"Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
"Yanvarın 18-də İmişlidə Dövlət Yol Polisinin avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi. Həmin gün İmiş Rayon Prokurorluğu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü - yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlığından iki şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi açdı. Artıq ibtidai istintaq aparılır. Dəhşətli hadisədir, çünki söhbət azyaşlıların ölümündən gedir. Heç bir şübhə yoxdur ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən şəffaf, obyektiv şəkildə araşdırılacaq, cinayətkarlar cəzalarını alacaqlar. Bu heç müzakirə məsələsi də deyil, aksiomdur. Azərbaycan hüquqi dövlətdir, başqa cür ola bilməz. DİN elə hadisə baş verən gün operativ olaraq qəza ilə bağlı video görüntünü yaydı. Görüntülərdən də məlum olur ki, DYP avtomobili yol ayrıcındakı digər avtomobilə dəyir, nəticədə, polis maşını yoldan çıxır, səki ilə hərəkət edən azyaşlıların ölümünə səbəb olan hadisə baş verir. Diqqətdən yayınmayan məqam budur ki, radikal müxalifət bu cür bədbəxt hadisədən də müəyyən siyasi dividentlər qazanmaq niyyəti güdür. Dərhal hadisəyə siyasi rəng qatmağa başladılar, Azərbaycan polisinin adını ləkələməyə çalışdılar, anti-Azərbaycan dairələrin təhriki, onların təşkilatçılığı ilə tələm-tələsik etiraz dalğasının yaranmasına da rəvac verdilər. Azərbaycan hüquqi dövlətdir və bütün məsələlər hüquqi müstəvidə tənzimlənir. Yaranan ixtişaşlarda saxlanılanlar var. Bunun da motivləri araşdırılır. Xarici müdaxilə, sifarişə bağlı məqamlar da üzə çıxarılır və araşdırma predmetidir". Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
"Üzümü həmin anti-milli ünsürlərə tutub deyirəm ki, heç vaxt unutmayın, Azərbaycan polisi hər zaman öz vəzifəsini şərəflə yerinə yetirib, ölkəmizin ərazi bütövlüyünün, təhlükəsizliyinin qorunmasında müstəsna xidmətləri olub. Bu gün də Azərbaycan stabil dövlətdir, müsəlman dünyasında sabitlik adasıdır, hər bir vətəndaş özünü təhlükəsiz hiss edir. Bu, nəyin sayəsindədir? Bütün bunlarda polisimizin müstəsna rolu var. İki il öncə Brüsselə səfərim var idi. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq komitəsi çərçivəsində bu səfər baş tutmuşdu. Bizim nümayəndə heyətinə Brüssel rəsmiləri bildirdilər ki, axşam saat 22:00-dan sonra otelə qayıtmağınızı xahiş edirik. Sual verdik ki, niyə? Dedilər ki, axşam 22:00-dan sonra Brüsseldə - Avropa İttifaqının və NATO-nun mənzil qərargahının yerləşdiyi bir paytaxt şəhərində təhlükəsizliyinizə 100% təminat verə bilmirik, hər şey baş verə bilər. Biz həmin an bir-birimizə baxıb dedik ki, Azərbaycanın və Bakının nə qədər təhlükəsiz olduğunu indi daha çox dərk etdik. İndi isə Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər. Buna qətiyyən ehtiyac yoxdur. Sizə bircə fakt deyim ki, ABŞ özünü demokratiyanın beşiyi sayır, amma hər il, təxminən, 1200 nəfərdən çox insan məhz polis təzyiqləri nəticəsində qətlə yetirilir. Azərbaycan polisi isə öz vətəndaşını qoruyur. Bu cür hadisənin baş verməsini heç istəməzdik, amma təəssüf ki, belə hallar da baş verir. Burada ayrı-ayrı polis əməkdaşının günahı varsa, bu, bütövlükdə Azərbaycan polisinin günahı deyil. Kimlərsə cinayət tərkibli əmələ imza atıbsa, mütləq cəzalandırılacaq. İnsanların başına gələn faciədən siyasi qazanc əldə etmək vicdansızlıqdır. İmişlilər mərd, dövlətə, dövlətçiliyə bağlı, öz Prezidentini sevən, ağı qaradan seçməyi bacaran insanlardırlar. Heç vaxt imkan verməzlər ki, anti-Azərbaycan dairələrin çirkin niyyətləri belə bədbəxt hadisələr fonunda rəallaşsın", - deputat bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq - “Regnum”
Bu gün, 14:00 |
|
|
|
• Fəlakətli zəlzələ xəbərdarlığı: - Yüz minlərə insan öləcək
Bu gün, 13:58 |
|
|
|
• Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19 |
|
|
|
• "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17 |
|
|
|
• "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15 |
|
|
|
• Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12 |
|
|
|
• “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10 |
|
|
|
• 19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06 |
|
|
|
• İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03 |
|
|
|
• Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01 |
|
|
|
• “Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00 |
|
|
|
• "Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58 |
|
|
|
• İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• “Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55 |
|
|
|
• Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54 |
|
|
|
• Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb - ARANI QATANLAR KİMDİR?
Bu gün, 12:46 |
|
|
|
• Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Bu gün, 12:43 |
|
|
|
• Yumurta bahalaşacaq? - Asossiasiya açıqlama yaydı
Bu gün, 12:37 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Simonyan BELƏ DEYİR
Bu gün, 12:32 |
|
|
|
• AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28 |
|
|
|
• İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23 |
|
|
|
• Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15 |
|
|
|
• Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11 |
|
|
|
• "Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07 |
|
|
|
• Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55 |
|
|
|
• Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53 |
|
|
|
• Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Parisin Tramp qorxusu: - Makron Avropanı "oyatmaq" istəyir
Bu gün, 11:48 |
|
|
|
• Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub
Bu gün, 11:42 |
|
|
|
• “Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31 |
|
|
|
• Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30 |
|
|
|
• “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27 |
|
|
|
• Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21 |
|
|
|
• Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18 |
|
|
|
• Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14 |
|
|
|
• Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11 |
|
|
|
• 92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09 |
|
|
|
• "Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06 |
|
|
|
• “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01 |
|
|
|
• Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59 |
|
|
|
• Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53 |
|
|
|
• Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42 |
|
|
|
• "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37 |
|
|
|
• "Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35 |
|
|
|
• "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29 |
|
|
|
|