Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı .....                     Suriya-Türkiyə münasibətləri .....                     Ermənistan sülh əvəzinə yeni ərazi istədi .....                     Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Gəncədə məktəbli məktəblini bıçaqlayıb .....                     Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                     Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: .....                     Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın .....                     Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi .....                     “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? .....                     “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi .....                     Nazirin köməkçisi bacısından sonra .....                     “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” .....                     “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” .....                     Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var .....                     Zaxarova əsəbiləşdi: .....                     Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? .....                     Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib .....                     Ərdoğan və Makron arasında telefon danışığı olub .....                     Xaricə satdığımız elektrik enerjisinin dəyəri .....                     Məhkəmədən Xoşqədəm Hidayətqızına .....                     "Həyat yoldaşı adamı qocaldır" .....                     "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur .....                     ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ .....                     Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb .....                     "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar .....                     “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” .....                     “Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın” .....                     Ermənistan və onun havadarlarına növbəti mesaj .....                     Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək .....                     Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi .....                     Şairə Əli Mirəliyevi pərt elədi: .....                     Yaxın Şərqdən Cənubi Qafqaza: .....                     Bakının tükənməz .....                 

Bağça müdirinə qarşı ittihamlar - Beş uşağa 1 boşqab makaron verilir?
Tarix: 8-10-2024, 10:53 | Çap et
Bağça müdirinə qarşı ittihamlar
“Ağstafa rayon Vurğun qəsəbəsində yerləşən 1 saylı körpələr evi-uşaq bağçasının rəhbərliyindən narazıyıq. Heç bir əsaslı səbəb olmadan bağçanın müdiri Afaq Fatapur tərəfindən işimizə xitam verilib”.

Bu şikayətlə “Qafqazinfo”ya adıçəkilən müəssisənin bir qrup işçisi müraciət edib.

10 ildir bağçada tərbiyəçi işlədiyini deyən Aygül Rəhimovanın iddialarına görə, A.Fatapur heç bir töhməti olmadan işinə xitam verib: “Mənə heç bir xəbərdarlıq edilmədən, ən əsası Həmkarlar Sədrinin xəbəri və rəyi olmadan qanun pozuntusuna yol verərək işimə xitam verilib. Buna səbəb onun qanundankənar işlərə cəlb etmək istəyini rədd etməyimdir. Bağçanın müdiri bizləri işimizlə hədələyir, qapını bağlayaraq işə buraxmır və yalandan davamiyyəti pozduğumuzu iddia edir”.

Tərbiyəçi deyir ki, müdir uşaqların və işçilərin gözü önündə onu təhqir edir: “Haqqımız olan məzuniyyəti bizə vermir. Yaşadığımız bütün problemlərlə bağlı Ağstafa rayon Təhsil Sektoruna və Qazax Tovuz Regional Təhsil İdarəsinə şikayətlərimizi rəsmi formada bildirmişik. Hazırda iş məhkəmədədir”.

Şikayətçi bağçada uşaqlar üçün yemək çatışmazlığı kimi problemlərin də olduğunu bildirir: “İşçilərə məcburi olaraq bağçada artıq uşaq sayı yazdırırlar, nəticədə daha çox ərzaq gəlir, ancaq bunu aşpazla mənimsəyirlər”.

Aygül Rəhimova saytımıza göndərdiyi videoda bağçada beş uşağa cəmi bir boşqab makaron və 3-4 dilim ağ pendir verildiyini, bunu azyaşlılar arasında bölməyin çətin olduğunu vurğulayıb:

VİDEO BURADA - baxmaq üçün tıkla...

Həmin bağçanın təsərrüfat müdiri Lətafət Əsgərova, dayə Səidə Məmmədova, mövsümi ocaqçı Gülnur Quliyeva da saytımıza şikayətlərində bənzər problemlərlə üzləşdiklərini iddia edirlər. L.Əsgərova bildirir ki, onun bütün səlahiyyətləri əlindən alınıb: “Müdir imzamı kopyalayaraq ərzaq və inventarları özü qəbul edir və aşpazla mənimsəyir. Qəbul edilən ərzaqlardan xəbərim olmur. Buna etirazımı bildirdiyim üçün məni işimlə hədələyir və təhqir edir”.

S.Məmmədovanın sözlərinə görə, işdən səbəbsiz yerə çıxarılmaqla hədələnir: “Müdir Afaq Fatapurdan şikayətçiyəm. Məzuniyyətdən qayıdan kimi, mənə kobud ifadələr işlədir, şərəf və ləyaqətimi alçaldaraq işdən çıxaracağını bildirir. Səbəbini soruşduqda isə özünün belə istədiyini söyləyir. Dəfələrlə etiraz etməyimə baxmayaraq, işimlə hədələyir. Bu təzyiqlərə dözməyərək bağçada halım pisləşib və iş yoldaşlarım tərəfindən təcili tibbi yardım çağırılıb, məni Ağstafa Rayon Xəstəxanasına yerləşdiriblər”.

Gülnur Quliyeva isə deyir ki, bağçanın müdiri mövsüm bitdikdən sonra artıq ona işə gəlməməyi tapşırıb: “Gələn mövsümdə mənə ocaqçılıq vəzifəsini verməyəcəyini söylədi. Buna səbəb mənim 65 yaşı tamam olub əmək məzuniyyətinə çıxan texniki işçinin yerinə vakant yer tələb etməyimdir. Nəinki vakant yer vermək, ocaqçılıq vəzifəmi belə əlimdən alaraq səsinin tonunu qaldırıb mənə bir daha bağçaya gəlmə dedi”.

Sadalanan iddialarla bağlı bağçanın müdiri Afaq Fatapurla əlaqə saxladıq. O, saytımıza açıqlamasında haqqında deyilənləri təkzib etdi: “Bu barədə heç bir şey demək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, şər-böhtandır. Onların əl atmadığı iş qalmayıb. Yalan məlumatlardır, bununla bağlı mən hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”.

Bağça müdiri əməkdaşlarının işinə xitam verilməsi ilə bağlı sualımızı cavablandırmaq istəmədi.

İttihamlarla əlaqədar Qazax-Tovuz Regional Təhsil İdarəsinə də sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən təhsil müəssisəsi hazırda təmir üçün bağlıdır: “Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmir olunması əsas prioritetlərimizdəndir.

Bildiririk ki, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının mövcud vəziyyəti ilə bağlı məlumatlıyıq. Sözügedən körpələr evi-uşaq bağçası 16.09.2024-cü il tarixindən təmirə bağlanıb. Təmirlə əlaqədar olaraq təlim-tədris prosesinin fasiləsizliyini təmin etmək üçün körpələr evi-uşaq bağçası müvafiq təşkilatlarla razılaşdırılmaqla müvəqqəti olaraq qəsəbə ərazisindəki başqa tikiliyə köçürülüb.

Məktəbəqədər təhsil müəssisəsi haqqında səsləndirilən digər iddialarla bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, Afaq Fatapurun adı həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Nizaməddin Quliyevin cinayət işində də hallanıb. İş üzrə şahid qismində tanınan RİH-in başçısının müavini Lalə Eyyubova istintaqa verdiyi ifadəsində bildirib ki, Vurğun qəsəbə 1 saylı körpələr evi və uşaq bağçasının müdiri Fatapur Afaq Bayraməli qızından da vəzifədə saxlanılmasına görə 2 000 manat rüşvət alıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24
Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22
"Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18
"Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14
ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02
Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57
"Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52
“Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49
“Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45
Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41
Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39
Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26
Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23
Yaxın Şərqdən Cənubi Qafqaza: - paytaxtlarda gözləntilər var
Bu gün, 14:00
Bakının tükənməz TIXAC DƏRDİ
Bu gün, 13:58
"Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... - İşğalçılara qarşı döyüşdə həlak oldu...”
Bu gün, 13:11
Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir - TƏFƏRRÜAT
Bu gün, 13:09
Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA
Bu gün, 13:07
Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI - DETALLAR
Bu gün, 13:05
ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək
Bu gün, 13:03
Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... - İşdən çıxarılan işçi elə faktları açıqladı...
Bu gün, 13:02
Sərkisyanın yalanı üzünə vuruldu – “Bakı yox, siz yalvardınız ki...”
Bu gün, 12:48
ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” - Korotçenko
Bu gün, 12:47
“Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir – Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma...
Bu gün, 12:46
"Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" - "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi
Bu gün, 12:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru