İrəvandan Zəngəzur açıqlaması: .....                     Gəncədə məktəbli məktəblini bıçaqlayıb .....                     Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                     Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: .....                     Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın .....                     Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi .....                     “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? .....                     “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi .....                     Nazirin köməkçisi bacısından sonra .....                     “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” .....                     “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” .....                     Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var .....                     Zaxarova əsəbiləşdi: .....                     Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? .....                     Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib .....                     Ərdoğan və Makron arasında telefon danışığı olub .....                     Xaricə satdığımız elektrik enerjisinin dəyəri .....                     Məhkəmədən Xoşqədəm Hidayətqızına .....                     "Həyat yoldaşı adamı qocaldır" .....                     "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur .....                     ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ .....                     Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb .....                     "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar .....                     “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” .....                     “Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın” .....                     Ermənistan və onun havadarlarına növbəti mesaj .....                     Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək .....                     Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi .....                     Şairə Əli Mirəliyevi pərt elədi: .....                     Yaxın Şərqdən Cənubi Qafqaza: .....                     Bakının tükənməz .....                     "Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... .....                     Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir .....                     Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? .....                     Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI .....                 

Xaçmazlı məmurun QƏRİBƏ MƏNTİQİ: YAP-çısansa susmalısan... - QALMAQAL
Tarix: 13-11-2024, 07:05 | Çap et
Xaçmazlı məmurun QƏRİBƏ MƏNTİQİ: YAP-çısansa susmalısan...
“İcra nümayəndəsi Rəşad Hacıbalayev barəmdə işlətdiyi nalayiq ifadələrə görə qanun çərçivəsində cavab verəcək. Mənə nəsə olsa, bunun günahı icra nümayəndəsi Hacıbalayevdə olacaq. Məni özünəqəsd həddinə çatdırıb”.

Bunu “Facebook” hesabında Xaçmazın Fərzəlioba kənd sakini Ülkər Bayramova yazıb.

Ülkər Bayramova həm də həmin məktəbin müəllimidir.

Fərzəlioba kəndi İnzibati Ərazi Dairəsi üzrə Köhnə Xudat icra nümayəndəliyinin tərkibindədir. Bayramovanın şikayəti də Köhnə Xudat icra nümayəndəsi Rəşad Hacıbalayevdəndir. Xanımın iddiasına görə, icra nümayəndəsi 5 ildən çoxdur ki, ona qarşı qərəzlidir:

“Mən təkcə müəllimə deyiləm, həm də kəndimizin ziyalısı olaraq kənddəki problemləri dilə gətirirəm, aidiyyəti qurumlara yazıram, kömək istəyirəm, tələb edirəm. Kənddə yol, mavi yanacaq problemi var, ictimai nəqliyyatın fəaliyyəti bərbaddır, işıq dirəkləri 60-cı illərdən qalıb, külək əsəndə adamın üstünə aşır. Məktəbdəki qızdırıcı da elektriklə işləyir, işıq sönəndə müəllim, şagird – hamımız soyuqdan donuruq. Mən bunları niyə dilə gətirməməliyəm? Vətəndaş olaraq vergi ödəyicisi kimi normal şərait tələb etmək haqqım var. Bütün bunlara görə də icra hakimiyyətindən tutmuş bütün aidiyyəti qurumlara yazıb göndəririk və bütün bu yazışmaları mən təşkil edirəm. İcra nümayəndəsi də bundan qıcıq olur”.

Ülkər Bayramova deyir, hələ 5 il əvvəl icra nümayəndəsi ona dərs dediyi məktəbdə hücum edib:

“Dərsdən çıxanda şagirdlərin, müəllimlərin, valideynlərin gözü qarşısında mənə hücum etmişdi ki, sən müxalifətçisən, aranı qarışdırmaqla məşğulsan. Bunu yuxarı orqanlara da yazmışdı ki, müəllimə müxalifətçidir, kənddə təxribatla məşğul olur. Araşdırıb gördülər ki, YAP-çıyam. Çağırdılar, soruşdular, dedim, məgər yaşadığım yerin problemlərini dilə gətirmək üçün mütləq müxalifətçi olmaq lazımdır? Mən vergi ödəyən bir vətəndaş olaraq rahat şərait, yol, qaz, işıq, ictimai nəqliyyat tələb edirəm. Hər haqqını tələb edən müxalifətçi olur ki?”.

Ülkər Bayramova deyir, icra nümayəndəsi onu təkcə müxalifətçi adlandırmır, həm də bir qadın olaraq ünvanına nalayiq ifadələr işlədir:

“Mən kəndin problemlərinin aradan qaldırılmasını tələb edirəm, o isə orda-burda arxamca ünvanıma nalayiq, əxlaqsız ifadələr işlədir. Kiçik kənddir, ağızdan bir söz çıxanda beş dəqiqəyə yayılır. Mən tək anayam, üç övlad böyüdürəm, qızım ali məktəbdə təhsil alır, digər övladlarımı da oxudub bir tərəfə çıxarmağa çalışıram. Bu adamsa sağda-solda ünvanıma demədiyi söz buraxmır. Gəlib xəstə atamın qulağına çatır, vəziyyəti pisləşir. Oğlanlarım böyüyür, qız anasıyam, onun nə ixtiyarı var ki, mənim barəmdə olmazın əxlaqsız sözlər danışsın? Dəfələrlə polisə də müraciət etmişəm, bu aralar yenə təkrar müraciət etmişəm, prokurorluğa da yazmışam. İcra nümayəndəsi məni o həddə çatdırıb ki, az qalıram özümü öldürüm”.

Qadının sözlərinə görə, bu yaxınlarda o, yenə kəndin ictimai nəqliyyat problemini dilə gətirib. Növbəti dəfə icra nümayəndəsi tərəfindən təhqirə məruz qalıb:

“Kəndimizə avtobus işləmir. Oğlum Xudat şəhərindəki məktəbdə təhsil alır. Gedib-gəlmək çox çətindir. Buna görə də rayon icra nümayəndəsi Fuad Şahbazovdan xahiş etmişəm ki, kəndə marşrut xətti açılsın. Müəllimlərin və kənd camaatının adından müraciət etmişəm. Fuad müəllim də mənə normal şəkildə cavab verdi, bildirdi ki, sakinlərlə səyyar görüş keçiriləcək, orada bu təklif müzakirə olunacaq, rayon rəhbərliyi çalışacaq ki, kəndin ictimai nəqliyyat problemi həll etsin. Bu məsələ icra nümayəndəsini özündən çıxarıb”.

Bayramovanın sözlərinə görə, kənddə kiçik tutumlu avtobusu olan bir nəfər var, icra nümayəndəsinə yaxın adamdır. Bekar vaxtlarında – əlavə məşğuliyyət kimi kənd sakinlərinə avtobus xidməti göstərir. Bu isə kənd sakinlərini qane etmir:

“Bizə daimi və dəqiq rejimlə xidmət göstərən ictimai nəqliyyat lazımdır, kiminsə kefiylə avtobus sürən yox… Mənim məktəbli oğlum niyə kefinə düşəndə avtobusunu xəttə çıxaran, kefinə düşməyəndə evdə yatan birindən ötrü küçələrdə, yollarda qalmalıdır? Müraciətim həm o avtobus sahibinin, həm də icra nümayəndəsinin xoşuna gəlməyib. İcra nümayəndəsi minib avtobusa, orada da sərnişin kənd camaatı olub. Ünvanıma çox ağır söyüşlər söyüb, deyib ki, yenə ora-bura yazır, avtobus tələb edir, sürücü də qoşulub ona, ünvanıma, şəxsimə nalayiq ifadələr işlədib. Avtobusda şagirdlərim də olub. Onlar bunu evdə öz valideynlərinə, valideynləri isə mənə dedi. İcra nümayəndəsi bu hərəkətləriylə mənim şagirdlərimin yanında özgüvənimi sarsıtmağa, məni aşağılamağa çalışır. Bu isə artıq dediyim kimi, məni intihar həddinə çatdırıb”.

Ülkər Bayramova deyir ki, aidiyyəti qurumlar şikayətinə baxmazsa, kəndin icra nümayəndəsi tərəfindən şagirdləri və valideynlər yanında qəsdən aşağılanan, təhqir olunan bir müəllimə kimi Prezidentə müraciət edəcək.

Meydan TV Rəşad Hacıbalayevlə də əlaqə saxlayıb. İcra nümayəndəsi müəllimənin ona böhtan atdığını deyir:

“Bu yaxınlarda mənə “Whatsapp” üzərindən kənddə yol kənarında texnikaların dayanmasıyla bağlı mesaj göndərmişdi. Özü də elə tonla tələb edirdi ki, “sənə deməmişəm filankəs orda texnika saxlamasın?” O filankəs də bunun keçmiş ərinin əmisi oğludur. Deyirəm, ay xanım, bu, adamın kənd təsərrüfatı texnikasıdır, lapetdir, otbiçəndir, kotandır. Adam qapısında saxlayıb. Ona necə deyə bilərəm ki, apar texnikanı başqa yerdə saxla?”.

“Demişəm, get, o yolun xəritəsi bələdiyyədədir, xəritədəki piyada yolunu tutursa, o başqa məsələ. O iş qaldı yarımçıq… İkinci məsələ də kəndin avtobus məsələsidir. İdrisoba, Fərzəlioba kəndlərinə avtobus işləyir. Şıxzaman adlı kişinin avtobusudur, yaxşı işləyir, hamı da razılıq edir. Gündə iki reys məktəb uşaqlarını və müəllimləri daşıyır. 10-12 gün əvvəl yolda saxlamışam, minmişəm, kənd adamlarından soruşmuşam ki, bir narazılığınız var, yoxdu? Razılıq ediblər. Orada heç bunun adı çəkilməyib. Kimsə gedib yalandan deyib ki, guya sürücüylə mən ünvanına söyüş söymüşük”, – icra nümayəndəsi bildirib.

Rəşad Hacıbalayev deyir, Ülkər Bayramovanın polisə, prokurorluğa etdiyi şikayətlərlə əlaqədar dəvət olunub və izahat yazıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24
Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22
"Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18
"Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14
ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02
Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57
"Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52
“Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49
“Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45
Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41
Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39
Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26
Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23
Yaxın Şərqdən Cənubi Qafqaza: - paytaxtlarda gözləntilər var
Bu gün, 14:00
Bakının tükənməz TIXAC DƏRDİ
Bu gün, 13:58
"Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... - İşğalçılara qarşı döyüşdə həlak oldu...”
Bu gün, 13:11
Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir - TƏFƏRRÜAT
Bu gün, 13:09
Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA
Bu gün, 13:07
Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI - DETALLAR
Bu gün, 13:05
ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək
Bu gün, 13:03
Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... - İşdən çıxarılan işçi elə faktları açıqladı...
Bu gün, 13:02
Sərkisyanın yalanı üzünə vuruldu – “Bakı yox, siz yalvardınız ki...”
Bu gün, 12:48
ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” - Korotçenko
Bu gün, 12:47
“Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir – Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma...
Bu gün, 12:46
"Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" - "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi
Bu gün, 12:36
Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: - “Psixoloqa müraciət etsinlər”
Bu gün, 12:34
Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü
Bu gün, 12:30
"Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" - deputat
Bu gün, 12:26
11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib - TASS
Bu gün, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru