
2025-2029-cu illərdə Azərbaycanın dövlət büdcəsi profisitli olacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının (DB) proqnozunda bildirilib.
Bankın analitikləri dövlət büdcəsinin profisitinin ÜDM-də çəkisini bu il üzrə 2.0%, 2026-cı il üzrə 0.6%, 2027-ci il üzrə 0.5%, 2028-2029-cu illərdə isə 0.4% olacağını gözləyir.
Bank hesab edir ki, 2025-2029-cu illərdə Azərbaycanın büdcə gəlirləri ÜDM-in 32-34,5%-i, büdcə xərcləri isə 22,8-23,3%-i həcmində olacaq. Başqa sözlə, büdcə gəlirlərinin azalması fonunda büdcə xərclərinin sabit qalması ilə bağlı proqnoz profisitlə bağlı gözləntilərə də təsir edib.