Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü .....                     "Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" .....                     11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib .....                     Gürcüstandakı etirazlar inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur .....                     Gecə yarımadanın bəzi yerlərində suluqar yağacaq .....                     22 yaşında qətl törətmişdi .....                     Suriya erməniləri Ermənistana axışır .....                     Serj Sarkisyan, Robert Koçaryan istintaq prosesində dindirilməlidir .....                     Nə ayağımda, nə də başqa yerimdə problem var .....                     Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib .....                     "Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır" .....                     Həbs edilən Qafar Dəmirçiyə vaxtıilə havadarlıq edən Firdovsi Əliyevi nələr gözləmir… .....                     "Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib .....                     Qayınatasını və arvadını yatdığı yerdə öldürdü .....                     Azərbaycandan qovulanlar Borçalıya necə yerləşdi .....                     1 milyon qanpulu davası: İşə adı qarışan “böyük adamlar” kimlərdir? .....                     Karlson Pompeonun Trumpın yeni administrasiyasına daxil edilməsini istəmir .....                     Rusiya ordusu Ukraynanın strateji şəhəri olan Pokrovska yaxınlaşıb .....                     Sinifdə 30-dan çox şagird VARSA… .....                     2025-ci ildə valyuta bazarında sabitlik təmin ediləcək .....                     Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     «Gold Residence» sakinləri təhlükə ilə ÜZ-ÜZƏ QOYUB... .....                     Məhkəmə ETSN-in əməkdaşını şantaj edən şəxslə bağlı qərar çıxardı .....                     Rus generalın ölümünə görə iki nəfər TUTULDU .....                     Brüssel nəbz yoxlaması həyata keçirir .....                     Azərbaycanda Türkiyə hərbi bazası... .....                     Şokoladdan stul davasına keçid təhsili .....                     Xaricdən gətirilən hibrid avtomobillərin sayı kəskin artıb .....                     "3-cü sinif dərsliyində 9 yaşlı uşaq üçün bu nə şeirdi?" .....                     Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır! .....                     Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, AMMA... .....                     Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib .....                     Qazaxda ŞOK QALMAQAL: Torpaq sahələrinə erməni `kupçası` .....                     "Sən nəyə hazırsansa, o da sənə hazırdır" .....                     İrəvan Azərbaycana silah satılmaması üçün hər şeyi etməlidir .....                     Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir? .....                     Dövlət büdcəsindən ayrılan yardımın artırılmasına .....                     Biz Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq .....                     Qərb regionda genişmiqyaslı təxribatlara hazırlıq görür .....                 

Sahibkardan pul yığmağın yeni “dəbi” - DƏLİXANADIR, VALLAH...
Tarix: Bu gün, 09:29 | Çap et
Sahibkardan pul yığmağın yeni “dəbi”
DVX bu ilin 29 oktyabr tarixindən etibarən az qala hər gün belə xəbərlər yayır. Pressklub.az-ın araşdırmasına görə, iki ay yarım ərzində 3000-ə qədər sahibkara maliyyə sanksiyası tətbiq edilib.

Xidmətdən bildirilir ki, həmin obyektlərdə istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. “Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib”, - açıqlamada qeyd olunur.

Oktyabrın 28-də isə DVX sahibkarlara müraciət ünvanlayaraq? xəbərdarlıq etmişdi: “Nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir”.

Müraciətdə qeyd edilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir: “Eyni zamanda, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib”.

Cərimələrin məbləğinə gəlincə, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1000 manat, 2-ci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat maliyyə sanksiyaları tətbiq olunur.

Maraqlıdır, kifayət qədər ağır maliyyə sanksiyalarına baxmayaraq, sahibkarlar nağdsız ödənişləri qəbul etməkdən niyə yayınmağa çalışır?

Vergi orqanı kartdan-karta ödənişlərin aparılmasını necə müəyyən edir? Sahibkarlara tətbiq olunan maliyyə sanksiyaları adekvatdırmı?

Maliyyə sektoru üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Pressklub.az-a şərhində deyib ki, sahibkarın vergi ödəyicisi kimi gpstərdiyi xidmətin qarşılığında aəldə etdiyi pul, onun fiziki şəxs kimi kartına oturur, problem də elə bundadır: “Ola bilər, sahibkarın həm sahibkar kartı var, həm hamının istifadə etdiyi adi bank kartı. Vergi onu ittiham edir ki, pul məhz o adi bank kartına gəlir, yəni sahibkar kartına köçürmələrdə problem yoxdur, çünki dərhal vergisini tutur. Amma bəzi sahibkarlar malı, xidməti və s. satanda vətəndaşa deyir ki, pulu şəxsi kartıma göndər. Bu, mağazada da ola bilər, başqa yerdə də. Aydın məsələdir ki, bu, vergidən yayınmadır. Vergidən yayınma həmişə olur, sadəcə əvvəllər bunu köçürmə ilə yox, daha çox nağd formada edirdilər. Vergi orqanının ruhu da incimirdi, o haradan bilərdi ki, kimsə gəldi, nağd ödəniş etdi və s.”

Bəs vergi xidmətinin əməkdaşı bunu necə müəyyən edə bilir? Ekspert bildirir ki, əvvəla, gərək vətəndaş ondan pulu şəxsi bank kartına atmağı tələb edən sahibkardan şikayət etsin: “Təcrübədə bunu edən yoxdur, heç kim maraqlı deyil. Elə Vergi Xidməti də maraqlı deyil, çünki cərimə məbləği azdır. Həmçinin bu məsələni sübut etməlidir. Buna görə də vergi orqanı çox asan yol tapıb. Banklardan sahibkarların adi fiziki şəxs kimi bank hesabları haqqında məlumatları alır. Halbuki banklar vergi orqanına bu məlumatı verməməlidirlər, çünki bu, bank sirridir. Bank DVX-ə sahibkar hesabını verə bilər, adi fiziki şəxsi hesabını yox! Vergi orqanı baxır ki, adi vətəndaşın bank hesabına müxtəlif yerlərdən tez-tez pullar gəlir, ehtimal edir ki, bu vəsaitlər bizneslə bağlıdır. Pullar bizneslə bağlı da ola bilər, bir hissəsi ticarətə aid ola, digər hissəsi olmaya bilər. Amma vergi orqanı bütün məbləği sahibkarlıq fəaliyyəti hesab edir və onun cəriməsini vergi ödəyicisinin belinə yükləyir”.

Hüquqşünas qeyd edir ki, bu halda sahibkarın savadı, bacarığı, cürəti çatsa, vəziyyətdən çıxa bilər: “Deyə bilər ki, bu pullar sahibkar fəaliyyəti ilə bağlı deyil, tanışım, dostum verib, sən sübut et ki, bu vəsait sahibkarlıqdan gəlib. Vətəndaş şikayət etməyibsə, vergi orqanı bunu necə müəyyən edəcək? Ona görə də vergi orqanları sahibkarları qorxudur, tutur, cərimələyir”.

Bəs sahibkarların kütləvi şəkildə cərimələməsi nəyə gətirib çıxaracaq? Ekspert deyir ki, sadəcə kimsə qeyri-rəsmi vergidən yayınmaq istəsə, əvvəlki dövrə qayıdacaq. Yəni, ödənişi nağd şəkildə qəbul edəcək, camaat da kartından pulu çıxarıb, nağd verəcək.

Ə.Həsənov hesab edir ki, bu, vergi orqanının pul yığmaq üçün icad etdiyi yeni üsuldur, amma müvəqqətidir: “Tutaq ki, heç bir sahibkar kartdan-karta pul qəbul etməyəcək, nağd sövdələşməyə keçəcək. O zaman vergi orqanı nə edə bilər? Məcburdur ki, gələn il də başqa bir şey fikirləşsin. Əlbəttə, sahibkarlar vergidən yayınmamalıdırlar, bu düzgün deyil. Amma vergi orqanları da banklardan qanunsuz məlumat ala bilməz, banklar da belə məlumatı qanunsuz verməməlidir. Bunlar bütünlüklə Azərbaycanda ciddi bir problemin olduğunun göstəricisidir. Çünki vətəndaşlar da bunu edir. Niyə edir? Ona görə ki, vətəndaşlar vergiyə vergi kimi baxmır. Normalda vicdanlı, qanunpərəst vətəndaş nə fikirləşər? Mən niyə sənin şəxsi kartına pul ödəməliyəm ki? Canın çıxsın, dövlətin vergisini ver. İnkişaf etmiş ölkələrdə vətəndaş bu cür fikirləşir, bizdə isə yox...”

Ekspert vurğulayır ki, bu vəziyyətin yaranmasına vergi yükü, nağdlaşma üçün vergi, komissiya haqqı və s. amillər təsir edir: “Sahibkarlar xərclərinin çox olmasına görə bu yola əl atır. Məsələn, nağdlaşma üçün 1 faizlik vergi tutulması biabırçılıq və tam qanunsuzluqdur. Mən hətta bununla bağlı Vergi Xidmətini məhkəməyə vermişdim. Konstitusiya Məhkəməsi mənim şikayətim əsasında Milli Məclisə müraciət etdi ki, bu məsələyə baxın, amma heç baxan da olmadı”.

İqtisadçı Natiq Cəfərli isə Pressklub.az-a bildirib ki, hökumət büdcəni vergi hesabına doldurmaq üçün iqtisadiyyatı ağartmağa, daha çox pul toplamağa çalışır: “Pandemiya insanları kartla ödənişə öyrətdi. Baxın ticarət dövriyyəsindən gələn vergilərə... Həmin insanıq, həmin qədər yemək yeyir, paltar geyinirik. Amma 5-8 il bundan əvvəlki ticarət dövriyyəsinin həcmi ilə indikinin arasında ciddi fərq var. Ticarət dövriyyəsi artıb. Dövriyyə artdıqca ƏDV, vergi, büdcə daxilolmaları da artır. Nəyin hesabına? İnsanlar daha çoxmu istehlak edir? Xeyr…”

İqtisadçı ölkə iqtisadiyyatında böyümə dinamikasının aşağı olmasına diqqət çəkir: “Bir-üç faiz böyümə, ümumiyyətlə, böyümə sayılmır. Deməli, nə baş verib? Leqallaşma. Daha çox kartla ödəyirik. Daha çox kartla ödəyəndə də dövriyyə artır. Dövriyyə artanda vergi daxilolmaları da artır. Məsələn, “qeyri-neft sektorunun artımı olub” deyirlər, baxırsan ki, ticarətdir. Belə qeyri-neft sektoru olur? Aldıqlarımız Azərbaycan istehsalı olsaydı, yenə dərd yarı idi. Hamısı ixrac mallarıdır. Biz beş manat ödəyəndə xarici maliyyələşdiririk, çünki həmin beş manat gedir xaricə. Sonra da hökumət üzvləri deyirlər ki, valyutaya tələbat niyə artır? Artmalıdır da, heç nə istehsal etmirik, hər şeyi xaricdən alırıq, tələbat da artacaq. Yəni, rəqəmlərdə mən problem görmürəm. Problem xərclərin şəffaflığında və istiqamətindədir”.

Natiq Cəfərli bu kontekstdə gələn ilin büdcəsinin 38.3 milyard manata çatmasının həm də ağartmanın hesabına olacağını düşünür: “Bunlar ağartmanı iqtisadi uğur kimi təqdim edirlər. Halbuki bu, iqtisadi uğur deyil, vətəndaşın, biznesin çiyninə qoyulmuş əlavə yükdür. Mən demirəm hamı boz zonada işləsin. Ancaq boz zonadan ağ zonaya çıxmaq bir tək dəyənəklə, cəzalarla olmur. Bunun təşviq ayaqları da olmalıdır. Bizdə təşviq ayaqları olmadı”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü
Bu gün, 12:30
"Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" - deputat
Bu gün, 12:26
11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib - TASS
Bu gün, 12:21
Gürcüstandakı etirazlar inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur - Zurabişvili
Bu gün, 12:20
Gecə yarımadanın bəzi yerlərində suluqar yağacaq - belə deyirlər...
Bu gün, 12:19
22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
Bu gün, 12:07
Suriya erməniləri Ermənistana axışır -PKK təhlükəsi…
Bu gün, 12:06
Serj Sarkisyan, Robert Koçaryan istintaq prosesində dindirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Nə ayağımda, nə də başqa yerimdə problem var - Afaq Bəşirqızı
Bu gün, 11:56
Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib - ƏMR
Bu gün, 11:47
"Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır" - Prezident İlham Əliyev
Bu gün, 11:40
Həbs edilən Qafar Dəmirçiyə vaxtıilə havadarlıq edən Firdovsi Əliyevi nələr gözləmir… - İLGİNC FAKTLAR...
Bu gün, 11:39
"Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib - AÇIQLAMA
Bu gün, 11:34
Qayınatasını və arvadını yatdığı yerdə öldürdü - Bakıda qandonduran CİNAYƏT
Bu gün, 11:33
Azərbaycandan qovulanlar Borçalıya necə yerləşdi - İranın “revanşı”
Bu gün, 11:27
1 milyon qanpulu davası: İşə adı qarışan “böyük adamlar” kimlərdir? - TƏFƏRRÜAT
Bu gün, 11:25
Karlson Pompeonun Trumpın yeni administrasiyasına daxil edilməsini istəmir - "WSJ"
Bu gün, 11:23
Rusiya ordusu Ukraynanın strateji şəhəri olan Pokrovska yaxınlaşıb
Bu gün, 11:16
Sinifdə 30-dan çox şagird VARSA… - Tədrisin keyfiyyətindən danışmaq OLAR?
Bu gün, 11:13
2025-ci ildə valyuta bazarında sabitlik təmin ediləcək - AMB TƏMİNAT VERDİ
Bu gün, 11:10
Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...
Bu gün, 11:08
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 11:06
«Gold Residence» sakinləri təhlükə ilə ÜZ-ÜZƏ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:04
Məhkəmə ETSN-in əməkdaşını şantaj edən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:00
Rus generalın ölümünə görə iki nəfər TUTULDU - “Kommersant”
Bu gün, 10:55
Brüssel nəbz yoxlaması həyata keçirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:53
Azərbaycanda Türkiyə hərbi bazası... - Əliyevin cavabı
Bu gün, 10:52
Şokoladdan stul davasına keçid təhsili - Nazir demişdi axı...
Bu gün, 10:48
Xaricdən gətirilən hibrid avtomobillərin sayı kəskin artıb
Bu gün, 10:46
"3-cü sinif dərsliyində 9 yaşlı uşaq üçün bu nə şeirdi?" - ETİRAZ
Bu gün, 10:40
Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır! - Komediya içində komediya
Bu gün, 10:33
Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, AMMA... - Ermənistandan cavab yoxdur!
Bu gün, 10:18
Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib
Bu gün, 10:17
Qazaxda ŞOK QALMAQAL: Torpaq sahələrinə erməni `kupçası` - BU NƏDİ BELƏ?..
Bu gün, 10:09
"Sən nəyə hazırsansa, o da sənə hazırdır" - FOTO
Bu gün, 10:07
İrəvan Azərbaycana silah satılmaması üçün hər şeyi etməlidir - Köçəryan
Bu gün, 10:05
Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir? - Camaat narazıdır... TROLLARSA MƏMNUN!
Bu gün, 10:03
Dövlət büdcəsindən ayrılan yardımın artırılmasına partiyalardan REAKSİYA
Bu gün, 09:56
Biz Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Qərb regionda genişmiqyaslı təxribatlara hazırlıq görür - NƏ ETMƏLİ?
Bu gün, 09:50
"Ermənilərin yaşadığı yerlərdə hal-hazırda bu proses sürətlə davam edir" - deputat
Bu gün, 09:47
İsmayıl Məmmədov idarə rəisi təyin edildi - ƏMR
Bu gün, 09:43
24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”... - “Bir çoxu təhsilini yarımçıq qoyacaq”
Bu gün, 09:42
“Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndi - TƏFƏRRÜAT
Bu gün, 09:39
Təhsil eksperti şagirdə stul atan müəllimi MÜDAFİƏ ETDİ... - "...Uşaqda heçmi günah yoxdur?!"
Bu gün, 09:33
Sahibkardan pul yığmağın yeni “dəbi” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:29
Təxribata cavab belə olacaq: Bakıdan son xəbərdarlıq - GƏLİŞMƏ
Bu gün, 09:28
Tramp üçün Ermənistan sadəcə “163-cüdür” – Sərkisyan
Bu gün, 09:26
Şamaxıda yolların təmiri 621 min manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:23
Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru