyən yumşalmanın olması qeyd edilməkdədir. Hətta ondan da danışmağa başlayıblar ki, Zəngəzur dəhlizinin açılmasına Ermənistan deyil, İran maneəçilik törədir. Artıq qonşu ölkə ittiham edilməyə başlayıb ki, İran ona görə buna qarşı çıxırdı ki, həmin yol öz ərazisindən keçsin. Paşinyanın mətbuat konfransında “keçid”lə bağlı “xırdaladığı” nüanslardan sonra Ermənistan mətbuatı bu yolun tezliklə açılacağı fikrini önə sürür.

Nikol Paşinyan yeni bir təkliflə Azərbaycana üz tutubsa, demək Ermənistanın bu məsələdə konstruktiv yanaşması dəyərləndiriləcək. Bu, şübhəsiz ki, sülh danışıqlarının nəticələnməsinə də yardımçı ola bilər.

- Prezident İlham Əliyev bir neçə gün öncə növbəti dəfə tarixi həqiqətlərdən bəhs etdi. Necə bilirsiniz, Paşinyanın cığallığı masaya 1918-20-ci illərin xəritələrinin qoyulmasına gətirib çıxara bilərmi?

- Ermənistanın yaxın tariximizdə baş verən olaylara, tarixi hadisələrə yanaşması dəyişmədikcə, həqiqətin nə olduğu ortaya çıxa bilməz. Bu ölkədə illər uzunu formalaşmış stereotiplər var və onları dəyişdirmək çətindir. Danışıqların ilk mərhələsində 1918-20-ci illərdəki xəritələrdən bəhs edilib. Çünki Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olmuş AXC-nin varisi elan edilib və Cümhuriyyətin ərazisi 114 min kvadratkilometr idi. Sovet vaxtı administrativ ərazilərin 1991-ci il Almaatı Bəyannaməsi prinsiplərinə uyğunlaşdırılmasından sonra bu xəritələrdən bəhs edilmir. Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisini tanıdığını bəyan edir.

- İrəvan bir tərəfdən guya sülh istəyir, digər tərəfdən müharibəyə hazırlaşır. Ermənistanda doğrudanmı bu oyunbazlığın təhlükəli olduğunu düşünən yoxdur? Erməni analitiklərini orijinaldan izləyirsiniz, onların qənaəti necədir?

- İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, bu ərazidən gözünü tamamilə çəkməyib. Hansı şəkildəsə buraya erməni əhalinin gətirilib yerləşdirilməsinə çalışacaq. Demək münaqişənin, gərginliyin qalması Ermənistanı yeni müharibəyə sövq edəcək və üstəlik, revanşizm duyğuları belə asanlıqla yox olmayacaq.

Dövlət olaraq Ermənistan öz təhlükəsizliyini bəhanə gətirərək silahlanacaq və bunu həvəslə edən bəzi ölkələr də var. İndi Ermənistanı Fransa və Hindistan silahlandırır. Sabah başqa ölkələr də ola bilər və bu silahlanmanın qarşısını almaq üçün elə bir beynəlxalq mexanizm tətbiq etmək mümkün deyil. Ermənistan, əlbəttə, Azərbaycana qarşı silahlanır, bunu bildiyimizdən önləyici tədbirləri də bizim özümüz almalıyıq.

Ermənistanın silahlanmasının bu ölkənin özünü təhlükəli nöqtələrə aparacağını bilənlər və dilə gətirənlər var. Hətta bu durumun davam etməsinin Ermənistan dövlətçiliyinin itirilməsi ilə nəticələnəcəyini deyənlər var. Amma Ermənistan, onun hakimiyyəti və erməni toplumu ümumən irqçi düşüncənin əsiri olduğundan prosesləri məntiqlə qiymətləndirə bilmirlər. Məsələn, onlar hələ də anlamırlar ki, bölgədə Türkiyə və Azərbaycanla yaxşı keçinmənin alternativi yoxdur və Ermənistan bölgədə bir quruluş olaraq mövcud olmaq istəyirsə, Azərbaycan və Türkiyə ilə ağıllı əməkdaşlıq içərisində olmalıdır. Paşinyan buna çalışırmı? Məncə, o, bütün siyasətini bu seçim üzərində qurmağa məcburdur.

- Avropa İttifaqının bölgədə daha iki il qalması hansı məna daşıyır? Məqsəd, məram Ermənistanı qorumaqdır, yoxsa arxa planda başqa fitnə-fəsad, yaxud da plan var?

- Ermənistanda bəziləri hesab edirlər ki, Aİ müşahidəçi missiyası fəaliyyətə başlayandan sonra Azərbaycanın aqressiv əməliyyatları azalıb, bəziləri isə qeyd edirlər ki, Azərbaycan bu missiyanın olub- olmamasından asılı olmayaraq, istədiyini edə bilər. Əslində bu missiya Aİ-nın bölgəyə bir şəkildə girmək, müdaxilə etmək cəhdi idi. Nə dərəcədə uğurlu olduğu da mübahisə edilə bilər. Bu missiyanın məqsədi hesabat hazırlamaqdır, Ermənistanı hansısa təhdidlərdən qorumaq deyil. Belə bir təsəvvür də var ki, bu missiya kəşfiyyat xarakteri daşıyır və Azərbaycanı da narahat edən budur. Azərbaycan öz sərhədində hansısa ölkənin kəşfiyyat qrupunun fəaliyyətinə göz yuma bilməz. Bu missiyanın gələcəkdə hansı fitnə-fəsad törədəcəyi də məlum deyil.

Onun fəaliyyətinin iki il daha uzadılmasının Azərbaycanın milli maraqlarına uyğun olmadığı açıq bəyan olunub. Paşinyan son brifinqdə deyir ki, bu missiya demarkasiya prosesi aparıldıqca onun rolu həmin ərazidə bitəcək. Bir tərəfdən o, etimad mühitinin yaradılmasından söhbət edir. İki qonşu dövlətin bir-birinə etimadı yoxdursa, hansı əlaqələrdən, sülh və sabitlikdən söhbət gedə bilər.

- Kremlin Aİ missiyasına, Ermənistan-ABŞ anlaşmasına münasibəti adekvat hesab oluna bilərmi? Rusiya niyə bu qədər çəkingən mövqe sərgiləyir?

- Qəbul etmək lazımdır ki, Rusiyanın Cənubi Qafqazda təsir imkanları önəmli ölçüdə zəiflədilib. Ermənistan bundan yararlanır. Rusiyanın bölgədən çıxarılmasında Ermənistana Qərb vasitə kimi baxır. Amma nə etsə də, Ermənistan Rusiyanın nəzarətindən çıxa bilməz. Rusiya gözləyir və Ermənistanın şıltaqlığına bəzən rəsmilərin dilindən ehtiyatlı reaksiya verir. Məsələn, baş nazirin müavini Ermənistanın addımlarını ““Titanik” gəmisinə bilet almaq” kimi dəyərləndirmişdi. Ermənistan Qərbə meyllənməklə guya balanslaşdırlmış siyasət apardığını düşünür, amma Rusiya bunu “xəyanət” hesab edirsə, bir gün onu sərt cəzalandıracağını da ehtimal etmək olar. Cəza nə ola bilər? Ermənistanda bunu müzakirə edirlər. İqtisadi olaraq Ermənistan Rusiyadan tamamilə asılıdır, enerji, yanacaq ehtiyacını Rusiyadan aldığı qaz, neft, atom enerjisi yanacağı və s. ödəyən ölkə üçün bunların kəsilməsi həyatın durması nöqtəsinə gələ bilər və s.

Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqındakı “fəaliyyəti” də Rusiyanı cəza mexanizmlərini işə salmaq kimi seçim qarşısında qoya bilər. Rusiya indiki durumda Ermənistanı itirmək istəmir və hələ ki, onun nazına dözür.

- Azərbaycan təyyarəsinin vurulmasından sonra Bakı-Moskva münasibətləri Ermənistanın faydalanacağı həddə qədər gərginləşə bilərmi? Siz bu proseslərin haradək davam edəcəyini düşünürsünüz?

- Ermənistanda istəyirlər ki, Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşsin və onlar bundan yararlanmağa çalışdılar. Bakı-Moskva münasibətləri o həddə qədər gərginləşə bilməz ki, Ermənistan ondan faydalansın və yaxud Rusiya üçün Ermənistan Azərbaycanı əvəz edəcək imkanlara sahib ölkə kimi önə çıxsın. Rusiya üçün Azərbaycanın önəmi ildən-ilə artır və “təyyarə” olayından sonra yaranan gərginliyi də körükləyən qüvvələr vardı.

Azərbaycan bir dikduruşlu dövlət kimi haqqını tələb etdi və nə dərəcədə müstəqil siyasət yeridən dövlət olduğunu göstərdi. Bu olaya qədər bəzi Qərb mediası və erməni təbliğat maşını elə təsəvvür yaratmağa çalışırdı ki, Azərbaycan guya “Rusiya gəmisində” yer alıb, Qərbə və ABŞ-a qarşı Rusiya siyasətinin yedəyində gedir. Təyyarənin vurulmasından sonra Azərbaycanın siyasi iradəsi ortaya qoyuldu və bəzi rus analitikləri, erməni politoloqları xəyal qırıqlığına uğratdı.

- Türkiyə və Azərbaycanın birgə addımları, o cümlədən Suriya anlaşması düşmənləri çox narahat edir. Yaxın günlərdə Prezident Ərdoğanın Azərbaycana gələcəyi gözlənilir. Münasibətlərin yüksələn xətt üzrə inkişafı fonunda Zəngəzur dəhlizinin açılmasına İran və ya Fransa maneəsi nəticə verə bilərmi?

- Ermənistanda bəzi ekspertlər düşünürlər ki, Türkiyənin Suriya uğurundan sonra atacağı növbəti addım Zəngəzurda olacaq. Artıq Ermənistana mesaj verilib ki, bu məsələdə dirənişin bir faydası olmayacaq. Ermənistanın özü üçün faydalı olan variant üzərində durulacaq. Paşinyan da qeyd etdi ki, onlar təkliflərini veriblər. Türkiyə də, Azərbaycan da bu dəhlizin açılmasının həyati əhəmiyyətini, bölgədə güclənmənin vasitəsi olduğunu bilir. İlham Əliyevin bu dəhlizin açılması ilə bağlı qərarlı fikirləri bütün dünyaya bəyan olunur. Türkiyə rəhbərinin növbəti Azərbaycan səfəri şübhəsiz ki, bəlkə də bizim hesablamadığımız bəzi sürpriz addımların atılmasına səbəb olacaq. Bu yalnız Zəngəzur dəhlizi ilə bağlı olmaya bilər.

- Qafar bəy, bilirik ki, Qərbi Azərbaycan mövzusu hər zaman sizinçün prioritetdir. Qərbi azərbaycanlıların qayıdışı sizcə, nə zaman gerçəkləşə bilər və təhlükəsizlik çətiri necə formalaşdırıla bilər?

- Qərbi Azərbaycana oranın yerli əhalisi olan Azərbaycan türklərinin geri dönüşü ideyası Azərbaycan cəmiyyətində həmişə olub. Onu bir konsepsiya halına gətirmək üçün 2000-ci ildə Azərbaycan ziyalıları təşəbbüs göstərdilər və ortaya İrəvan Türk Cümhuriyyəti çıxdı. Bu işi indi Qərbi Azərbaycan İcması şəklində davam etdirənlər də eyni ideyanın daşıyıcılarıdır və kim bu sahədə xırda da olsa, bir iş görürsə, təqdir edilməlidir.

Ermənistanda, izləyirəm, ən çox ehtiyat edilən məsələ budur və Azərbaycanlıların öz yurdlarına qayıdışını Ermənistan dövləti üçün təhlükə hesab edənlər var. Amma ağlı başında olan bəzi ermənilər geri dönüşün faydalarını da dilə gətirirlər. Ermənistan kimi iqtisadi perspektivi olmayan, günü-gündən həyat şəraitinin ağırlığından ölkəni tərk edənlərin sayının artdığı bir ölkəyə yeni nəfəs, yeni enerji, yeni güc gələ bilər. Bunun nəyi pisdir? Bir də geri dönüşlə bu torpaqların əsas sakinlərinin haqları tanınmış olur.

Şəraitin yetişməməsi səbəbindən, dünyada gedən proseslərə görə geri dönüş dərhal olmaya bilər. Təhlükəsizlik baxımından da bu prosesin aparılmasında ortaya çıxacaq problemlər aradan qaldırılmalıdır. Ermənistan bu insanların təhlükəsiz yaşamasına təminat verməlidir. Şübhəsiz, bunların hamısı danışıqların predmeti olacaq. Amma bu ideyanın yaşadılması və gələcəyə daşınması çox önəmlidir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru