İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Tarix: 25-11-2024, 10:47 | Çap et
Azərbaycanda sürücüləri cərimələyən qurumların tayı-bərabəri yoxdur. Onlar dünya üçün analoqu olmayan nümunədirlər. Eyni zamanda, ilbəil ya cərimə yazan strukturların sayı artır, ya da dəyişir. Əvəzində isə keyfiyyət dəyişmir, xidmət yoxdur və sadəcə, narazılıq yaradırlar. Elə narazılıq çoxaldığına görə də struktur dəyişiklikləri edilir ki, bəlkə əvvəlki qanunsuzluqlar unudula. Məsələn, indi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi var. Hazırda bu qurumun əməkdaşları zəli olub sürücülərin canına yapışıb. Bu qurumun əməkdaşlarının əksəriyyəti axşam saatlarında, "dərə xəlvət, tülkü bəy" vaxtı gəlib cərimə yazıb qaçırlar. Üstəlik, bir çoxu həddən artiq qorxaqdırlar. Sözlərini sürücülərə deməyə cəsarətləri yoxdur. Ona görə də gizli gəlib cərimə yazıb aradan çıxırlar. Sürücü də bilmir ki, hansı ərazidə çəkilib. Sadəcə, cərimə olunması haqda ümumi mesaj alır. Əvvəllər bu işi Bakı Nəqliyyat Agentliyi adından edərdilər. Sonra BNA AYNA-nın tabeliyinə verildi. Pah, çox böyük islahat olubmuş... Camaat heç bilmir ki, BNA nə işlə məşğuldur, AYNA hansı fəaliyyəti yerinə yetirir. Sadəcə, büdcəyə yük olan strukturların sayı artırılıb, ofislərdə işləyənlər dövlətdən maaş alır, yollarda olan müffətişlər də keçmiş nazir Ziya Məmmədovun "qoçu"ları kimi düşüblər küçələrin canına, sürücüləri cərimələyirlər. Bu mesajlar gah, AYNA, gah BNA adından göndərilir. Onsuz da bir-birinə bağlı olduğuna görə kimin cərimələməsi də əhəmiyyətsizdir. İntəhası, AYNA İdarə Heyətinin sədri Anar Rzayev özünü islahatçı kimi piar edir. Amma fakt budur ki, xalqa qarşı açılan AYNA-lı böyük narazılıq doğurur. Axı cərimələmək çıxış yolu deyil. Heç bir inkişaf etmiş ölkə siyasətini cərimə üzərində qurmayıb, çünki bunun effektiv olmadığını qəbul ediblər. Yalnız bizim kimi büdcəni talayıb, xalqı isə soyanların təfəkküründə bu yanaşma var ki, bacardıqca çox cərimə yazaq. İkincisi, bu cərimələr bir çox hallarda əsassız yazılır, dayanma - durma qadağası olmayan yerlərdə belə gizli şəkildə gəlib sürücüyə cərimə yazıb qaçırlar. Halbuki həmin əməkdaş avtomobilin yanında dayanmalı, sürücüyə xəbərdarlıq və izah etməlidir ki, nəyə görə burada saxlamaq olmaz. Heç bir izahat yox, maariflənmə yox, ucdantutma cərimələmək var. Bu, sadəcə, ayıbdır və biabırçılıqdır. Necə ki BNA və onun sədri Vüsal Kərimli dövlətin, xalqın, prezidentin gözündən düşdüsə, bu gedişlə AYNA və onun rəhbərliyinin də oxşar aqibəti yaşaması istisna deyil. Biz Ziya Məmmədovların, Vüsal Kərimlilərin taleyini də görmüşük. Prezident yeni qurumlar yaradılarkən demir ki, gedib xalqı soyun, harda tutduz cərimələyin. Əksinə, problemlərin həllini tapşırır, strategiya, konsepsiya tələb edir. Amma bizdə hər yeni yaranan qurumun ağlı ancaq onu kəsir ki, cərimələyək, vəssalam. AYNA əməkdaşları da ağac dalında gizlənib cərimə yazmaqla çox qabağa gedə bilməyəcəklər. Fakt budur - Azparkinq əməkdaşları geyinib bir uniforma, düşüblər şəhərin canına. Şəhər nədir, məhəllələrdə, tinlərdə cərimə yazırlar. Təsəvvür edirsinizmi, bir sürücünü cərimələmək istəyən neçə qurum var? Gərək partizan olasan ki, bu situasiyadan çıxasan. Bir tərəfdən avtobus xəttinə girmək olmaz, o tərəfdən dayanma-durma qaydası pozulmamalıdır, başqa yandan parklanmaya riayət edilməlidir... Sürücülər ancaq və ancaq cərimə edilməmək haqda fikirləşirlər. Belə avtomobil idarə etmək mümkün deyil. O da deyilməlidir ki, Bakı Nəqliyyat Agentliyi ləğv edilsə də protokolun əvvəlinə BNA yazılması doğru deyil və BNA da ləğv edildiyi üçün AYNA düzgün iş görmür. Bir sözlə, daha bir qurumdan qurtuluş lazımdır və dövlət bu məsələyə baxmalıdır...
Azər Talıbov Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24 |
|
|
|
• Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22 |
|
|
|
• "Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18 |
|
|
|
• "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14 |
|
|
|
• ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02 |
|
|
|
• Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57 |
|
|
|
• "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52 |
|
|
|
• “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49 |
|
|
|
• “Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45 |
|
|
|
• Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41 |
|
|
|
• Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39 |
|
|
|
• Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26 |
|
|
|
• Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23 |
|
|
|
• Yaxın Şərqdən Cənubi Qafqaza: - paytaxtlarda gözləntilər var
Bu gün, 14:00 |
|
|
|
• Bakının tükənməz TIXAC DƏRDİ
Bu gün, 13:58 |
|
|
|
• "Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... - İşğalçılara qarşı döyüşdə həlak oldu...”
Bu gün, 13:11 |
|
|
|
• Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir - TƏFƏRRÜAT
Bu gün, 13:09 |
|
|
|
• Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA
Bu gün, 13:07 |
|
|
|
• Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI - DETALLAR
Bu gün, 13:05 |
|
|
|
• ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək
Bu gün, 13:03 |
|
|
|
• Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... - İşdən çıxarılan işçi elə faktları açıqladı...
Bu gün, 13:02 |
|
|
|
• Sərkisyanın yalanı üzünə vuruldu – “Bakı yox, siz yalvardınız ki...”
Bu gün, 12:48 |
|
|
|
• ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” - Korotçenko
Bu gün, 12:47 |
|
|
|
• “Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir – Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma...
Bu gün, 12:46 |
|
|
|
• "Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" - "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi
Bu gün, 12:36 |
|
|
|
• Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: - “Psixoloqa müraciət etsinlər”
Bu gün, 12:34 |
|
|
|
• Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü
Bu gün, 12:30 |
|
|
|
• "Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" - deputat
Bu gün, 12:26 |
|
|
|
• 11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib - TASS
Bu gün, 12:21 |
|
|
|
• Gürcüstandakı etirazlar inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur - Zurabişvili
Bu gün, 12:20 |
|
|
|
• Gecə yarımadanın bəzi yerlərində suluqar yağacaq - belə deyirlər...
Bu gün, 12:19 |
|
|
|
• 22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
Bu gün, 12:07 |
|
|
|
• Suriya erməniləri Ermənistana axışır -PKK təhlükəsi…
Bu gün, 12:06 |
|
|
|
• Serj Sarkisyan, Robert Koçaryan istintaq prosesində dindirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Nə ayağımda, nə də başqa yerimdə problem var - Afaq Bəşirqızı
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib - ƏMR
Bu gün, 11:47 |
|
|
|
• "Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır" - Prezident İlham Əliyev
Bu gün, 11:40 |
|
|
|
• Həbs edilən Qafar Dəmirçiyə vaxtıilə havadarlıq edən Firdovsi Əliyevi nələr gözləmir… - İLGİNC FAKTLAR...
Bu gün, 11:39 |
|
|
|
• "Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib - AÇIQLAMA
Bu gün, 11:34 |
|
|
|
• Qayınatasını və arvadını yatdığı yerdə öldürdü - Bakıda qandonduran CİNAYƏT
Bu gün, 11:33 |
|
|
|
• Azərbaycandan qovulanlar Borçalıya necə yerləşdi - İranın “revanşı”
Bu gün, 11:27 |
|
|
|
• 1 milyon qanpulu davası: İşə adı qarışan “böyük adamlar” kimlərdir? - TƏFƏRRÜAT
Bu gün, 11:25 |
|
|
|
• Karlson Pompeonun Trumpın yeni administrasiyasına daxil edilməsini istəmir - "WSJ"
Bu gün, 11:23 |
|
|
|
• Rusiya ordusu Ukraynanın strateji şəhəri olan Pokrovska yaxınlaşıb
Bu gün, 11:16 |
|
|
|
|