Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi .....                     Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? .....                     "Mən yaşıla vurğunam..." .....                     "Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" .....                     Sabiq deputat nazirin geyiminə "ilişdi" .....                     Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir .....                     İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını təsdiqlədi .....                     Bu gün od çərşənbəsidir .....                     Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” .....                     Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! .....                     "Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi" .....                     Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi .....                     Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər .....                     Səs yazısı yayılan direktor işdən çıxarıldı .....                     İrəliləyiş olmayacaq: .....                     Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu .....                     Banklar daha dollar almır: Nə baş verir? .....                     Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR .....                     Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb .....                     Məktəblərə “cəza yağışı” gəlir: .....                     Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. .....                     Qadınlar Razi Nurullayevin cavabını verdilər: .....                     Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm .....                     Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ukrayna uğrunda QARIŞ SAVAŞI... .....                     Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib .....                     ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq .....                     Təhsilə pul yatırmağın qaranlıq tərəfi .....                     Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır .....                     Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? .....                     Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı .....                     Prezident vəd vermişdi... .....                     İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı .....                     Alçaldılmış və təhqir edilmiş .....                     Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq .....                     Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən .....                     Nazir ona vəzifə verdi .....                     Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib .....                     Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır .....                     "Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu .....                 

Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! – Qurunun oduna yananlar
Tarix: Bu gün, 00:00 | Çap et
Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?!
Bir neçə gün bundan əvvəl şəxsi feysbuk profilimdə məktəbdə hədiyyə, pul-hər hansı maddi səbəbə görə bullinq edən müəllimləri nəzərdə tutaraq bir cümlə yazmışdım: “8 Martda müəllimə hər hansı simvolik hədiyyənin-çiçək dəstəsinin, ya hansısa rəmzi suvenirin verilməsi diqqət kontekstindən çox vacibdir. Amma maddi istəklərə görə şagirdinə bullinq edən, ondan nəsə ummağa çalışan müəllimlərə isə bircə gülün belə hədiyyə edilməsi onlar üçün çox olar”.

Yenə də hər zaman olduğu kimi fikrimiz qəribçiliyə salındı, əsas məzmun xətti, problemin əsas nüvəsi bir kənara qaldı. Biz şagirdlərə qarşı hədiyyə bullinqi edən müəllimi kənara qoyub, təhsildəki idarəetmə qurumlarından yapışdıq. Amma bir problemin təhlilində, onnun doğru-düzgün aradan qaldırılmasında ən böyük əngəl, məzmun xəttindən kənara çıxmaqdır.

Təhsilin yerli idarəetmə qurumları hər il məktəblərə təlimatlar göndərir, ciddi şəkildə 5 Oktyabr və 8 Martla bağlı tapşırıqlar verir. Amma yenə də bir qisim şəxslər öz "daxili qaydalarını" daha vacib hesab edirlər. İki gün öncə bir direktorun məlum ""dilənçi" kod adlı" səs yazısı da bunun bir elementidir. Bu cür elementlər hər şeydən öncə, məhz illərini məktəbə həsr edən minlərlə fədakar müəllimlərə qarşı sayğısızlıq, ikili münasibət yaradır... Axı, onlar buna layiq deyillər!

Şəxsən tanıdığım bir çox müəllimlər var ki, onlar bütün fədakarlıqlarına, zəhmətlərinə rəğmən yenə də özəl günlərdə hər hansı hədiyyəyə önəm verməz, ətrafa maddi yox, yalnız mənəvi prizmadan nəzər yetirər və bu onun bütün davranışlarında da özünü tam surətdə əks etdirər. Amma təəssüf ki, yerli təhsilin idarəedilməsi qurumları tərəfindən məktəbə təlimat göndərilən zaman bu müəllim qrupunu digərlərindən fərqləndirən hər hansı barometr, ayırıcı mexanizm yoxdur. Odur ki, “qurunun oduna yaş da yandı” məsəli burada tam formada öz sözünü demiş olur.

Bəs nə etməli? Düşünürəm ki, təhsilin yerli idarəetmə qurumları təlimatlarla kifayətlənməyib, onları pozan şəxslərlə də bağlı lazımı addımlar atmalıdır. Bu addımlar atılmadığı təqdirdə, konkret nümunə göstərilməklə hər hansı müəllim və məktəb rəhbərliyinin cəzalandırılıb ictimaiyyətə açıqlandırılmadığı təqdirdə məsələnin həlli təəssüf yenə də açıq qalacaq. Amma biz təəssüf ki, təlimatların mütəmadiyən göndərildiyi bu illər ərzində pul və ya hədiyyə yığımı ilə bağlı bircə nəfər də olsun müəllimin, yaxud məktəb rəhbərliyinin cəzalandırılmasını görməmişik. Təlimatların göndərildiyi bu illər ərzində doğrudanmı, bütün ölkə ərazisində bircə nəfər də olsun, müəllim, ya direktor pul-hədiyyə sevdasına düşməyib?!

Təbii ki, düşüb, özü də bir yox, bir neçə yox...

Bu müəllimlər ən böyük ziyanı məhz özlərinin fədakar həmkarlarına vurublar və vurmaqdadırlar...

“Müəllimlərin etik davranış qaydaları”a əsasən təhsilverənlərin yerinə yetirməli olduğu prinsiplərdən biri də mədəni davranışla bağlıdır:

“Müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır”.

Həmçinin, adıçəkilən rəsmi sənədin 2.1.7 -ci maddəsində oxuyuruq:

“İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etikdavranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir”.

Rəsmi sənəddən təqdim edilən sitatlardan da anlamaq olar ki, məktəb daxilində bu cür halların nəinki baş verməsi, hətta müzakirəsi belə ən azı 2 prinsipin pozulmasıdır. Bəs, o prinsiplər pozulduğu zaman hər hansı cəza mexanizmi tətbiq olunurmu? Bugün 8 Mart hədiyyəsinə görə müəllimlərə bullinq edən direktorlar, şagirdlərə bullinq edən müəllimlər, valideynlərə bullinq edən digər valideynlər yüngül də olsa hər hansı cəza ilə tənbeh olunmasalar o zaman bu müzakirənin nə kimi faydaları olacaqdır?!

Valideyn demişkən, elə işi korlayan bəlkə də ən böyük səbəblərdən biri məhz həmin valideynlərdir.

Valideynlərin vatsap qrupları bu gün bir sıra neqativ hallara səbəb olur. Özlərini sinif rəhbəri olan müəllimə, ya da məktəb rəhbərliyinə xoş göstərmək istəyən bir, yaxud, bir neçə valideyn məhz bu cür vatsap qrupları üzərindən digər valideynlərə az qala, bullinq göstərir. Onlar kimsə ilə razılaşmadan, korporativ razılığa gəlmədən öz fərdi qərarlarını qrupda ümumi qanunauyğunluq kimi qeyd edirlər. Məsələn, “qarşıdan 8 Mart gəlir, hamı bir nəfər kimi 30 manatdan gətirməlidir”. Buradakı məbləğ şərti olaraq qeyd olunur. Amma əmin ola bilərsiz ki, il ərzində yüzlərlə, minlərlə müəllim bu cür vatsap qərarlarının qurbanı olur. Artıq bu cür valideynlər diqqətə alınmamalı, hətta bir dəfə də bu kimi neqativ işlərə qol qoyacaqları təqdirdə şagird övladına qarşı hər hansı ciddi intizam tədbirlərinin görüləcəyi ilə bağlı məlumatlanmalıdırlar.

Əks halda, valideyn vatsap qrupları istər 8 Mart, istər 5 Oktyabr, hətta müəllimin ad günündə hələ çox neqativlərə yola açacaq.

Elə olduğu halda bizdə bəs niyə sırf valideynlərin etik davranış qaydalarını nizamlayan hər hansı bir rəsmi sənəd – Valideynlərin etik davranış kodeksləri – yoxdur? Ən azından bu rəsmi sənədin hüquqi imkanları bəzi valideynlərə vatsap qruplarındakı hegemoniyaya son qoydura biləcək.

P.S. Amma əziz dostlar, vallahi-billahi, layiqli, fədakar müəllimə bir gül dəstəsi, bir simvolik hədiyyənin də verilməsi pis addım olmaz. Onların leksikonunda "dilənçi" kəlməsi heç zaman olmayacaq, ola da bilməz!

Elmin Nuri
Təhsil eksperti moderator.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi - AÇIQLAMA
Bu gün, 00:57
Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? - ARAŞDIRMA
Bu gün, 00:54
"Mən yaşıla vurğunam..." - FOTO
Bu gün, 00:50
"Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" - Starmer
Bu gün, 00:33
Sabiq deputat nazirin geyiminə "ilişdi" - "Ayıbdır…"
Bu gün, 00:31
Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir - KİV
Bu gün, 00:23
İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını təsdiqlədi - İLGİNC
Bu gün, 00:22
Bu gün od çərşənbəsidir
Bu gün, 00:10
Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” - FAKT BUDUR!
Bu gün, 00:04
Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! – Qurunun oduna yananlar
Bu gün, 00:00
"Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi"
Dünən, 23:58
Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi – Sui-qəsd olacaq?
Dünən, 23:56
Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər – General
Dünən, 21:22
Səs yazısı yayılan direktor işdən çıxarıldı - rəsmi
Dünən, 21:18
İrəliləyiş olmayacaq: - Aİ-nin Ermənistana ehtiyacı yoxdur!
Dünən, 19:02
Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu – Yeni Konstitusiya
Dünən, 19:00
Banklar daha dollar almır: Nə baş verir? - AKTUAL
Dünən, 18:58
Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR - "Kimin əlindən su içdiyi bəlli"...
Dünən, 18:20
Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb - Azad İsazadə ŞƏRH EDİR
Dünən, 18:17
Məktəblərə “cəza yağışı” gəlir: - Müəllim və şagirdlər üçün çətin dövr
Dünən, 18:11
Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. - İLGİNC FAKT
Dünən, 18:07
Qadınlar Razi Nurullayevin cavabını verdilər: - "Nə aliment alırlar ki, sərbəst də yaşasınlar?"
Dünən, 18:01
Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm - Tramp
Dünən, 17:58
Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA
Dünən, 17:56
Ukrayna uğrunda QARIŞ SAVAŞI... - İNCƏLƏMƏ
Dünən, 17:49
Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib
Dünən, 17:42
ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq - Ermənistanın xəyalları "suya düşdü"
Dünən, 17:40
Təhsilə pul yatırmağın qaranlıq tərəfi – Gənclər harada səhv edir?
Dünən, 17:36
Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır – 36 min ödəyəcək
Dünən, 17:30
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? - Geosiyasi qeyri-müəyyənlik...
Dünən, 16:10
Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı - FOTO, VİDEO
Dünən, 16:06
Prezident vəd vermişdi... - NƏ OLACAQ?..
Dünən, 16:04
İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı - DETALLAR
Dünən, 16:02
Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?
Dünən, 15:58
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq - Dünya Bankı
Dünən, 15:53
Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən - ZƏRƏRƏ KEÇİB
Dünən, 15:50
Nazir ona vəzifə verdi - FOTO
Dünən, 15:46
Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib - İkinci əməlidir
Dünən, 15:42
Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır
Dünən, 15:26
"Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu - FOTO
Dünən, 15:17
Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti - MƏQALƏ
Dünən, 15:11
Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir - İsrafil Kərimovun yazısı
Dünən, 15:09
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb
Dünən, 15:04
Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
Dünən, 14:02
MİDA-nın 620 minlik tenderi ləğv edildi
Dünən, 14:00
“Qoca qitə” çarə axtarışında: - ruslar gəlir, amerikalılar gedir
Dünən, 13:58
Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Dünən, 13:10
Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 13:06
Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Dünən, 13:04
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Dünən, 12:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru