Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək .....                     Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi .....                     Şairə Əli Mirəliyevi pərt elədi: .....                     Yaxın Şərqdən Cənubi Qafqaza: .....                     Bakının tükənməz .....                     "Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... .....                     Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir .....                     Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? .....                     Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI .....                     ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək .....                     Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... .....                     Sərkisyanın yalanı üzünə vuruldu .....                     ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” .....                     “Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir .....                     "Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" .....                     Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: .....                     Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü .....                     "Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" .....                     11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib .....                     Gürcüstandakı etirazlar inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur .....                     Gecə yarımadanın bəzi yerlərində suluqar yağacaq .....                     22 yaşında qətl törətmişdi .....                     Suriya erməniləri Ermənistana axışır .....                     Serj Sarkisyan, Robert Koçaryan istintaq prosesində dindirilməlidir .....                     Nə ayağımda, nə də başqa yerimdə problem var .....                     Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib .....                     "Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır" .....                     Həbs edilən Qafar Dəmirçiyə vaxtıilə havadarlıq edən Firdovsi Əliyevi nələr gözləmir… .....                     "Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib .....                     Qayınatasını və arvadını yatdığı yerdə öldürdü .....                     Azərbaycandan qovulanlar Borçalıya necə yerləşdi .....                     1 milyon qanpulu davası: İşə adı qarışan “böyük adamlar” kimlərdir? .....                     Karlson Pompeonun Trumpın yeni administrasiyasına daxil edilməsini istəmir .....                     Rusiya ordusu Ukraynanın strateji şəhəri olan Pokrovska yaxınlaşıb .....                     Sinifdə 30-dan çox şagird VARSA… .....                     2025-ci ildə valyuta bazarında sabitlik təmin ediləcək .....                     Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     «Gold Residence» sakinləri təhlükə ilə ÜZ-ÜZƏ QOYUB... .....                     Məhkəmə ETSN-in əməkdaşını şantaj edən şəxslə bağlı qərar çıxardı .....                 

Bundan sonra `Kapital Bank`a güvənməyəkmi? - GÖRÜNƏNİ BUDUR...
Tarix: 4-10-2024, 08:39 | Çap et
Bundan sonra `Kapital Bank`a güvənməyəkmi?
Televiziyalarda, saytlarda və bir çox sosial şəbəkələrdə mütəmadi olaraq müxtəlif Bankların guya sərfəli reklamlarını eşidirik, görürük. Təbii ki, dünyanın heç bir bankında olmayan yüksək faizlərlə müştəriləri o qədər də aldatmaq mümkün deyil. Reklamla real faiz arasında çox vaxt kəskin fərqlər ortaya çıxır. Avropada və dünyada banklar müştərilərə pulu iki rəqəmli faizlə təklif edirlər. Yəni, ən yüksək faiz belə 10 faizə çatmır. Bizdə isə ən aşağısı 16 faiz görəndə sevinirik. Bir çox banklar isə müxtəlif adda guya sərfəli kartlar təklif edirlər və həmin kartlarda müxtəlif məbləğdə pullar olur. Həmin pulu müştəri az məbləğdə istifadə edib, həmin xərclədiyi pulu ay ərzində geri qaytarmalıdır. Bu da bankların müştərilərə qurduqları növbəti tələdir.

Yaxşı, tutaq ki, banklar təklif etdikləri karta bizim adımıza müxtəlif məbləğdə pullar yerləşdirir. Bəs bu pulların etibarlılığı nə qədərdir? Bank bu pulların qorunması üçün müştəriyə dəqiq zəmanət verə bilirmi? Amma son illər baş verən bir çox hadisələr göstərir ki, banklarda müştərilərin adına olan pullar qətiyyən qorunmur. Bu barədə çoxsaylı faktlar gətirmək olar. Bu barədə elə təzəlikcə redaksiyamıza üz tutan Hikmət Hüseynovu dinləyək. Bayıl qəsəbəsinin sakini Hüseynov Hikmət Çingiz oğlu "Kapital Bank"da başına gələnlərlə bağlı yana-yana danışdı. Məlum oldu ki, "Kapital Bank", dediyimiz o reklam olunan «Birkart taksit» vasitəsilə H.Hüseynovun adına 5 min manat pul yerləşdirib. H.Hüseynov buna etiraz etsə də, bankdan bildiriblər ki, narahat olma, sən bizim yaxşı müştərimizsən, ona görə də sənin adına 5 min manat qoymuşuq ki, istənilən vaxt istifadə edə biləsən. H.Hüseynovun bildirdiyinə görə adına 5 min manat qoyulsa da, alış-veriş üçün heç vaxt 500, maksimum 1000 manatdan artıq pul çıxartmaq mümkün deyil. Çıxardığın həmin pulu da, bir ay ərzində mütləq qaytarıb yerinə qoymalısan. Yəni, bu, bankın özləri yazdıqları qanunlarından biridir.

H.Hüseynov bizimlə söhbətində başına gələnləri belə nəql etdi: «2024-cü ilin sentyabrın 21-dən 22-nə keçən gecə, mənim «birkart taksit» kartıma haker müdaxiləsi olub. Bu barədə yalnız səhər məlumatım olub. Telefonumu açmaq istəyəndə açılmayıb. Özümün də texnika və texnologiyadan müəyyən qədər anlayışım var. Məcbur olub telefonumu «format» elədim. Ondan sonra telefon açıldı. Artıq telefonumda heç bir proqram, nömrə, video yox idi. Təzədən lazım olan proqramları telefonuma yazandan sonra məlum oldu ki, kartımda olan 5 min manat və özümün əlavə 1000 manata yaxın pulum, son manatına qədər çıxarılıb. Mən həyat yoldaşımın telefonu ilə öz nömrəmə baxdım və gördüm ki, gecə vatsapda olmuşam. Məəttəl qaldım ki, axı mən gecə yuxuda olmuşam. Sonra müəyyən etdim ki, saat 01:30-dan 03:39-a kimi telefonumun beyninə daxil olaraq, bütün məlumatları əldə ediblər. Əvvəlcə kartımdan 1600 manat, daha sonra isə qalan pulları tamamilə çıxardıb xaricdə şəxsi hesablara köçürülüb. Pul çıxarılan zaman isə, mənim telefonuma gələn mesaja həmin hakerlər təsdiq cavabı veriblər. Beləliklə, kartımda olan 6 min manata yaxın pul tamamilə yox olub. Mən bütün bunlar barədə tam məlumat əldə edəndən sonra DİN-nin «102» qaynar xəttinə zəng etdim. Ondan sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət olundum və şikayət ərizəmi qeydə aldılar. Oradan da birbaşa Kaptal Bankın Bayıl qəsəbəsindəki filialına yaxınlaşdım. Bank rəsmiləri ilə nə qədər mübahisə etsəm də, samballı arqumentlər gətirsəm də, yenə də bildirdilər ki, o pul, banka qaytarılmalıdır.Belə olan surətdə dərdimə çarə məqsədi ilə Kapital Bankın “28 May” metrosu yaxınlığında yerləşən baş ofisinin rəhbərliyi ilə görüşdüm. Mən bankın rəsmilərinə bu suallarla müraciət etdim.

Mən sizin «birkart taksit» kartından adıma olan pulun yalnız 500 və ya 1000 manatını çıxara bilərəm. Bəs necə olub ki, ilkin variantda 1600 manat çıxarılıb, bankda isə sizin kompüterlər niyə bunu qeyd etməyib?
Gecə saatlarında pul çıxarılarkən niyə sizin bankın avtomatik bloklanma sistemi işə düşməyib?
Niyə pul çıxarılarkən mənə, həmçinin sizin kompüterlərə zəng və ya hər hansı mesaj gəlməyib?
Sizin pulların etibarlılığını qorumaq üçün hər hansı vasitələriniz, yəni proqramlarınız varmı?
Mənim verdiyim bu sualların heç birinə bankın müdüriyyəti cavab verə bilmədilər. Elə eyni sözü təkrar edirdilər ki, bu məsələnin bizə dəxli yoxdur. Sənin adından pul çıxarılıbsa, sən də o pulu, özü də faizi ilə bir yerdə yenidən banka qaytarmalısan. Əks təqdirdə məni məhkəməyə verəcəklərini bildirdilər. Əlavə olaraq guya mənə canıyananlıq edərək belə bir təklif də elədilər: «Bizim sizə yaxşılığımız o olar ki, sizə bankdan 6 min manat kredit verək, siz də həmin pulu yenidən kartdan çıxarılmış pulun yerinə yerləşdirirsiniz. Sonra həmin krediti aylıq cədvəl üzrə hissə-hissə ödəyərsiniz».

Bu da bankın vəziyyətdən çıxış yolu. Buna çıxış yolu yox, soyğunçuluq demək olar. Axı mən həmin kartdan bir manat da olsun çıxartmamışam. Bunu bank rəsmiləri özləri də çox gözəl bilir ki, bu məsələdə mənim heç bir günahım yoxdur. Banka cavabdeh şəxslər haker hücumunun qarşısını almaq məqsədi ilə etibarlılığı daha da artırmaq əvəzinə, pulları müştərinin belinə yükləyirlər. Bu, axı haqsızlıqdır, ədalətsizlikdir. Bunu heç Allah da götürməz. Mən kasıb adamam, 5 min manat az pul deyil. Hardan tapıb verəcəyəm?».

H.Hüseynovla hadisən baş verəndən iki gün sonra söhbət edirdim. Bu zaman xəbər gəldi ki, H.Hüseynovun Məhəmmədi qəsəbəsində yaşayan bacısı Hüseynova Pakizənin də «birkart taksit» kartına naməlum şəxs tərəfindən 240 ABŞ dolları pul yerləşdirilib. Sonra da həmin 240 ABŞ dolları və bacısının kartında olan 35 manat pulunu da çıxarıblar. Bankdan gələn “bu sənsənmi”- sualına bacısı təsdiq cavabı verməyib. Bununla belə, kartda olan 35 manat pul tamamilə yoxa çıxıb. P.Hüseynova da məsələni aydınlaşdırmaq üçün dərhal Kapital Banka gedib və Pakizə xanım birmənalı olaraq bildirib ki, bankdan gələn sorğuya təsdiq cavabı verməyib. Uzun çək-çevirdən sonra bank rəsmiləri bildiriblər ki, 10 gün ərzində onun pulunu qaytaracaqlar.

Bəli, məsələ aydındır. Mən burada jurnalist olsam da, hakim rolunda çıxış edərək deyirəm ki, günah bankındır. Ona görə də Pakizə xanımın pulu az olduğu və narazılığın daha da artmaması üçün onun 35 manatını geri qaytarmaq qərarına gəliblər. Pulun məbləğindən asılı olmayaraq, bank rəsmiləri bax beləcə vətəndaşın günahı olmadan çıxarılan pulu kompensasiya etməlidir. Banka haker hücumu olub və onun müştərisinin pulunu mənimsəyiblər. Bankın cavabdehləri dəridən-qabıqdan çıxmalıdılar ki, müştəriləri narazı salmasınlar. Əgər qoyulan pulların qorunmasında heç bir tədbir görülmürsə, istənilən adam müasir texnologiyadan istifadə edərək, bankın sisteminə daxil olub müştərinin pullarını oğurlayırsa, o banka kim daha etibar edib, pul qoyar? Məgər bank bunu fikirləşmir? Adama deyərlər ki, sən əvvəlcə pulların qorunması üçün etibarlı sistem yarat, ondan sonra müştəridən pul tələb elə.

Mənim aldığım məlumata görə, Qazaxıstanda məhz belə hallar üçün qanun qəbul edilib. Orada göstərilir ki, əgər haker hücumu nəticəsində müştərinin kartından və ya hesabəndan pullar çıxarılıbsa, müştəri buna cavabdeh deyil. Məbləğindən asılı olmayaraq, həmin pulu bank özü kompensasiya edir.

Burada daha bir maraqlı sual ortaya çıxır: - Nəyə görə banklarda milyonlarla dolları, manatı olan məmurların pullarına haker hücumu olmur? Axı niyə məhz kasıb-kusubun pulları yoxa çıxır? Özü də bu problem ən çox Kapital Bankda baş verir. Belə olan surətdə adam müxtəlif şübhələrə düşür, beyninə qara-qura fikirlər gəlir. Belə şübhələrin olmaması, qoyulan pulların daha etibarlı qorunması üçün bank öz işində dönüş yaratmalıdır. Bugündən sonra təklif edərdim ki, Kaptal Bankın «birkart taksit» kartına pul qoyularkən, müştəri bankla müqavilə bağlasın və orada mütləq göstərilsin ki, müştərinin kartına haker hücumu olarsa, buna görə müştəri yox, bank məsuliyyət daşıyır.

H.Hüseynov sonda bildirdi ki, Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsində bu məsələ ilə bağlı cinayət işi açılıb və işin araşdırılması DİN-nin nəzdində olan Kiber Hücumlara Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib. Güman edirik ki, güclü baş işlədib bankın müştərilərinin kartından pullar çıxardanları, DİN-nin həmin idarəsinin mütəxəssisləri elə həmin üsulla da onları tapacaqlar. Biz buna yalnız ümid edə bilərik. Bank isə, qoyulan pullara dəqiq zəmanət verməli və onların etibarlı qorunması üçün yeni bir sistem yaratmalıdır. Əks təqdirdə müştərilərini itirməklə iflasa uğrayacaqlar.

Tezadlar.Az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39
Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26
Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23
Yaxın Şərqdən Cənubi Qafqaza: - paytaxtlarda gözləntilər var
Bu gün, 14:00
Bakının tükənməz TIXAC DƏRDİ
Bu gün, 13:58
"Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... - İşğalçılara qarşı döyüşdə həlak oldu...”
Bu gün, 13:11
Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir - TƏFƏRRÜAT
Bu gün, 13:09
Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA
Bu gün, 13:07
Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI - DETALLAR
Bu gün, 13:05
ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək
Bu gün, 13:03
Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... - İşdən çıxarılan işçi elə faktları açıqladı...
Bu gün, 13:02
Sərkisyanın yalanı üzünə vuruldu – “Bakı yox, siz yalvardınız ki...”
Bu gün, 12:48
ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” - Korotçenko
Bu gün, 12:47
“Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir – Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma...
Bu gün, 12:46
"Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" - "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi
Bu gün, 12:36
Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: - “Psixoloqa müraciət etsinlər”
Bu gün, 12:34
Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü
Bu gün, 12:30
"Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" - deputat
Bu gün, 12:26
11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib - TASS
Bu gün, 12:21
Gürcüstandakı etirazlar inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur - Zurabişvili
Bu gün, 12:20
Gecə yarımadanın bəzi yerlərində suluqar yağacaq - belə deyirlər...
Bu gün, 12:19
22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
Bu gün, 12:07
Suriya erməniləri Ermənistana axışır -PKK təhlükəsi…
Bu gün, 12:06
Serj Sarkisyan, Robert Koçaryan istintaq prosesində dindirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Nə ayağımda, nə də başqa yerimdə problem var - Afaq Bəşirqızı
Bu gün, 11:56
Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib - ƏMR
Bu gün, 11:47
"Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır" - Prezident İlham Əliyev
Bu gün, 11:40
Həbs edilən Qafar Dəmirçiyə vaxtıilə havadarlıq edən Firdovsi Əliyevi nələr gözləmir… - İLGİNC FAKTLAR...
Bu gün, 11:39
"Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib - AÇIQLAMA
Bu gün, 11:34
Qayınatasını və arvadını yatdığı yerdə öldürdü - Bakıda qandonduran CİNAYƏT
Bu gün, 11:33
Azərbaycandan qovulanlar Borçalıya necə yerləşdi - İranın “revanşı”
Bu gün, 11:27
1 milyon qanpulu davası: İşə adı qarışan “böyük adamlar” kimlərdir? - TƏFƏRRÜAT
Bu gün, 11:25
Karlson Pompeonun Trumpın yeni administrasiyasına daxil edilməsini istəmir - "WSJ"
Bu gün, 11:23
Rusiya ordusu Ukraynanın strateji şəhəri olan Pokrovska yaxınlaşıb
Bu gün, 11:16
Sinifdə 30-dan çox şagird VARSA… - Tədrisin keyfiyyətindən danışmaq OLAR?
Bu gün, 11:13
2025-ci ildə valyuta bazarında sabitlik təmin ediləcək - AMB TƏMİNAT VERDİ
Bu gün, 11:10
Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...
Bu gün, 11:08
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 11:06
«Gold Residence» sakinləri təhlükə ilə ÜZ-ÜZƏ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:04
Məhkəmə ETSN-in əməkdaşını şantaj edən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:00
Rus generalın ölümünə görə iki nəfər TUTULDU - “Kommersant”
Bu gün, 10:55
Brüssel nəbz yoxlaması həyata keçirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:53
Azərbaycanda Türkiyə hərbi bazası... - Əliyevin cavabı
Bu gün, 10:52
Şokoladdan stul davasına keçid təhsili - Nazir demişdi axı...
Bu gün, 10:48
Xaricdən gətirilən hibrid avtomobillərin sayı kəskin artıb
Bu gün, 10:46
"3-cü sinif dərsliyində 9 yaşlı uşaq üçün bu nə şeirdi?" - ETİRAZ
Bu gün, 10:40
Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır! - Komediya içində komediya
Bu gün, 10:33
Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, AMMA... - Ermənistandan cavab yoxdur!
Bu gün, 10:18
Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib
Bu gün, 10:17
Qazaxda ŞOK QALMAQAL: Torpaq sahələrinə erməni `kupçası` - BU NƏDİ BELƏ?..
Bu gün, 10:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru