Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     «Gold Residence» sakinləri təhlükə ilə ÜZ-ÜZƏ QOYUB... .....                     Məhkəmə ETSN-in əməkdaşını şantaj edən şəxslə bağlı qərar çıxardı .....                     Rus generalın ölümünə görə iki nəfər TUTULDU .....                     Brüssel nəbz yoxlaması həyata keçirir .....                     Azərbaycanda Türkiyə hərbi bazası... .....                     Şokoladdan stul davasına keçid təhsili .....                     Xaricdən gətirilən hibrid avtomobillərin sayı kəskin artıb .....                     "3-cü sinif dərsliyində 9 yaşlı uşaq üçün bu nə şeirdi?" .....                     Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır! .....                     Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, AMMA... .....                     Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib .....                     Qazaxda ŞOK QALMAQAL: Torpaq sahələrinə erməni `kupçası` .....                     "Sən nəyə hazırsansa, o da sənə hazırdır" .....                     İrəvan Azərbaycana silah satılmaması üçün hər şeyi etməlidir .....                     Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir? .....                     Dövlət büdcəsindən ayrılan yardımın artırılmasına .....                     Biz Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq .....                     Qərb regionda genişmiqyaslı təxribatlara hazırlıq görür .....                     "Ermənilərin yaşadığı yerlərdə hal-hazırda bu proses sürətlə davam edir" .....                     İsmayıl Məmmədov idarə rəisi təyin edildi .....                     24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”... .....                     “Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndi .....                     Təhsil eksperti şagirdə stul atan müəllimi MÜDAFİƏ ETDİ... .....                     Sahibkardan pul yığmağın yeni “dəbi” .....                     Təxribata cavab belə olacaq: Bakıdan son xəbərdarlıq .....                     Tramp üçün Ermənistan sadəcə “163-cüdür” .....                     Şamaxıda yolların təmiri 621 min manata .....                     Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub .....                     “Avropa Ermənistanı qoruya bilməz” .....                     Qarabağ qazisi etiraz etdiyinə görə İŞDƏN QOVULUB... .....                     Cənab nazir... soğanın başını buraxın... PAMBIQ ƏLDƏN GEDİR! .....                     Can ay fəhlə... sənin hələ pensiya dərdin də var... .....                     Bakı Gömrüyündən yükləri sürətlə çıxan "şirkət"lərə kimlər dəstək durur? .....                     Gəncə təhsilini elə batırıblar ki... .....                     Zay məhsul satmaqları bir yana... .....                     Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... .....                     Yollarımızı çirkinləşdirən AYNA... .....                     Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə .....                 

Mehdiyevin çətiri altında formalaşan EYBƏCƏRLİK... - AXI NİYƏ?..
Tarix: 14-12-2024, 09:34 | Çap et
Mehdiyevin çətiri altında formalaşan EYBƏCƏRLİK...
"Əsas məsələyə keçməzdən əvvəl bəzi anlayışlara aydınlıq gətirilməsi doğru olardı. Dilçilik və ədəbiyyatşünaslıqda hermenevtika anlayışı vardır. İlkin mənası “şərh sənəti” olan hermenevtika, bəsit şəkildə desək, mətnlərin şərhi prinsiplərini öyrənir, mətnlərdə gizli mənaların üzə çıxarılması yollarını göstərir. Bu sahənin mütəxəssisləri hermenevt adlandırılır. Ezoterika isə kainatın quruluşunu və insan təbiətini dərk etməyə yönəlmiş mənəvi, fəlsəfi və mistik təlimlərin, biliklərin və təcrübələrin məsmusu kimi izah edilir. Taro kartı ilə və başqa üsullarla fala baxmaq, horoskopla yozum da ezoterikanın predmetidir. Bu sahə ilə məşğul olanlar ezoterik adalandırılır. Azərbaycanda yaxşı tanınan və heç tanınmayan belə “mütəxəssislər” kifayət qədər çoxdur. Bu yazımda onlardan biri – ən tanınmışı, ən görkəmlisi olan Kamal Abdullayevdən bəhs edəcəyimi oxucu, yəqin ki, elə başlanğıc cümlələrdən başa düşdü..." "DİA-AZ" bildirir ki, bu açıqlamanın müəllifi xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyevdir.
H.Zərbəliyev daha sonra qeyd edir: "Kamal Abdullayevi 1982-ci ildən Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda işləməyə başladığım vaxtdan tanıyıram. Orada qısa müddət işlədikdən sonra mən İnstitutun əməkdaşı kimi dissertasiya üzərində işləmək üçün bir neçə ay əvvəl məzunu olduğum Leninqrad (indiki Sankt Peterburq) Dövlət Universitetinə getdim. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonra təkrar Dilçilik İnstitutuna qayıtdım. Qısa müddətdən sonra artıq doktorluq dissertasiyası üzərində işləmək üçün yenidən Sankt Peterburqa getdim və 1989-cu ilin sonlarına qədər orada həm dissertasiya üzərində işlədim, həm də tələbələrə İndoneziya dilini tədris etdim. İmkan olanda arabir əməkdaşı olduğum Dilçilik İnstituna baş çəkir, hesabat verirdim.
Dilçilik İnstitutunda işlədiyim o qısa müddət belə, Kamal Abdullayevi yaxşı tanımaq üçün kifayət idi. Özündən razı, heç kimi bəyənməyən, göylərlə gedən bu gənc İnstitutun direktoru, eyni zamanda Türkologiya şöbəsinin müdiri akad. M.Şirəliyev işdən gedən kimi Şöbədə onun yerinə keçər, professorun (o vaxt akad. M.Şirəliyevə hamı belə müraciət edərdi) Şöbəni ona tapşırdığını deyərdi. Başqa sözlə, böyük ambisiyaları olan Kamal vəzifə hərisi də olduğunu elə o vaxt göstərmişdi. Sonralar o, yeni direktorla mübarizə üçün bir dəstə də yaratmışdı. Kamalın başçılıq etdiyi həmin dəstə o direktoru müxtəlif iftiralarla sonda ölümünə səbəb olmuş xəstəliyə düçar etdi. Daha sonra fəaliyyətini indiki Azərbaycan Dillər Universitetində davam etdirsə də, o, Dilçilik İnstitutunda təxribatçı əməllərini kənardan müdaxilə ilə davam etdirirdi.
2000-ci ildə Ümummilli lider onu Bakı Slavyan Universitetinə (BSU) rektor təyin etdi. Mehdiyev “dayı”sı onu akdemik seçdirib rektor işləyə-işləyə AMEA-nın akademik-katibi postuna da gətirdi. Bu postda Kamal Abdullayev AMEA-nın Dilçilik İnstitutunun və dilçiliyin inkişafı üçün ayrılmış 2 milyon manatı, necə deyərlər, yedi və üstündən su içdi. O, cüzi məbləğlə köhnə, işlənmiş kompüterlər, ucuz maqnitofonlar aldırdı, xarici alimlərin əsərlərinin tərcüməsi üçün nəzərdə tutulmuş maliyyəni də mənimsəyərək, onları “Google Translation” proqramı ilə tərcümə etdirdi. İndi həmin kitablara baxanda adamı xəcalət təri basır. Beləcə iki milyon manat guya təyinatı üzrə xərcləndi. Eyni aqibəti BSU da yaşadı. Universiteti maliyyə məsələləri üzrə məsul olan Nüçabə Tanrıverdiyeva ilə necə talan etdilərsə, ondan sonrakı iki rektor bu cütlüyün oğurladıqları hesabına yaranmış borcları uzun illər ərzində çox çətinliklə ödədilər. Onlar məsələni ictimailəşdirə də bilmədilər, çünki Kamal Abdullayevin Mehdiyev kimi “dayı”sı var idi.
BSU-da Kamal Abdullayev bir “yenilik” də edərək “bir günlük xəlifə” layihəsi həyata keçirməyə başladı. Bu heç də özünü yenilikçi kimi göstərmək istəyi ilə məhududlaşmırdı. Kamal Abdullayev həm də ezoterikdir axı. Ona görə də “bir günlük xəlifə” tədbirini hər il dekabrın 13-də keçirir, həmin gün bütün işlədiyi günahlarını – oğurluqlarını, rüşvərxorluğunu və bir çox başqa bəd əməllərini özünün magiyası ilə hər şeydən xəbərsiz qurbanların – günahsız tələbələrin üzərinə yükləyir, ertəsi gün gəncləşmiş rektor kimi fəaliyyətini davam etdiridi. Bu, onun cadugərlik fəaliyyətinin mühüm hissəsələrindən biridir. Bu fəaliyyəti o, Azərbaycan Dillər Universitetində də davam etdirir. Kamal Abdullayevin cadugərliyinin bir istiqaməti də Xaqani küçəsindəki taxta qapılı evdə “yuxarılar”la müəyyən əlaqəsi olan qadınla görüşüb dil-ağız bağlamaq cadusunu oralara ötürməkdir. Bu fəaliyyət indi də davam etməkdədir. Universitetin Təbriz küçəsindəki binasının həyətində anti-cadu basdırıla bilən yerlərə kamera qoydurması da onun bi işin bütün təfərrüatını yaxşı bildiyinin göstəricisidir.
Kamal Abdullayevin ADU-da hər yerə nəzarət edən xeyli xəfiyyəsi vardır. Bu işə o, tələbələri də cəlb etmişdir. Xəfiyyələr arasında hələ laborant olduğu vaxtdan ona xidmət etmiş, müqabilində kafedra müdiri vəsifəsinə qədər yüksəlmiş, övladına onun adını vermiş insanlar da var.
Kamal Abdullayevin hermenevt kimi fəaliyyəti haqqında əvvəlki yazılarımda müəyyən qədər bəhs etmişdim. Yazdığı vecsiz, bayağı əsərlərdə o, hansı səbədənsə xoşuna gəlməyən, qisas almaq istədiyi, lakin ala bilmədiyi əməkdaşların övladlarının adlarını mənfi surətləri adlandırmaq üçün istifadə edir. Nihilizmin ən son həddinə enmiş bu şəxsin bəd fəaliyyəti haqqında çoxcildli kitab yazmaq olar. Burada mən yalnız bəzi məqamlara toxunuram.
2001-ci ildə onun “Casus” tamaşasının göstərilməsinə icazə verməmiş şəxsi də o, 2022-ci ilin 24 sentyabrında “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyi “Casus” – qadağan olunmuş tamaşa” başlıqlı məqaləsində sətiraltı şəkildə “siyasi rəhbərlik” kimi təqdim edir, Dədə Qorqudun, oğuzların, oğuz bəylərinin, ozuz qadınının təhqir oldunduğu tamaşanın göstərilməsinə haqlı olaraq icazə verməmiş Ümummilli liderin adını açıq şəkildə demir, onu müəyyənləşdirməyi oxucunun özünə buraxır.
Kamal Abdullayevin portretinin mühüm bir cizgisi onun reklam xəstəsi olmasıdır. Universitetdə onun reklamına xidmət edən saytdan, xarici ölkələrdəki mərkəzlərdən başqa, yaradılmış xüsusi qrup mətbuatda onu reklam etməklə, onun əvəzsiz rektor, əvəzsiz yazıçı, “dahi” alim olduğunu təbliğ etməklə məşğul olur. Özünü Azərbaycanın Vito Karleonesi hesab edən bu görkəmli elm oğrusu ölkədə filologiya elmini öz əlində cəmləşdirmək üçün ən çirkin hərəkətləri belə, etməkdən çəkinmir. O, xoşuna gəlməyən əməkdaşların övladları ali məktəbə qəbul olarkən onlara əngəl də törədə bilir.
Bu “əvəzsiz” insanın mobil telefon kimi tanıdığımız bir silahı var. Hər münasib və münasib omayan halda öz mobil telefonuna işarə edərək Prezidentin özünün tez-tez zəng vurub ondan hal-əhval tutduğunu bildirir və bununla ətrafdakılara özünün “toxunulmaz” olduğunu göstərməyə çalışır.
Onu tənqid edənləri, onun haqsız tələblərinə tabe olmayanları Kamal Abdullayev yuxarı səviyyələrdəki əlaqələri ilə qorxudur, onların özlərinə və ailə üzvlərinə qarşı edə biləcəkləri ilə təhdid edir. Bunun üçün onun Sövet dövründən qalma bir aləti də var – vəzifədə olanlar və ona yaxın olanlardan, ondan çəkinənlərdən ibarət dəstə. Bu dəstə ona boyun əyməyənlərə qarşı iftira dolu məktublar hazırlayır və Prezident Administrasiyasına, başqa müvafiq dövlət orqanlarına göndərir. Rəqiblərini vurmaq üçün onun muzdlu müxbirləri də var. Vaxtilə separatçı Əlikram Hümbətova xidmət etmiş müxbirlər indi Kamal Abdullayev və onun himayədarlarına xidmət edirlər. Kamal Abdullayev isə özünu bu işlərdən xəbərsiz kimi göstərir. İmza toplama kampaniyasına, adətən, onun Maliyyə məsələləri üzrə müşaviri Nüşabə Tanrıverdiyeva rəhbərlik edir – ikili mühasibat uçotu aparan, Universitetin maliyyəsini bu yolla talan edən, rektorun belə, xəbəri olmadığı, özünün mənimsədiyi maliyyə vəsaitindən harınlamış və Universitetin sahibinin məhz özünün olduğunu deyən, əməkdaşlara ştatına uyğun olaraq deyil, özünün istədiyi kimi maaş verən Nüşabə Tanrıverdiyeva.
Bu gün – 13 dekabr Kamal Abdullayevin günüdür, özünün bütün ağırlıqlarını cadu-pitiklə tələbə və əməkdaşların üzərinə yönəltdiyi, bununla gəncləşdiyi NƏHS gün. “Qulaq” informasiya agentliyi onun bügünkü fəaliyyəti barədə son məlumatları hələ yaymayıb. Gözləyək.
Ardı var ..."









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...
Bu gün, 11:08
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 11:06
«Gold Residence» sakinləri təhlükə ilə ÜZ-ÜZƏ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:04
Məhkəmə ETSN-in əməkdaşını şantaj edən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:00
Rus generalın ölümünə görə iki nəfər TUTULDU - “Kommersant”
Bu gün, 10:55
Brüssel nəbz yoxlaması həyata keçirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:53
Azərbaycanda Türkiyə hərbi bazası... - Əliyevin cavabı
Bu gün, 10:52
Şokoladdan stul davasına keçid təhsili - Nazir demişdi axı...
Bu gün, 10:48
Xaricdən gətirilən hibrid avtomobillərin sayı kəskin artıb
Bu gün, 10:46
"3-cü sinif dərsliyində 9 yaşlı uşaq üçün bu nə şeirdi?" - ETİRAZ
Bu gün, 10:40
Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır! - Komediya içində komediya
Bu gün, 10:33
Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, AMMA... - Ermənistandan cavab yoxdur!
Bu gün, 10:18
Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib
Bu gün, 10:17
Qazaxda ŞOK QALMAQAL: Torpaq sahələrinə erməni `kupçası` - BU NƏDİ BELƏ?..
Bu gün, 10:09
"Sən nəyə hazırsansa, o da sənə hazırdır" - FOTO
Bu gün, 10:07
İrəvan Azərbaycana silah satılmaması üçün hər şeyi etməlidir - Köçəryan
Bu gün, 10:05
Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir? - Camaat narazıdır... TROLLARSA MƏMNUN!
Bu gün, 10:03
Dövlət büdcəsindən ayrılan yardımın artırılmasına partiyalardan REAKSİYA
Bu gün, 09:56
Biz Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Qərb regionda genişmiqyaslı təxribatlara hazırlıq görür - NƏ ETMƏLİ?
Bu gün, 09:50
"Ermənilərin yaşadığı yerlərdə hal-hazırda bu proses sürətlə davam edir" - deputat
Bu gün, 09:47
İsmayıl Məmmədov idarə rəisi təyin edildi - ƏMR
Bu gün, 09:43
24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”... - “Bir çoxu təhsilini yarımçıq qoyacaq”
Bu gün, 09:42
“Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndi - TƏFƏRRÜAT
Bu gün, 09:39
Təhsil eksperti şagirdə stul atan müəllimi MÜDAFİƏ ETDİ... - "...Uşaqda heçmi günah yoxdur?!"
Bu gün, 09:33
Sahibkardan pul yığmağın yeni “dəbi” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:29
Təxribata cavab belə olacaq: Bakıdan son xəbərdarlıq - GƏLİŞMƏ
Bu gün, 09:28
Tramp üçün Ermənistan sadəcə “163-cüdür” – Sərkisyan
Bu gün, 09:26
Şamaxıda yolların təmiri 621 min manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:23
Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 09:21
“Avropa Ermənistanı qoruya bilməz” – erməni politoloqdan sensasiyalı AÇIQLAMA
Bu gün, 09:16
Qarabağ qazisi etiraz etdiyinə görə İŞDƏN QOVULUB... - MÜRACİƏT
Bu gün, 09:14
Cənab nazir... soğanın başını buraxın... PAMBIQ ƏLDƏN GEDİR! - VİDEOFAKT
Bu gün, 09:06
Can ay fəhlə... sənin hələ pensiya dərdin də var... - AXI NİYƏ?..
Bu gün, 09:01
Bakı Gömrüyündən yükləri sürətlə çıxan "şirkət"lərə kimlər dəstək durur? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:52
Gəncə təhsilini elə batırıblar ki... - İTTİHAM VAR...
Bu gün, 08:49
Zay məhsul satmaqları bir yana... - GİLEY
Bu gün, 08:35
Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... - İLGİNC İDDİALAR
Bu gün, 08:26
Yollarımızı çirkinləşdirən AYNA... - ETİRAZ
Bu gün, 08:21
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Bu gün, 07:55
Ermənistanda türk partiyası yaradılacaq – Çaxoyan
Bu gün, 07:14
Bəşər Əsəd bu halda həbs olunacaq - Azərbaycanlı siyasətçidən ilginc açıqlama
Bu gün, 07:11
Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
Bu gün, 07:09
Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər – Genişmiqyaslı müharibə riski qalır
Bu gün, 06:18
BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb
Bu gün, 06:14
"Xahiş edirəm, bu söhbətə son qoyun"
Bu gün, 00:48
“Ölkə tam xaos içindədir”, amma... - Suriyalıların gələcək ümidi
Bu gün, 00:34
Azərbaycanda 18 illik audit şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda beton şirkəti bağlanır
Bu gün, 00:02
“Müəllimlərə şokolad” trendinin arxasında nələri axtardıq? - Əslində, necə olmalı idi?
Dünən, 22:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru