"Akademik-alim qılaflı o `işgüzarlar` indi də iş başındadırlar" - MALƏSƏF...
"AMEA prezidenti İsa Həbibbəyli qurumun sabiq prezidenti Ramiz Mehdiyevlə birgə Dilçilik İnstitutuna direktor gətirdikləri yaxın dostu Nadir Məmmədlini də götürüb gediblər Fransaya. Onlar Parisdə mənzillənmiş UNESCO-da “Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr edilmiş konfransda iştirak ediblər. Hətta çıxış da edib və çox ehtimal deyiblər ki, bəs Xocayevin Azərbaycan dilinə tərcümə etdiyi əlyazmanı N.Məmmədli Dilçilik İnstitutunun arxivindən min bir zəhmətlə tapıb nəşr edib. Yəqin ki, bu zaman "Pah atonnan!" "Evrika!" deyib qəşş edən arkadaşlarımız da olub..." "DİA-AZ" bildirir ki, bunu öz etirazında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov ifadə edib. O daha sonra əlavə edib: "Və çox ehtimal ki, bunu dinləyən türk abilərimizdən biri deyib ki, "efendim, bu, nasıl oluyor? Kendi institutunuzda belgeleri kayb edib sonra buluyorsunuz və bunu işmi, kahramanlıkmı sanıyorsunuz?". Çox güman ki, sualı eşitməməzliyə vurublar. Maşallah! Xəbərə görə nümayəndə heyəti 3 nəfərdən ibarət olub. Maraqlıdır, Azərbaycan dilinin ilk elmi qrammatikasının əks olunduğu Mirzə Kazımbəyə və digər milli-tarixi-linqvistik və siyasi-mədəni və diplomatik əhəmiyyətə malik kitabların nəşrinə 1 manat xərcləməyən, yaşamağa yeri, imkanı olamyan müəllifə "Get, Heydər Əliyev Fondu sənə mənzil versin" tövsiyəsində bulunan möhtərəm İsa Həbibbəyligil, görəsən, 3 nəfərin Parisə gedib-gəlmək və hoteldə qalmaq xərcini ciblərindən veriblər, yoxsa köksünə şığıyıb taqətdən saldıqları dövlət büdcəsindən?! Əsas odur ki, şəkil çəkdirib iş görüntüsü yaradasan və gözə kül üfürəsən. Reallıqda isə həbibovlaşmış akademiyada elmdən və alim əməyinə qiymətdən söhbət gedə bilməz. Beynəlxalq kataklizmlərdən sui-istifadə olunaraq iş adı ilə milyonların yeyilməsinə göz yumulması necə alim etikasına, alim şərəfinə və vicdanına sığa bilər?! Belə akademik əməllər dövlətin və dövlət üçün yaxşı iş görmək istəyən dövlət adamlarının reputasiyasını darmadağın etmirmi?! Əlbəttə, akademşəbəkənin vecinə deyil. Təki onların özləri, övladları, nəvə-nəticələri sağ-salamat, eyş-işrət içində, kef-damaqda olsunlar. PS. 2008-2011-ci illərdə İsa Həbibbəyli NDU-da rektor olan vaxtlar Misir Ərəb Respublikasının "azman alimlər"i ilə sıx əlaqəyə girmişdi. O, ictimai-siyasi hadisələri yaxından izləyən biri kimi çox gözəl müşahidə etdi ki, həm də məddah alimlərin üzündən Hüsnü Mübarək qan bahasına devrildi. Amma ortada yeyib qıraqda gəzən məddah alimlərə gözün üstə qaşın var deyən olmadı. Elə biclik etdilər ki, bütün xalq Mübarəyi günahkar bildi və onun acı taleyi hər kəsə məlumdur. Həmin məddah akademik-alimlər isə şad-xürrəm nəşədən nəşəyə intiqal etdilər. Mübarəyi o vaxt tərifləməyə məcbur qaldıqlarını, əslində isə ona nifrət etdikllərini deyib and içdilər. Akademik-alim qılaflı o "işgüzarlar" indi də iş başındadırlar. Yeri gəlmişkən, 2008-ci ildə Qahirə Universitetində treyninqdə olduğum zaman bizim akademşəbəkə üzvlərinin kopyası olan Misirli akademik-alimlərin bir neçəsi ilə söhbətim də oldu. Məəttəl qaldım. Eyni təfəkkürür, eyni strategiya. Bizim alim-akademiklərin copy-paste variantı idilər..."
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2025-ci ildə valyuta bazarında sabitlik təmin ediləcək - AMB TƏMİNAT VERDİ
Bu gün, 11:10 |
|
|
|
• Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...
Bu gün, 11:08 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 11:06 |
|
|
|
• «Gold Residence» sakinləri təhlükə ilə ÜZ-ÜZƏ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:04 |
|
|
|
• Məhkəmə ETSN-in əməkdaşını şantaj edən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
• Rus generalın ölümünə görə iki nəfər TUTULDU - “Kommersant”
Bu gün, 10:55 |
|
|
|
• Brüssel nəbz yoxlaması həyata keçirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:53 |
|
|
|
• Azərbaycanda Türkiyə hərbi bazası... - Əliyevin cavabı
Bu gün, 10:52 |
|
|
|
• Şokoladdan stul davasına keçid təhsili - Nazir demişdi axı...
Bu gün, 10:48 |
|
|
|
• Xaricdən gətirilən hibrid avtomobillərin sayı kəskin artıb
Bu gün, 10:46 |
|
|
|
• "3-cü sinif dərsliyində 9 yaşlı uşaq üçün bu nə şeirdi?" - ETİRAZ
Bu gün, 10:40 |
|
|
|
• Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır! - Komediya içində komediya
Bu gün, 10:33 |
|
|
|
• Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, AMMA... - Ermənistandan cavab yoxdur!
Bu gün, 10:18 |
|
|
|
• Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib
Bu gün, 10:17 |
|
|
|
• Qazaxda ŞOK QALMAQAL: Torpaq sahələrinə erməni `kupçası` - BU NƏDİ BELƏ?..
Bu gün, 10:09 |
|
|
|
• "Sən nəyə hazırsansa, o da sənə hazırdır" - FOTO
Bu gün, 10:07 |
|
|
|
• İrəvan Azərbaycana silah satılmaması üçün hər şeyi etməlidir - Köçəryan
Bu gün, 10:05 |
|
|
|
• Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir? - Camaat narazıdır... TROLLARSA MƏMNUN!
Bu gün, 10:03 |
|
|
|
• Dövlət büdcəsindən ayrılan yardımın artırılmasına partiyalardan REAKSİYA
Bu gün, 09:56 |
|
|
|
• Biz Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52 |
|
|
|
• Qərb regionda genişmiqyaslı təxribatlara hazırlıq görür - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• "Ermənilərin yaşadığı yerlərdə hal-hazırda bu proses sürətlə davam edir" - deputat
Bu gün, 09:47 |
|
|
|
• İsmayıl Məmmədov idarə rəisi təyin edildi - ƏMR
Bu gün, 09:43 |
|
|
|
• 24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”... - “Bir çoxu təhsilini yarımçıq qoyacaq”
Bu gün, 09:42 |
|
|
|
• “Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndi - TƏFƏRRÜAT
Bu gün, 09:39 |
|
|
|
• Təhsil eksperti şagirdə stul atan müəllimi MÜDAFİƏ ETDİ... - "...Uşaqda heçmi günah yoxdur?!"
Bu gün, 09:33 |
|
|
|
• Sahibkardan pul yığmağın yeni “dəbi” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:29 |
|
|
|
• Təxribata cavab belə olacaq: Bakıdan son xəbərdarlıq - GƏLİŞMƏ
Bu gün, 09:28 |
|
|
|
• Tramp üçün Ermənistan sadəcə “163-cüdür” – Sərkisyan
Bu gün, 09:26 |
|
|
|
• Şamaxıda yolların təmiri 621 min manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:23 |
|
|
|
• Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “Avropa Ermənistanı qoruya bilməz” – erməni politoloqdan sensasiyalı AÇIQLAMA
Bu gün, 09:16 |
|
|
|
• Qarabağ qazisi etiraz etdiyinə görə İŞDƏN QOVULUB... - MÜRACİƏT
Bu gün, 09:14 |
|
|
|
• Cənab nazir... soğanın başını buraxın... PAMBIQ ƏLDƏN GEDİR! - VİDEOFAKT
Bu gün, 09:06 |
|
|
|
• Can ay fəhlə... sənin hələ pensiya dərdin də var... - AXI NİYƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Bakı Gömrüyündən yükləri sürətlə çıxan "şirkət"lərə kimlər dəstək durur? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:52 |
|
|
|
• Gəncə təhsilini elə batırıblar ki... - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• Zay məhsul satmaqları bir yana... - GİLEY
Bu gün, 08:35 |
|
|
|
• Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... - İLGİNC İDDİALAR
Bu gün, 08:26 |
|
|
|
• Yollarımızı çirkinləşdirən AYNA... - ETİRAZ
Bu gün, 08:21 |
|
|
|
• Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Bu gün, 07:55 |
|
|
|
• Ermənistanda türk partiyası yaradılacaq – Çaxoyan
Bu gün, 07:14 |
|
|
|
• Bəşər Əsəd bu halda həbs olunacaq - Azərbaycanlı siyasətçidən ilginc açıqlama
Bu gün, 07:11 |
|
|
|
• Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
Bu gün, 07:09 |
|
|
|
• Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər – Genişmiqyaslı müharibə riski qalır
Bu gün, 06:18 |
|
|
|
• BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb
Bu gün, 06:14 |
|
|
|
• "Xahiş edirəm, bu söhbətə son qoyun"
Bu gün, 00:48 |
|
|
|
• “Ölkə tam xaos içindədir”, amma... - Suriyalıların gələcək ümidi
Bu gün, 00:34 |
|
|
|
• Azərbaycanda 18 illik audit şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda beton şirkəti bağlanır
Bu gün, 00:02 |
|
|
|
|